Ana içeriğe atla

İlham Əliyev üçün şikayət məktubları

Makisim kişi
Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” əsərində və onun əsasında çəkilən “Qəm pəncərəsi” filmində çarəsiz müsəlmanların ərşə dirənən zülmdən qurtulmaq üçün Həzrət Abbasa məktub yazması sizə tanış səhnələrdir.
Adamlar məktub yazır, onu axar suya atırdılar ki, Həzrət Abbasa çatsın...
Deyirlər, indi də Azərbaycanda bu ənənə yaşayır. Gülməlidir, eləmi?
Təklif edirəm ki, təbəssümlərimizi bir az boğaq. Bir qədər əvvəl keçmiş prokurorluq işçisi ilə görüşdüm. Acalov adlı bu şəxs 30 il prokurorluqda işləyib. Baş prokuror Qaralov onu şəxsi intriqası əsasında qanunsuz olaraq işdən çıxarıb. Acalov deyir ki, işdən çıxarıldığı üç il boyunca, hər gün dövlət başçısının saytına şikayət məktubu yazır, onu dinləmək üçün xahiş edir.
Onun təkcə prezidentə yazdığı ənənəvi məktubların sayı 91 idi. Görüşdən bəri yəqin ki, bu rəqəm yüzə çatar.
Indi sual yaranır: kimin vəziyyəti daha gülməlidir, Həzrət Abbasdan, yoxsa Ilham Əliyev adlı müstəbiddən cavab gözləyənlərin?
İki ay olmaz, “Azadlıq”d Qusar rayonundan daha bir şikayətçi (Maksim Ağakişiyev ) gəlmişdi. O, məktublarla bağlı artıq başqa ölçü vahidi işlədirdi. Məktubların sayı o qədər çoxalmışdı ki, o, miqdarı kiloqramla ifadə edirdi. Adam Ilham Əliyev və onun əyanlarına iki kiloqram yarım məktub yazmışdı...

Deyirlər, əvvəl söz yaranıb, sonra isə yazı. Bizdə yazı işi, maşallah, pis getmir. Az qala, adam tarixi geri fırlatmaq istəyir ki, yazıdan danışığa keçək. Adamların, qələmi bir yana qoyub, küçədə, meydanda şikayətlərini dilə gətirməsinin daha çox fayda verəcəyinə inananlardanam. Bununla bağlı sadə də olsa, nümunələrim var. Prezident Aparatının qarşısına ən müxtəlif problemlərə görə yığışan adamları çox görmüşəm. Onlara ən kövrək etiraz şüarları səsləndirməyə imkan vermirlər, ağızlarını tuturlar. Amma otağa çəkib ən sərt sözlərini məktuba töküb zati-alilərinə yollamağa razılıq verirdilər...
Bu, qətiyyən yazının gücünü, xüsusən medianın gücünü şübhə altına almağa hesablanan düşüncə deyil. Əksinə, medianın daha güclü, təsirli yazması üçün yaxşı danışanlara ehtiyac var. Reportyorlar yaxşı bilir; bizdə hətta evi təpəsinə uçurulan insanlar da danışmır. Və ya danışanda o qədər nəcib, nəzakətli olur ki, üzərinə qonan ağcaqanadın ruhu belə incimir.
Bizə, danışan insanlar gərəkdir. Deyinən yox, məhz danışan.
Fikir vermisinizsə, bu sahədə hələ ki, Azərbaycan qadınları kişilərdən öndədir. Siz ixtiyari bir avtobusda müşahidə aparın. Sürücünün kobudluğuna, avtobusu bərk sürməsinə, siqnaldan əl götürməməsinə ilk və israrlı reaksiya qadınlardan gəlir. Televiziyaların az-çox problemləri işıqlandırdıqları materiallarda danışanlar da yenə qadınlardır. Xülasə, xanımlar, sizin arxanızdayıq, cəsur olun, biz kişiləri də danışmağa cəsarətləndirin!


Bunun adı çekistlikdir?

