29.1.15

Səməd Seyidov Qeys rolunda

Səməd Seyidov Məcnun olmazdan
əvvəl
Təxminən il yarım əvvəl S. Seyidov USA-da ağlamsınmışdı ki, bizi başa düşün, Azərbaycanı İran aşağıdan, Rusiya yuxarıdan sendviç kimi əzir. 

Sitat: “Ölkəyə təhlükə şimaldan və cənubdan gəlir" deyən S.Seyidov bildirib ki, Azərbaycanı ABŞ ilə yaxın olmaq cəhdlərinə görə "sendviç kimi" əzirlər.

Dünən isə Rusiyaya qarşı AŞ PA sanksiya qəbul edəndə isə Səməd və onun dəstəsi buna qarşı çıxıb.

Rusiyanın sıxılmasına üsyan eləyiblər.
Səməd Seyidov Məcnun olandan sonra
Bu `Leyli Məcnun`da cəngavər Nofəlin Qeysin düşmənlərinə qarşı döyüşərkən birincinin hərdəmxəyallıq edərək əks düşərgə tərəfdə yer almasına çox oxşayır.

Seyidovgilin Rusiya misalına avtoritarizmə meyl salması, məhəbbət bəsləməsi, eşqlərinin çoxluğundan Məcnun olmaları şəksizdir. Amma xalqımızın mənafeyi baxımından bu Məcnunluq, həm də dəlilikdir, sözün əsl mənasında.

Gəlin, ümid edək ki, elə əsərdə olduğu kimi bu məhəbbət də acı bitsin!

28.1.15

Qaba, kobud və əmrbaz Həsən Həsənov

Həsən Həsənov XİN-də “arzuolunmaz” olub?
Hafiz Paşayev

Hafiz Paşayev. Bu şəxs 2006-cı ildən Azərbaycan Respublikası Xarici Işlər Nazirinin müavini - AR XIN-in Diplomatik Akademiyasının rektorudur.
Hakim ailənin adamı sayılan Paşayev 1993- 2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ- dakı (eyni zamanda Meksika və Kanadada) fövqəladə və səlahiyyətli səfiri olub.


Həsən Həsənov. Bu şəxsi isə Azərbaycan siyasəti ilə maraqlanan əksəriyyət tanıyır.
Zəngin partokrat karyerası olan Həsənov müstəqillik dönəmində baş nazir, BMT ÿvəÿ YUNESKO,ÿ IKT-nin illik toplantılarında Azərbaycan nümayəndə heyətinin rəhbəri, 1992-1998-ci illərdə xarici işlər naziri vəzifəsində işləyib.
O, 2004-cü ildənÿ 2010-cu ilin martınadək Macarıstanda, həmin tarixdən isə Azərbaycanın Polşa
Respublikasında fövqəladə və səlahiyyətli səfiridir.
Təsadüfən bu iki şəxsin təqdimatını etmədik. Iş ondadır ki, xarici işlər nazirinin müavini H.Paşayev səfir Həsənovu çox pis xarakterizə edir. Və onun rəyi ilə tanış olan heç bir özünə hörmət bəsləyən dövlət Həsənovun səfir kimi çalışmasına razı olmaz. Əliyev hakimiyyəti özündən əvvəlkiləri yarıtmaz idarəetmədə və kadr siyasətində tənqid edərkən yaxşı olar ki, H.Həsənovun hələ də əziz-təbərrik tutulmasına bir izah versin. Sizə indi təqdim edəcəyimiz material Paşayevin “Bir səfirin manifesti” kitabından götürülüb. Bu kitabı oxuyandan sonra iki qənaət formalaşır: ya Azərbaycan hakimiyyəti üçün diplomatik korpusda işləyən insanların şəxsi keyfiyyətləri, peşəkarlığı heç bir əhəmiyyət daşımır, ya da Həsən Həsənov qiymətli kadrdır, sadəcə nazir müavini Paşayev ona qarşı şəxsi-qərəz nümayiş etdirərək səfirin reputasiyasını məqsədyönlü formada ləkələyir.

Həsən Həsənov
Həmsöhbətlərinin üstünə qışqıran Həsən Həsənov

Paşayev öncə Həsən Həsənovun BMT-dəki yarıtmaz fəaliyyətindən yazır: “Həsənov BMT-də də keçmiş iş üslubunu davam etdirir. Özünün hakim mövqedən çıxış etdiyinə əmin olan Həsənov nəinki öz həmkarlarının, hətta xarici ölkə səfirlərinin və BMT əməkdaşlarının üstünə qışqırmaqdan usanmır və əsla bu xasiyyətindən əl çəkmirdi. Öz fikirlərini başqasına qəbul etdirmək üçün Həsənov daim həmsöhbətlərilə yüksəkdən danışar, onlara əmr etməkdən çəkinməzdi. Bu cür iş üslubundan narahatlıq çəkən BMT Baş Katibinin müavini rusiyalı Petrovski Azərbaycan xarici işlər naziri ilə görüşündə öz etirazını bildirir”.
                                                    Daim gərginlik yaradan Həsən Həsənov

Paşayev səfir kimi nazir Həsənovun tabeçiliyində işlərkən gördükləri dəhşətləri qeyd edir.
“...O, idarəçilik, iqtisadiyyat və təsərrüfat işini gözəl bilirdi. Hesab edirəm ki, bu sahədə hər hansı vəzifəyə təyin olunsaydı, xidmətləri daha səmərəli olardı. Həsənovu bu qurumda yadlaşdıran isə onun özünəməxsus mentaliteti və davranış, keçmişdən miras qalmış qaydaları idi. Həsənovun keçmişdən miras qalmış düşüncə tərzi və idarəetmə üslubu yeni reallıqlarla ziddiyyət təşkil edir, nəinki idarə daxilində, eyni zamanda diplomatik münasibətlərdə lüzumsuz gərginlik yaradırdı”.

Əmrbaz Həsən Həsənov

“Idarəetmədə hökmranlıq mövqeyindən çıxış etməyi üstün tuturdu. Özünü tərəf müqabilindən bir pillə yuxarı tutmaq Həsənovun səcdə etdiyi prinsiplərdən biri idi. Tabeliyində olan şəxsdən tam itaətkarlıq tələb edərdi. Elə məhz bu xüsusiyyətinə görə də mənimlə münasibətlərində gərginlik yarandı. Işi hər an gərginləşdirmək imkanını əldən verməzdi. Tez-tez Vaşinqtona Bakı vaxtı ilə saat 12-də zəng edərdi. Uzun müddət Nyu-Yorkda yaşamış nazir yaxşı bilirdi ki, gecə 3.00-da Vaşinqtonda telefon dəstəyini qaldıran şəxs iş masası arxasında deyil, çarpayıda şirin yuxudadır. Buna baxmayaraq, nazir əmri əmr dalınca verər, hər hansı məsələ barəsində dərhal tədbir görməyi hökmlə tələb edərdi. Əlbəttə, Amerikada hökumət idarələrinin gecə saat 3.00-də bağlı olduğu faktı naziri qane etməzdi”.

