İnək və hökümət

Açıq soruşmaq lazımdır: Azərbaycanın seviləsi nəyi qalıb? Birdən köhnə şerlərin təsiri altında sıra dağlar, gen dərələr deyəsəniz, təzə bir yumorun qəhramanına çevrilərsiz. Hansı dağdan söhbət gedə bilər. Bu gün  Yardımlınıdan ta Xınalığadək dağların  oliqarx məmurlarımızın şəxsi kurort təsərrüfatına,  ən pis halda mal qaralarının örüşünə çevrildiyini ən avam insan da bilir.

 Yaxud polis rəislərinin , rəhbərlərimizin cangüdənlərinin arasında daş karxanası  kimi pay-püşt olunan boz Qaradağ dağlarına qarşı hansısa ülvü məhəbbət bəsləməyə dəyərmi? Kiminsə örüşünə, istehsalat müəsəsinə sevgidolu gözlə baxmaq Ağabəy Sultanovun dediyinə görə normal psixoliji fakt deyil. Beləliklə dağlara bir quş.

Bəs meşələri...artıq meşələri də rəsmi və qeyri-rəsmi meşə(müəllimi)bəyləri bölüşdürüb. Ancaq ağacların dağlardan fundamental fərqi ondadır ki, ağacı tam özününkü etmək mümkün deyil. Yəni sən fındığı daş hasara salıb cammatdan ha gizləsən də onun ən əvəzolunmaz məhsulu sayılan oksigenini nə tuta bilərsən, nə də sata.
Bütün yaşıl bitkilər fotosinetzedici sayıldığından onlar bizim dostumuz, qardaşımız sayıla bilər. Özü də təkcə Gəncə çinarları deyil, hətta Köçaryanın dədə evinin qarşısındakı qovaq ağacını da sevməyə dəyər.Bu baxımdan ağacları , bitkiləri sevmək üçün onun üzərindəki “vətən” yarlığı yapışdırmağa etiyac yoxdur.

 Vətənpəvərlik  ruhunda gəncləri yetişdirmək misiyası üçün danışılan “Yaralı Araz”, “Dəli Kür”, “ən böyük göl Xəzər” nağılların da yığışdırmaq gərəkdir. Vətəni coğrafi meyyarlarına görə deyil, insan keyfiyyətlətinə görədəyərləndirmək gərərdir. Şəxsən mənim üçün Çingiz Mustafayev zirvəsiylə Monbalan zirvəsi arasında heç bir fərq yoxdur. Hər ikisi geoloji hadisədir ki var.
Bu gün vəziyyət elədir ki, Azərbaycanın istənilən bio-gio strukturu, dərələrindən tutmuş neftə qədər hər şey əleyhimizə işləyir. Heç şübhəsizdir ki, bunun səbəbi bütün bu təbii sərvətlər üzərində fövqaladə və əhli-kef idarəetməni həyata keçirən hökümətdir.

Azərbaycan hökümətin sevmək olarmı? İraq olsun adam bu sözü dilinə gətirəndə belə üşənir. İnsanı duğulardan yalnız səmimi nifrətə layıq olan hökümət vətəndaşından bu münasibəti qazanmaq üçün 10 illər uzunu alın təri töküb. İndi hökümətimizi sevmək  onun onillik əziyyətini yerə vurmağ kimi hörmətsizlikdir.

Sağalmaz “böyrək çatışmamazlığı” xəstəliyi tapan müəllimim kömək üçün Allahşükür Paşazadədən tutumuş, rayon təhsil şöbəsinin müdrünə qədər nə qapı döyüdü. Ömrünün 20 ilin təhsil səfr etmiş, əmək haqqından müxtəlif fondalara nə qədər pul ayırmış müəllimim bu hökümətdən əllilik dərəcəsindən başqa heç nə ala bilmədi.  
Vərəq-vərəq yazılmış reseplər almaq üçün ona inəklərindən başqa kömək edən çoox az oldu. O, mənə demir, ancaq hər dəfə görüşəndə bu gözəl insanın gözlərindən oxuyuram ki, o, varlığı üçün Azərbaycan hökümətindən çox qarınağırısı tutan danasına minnətdardır. Belələri sizin ətrafınızda da çoxdur.


Qurtuluşmuz nifrətdədir. Nifrətizin ünvanın düz təyin edin, yorğan altında xısın xısın deyinməyin, bu ölkəni sevmək üçün onu özümüzünkü etmək gərəkdir. Bəlkə belə deyil...? 

( `Azadlıq` qəzeti, 6 mart, 2007)