Hə, dünən də bir danışan xanımı dinlədim. Onun videosunu internetdə şübhəsiz ki, xüsusi xidmət orqanları yaymışdılar. O, ötən il Naxçıvan MTN-də öldürülən gənc Turac Zeynalovun xanımı idi. Əzbərlədiklərini udquna-udquna Naxçıvandakı demokratik media və hüquq müdafiəçilərinin ünvanına yağdıran bu xanıma zərrə qədər də qəzəblənmədim. Onun başına nə zülmlər gətiriblər... Gizlətdiyi gözlərindən oxunurdu... Adamın çiçəyi burnunda həyat yoldaşını öldürüblər və indi onun özünə qatilin ünvanına məhdiyyə oxutdururlar... Dəhşətdir!

Hörmətli MTN işçiləri!

Mən sizə müraciət edirəm: Adamlığı bu qədər tərk etməyin! Insanları bu qədər alçaltmayın! Insanların heysiyyətini terror etməyin! Inanın, bu cür yaramaz metodlarla nə saxta Əliyev rejimini müdafiə edəÿbiləcəksiniz, nə də özünüzü.
Hər şeyin bir həddi var. Bu insanlara onsuz da ağlagəlməz sitəm etmisiniz, bəs deyilmi?
Bu cür üsullara əl atanlar görəsən, heçmi gecələr vicdanlarıyla baş-başa qalmırlar?
Yəni, Ilham Əliyevi, Vasif Talıbovu o qədər vəli-nemət sayırsınız ki, onların uğrunda bir qadını, həyat yoldaşını itirən bir xanımı repressiyanın məngənəsində amansızlıqla xurd-xəşil eləməyə qərar verirsiniz?

(məqaləm `Azadlıq` qəzetinin 11 İYUL 2012  sayında Dərc olub)

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tale Bağırzadəyə görə İNTİHAR etdi

Unutmamalı, rejimin üzərində belə çoxlu qan var. Azadxeber.net saytına məlumat verən vəkil Yavər Hüseyn bildirib ki, Bəxtiyar Qurbanov və Röyal Əsgərov məhkəməyə gətirilmədiyindən proses təxirə salınıb. Yavər Hüseynov bildirib ki, şahidlərdən biri - Kamran Seyidov sonuncu məhkəmə prosesi günü işlədiyi Neft Şirkətində namaz otağında özünü asıb. Vəkil bildirib ki, Kamran Seyidov intihar etməmişdən bir gün əvvəl məktub yazaraq hər şeyə aydınlıq gətirib. Vəkil Yavər Hüseyn məktubun bir nüsxəsini də müxbirə təqdim edib. Həmin məktubda yazılanları olduğu kimi diqqətinizə çatdırırıq: “Mən Seyidov Kamran Nazim oğlu bu yazını yazıb bildirirəm ki, mən 06.04.2013 tarixində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılmışdım. Saxlanılmağımın səbəbi isə Bəxtiyar Qurbanov və Royal Əsgərovun 31.03.2013-tarixində mənim yaşadığım həyətdə mənimlə görüşməkləri olmuşdur. Görüş zamanı Bəxtiyar 900 manat borcunun olması və o borcu başına bir iş gələrsə, ödən…

Bəs deyirdilər, o hər şeyi bilir?!

Heydər Əliyevin rus jurnalistlərlə görüşündən :)
G e n n a d i  M a l t s e v: ...Sırtıqlıq kimi qəbul etməyin, bizə lütfkarlıqla bağışlanmış «Aforizmlər və müdrik kəlamlar» kitabınıza avtoqraf yazardınızmı?
H e y d ə r  Ə l i y e v: Bu kitab sizdə haradandır? Mən onu görməmişəm.
G e n n a d i  M a l t s e v: Bizdəki bu kitab rus və ingilis dillərindədir. Çox maraqlı kitabdır. Bəzi fikirlər biz jurnalistlərin unvanınadır.
H e y d ə r  Ə l i y e v: Mən bu kitabı görməmişəm.
G e n n a d i  M a l t s e v: Heydər Əliyeviç, axı, Sizin aforizmlərinizdir, Siz sadəcə olaraq, bu nəşri görməmisiniz.
H e y d ə r  Ə l i y e v: Yox, mən bu kitabı görməmiıəm.
G e n n a d i  M a l t s e v : Belə bir lətifə yadınızdadırmı, Leonid Ġliç Suslovdan soruşur: «Kiçik torpağ»ıoxumusanmı?». Suslov isə deyir: «Xeyr. Amma Pelşe oxuyub, deyir, maraqlı kitabdır».
H e y d ə r  Ə l i y e v: Yox, düzgün müqayisə deyil