(`Azadlıq` qəzetinin 13 yanvar 2011 sayında dərc edilən məqaləm)

27.1.15

Komediya:`Jurnalist Sevinc Osmanqızına qarşı təzyiqlərə son qoyulsun`

O gün jurnalist dostlarıma çağırış elədim ki, hazırda USA-da yaşayan və o ölkədə siyasi sığıncaq almaq istəyən Sevinc Osmanqızında Allah eşqinə `dissident`, `əzabkeş` obrazı yaratmasınlar, bu mövzuda etiyatlı olsunlar.
Neyçün.
Çünki, bu xanımla o adlar arasında dibigörünməz bir uçurum var.
Bu xanım öz fikirini belə əsaslandırı ki, guya 3-4 il əvvəl ANS-dəki tok-şoularına hökumətin xoşlamadığı adamları dəvət edib. Bu isə hakimiyyəti qəzəbləndirib. Bəs deməzsinizmi, hətta onun verilişə dəvət elədiyi 2 şəxsi Ilgar Mammadov və Leyla Yunusu) hakimiyyət həbs də edib. Bu isə o deməkdir ki, qoymayın məni də tutacaqlar! Sübhənallah!
Siz bu nağıla inanırsız?
İki müxalif simanın 2012-ci ildə ans tv-yə çıxardığına görə jurnalisti təbiq etmək gərəksə, onda gərək Mirşahin və Vahid Naxış müvafiq formada cəzalandırmaq üçün İŞİD-ın əlinə verilsin.
Axtarın, Sevinc xanımın apardığı o tok-şoulara diqqətlə baxın. Onların mövzuları hakimiyyəti nəinki qıcıqlandırmaz, heç ruhun da incitməz.
Axı bu xanımın Azərbaycanla bağlı siyasi bilikləri də son dərəcə aşağı olub və buna görə o heç istəsəydi də təhlükəli mövzulara girişə bilməzdi. (Bu fikirimə etirazı olan varsa Fuad Qəhrəmanlının yanılmıramsa Arif Hacılı ilə debatına baxa bilərlər. O debatda xanım jurnalist azı 4 kobud səhv sayılacaq suallar qoydu, iştirakçılar mədəniyyətlərinə sığınıb onları yola verdi)
Qayıdaq Sevinc xanımın yaradıcılığına. O bir qadın jurnalistlər şəbəkəsinə də rəhbərlik edirdi. hansısa qrant layihəsi əsasında, bu şəbəkə müxtəlif tanınmışlardan müsahibələr alırdı. Allaha şükür ki, Sevinc xanım o müsahibələrə görə təqib olunduğun demir. Çünki, o müsahibələr bülbülün güllə təmasında, Arazın kükrəməsindən, səmanın lacivərdliyindən və s bəhs edərdi.
Gələk, Sevinc xanımın facebook səhifəsinə. Siz girin özünüz baxın. Bu xanım ölkədə repressiyalar baş verdiyini indi deyir və özünü potensial qurban yerinə qoyur. Xub, belədirsə bəs bu xanım nədən repressiya maşını ilə çarpışdığına görə hazırda haqsız yerə zindan həyatı yaşayan həmkar və həmcinsi olan Leyla xanımdan, Xədicə xanımdan bir kəlmə də olsun status yazmır, hə?
 Nə mane olur ona. Belə bir maneə yoxdur!
Beləliklə, aydın olur ki, bu xanım USA səfirliyində demokratiyadan çox (o uzun illər USA-nın Bakı səfirliyində çalışıb) Eskuderoçuluq, fürsətçillik, başqasının əzabından kar götürmək öyrənib.
Qınayıram. Belə adamları da, onlara `mandat` verən jurnalistləri, saytları, qəzetləri də.
Hə, o başqa məsələ ki, Sevinc xanımı ailə problemlərinə görə məhkəməyə veriblər. Və Azərbaycan məhkəmələri ənənəsinə sadıq olaraq bu işi obyektiv araşdırmaya bilər. Bəyəm, hər qeyri-obyektiv məhkəmənin qurbanı olan şəxs `dissident` sayılmalıdır ki.

Mənbə: Buranı bas

26.1.15

Saytdan oxumuşam!

Hər deyilənə inanırsızmı?
Yox, cavabı verirsinizsə sizdən soruşuram, bəs niyə hər yazılana inanırsınız. 
Elə bilirsiniz ki yazmaq danışmaqdan çətindi?
Yoxsa, düşünürsünüz ki yalançılar yazanda o `qabiliyyətlərini` itirir?
Qabaqlar, məsələn 15-30 il əvvələdək belə şey moddaydı.
Bir nəfər öz fikirini əsaslı saydırmaq, hətta mübahisəsiz qəbul etdirmək üçün deyərdi. `Bunu kitabdan oxumuşam, yaxud televiziyadan eşitdim`.
Əyyam dəyişdi. Hamı bildi ki,  kitab çap eləmək çətin şey deyil, orda da Allahından dönüb nə istəsən çərənləyə də bilərsən. Eləcə də televizorda da adamlar get-gedə öyrəndilər ki, qatığı çox rahat qara rəngdə göstərmək olar.
Bundan sonra yeni bir istinadgah peyda oldu. `Əşi mənə inanmaya bilərsiz, axı bunu internetdə yazıblar`. 

Baaa, nə danışırsan, onda heç, sən deyəndi. Atan oldu rəhmətlik.
Sonra irəli daha bir addım atıldı, günümüzdə adamlardan tez-tez eşitmək olur. `Filan sayt yazıb, özümdən demirəm ki`.
Belə hallarla qarşılaşırsız, elədi?

Bu cür səthi yanaşmaya görə bəzən özünüz qurbana çevirilirsiniz, bəzən də kimisə qurban verirsiniz.
Odur ki, bəzi sadə şeyləri demək istəyirəm.
Əziz dostlar.
İndiki dövrdə kitab çap elətməkdən daha asan sayt yatarmaqdır. 5-10 manat belə sayt yaratmaq və istənilən informasiyanı, dezinformasiyanı ora doldurmaq olar.  Odur ki, gözyumlu hər yazılana inanmaq olmaz.
Hər bir xəbəri oxuyanda mütləq zəka süzgəcindən aşağıdakılar keçirilməlidir.

Bir. Bunu yazan hansı saytdır (o sayt kimə bağlıdır, hansı qrupu, siyasəti dəstəkləyir, kimin sözünü deyir)? Bu çox vacibdir, çünki indi hakim dairələr dezinformasiya təxribatı törətmək üçün çoxlu saytlar yaradıblar və onlar rahatlıqla ictimai rəyi çaşdırırlar.

İki. Xəbərin ilkin mənbəyi kimdir. Yəni, sayt yazdığı xəbəri kimin dilindən eşidib, açıqlama alıb. Məsələn, Natiq haqda xəbər var, baxmaq lazımdı bu xəbəri verən Natiqin nəyidir, kimidir və s.

Üç. Sensasiyalı, sizin heyrətinizə səbəb olan bir xəbəri oxuyanda onun barəsində səs-küy yaratmazdan əvvəl dəqiqləşdirin. Xəbərdə adı keçən adamın mövqeyi ilə tanışsınızmı. Sayt qarşı tərəfin mövqeyini öyrənibmi. Öyrənməyibsə, zərəri yoxdu, həmin şəxsin facebook hesabına baxın, yaxud o şəxsə yaxın olan medianın, saytın xəbərlərinə göz atın.

Dörd. Sizi 3-4 dəfə qəsdən aldadan, sizə yalan xəbərlər təqdim edən saytlarla birdəfəlik əlvidalaşın ki, nə vaxtınız, nə də hissləriniz istismar olunsun.


Beş. Tutaq ki, bir sayt sizin etibarınızı qazanıb, lakin bu da hələ o anlama gəlmir ki, onun yazdıqları avtomatik həqiqət kimi qəbul etməlisiniz. Nəzərə alın ki, bazar iqtisadiyyatıdır. Saytlar, qəzetlər də əl dəyişir, kobud desək, `satılır`. Dünən dəmirə metal deyən sayt, bu gün dəmirə rahatlıqla qaz yazır.

Xülasə, antik dövrdən gələn bu fikiri başınızdan çıxarmayın. Şübhə biliyin əsasıdır. Oxuduğunuz xəbərdən həmişə şübhələnin. Araşdırın, sonra daxilən əmin olun.
Həndəsədə bizə teoremləri necə isbat edirdilər, yadınızda qalmayıb?
Əksini fərz edək, tutaq ki filan şey filan cür deyil, bəsməkən cürədi.

İlham Əliyev üçün şikayət məktubları

Makisim kişi
Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” əsərində və onun əsasında çəkilən “Qəm pəncərəsi” filmində çarəsiz müsəlmanların ərşə dirənən zülmdən qurtulmaq üçün Həzrət Abbasa məktub yazması sizə tanış səhnələrdir.
Adamlar məktub yazır, onu axar suya atırdılar ki, Həzrət Abbasa çatsın...
Deyirlər, indi də Azərbaycanda bu ənənə yaşayır. Gülməlidir, eləmi?
Təklif edirəm ki, təbəssümlərimizi bir az boğaq. Bir qədər əvvəl keçmiş prokurorluq işçisi ilə görüşdüm. Acalov adlı bu şəxs 30 il prokurorluqda işləyib. Baş prokuror Qaralov onu şəxsi intriqası əsasında qanunsuz olaraq işdən çıxarıb. Acalov deyir ki, işdən çıxarıldığı üç il boyunca, hər gün dövlət başçısının saytına şikayət məktubu yazır, onu dinləmək üçün xahiş edir.
Onun təkcə prezidentə yazdığı ənənəvi məktubların sayı 91 idi. Görüşdən bəri yəqin ki, bu rəqəm yüzə çatar.
Indi sual yaranır: kimin vəziyyəti daha gülməlidir, Həzrət Abbasdan, yoxsa Ilham Əliyev adlı müstəbiddən cavab gözləyənlərin?
İki ay olmaz, “Azadlıq”d Qusar rayonundan daha bir şikayətçi (Maksim Ağakişiyev ) gəlmişdi. O, məktublarla bağlı artıq başqa ölçü vahidi işlədirdi. Məktubların sayı o qədər çoxalmışdı ki, o, miqdarı kiloqramla ifadə edirdi. Adam Ilham Əliyev və onun əyanlarına iki kiloqram yarım məktub yazmışdı...

Deyirlər, əvvəl söz yaranıb, sonra isə yazı. Bizdə yazı işi, maşallah, pis getmir. Az qala, adam tarixi geri fırlatmaq istəyir ki, yazıdan danışığa keçək. Adamların, qələmi bir yana qoyub, küçədə, meydanda şikayətlərini dilə gətirməsinin daha çox fayda verəcəyinə inananlardanam. Bununla bağlı sadə də olsa, nümunələrim var. Prezident Aparatının qarşısına ən müxtəlif problemlərə görə yığışan adamları çox görmüşəm. Onlara ən kövrək etiraz şüarları səsləndirməyə imkan vermirlər, ağızlarını tuturlar. Amma otağa çəkib ən sərt sözlərini məktuba töküb zati-alilərinə yollamağa razılıq verirdilər...
Bu, qətiyyən yazının gücünü, xüsusən medianın gücünü şübhə altına almağa hesablanan düşüncə deyil. Əksinə, medianın daha güclü, təsirli yazması üçün yaxşı danışanlara ehtiyac var. Reportyorlar yaxşı bilir; bizdə hətta evi təpəsinə uçurulan insanlar da danışmır. Və ya danışanda o qədər nəcib, nəzakətli olur ki, üzərinə qonan ağcaqanadın ruhu belə incimir.
Bizə, danışan insanlar gərəkdir. Deyinən yox, məhz danışan.
Fikir vermisinizsə, bu sahədə hələ ki, Azərbaycan qadınları kişilərdən öndədir. Siz ixtiyari bir avtobusda müşahidə aparın. Sürücünün kobudluğuna, avtobusu bərk sürməsinə, siqnaldan əl götürməməsinə ilk və israrlı reaksiya qadınlardan gəlir. Televiziyaların az-çox problemləri işıqlandırdıqları materiallarda danışanlar da yenə qadınlardır. Xülasə, xanımlar, sizin arxanızdayıq, cəsur olun, biz kişiləri də danışmağa cəsarətləndirin!


Bunun adı çekistlikdir?

Hə, dünən də bir danışan xanımı dinlədim. Onun videosunu internetdə şübhəsiz ki, xüsusi xidmət orqanları yaymışdılar. O, ötən il Naxçıvan MTN-də öldürülən gənc Turac Zeynalovun xanımı idi. Əzbərlədiklərini udquna-udquna Naxçıvandakı demokratik media və hüquq müdafiəçilərinin ünvanına yağdıran bu xanıma zərrə qədər də qəzəblənmədim. Onun başına nə zülmlər gətiriblər... Gizlətdiyi gözlərindən oxunurdu... Adamın çiçəyi burnunda həyat yoldaşını öldürüblər və indi onun özünə qatilin ünvanına məhdiyyə oxutdururlar... Dəhşətdir!

Hörmətli MTN işçiləri!

Mən sizə müraciət edirəm: Adamlığı bu qədər tərk etməyin! Insanları bu qədər alçaltmayın! Insanların heysiyyətini terror etməyin! Inanın, bu cür yaramaz metodlarla nə saxta Əliyev rejimini müdafiə edəÿbiləcəksiniz, nə də özünüzü.
Hər şeyin bir həddi var. Bu insanlara onsuz da ağlagəlməz sitəm etmisiniz, bəs deyilmi?
Bu cür üsullara əl atanlar görəsən, heçmi gecələr vicdanlarıyla baş-başa qalmırlar?
Yəni, Ilham Əliyevi, Vasif Talıbovu o qədər vəli-nemət sayırsınız ki, onların uğrunda bir qadını, həyat yoldaşını itirən bir xanımı repressiyanın məngənəsində amansızlıqla xurd-xəşil eləməyə qərar verirsiniz?

(məqaləm `Azadlıq` qəzetinin 11 İYUL 2012  sayında Dərc olub)

25.1.15

Çadra atma şantajı

1929-cu ilin "Yeni Yol" qəzetindən maraqlı bir məqalə oxudum. 
Çadra əleyhinə kampaniya çərçivədə yazılan məqalədə müəllif qeyd edir ki, çadramı atmışam amma palto geyməyə pul yoxdu. Paltonu bir az ucuz verin ;)
Bunun adı mədəni inqilab çərçivəsində mədəni şantadı.

Mənim dərdim

  2007-ci ildən Bakı-Tbilisi-Qars (BTQ) marşurutu üzrə dəmiryolu xətti çəkilir. Bu xəttin 76 kmi Türkiyə, 259 kmi Gürcüstan, 503 kmi isə Azərbaycan ərazisinə düşür.
BTQ 2012-ci ildə istifadəyə verilməli idi. 4 ildir gecikir! 4 il!
Şükürlər olsun ki, srağagün Azərbaycan və Gürcüstan tərəfi öz zonalarında işi bitirdiklərini açıqladılar. Bəs Türkiyə?
Türkiyə bəyan elədi ki, qotur boyda məsafənin (76 km) hələ 80 faizi tamamdı. 
Təsəvvür edirsinizmi?
 İndiki templə işləsələr deməli ,onlara hələ azı 4 il də lazımdır ki, 76 km tamamlansın.

24.1.15

Tarix naminə- Leyla Yunus

Bu gün ermənipərəstlikdə ittiham olunan, əslində isə yeganə günahı Azərbaycandakı şər rejimini qəbul eləməyən, onu qamçılayan Leyla Yunusun 25 il əvvəlki mövqeyi ilə tanış olaq.
Yuxarıda fotosunu verdiyim məqalə 1990-ci ilin yanvarında Türkiyənin `Hürriyet` qəzetində çap olunub.
Məqalədən sitat: `Azərbaycanda demokratiyanın oturuşması üçün Türkiyənin köməyinə ehtiyac var. Bizi İrana möhtac eləməyib. İran və Moskva Azərbaycana demokratiyanın gəlməsini istəmirlər`. 

22.1.15

Şərləmə generalı Həzi Aslanov

Sovet Ittifaqı Qəhramanı Həzi Aslanov
Bu gün xalqımızın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun ad günüdür (22 yanvar 1910).
Bu ad günündə mən nələri düşündüm?

Yadıma saldım ki, Həzi Aslanovun adını və soyadını daşıyan başqa bir general Baş Narkotika İdarəsinin rəisidir.
 Bu Həzi Aslanov bizim Qəhrəman Həzi Aslanovun nəvəsidir.
Bu o Həzi Aslanovdur ki, bu gün üzdə olan fəalları, xalqın təəssübünü çəkən, yalan və talana etiraz edənləri gənc-qoca demədən, xəstə-sağlam bilmədən namərdcəsinə narkotiklə şərlədib həbsə atdırır.

Paradoks!
I Həzi Aslanov bunu istəyərdimi? İnanmıram.
Və mən düşünürəm, işi gənc nəsili yetişdirmək olan anam, qardaşım Murad Adilovun yoldaşı və eləcədə II Həzinin şəri ilə üzləşənlərin pedoqoq yaxınları `Qəhrəman Həzi` mövzusunu qəzəbsiz, qərəzsiz, içlərindəki hirsi basaraq tədris edə biləcəklərmi.
Buna da inanmıram.


Biz çoxlu belə hallara şahidik ki, tarix bir çox dahilərə nəsillini davam etdirmək şansı verməyib. Onların çoxu ya övladsız olub, ya da birinci nəsil şaxələnməsi ilə iş bitib.
II Həzikimiləri görəndə adam deyir, şükür sənin kəramətinə İlahi!


Nəvə Həzi Aslanov

`Ermənipərəst` Rüstəm İbrahimbəyov

Bilmirəm, bəlkə də o dövr -20 yanvar faciəsi baş vərəkən vətəndaşlarımız bundan xəbərdar olmuşdu ya yox...Mən yaşdakılar (35 və daha gənc) bu faktdan agah deyillər.
Söhbət hökumətin `ermənipərəst` elan etdiyi Milli Şuranın fəxri sədri rüstəm İbrahimbəyovun o dövrdə etdiyi mərd addımdan gedir. Əlimdə Türkiyənin `Milliyət` qəzeti var.
Qəzet 20 yanvardan bir neçə gün sonra Rüstəm İbrahimbəyovun Moskvada yanvar qırğınlarına görə keçirdiyi mətbuat konfransından yazır.
Hələlik bu faktla tanış olaq, söhbətimiz isə gələn görüşlərdə davam edəcək. Elə bu şəxs- Rüstəm İbrahimbəyov və onun 20 yanvarı dünyaya o çətin dövrə tanıtması ilə bağlı.
Özü də yenə də Natiq yox, faktlar danışacaq.

21.1.15

Fazil Mustafa Heydər Əliyev və onun oğlu barədə

Fazil Mustafa həccdə

Zaman gələcək, nankor ermənilər İrəvanda Sasunlu Davidin heykəlini uçurub  Heydər Əliyevə abidə ucaldacaqlar


Mənə subut edin ki, H.Əliyev turkdü, edə bilməzsiniz, çünki hakimiyyətə gələn kimi mənim dilimin adını dəyişməyi onun türkə qarşı genetik nifrətindən irəli gəlirdi. Mənə sübut edin ki, H.Əliyev müsəlmandı, mənə sübut edin ki, H.Əliyev insandı!



Bu seçim başqa seçim olacaq. Azərbaycanda prezidentin yenidən seçimi bəlkə da aysberqin görünən tərəfidi. Bu gün Azərbaycan aydınının seçimidi. Bu gün Azərbaycan üçün müttəfiq və düşmən dövlətlərin seçimidi. Bu gün Azərbaycanın ya bir millət-iki dövlət olmaq, ya da bir millət-bir xaraba-bir dövlət olmaq seçimidi. Bu gün sənətini qarın yalına bulaşdıranlarla millətin sənətçilərinin seçimidi. Bu gün vətən üçün xidmət istəyən sahibkarlarla Ailə sahibkarlarının seçimidi. Bu gün Şeyxülislam Allahşükür Paşazadənin mənəviyyatı ilə mömin müsəlmanların mənəviyyatının seçimidi. Kim kimin yanında duracaq?

Bir yandan şeyxülislam öz təbliğatı ilə sübut etməyə çalışdı ki, qumar oynamaq və əyyaşlıq Qurana zərrə qədər də zıdd deyil və bu, elə möminlik kimi bir şey sayılır. Mənim çox hörmət etdiyim Vasım müəllim də təqribən eyni şeyi təsdiqlədi. Həm də Mirmövsüm ağanın ziyarətgahında rahatca yalan danışmağı qəbahət saymadılar. Onların hər ikisinin birgə tərcümə etdiyi Quranda buyrulur ki, “Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Şeyxülislamla Vasim müəllim, eləcə də Aristoteldən sonra yetişmiş ən böyük bəşər filosofu, toxumluq üçün bircə fəlsəfi cümləsinə rast gəlmədiyim Fuad Qasımzadə də hamının hörmətlə yanaşdığı bir ziyarətgahda milləti əmin etdilər ki, artıq bu nicat tapılmışdır və İlham Əliyev həmin zaddı ki, var. Onların sözlərindən anlaşılan budu ki, qumar gözəl əməldi və Azərbaycana başçını məhz bu keyfiyyətə görə seçməlisiniz. İndi bir sürü alim deyilən şəxslər Marksa, Leninə sevgilərini izhar edərək yaşadıqlarına görə onların şeytanla yaxınlığını başa düşmək olar. Bəs Quranı tərcümə edənlərin şeytana yaxılığını necə qiymətləndirək? Nədir axı insanları bu qədər haqdan döndərən? Heydər Əliyevin yalan danışdığını bilə-bilə qorxudan onu dəstəkləməyiniz başa düşüləndir. Üstəlik, yanınıza salıb Həccə apardınız, o isə qayıdandan sonra bu millətə daha bğyük sitəm tutmağa başladı. Deməli, bu adama Həccin də faydası olmadı. Ancaq şeyxin sinəsinə döyərək bəyan etməsi ki, o, ölkənin ən mənəviyyatlı adamı kimi İlhama dəstək verir, buna qətiyən gülüb keçməyin. Bu qədər naqis əməllərdən sonra onun şeyxülislam olaraq qaldığı bir məmləkətdə İlham niyə prezident olmaq istəməsin?

