Ana içeriğe atla

Mirzə Xəzər və 180 dərəcə

və ya 180 dərəcə dəyişmək necə olur?
Mirzə Xəzərin `Azadlıq` radiosu ilə bağlı açıqlamasını oxudum.
Mirzə Xəzər
Deyib ki, 2000-ci ilin əvvəlində radio ilə Əliyevlər arasında separat anlaşma olub. Anlaşmaya əsasən radio əliyevləri kəskin tənqiddən qorumalıymış və s. Sonra isə radio əliyevlərə qarşı mövqeyini 180 dərəcə dəyişib, tənqidlərində radikallaşıb. 
Bu iddialara yaxşı olar ki, Azadlıqın məsul şəxsləri cavab versin. Ədalət naminə, mən də o çağlar radionun çox dişsiz mövqeyini xatırlaya bilərəm.
Fəqət...
Tutaq ki, Mirzə haqlıdır, radio ilə Əliyevlər arasında separat anlaşma olduğundan o siyasətini 180 dərəcə dəyişib. Bəs Mirzə Xəzər nəyin təsirindən idi ki, 2003-cü ildə gəldi, İlham Əliyevin qəbuluna girdi, bütün
Azərbaycan xalqının gözü önündə onun diktator atasını təriflədi, onu mərd adam adlandırdı, müxalifəti haqsızcasına Əliyevin qarşısında pislədi?
Bu özü 98-ci ildə `Azərbaycan susurluğu` verilişləri hazırlayan Mirzənin 180 dərəcə dönməsi deyildimi?
Sonra nə baş verdi?
Mirzəyə söz verdikləri televiziya və qəzeti Azərbaycanda yaşatmağa imkan vermədilər. O Bakını tərk edəsi oldu və bu dəfə yenə mövqeyini 180 dərəcə dəyişdi.
Mirzə Xəzər şəksiz ki xalqımızın tarixi keçmişində müsbət işlərə imza atmış insandır. Onları heç kim dana bilməz. Amma heç kimə, eləcə də ona xidmətlər toxunulmazlıq immunteti verməyib. Mirzə özü tənqidçiliklə məşğul olsa da, iddia edirəm o bizim tanıdığımız simalar arasıdna tənqidə ən dözümsüzüdü. Siz bunu onun facebook səhifəsində də yoxlayaraq əmin ola bilərsiniz. Mirzə Xəzər nəinki tənqidi, həm də özündən savadlı, analiz qabiliyyəti olan başqa birini qəbul etmək istəmir, belə adamlar birmənalı və heç bir izahatsız onun blok siyahısına girir. Yoxlaya bilərsiniz 

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir ... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.
Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.
Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətini…

Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında …