Ana içeriğe atla

"Xaricdən maliyyələşmə" məsələsi

Şəxsi arxivimdən inci kimi material paylaşıram. Bu material `Azadlıq` qəzetinin 1992-ci il (may) sayından götürülüb. Əsas mənbə isə Rusiyanın  "Kommersant " qəzetidir.
Oxuyaq, düşünək.
İl 1992, ay may. Rusiyanın məşhur "Kommersant " qəzeti yazır ki, Türkiyə Heydər Əliyevi hakimiyyətə gətirmək üçün 100 milyon dollar ayırıb.
Bu pul indi adını xatırlamadığım bir bankın qurulması adı ilə ayrılmışdı.
Həmin bankın maxinasiyaları barədə 1998-ci ildə Azadlıq qəzeti silsilə yazılar da verib.

Bu elə bir aşkar faktdır ki, onu heç H.Əliyevin özü də inkar etməyib. Məsələn, prezident aparatının Heydər Əliyevin çıxış və görüşlərindən ibarət tərtib etdiyi çoxcilidli nəşrin birinci cildində onun dilindən aşağıdakı sözlər səslənir. FOTO-ya bax.

Bu bankın başa bəlalığı barədə Turqut Ərin "Azadıqdan tiranlığa" kitabında da gözəl faktlar var.
Məsələn, biri bu: Bankı təsis edənlərin demək olar hamısı Heydər hakimiyyətə gələn kimi müəmmalı şəkildə ölüb. Onlardan biri lap absurd səbəbdən ölüb, guya qarajda tüstü onu boğub.
Xülasə bu rəqəm sizə elə belə gəlməsin- 100 milyon dollar! O zaman bu astronomik məbləğ idi.
Demək istəyirəm, bəzən kimsə bilərəkdən, yaxud bilmədən Əbülfəz Elçibəyi Türkiyənin hakimiyyətə gətirdiyini iddia edir. Səhvdi. Elçibəy ümumxalq seçkisi, xalqın istəyi ilə hakimiyyətə gələn yeganə rəhbər olub. Öz xalqının mənafeyini hədsiz çox qoruduğundan əslində ona qarşı dünya biriliyinin mütərək həmləsi olub, devrilib.
Hələ bizə yaxını Türkiyə belə edibsə, gör o birilər nə hoqqa çıxarıb.

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tale Bağırzadəyə görə İNTİHAR etdi

Unutmamalı, rejimin üzərində belə çoxlu qan var. Azadxeber.net saytına məlumat verən vəkil Yavər Hüseyn bildirib ki, Bəxtiyar Qurbanov və Röyal Əsgərov məhkəməyə gətirilmədiyindən proses təxirə salınıb. Yavər Hüseynov bildirib ki, şahidlərdən biri - Kamran Seyidov sonuncu məhkəmə prosesi günü işlədiyi Neft Şirkətində namaz otağında özünü asıb. Vəkil bildirib ki, Kamran Seyidov intihar etməmişdən bir gün əvvəl məktub yazaraq hər şeyə aydınlıq gətirib. Vəkil Yavər Hüseyn məktubun bir nüsxəsini də müxbirə təqdim edib. Həmin məktubda yazılanları olduğu kimi diqqətinizə çatdırırıq: “Mən Seyidov Kamran Nazim oğlu bu yazını yazıb bildirirəm ki, mən 06.04.2013 tarixində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılmışdım. Saxlanılmağımın səbəbi isə Bəxtiyar Qurbanov və Royal Əsgərovun 31.03.2013-tarixində mənim yaşadığım həyətdə mənimlə görüşməkləri olmuşdur. Görüş zamanı Bəxtiyar 900 manat borcunun olması və o borcu başına bir iş gələrsə, ödən…

Cəlal Əliyevin siyasi yetirmələri

Bəzi "müxalif siyasətçilər" var ki hansısa icra başçısını, bəxtiqara Hacıbalanı, binəva Artur Rəsizadəni, Prezident Aparatının qarovulçusun tənqid eləməyi öz izzəti nəfsi üçün böyük qəhrəmanlıq sayır. Onları qınamaq da olmur, çünki qulağı əsl tənqidi eşitməkdən yadrıxan facebook zəhmətkeşləri bu cür "alovlu tənqidləri" bir qayda olaraq sürəkli alqışlarla müşayət edirlər. Halbuki, ölkədə avtoritar rejim var deyiriksə, hər şey bir adamın (indi iki olub) əlində cəmləşib deyiriksə, siyasi sistemdə hər şeyin cavabdehi də o bir nəfərdir. Ona görə bütün sual və tənqidlər o bir nəfərə-indiki halda Əliyev İlhama yönəlməlidir. 2-3-cü dərəcəli məmurlar əlbəttə ki, süddən çıxan ağ qaşıq deyil, onlar da cinayətkar eləmentlərdir. Ancaq əsas səbəbkarı görməzdən gəlib, onları "yıxıb sürümək yumşaq desək, ictimai rəyə kələk gəlmə təşəbbüsüdür. Belənçik "siyasətçiləri" görəndə deyin ki, qardaşım, sənin dozan hələ çox qalxmalıdır, sənin elədiyin çıxışın 56 qat daha ar…