Digər yandan, hakimiyyət dairələri külli miqdarda para xərcləyarək nəyin bahasına olursa-olsun, seşkiləri saxtalaşdırmaq üçün total aksiyaya hazırlaşırlar.İndidən qorxuducu tədbirlərdən də söz açılır. Ancaq quyruqları qapı arasındadı. Kim hakimiyyətdən gedəndə şələ-şüləsini rahatca yığışdırıb gedir? Hər halda, sonuncu cəhdlərini göstərməlidilər. Biz də bir millət olaraq öz addımlarımızı atmalıyıq. Əslində məşhur lətifədə olduğu kimi, əvvəlcə lotereya almaq lazımdı ki, sonra maşın udmağı arzulayaq. Əvvəl seçkini udmaq lazımdı ki, səslərin qorunması üçün qətiyyətli mübarizəyə başlayaq.

Bu rejimə diktatura deyib barmaqarası baxmayın. Çox zaman H.Əliyevin hərəkətlərini Əbu Ləhəblə, Əbu Cəhllə müqayisə edənlər yanılırlar. İnanın ki, onlar xeyli insaflı kişilər olublar. Peyğəmbərimizə deyiblər ki, bir il sən bizim dinimizə ibadət et, bir il də biz sənin. Bunlar isə deyirlər ki, 34 il ata bütümüzə, 34 il oğul bütümüz., 34 il də nəvə bütümüzə ibadət edin, haqqa ibadət deyilən şey olmayacaq. Heydəri heç Stalinlə, Bağırovla da müqayisə etmək düzgün olmaz. Bu adamlar heç olmasa, öz ailəsini dövlətin başına çıxarmamışdılar. Stalin oğlunu hamı kimi döyüşə göndərmişdi. H.Əliyevin özünün əsgərlikdən yayınması bir yana dursun, tayfasından bir nəfər tanıyırmısınız ki, vətən savaşında döyüşməməsi cəhənnəm, heç olmasa, döyüşənlərə çörək daşısın?

Qərbi Azərbaycan mənim ürəyimin ən ağrılı yeridi. Dərbənd, Borçalı, Qarabağ kimi. Ata babam 1917-ci ildə erməni zülmündən qurtularaq Naxçıvana gəlib. Ana babam isə köklü-köməcli Naxçıvanın məşhur Nehrəm kəndindəndi. Qərbi Azərbaycandan olan yüzlərlə qaçqın düşmüş qohumlarım var. Bu seçkidə İsa Qəmbəri dəstəkləyirəm və onun prezident olması üçün bütün imkanlarımla çalışıram. Layiqlik meyarına, milli-demokratik dünyagörüşü daha keyfiyyətli təmsil etdiyinə görə. Axı illər öncə böyük öndərimiz Əbülfəz Elçibəyi də həmyerli kimi dəstəkləmişəm. Ən böyük TÜRK kimi, AZƏRBAYCANLI kimi, ŞƏXSİYYƏT kimi onu lider qəbul etmişik. İndi nə istəyirsiniz, mənə subut edin ki, H.Əliyev turkdü. Edə bilməzsiniz. Çünki hakimiyyətə gələn kimi mənim dilimin adını dəyişməyi onun türkə qarşı genetik nifrətindən irəli gəlirdi. İndi mənə sübut edin ki, H.Əliyev müsəlmandı. Müsəlman olan birisi hətta düşmən kimi qəbul etdiyi Ayaz Mütəllibovun atasının yasına gəlməyinə şərait yaradar, geri dönəndən sonra düşmənçiliyini davam etdirərdi.


Tez-tez indiki iqtidar nümayəndələri 1992-93-cü illərə ekskurs etməyi xoşlayırlar. Əxlaq mövzusunda da həmin dövrlərə istinad etsəniz, xeyli əxlaqi məziyyətlər qazanmanız mümkün ola bilərdi. Prezident Elçibəy Vəzirovu Moskvadan gətirərək, anasını yasında iştirakına hər cür şərait yaratdı, özü də şəxsən gedib hüzrdə iştirak etdi. H.Əliyevə siyasi rəqib olmasına baxmayaraq, qardaşının yasına gəlməyə hər cür şərait yaratdı və hörmətlə qəbul etdi. Niyə əxlaqla bağlı məsələlərdə müqayisə aparmaqdan qaçırsınız? İndi bu misallardan sonra mənə sübut edin ki, H.Əliyev insandı. Baxın qul bazarındakı ümidsiz insanlara və eyş-işrət içində yaşayan Əliyev tayafasını durumuna, söyləyin görüm, insan olan bu qədər sərvəti özü ilə gora apara bilməyəcəyini düşünməzmi? İndi sizlər hansı ölçülərlə H.Əliyevin siyasi kursunun davamını tələb edirsiniz? H.Əliyev öz millətinin dirçəlişi üçün yaşadı, bunun sizə nə aidiyyəti, ay Qərbi Azərbaycanın başbilən türkləri? Heç olmasa, içinizdən bir türk şəxsiyyət tapıb dəstək verə bilməzsinizmi?

Mən əminəm ki, bir zaman gələcək, bu nankor ermənilər İrəvanda Sasunlu Davidin heykəlini uçurub Heydər Əliyevə abidə ucaldacaqlar. Çünki erməninin heç bir milli qəhrəmanı Ermənistan üçün bu qədər geniş ərazi qazandırmayıb. Bunu etməsələr, həqiqətən ermənilər nankor millətdi, qədirbilməz və çörəkitirəndi! Bunun əvəzinə mənim Qərbi Azərbaycandan olan, fəqət qəlbi Azərbaycanımdan olmayan ziyalı batalyonu (onların sayı 112 olaraq göstərilib) çörəklə bağlı öz mülahizələrini cəmiyyətin diqqətinə çatdırdılar və H.Əliyevin çörəyini yemiş hər kəsi oğlunun da çörəyinə ağız sulandırmağa çağırıdılar. Xüsusilə da çörəklə bağlı Əhliman Əmiraslanovun iradları daha böyük olmalıdı. Çünki Elçibəy onu vicdanlı ışləmək, təhsilimizə xidmət etmək üçün Tibb Universitetinə rektor gətirmişdi. O isə rektorluğa çörək yemək məsələsi kimi baxdığına görə Misir Mərdanovla birgə təhsil sistemimizə öldürücü zərbələr vurmaqla ziyalı adını daşımağa nə qədər haqqı çatdığını göstərdi.

İndi də qəzəbləniblər ki, Qərbi Azərbaycandan olan insanlar niyə İsa Qəmbərə səs verməyi düşünürlər. Səs verib-verməmək onların müstəsna hüquqdu və demokratik düşüncə sahibi olan kimsələr başa düşürlər ki, başqasının da seçiminə hörmətlə yanaşmaq lazımdı. Yaxşı ki, özləri də qeyd edirlər ki, sadə qərbi azərbaycanlılar kimin kim olduğunu yaxşı dərk edirlər. Nə yazıq ki, adının önündə “f.e.d.”, “p.e.d.”, “t.e.d.”. “h.e.d.”, “akademik”, “professor” olan bir sıra mürəkkəb qərbi azərbaycanlılar on ildir sürən H.Əliyev zülmünün davam etməsini istəyirlər və öz mənfəətlərindən savayı başqa bir şey düşünmürlər. Çünki özləri tutdiğu vəzifələrin ləzzətini düşünərək, özləri üçün xırda obyekt-vətənlər düzəldib rahat yaşayırlar. Birinin vətəni Tibb Universiteti, digərininki Bakı Dövlət Universiteti, o birininki pedaqoji və ya özəl universitetdir, hansınınsa tibb müəssisəsi, YAP və s.-dir. O sadə dedikləri Qərbi Azərbaycan turkləridi Göyçəni, Vedini, Qarakilsəni, Zəngəzuru, Basarkeşəri və bütövlükdə Azərbaycanı vətən hesab edən. Ermənini oradan qovmaq istəyən, ora dönmək istəyənlərdi. O sadə dedikləri qərbi azərbaycanlılar qəlbi Azərbaycandan olan insanlardı.

Bəzi mürəkkəb qərbi azərbaycanləlar, naxçıvanlılar, qarabağlılar heç bir prosesə ümummilli təfkkürdən yanaşa bilmirlər. Dönə-dönə demişik ki, öz bölgələrinin, tayfalarının böyük adamı olmaqdan Azərbaycanın böyük adamı olmağa doğru ucala bilməyənlər özləri üçün böyüklük etalonunu əvvəlcə Heydərdə, sonra isə İlhamda görürlər. Onların H.Əliyevə münasibətini anlamaq olar. Günü bu gün onun ölüsündən də qorxurlar və torpağa verilməyincə diriləcəyinə inanmaqdadılar. Əgər ölkənin 112 professoru İlham Əliyevi özlərindən ağıllı hesab edirsə, əgər Qafqaz müsəlmanlarının ömürlük şeyxülislamı Paşazadənin, Azərbaycan yazarlarının ömürlük şeyxülislamı Anarın, Azərbaycan rəssamlarının, bəstəçilərinin və onların timsalında bütün adi azərbaycanlıların şeyxülislamları öz dövləti üçün İlham Əliyevi alternativsiz lider görürlərsə, Azərbaycanda din, elm, sənət, ədəbiyyat deyilən sahələrin durumunun çox-çox acınacaqlı olduğu göz qabağındadır. Deməyin ki, onların çoxunu tutduğu vəzifəyə görə məcbur ediblər. O imza atanların içində mənim tanıdığım Məmmədəli Zeynalov obrazı var ha, o, hələ incik qalar ki, niyə ona iki dəfə imza atdırmayıblar. 80 yaşında YAP-a daxil olubsa, deməli, gələcəyi parlaq olan adamdı, fəlsəfi biliyi də gunu-gundən artmaqdadı. Bir neçə imza sahibi istisna olmaqla, qalanları Məmmədəlidən geri qalanlar deyil.

Bunca faciələri yaşamağımızın səbəbini iki şeydə axtarmaq lazım gəlir: ədalət və dövlətçilik hisslərinin zəif olmasında. İndi anlayırsınızmı nədən Azərbaycan xanlıqları zəif olub, birləşə bilməyib? Məsələn, İbrahim xan Hüseynqulu xana deyib ki, gəl Fətəli xanın liderliyini dəstəkləyək, o, daha böyük nüfuza sahibdi və ölkəni birləşdirə bilər, Hüseynqulu xan da deyib ki, o qubalı, mən bakılı, sən də qarabağlı, biz onu necə dəstəkləyə bilərik? Rusiya imperiya olub, ancaq rus aliminin ədalət və dövlətçilik hissi Stalin repressiyası dövründə də qalıb. Rus akademikləri Xruşşovun akademik seçilməsinə səs verməyəndə, Saxarovun akademikliyini əlindən almaqla razılaşmayanda düşünmürsünüz ki, o zaman da KQB vardı? İndiki Azərbaycanda Heydər Əliyev adlanan KQB yoxdu və olmayacaq, nəyin qorxusunu yaşayırsınız? İndi fürsət verin şərqi naxçıvanlılar, şimali zaqatalılar, cənubi lənkəranlılar da bircə-bircə öz sözlərini danışsınlar.

Bu mürəkkəb naxçıvanlılar da Naxçıvanı Azərbaycandan daha böyük göstərmək üçün götürüb yekə bir ensiklopediya buraxıblar. On ildir müstəqil Azərbaycan üçün ensiklopediya buraxa bilmirlər, amma Naxçıvana həsr olunmuş geniş bir kitab ərsəyə gətirirlər. Kim nə qədər pul veribsə, ona pulun miqdarına görə səhifə ayırıblar. Deyəsən, bircə Mirzə Cəlildən və Caviddən pul almayıblar. Novella xanımı da Naxçıvan hava limanında ona görə döyürmüşlər ki, pul ver, sənin də adını ensiklopediyaya salaq. Bunun ardınca cənubi lənkəranlılar da tələb edəcəklər ki, məhz portağala yox, limona milli meyvə statusu verilsin. Vallah, axmağın qərblisi, şərqlisi, şimallısı, cənublusu, naxçıvanlısı, qarabağlısı, qərbi azərbaycanlısı olmur. Və hətta axmağın ziyalısı da olmur. Axmaq, sadəcə, ziyasız olur. Gəlin ziyalı və aydın sözlərinin tərifi üzərində bir də ciddi düşünək. Bunun tərifini tapa bilməsək, kim Ali Attestasiya Komissiyasından bir elmi rütbə alacaqsa, adının qabağına bir ziyalı sözünü də əlavə edib, hay-həşir salacaq.

“Ot kökü üstə bitər” deyib, bir misal da çəkirlər. İlham da Heydərin kökü üstündə bitib. Elə ötən gün telekanalların birində çıxış edərkən baxdım ki, elə Vaqif Səmədoğluda Səməd Vurğunun kökü üstündə bitibmiş. Bu, əslində işi asanlaşdıran bir şeydir. Kökünə baxıb ota qiymət vermək olur. Ancaq bu cəmiyyətdə çoxları öz atasının deyil, H.Əliyevin kökü üstündə bitmiş otlardı. Payız gəlib və bu kök quruyub. İndi bunlar İlham Əliyevin kökü üstündə bitmək istəyirlər. Əksəriyyəti də saralmış otlardı. Qısaca belə deyilsə yaxşıdır: hansı vəzifə, mövqe tutursan-tut, hansı titul daşıyırsan-daşı, ancaq adam gərək kişi olsun, ot olmasın. Ot olmağı ideala çevirənlər, heç olmazsa, öz atalarının kökü üstündə bitsinlər.

Allahşükürün əməlləri hamını Quranla zarafat etmək həddinə gətirib çıxardı. Ötən günlərdə müxalifətin tanınmış simalarından biri düz on dəqiqə əlini Quranın üstünə qoyub televiziyada çıxış etdi ki, biri qan töküb hakimiyyətdə qalmaq, digəri qisas almaq üçün hakimiyyətə gəlmək istəyir. Bəlkə də əlini üstünə qoyduğunuz Quranın içinin mənasına öncə diqqət yütiriləndən sonra bu taktikadan istifadə etməyə normal baxmaq olardı. “Əl-Hucurat”(Otaqlar) surəsinin 12-ci ayəsində deyilir ki, “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır.” Çıxışda qeyd olunan birincini 1993 və 1995-ci ildə görmüşük. H.Əliyev onlarla insanın qanı bahasına hakimiyyəti əldə saxladı. Yəni onun hərəkətləri barədə danışmaq zənn deyil. Bəs nəzərdə tutulan ikincisi? Müxalifət liderlərinin üzdə olanlarından kiminsə qisas almaq üçün hakimiyyətə gəlməsi baradə fikir söyləmək açıq bir zənndir, gümandır. Onun qəlbinimi oxuyub bu zənnə düşülüb? O vədə Qurana əl basmadan bunu söyləmək daha təhlükəsiz bir iş olardı. Quranın tələbinə əhəmiyyət vermədən ona isnad etməyin adı nə?

Həzrəti Əli də “Nəh-cül-Bəlağə”də yazır ki, “Eşitdim, duydum batildir, gördüm haqdır”. Əgər eşitmək və duymaqla müəyyən etmişlər ki, məsələn, İsa Qəmbər qisas almağa gəlir, o vədə yenə də görmədiyinə görə bunu haqq kimi sırımaq olmaz. Quranın tələblərinə öz həyatında əməl etməyən insanların dar məqamda Qurana istinad etməsi xoş qarşılanası bir şey deyil. Ən azı H.Əliyevin Qurana əl basdıqdan sonra törətdiyi əməllərin aqibətinə görə necə əzab-əziyyətlə ölüm prosesi keçirdiyi hamıya ibrət olmalıdır.

Bildiyim odu ki, bu dava MAP (Milli Azərbaycan Partiyası) ilə YAP (Yezidi Azərbaycan 
Partiyası) arasında gedən və yekunlaşmaqda olan son davadır. Əlbəttə, bunlar rəmzlərdir. Gerçəkdə Milli Azərbaycan Partiyası qalib gəlməlidir. Azərbaycan türkləri öz dövlətinə sahib olmalıdır. Bu gedişat yeni quruluşda, yeni dəyərdə milli bir Azərbaycan dövlətini meydana çıxaracaq. O zaman millət də, vətən də prezidentdən çox-çox uca dəyərlər olacaq. Hələliksə ən uca dəyər demokratik və ədalətli prezidentdir. Milləti, vətəni ən uca dəyərə çevirmək istəyənlər ilk öncə bu prezidenti seçməlidirlər...

(Bu məqaləni Fazil Mustafa (Qəzənfəroğlu)  `QƏLBİ AZƏRBAYCANDAN OLMAYANLARA TÖVSİYƏ` başlığı ilə "Yeni Müsavat" qəzetinin 14 oktyabr 2003-cü il, №278(2205) -da çap etdirib)

20.1.15

Nə qədər ki, Sizin də oğlunuzu öldürməyiblər...

Oğlu amansızlıqla qətlə yetirilən ana
Bəlkə də “yersizdi” deyəcəksiniz açıqlayacağım fakta. Bəlkə də başqa bir vaxt bu faktın üzərində nəhəng bir məqalə qurmaq olardı. Bəlkə də...

Məni tərəddüdə salan fakt gündəmin hadisəsilə - ötən həftə polislərin vəhşicəsinə qətlə yetirdiyi Elvin Əsgərovla bağlıdır.

Mərhum Elvinin anası Roza xanım heç demə, paytaxtın Nizami rayonunda məntəqə seçki komissiyasının sədri olub. Onun məntəqəsindəki seçki rüsvayçılığı rəsmi protokoldan aşkar görünür. Seçki günü həmin məntəqədə müşahidəçi olan tanışlarımda da saxtakarlıqdan “bəs” deyincə faktlar var.
Beləliklə, yüzlərlə məntəqə sədri kimi, Roza xanım da 7 noyabrda seçki komissiyasına yox, müdhiş cinayətkarlığa öz çapında rəhbərlik edib. Etməsəydi, nə olacaqdı? Bu halda gənc Elvin vaxtsız ölümün cəngindən qurtaracaqdımı? Yəqin ki, yox...

Ağırlıq salmaq istədiyim məqam heç də “bütün saxtakarların oğlu ölməlidir” kimi sərsəm fikir deyil. Ancaq nakam Elvin və onun anasının misalında bizi dörd bir yandan saran siyasi-sosial bəlaları çək-çevir imkanı əldə etmişik.
Şübhəsiz ki, vəfat edən gəncin də, onu itirən ananın da acısının bir nömrəli səbəbkarı hakim rejimdir, avtoritar üsul-idarədir. Bəs elvinlərin ömrünü yarıda kəsən bu rejimi ayaqda saxlayan kimlərdir? Heç kim buna görə yaxasını kənara çəkib, məsuliyyətdən qaça bilməz.
Bu ölkədə Roza xanım kimi 2 min adam var. Onlar hər seçkini “uf” demədən saxtalaşdırırlar. Seçki saxtakarlığı cinayətdir. Bu cinayət xalqın dəyər verdiyi, seçdiyi insanların haqqının yeyilməsilə gerçəkləşir. Göz görə-görə etdikləri haqsızlıqların necə böyük bir müsibət olduğu çox vaxt onu həyata keçirənlərin heç vecinə də gəlmir. Bu insanlara elə gəlir ki, haqq-ədalət hər nədirsə, seçkiyə, səsverməyə, ümumiyyətlə, seçki prosesinə aidiyyəti olmayan məhfumlardı. Halbuki, “ədalətin təməli seçkidə qoyulur” deməyə iddialıyam. Insanları qazandığı haqdan məhrum etməkdən böyük zalımlıq tanımadığımı da deməliyəm.

Gəncin işgəncədən sonra nəşi
Roza ananın bütün ağrılarını bölüşürəm. Elvinin qətli ən yaxın adamıma olan qəsd kimi məni də yandırdı. Bu haqda neçə yazım oldu, hələ davam edəcək... Ancaq bilmirəm, Roza ana da hər seçkidə haqqımızı əlimizdən alan komissiyaların bizə yaşatdığı sitəmləri bölüşməyə hazırdırmı?
Bəli, bizlər də saxtalaşdırılan seçkidə az oğullarımızı itirmədik...
Bu seçkilər bizdən Həmidağa Zahidovu alıb, 21 yaşlı Alqayıt Məhərrəmovu çiçəyi burnunda aparıb...
Biz bu seçkilərdə daha nələri itirmədik ki, Roza xanım...
Ümidlərimizi, dostlarımızı, enerjimizi, işıqlı gözləntilərimizi, əsəblərimizi, normal təzyiqimizi...
Sayı iki mindən çox olan Mnsk sədrləri, DSK sədrləri...
Bilmirəm, bu yazı sizə çatacaq, ya yox. Hətta sizlərdən biri bu köşəni oxuyacaqsa, bəsimdir. Bilirəm ki, sizin o komissiyalardan aldığınız pullar heç bir aylıq ehtiyaclarınız üçün kifayət etmir. Həyata keçirdiyiniz mükəmməl saxtakarlıqla sizlər gənc, məsum Elvinləri qətlə yetirən bir rejimi ayaqda saxlayırsınız. Bunu məhz sizlər edirsiniz, sağa-sola boylanmayın.
Bilin, sizin zəhmətiniz sayəsində gündən-günə azğınlaşan hakimiyyətdən heç biriniz sığortalanmamısınız. O, sizin də balalarınızı yeyəcək. Özünüzdə təpər tapın, sizdən fövqəladə qəhrəmanlıq tələb edən yoxdur. Heç kim sizdən Isa Qəmbər olub, Ilham Əliyev hakimiyyətinə “görməmiş” deməyi, Əli Kərimli olub, ev dustağına çevrilə-çevrilə ələ düşən bütün fürsətlərdə “cümlə cinayətlərə baiskar Əliyevlərdi” bəyanatını verməyi tələb etmir.
Sadəcə, saxtakarlıq etmək üçün əliniz gidişməsin, yetər.

(Bu məqaləm  27 YANVAR 2011 tarixində `Azadlıq` qəzetində çap olunub) 

15.1.15

Elçibəyin ölümü (Türkiyə mətbuatında)

"Bakü’nün ‘Patriot’u öldü" başlıqlı məqalə (Hürriyet qəzeti)

2 aydır Türkiye'de prostat kanseri tedavisi gören Azerbaycan eski cumhurbaşkanı dün vefat etti

AZERBAYCAN'ın eski Devlet Başkanı Ebulfeyz Elçibey, bir süredir tedavi gördüğü GATA'da dün sabaha karşı vefat etti.

Elçibey, yaklaşık 2 aydır sağlık nedenleriyle Türkiye'de tedavi altında tutuluyordu. Prostat tümörü nedeniyle önce Ankara Hastanesi'nde tedavi altına alınan Elçibey, hastalığının belirli bir evreye ulaşması ve kemik tutulumu nedeniyle radyoterapi gerektiği için 9 Ağustos günü GATA'ya radyoterapi görmek üzere kaldırılmıştı.

Elçibey'in Türkiye'ye ‘‘metabolik durumunun çok bozuk ve septik komada, şuuru kapalı olarak’’ geldiği, Ankara'da kaldığı sürece durumunun iyiye gittiği, ancak nefes darlığı, akciğer enfeksiyonu, prostat kanseri hastalıklarını birarada taşıdığı açıklandı.

ATATÜRK HAYRANIYDI


Romantikliği ve Atatürk'e olan hayranlığı ile tanınan Elçibey'in naaşı dün Ankara Esenboğa Havalimanı'nda düzenlenen devlet töreninden sonra Türk Hava Kuvvetleri'ne ait bir uçakla ülkesine gönderildi. Törene MHP lideri, Başbakan Yardımcısı Devlet Bahçeli ve bazı bakanlar katılırken, Cumhurbaşkanı Ahmet Necdet Sezer, Başbakan Bülent Ecevit ve Dışişleri Bakanı İsmail Cem çelenk gönderdiler. Havaalanındaki törende Elçibey'in dayısının kızı Aysu Ahmetov tabuta sarılarak sinir krizi geçirdi. Elçibey için bugün öğle namazının ardından tüm camilerde gıyabi cenaze namazı kılınacak.

Öte yandan Başbakan Bülent Ecevit, Azerbaycan Devlet Başkanı Aliyev'i telefonla arayarak Elçibey'in ölümünden duyduğu üzüntüyü dile getirdi. Elçibey'in cenaze töreninde Türkiye'yi dört bakan temsil edecek. Devlet Bakanları Abdülhaluk Çay, Edip Safter Gaydalı, Hasan Gemici ile Ulaştırma Bakanı Enis Öksüz cenaze töreninde hazır bulunacak.

HÜKÜMET AÇIKLAMASI


Hükümet açıklamasında da şu ifadeler yer aldı:

‘‘Ebulfeyz Elçibey, Azerbaycan'ın egemenlik ve bağımsızlığının kazanılmasında ve pekiştirilme-sinde önemli rol oynamış bir liderdi. Vefatı Türk ulusunda derin bir üzüntü uyandırmıştır. Azerbaycan milleti değerli bir siyaset adamı ve vatansever bir evladını yitirmiştir. Kendisine Tanrı'dan rahmet, tüm Azerbaycan halkına başsağlığı dileriz.’’

DEVLET TÖRENİ YAPILACAK

Aliyev, Elçibey'in Bakü'de özel anıt mezara defni için gerekli talimatları verdiğini belirterek, cenaze töreninin Azerbaycan devleti tarafından organize edileceğini de bildirdi. Haydar Aliyev, Elçibey'in ailesine ve yakınlarına da başsağlığı diledi. Elçibey, devlet töreniyle Bakü'de ülkenin önde gelenlerinin gömüldüğü ‘Fahri mezarlık’a defnedilecek.

Türkiye’ye karşı derin bir muhabbet içersindeydi

Azerbaycan'ın bağımsızlığını kazanmasında önemli rol oynayan, Türkiye ile Azerbaycan ilişkilerinin gelişmesine büyük katkısı olan Elçibey'in kaybı halklarımızı derin üzüntüye sevk etmiştir.

Ahmet Necdet Sezer:


Kardeş ve dost Azerbaycan halkına başsağlığı diliyorum. Merhuma Allah'tan rahmet niyaz ediyorum.

Süleyman Demirel :


Azerbaycan'ın bağımsızlığını kazanmasında önemli katkıları olan Sayın Elçibey'in kaybı, yalnız Azerbaycan'ın değil, Türkiye'nin ve Türk Dünyasının önemli bir kaybıdır.

Yıldırım Akbulut:


Kendisi, Türk dünyasının bir aşığı idi. Türkiye'ye büyük dostluk bağlarıyla bağlıydı. Azerbaycan'ın yetiştirdiği değerli bir siyaset ve devlet adamıydı. Onun genç sayılabilecek bir yaşta hayattan ayrılması, çok üzücü.


Bülent Ecevit:


Son nefesine kadar canından aziz bildiği Türk milleti için çalışan Elçibey'i Türkiye ve Türk Dünyası her zaman büyük bir sevgi, saygı ve şükranla kalbinde yaşatacaktır. Elçibey'i, rahmeti rahmana uğurlarken, ufak da olsa bir tesellimiz vardır. Hiç değilse son nefesini çok sevdiği, bağlı olduğu ay yıldızlı bayrak altında Türkiye'de verdi ve ebediyete kadar da her şeyden aziz bildiği Azerbaycan'da olacak.


Devlet Bahçeli :


Kaybımız büyüktür. Tek tesellimiz, Elçibey'in ömrünü adadığı bağımsız Azerbaycan'ın devletler ailesinin onurlu bir ferdi olarak, dimdik ayakta durduğunu kendi gözleriyle görmüş olmasıdır.


Mesut Yılmaz:

Merhum Elçibey, yalnızca kardeş Azerbaycan için değil, eski Sovyetler Birliği'nden ayrılan tüm özgür milletler, bağımsız devletler için bir barış temsilcisiydi. Üzüntümüz büyüktür.


Tansu Çiller:


Yüreği, hep demokrasi için, insan hakları için, Türk dünyasının menfaatleri ve birliği için attı. Özellikle Türkiye'ye karşı büyük bir muhabbet içerisindeydi. Bütün Türk Dünyası'na, sevenlerine, idealist insanlara başsağlığı diliyoruz.


Muhsin Yazıcıoğlu :

Azerbaycan Türkleri'nin engin sağduyusu, Elçibey'in taşıdığı Türklük, bağımsızlık ve birlik ateşini yaşatmaya ve taşımaya devam edecektir.


Edebiyat mezunu bir lider

ESKİ Azerbaycan Cumhurbaşkanı Ebulfeyz Elçibey, 24 Haziran 1938 yılında Nahçıvan'ın Keleki köyünde doğdu. Asıl adı, Ebulfeyz Kadir Güloğlu Aliyev olan Elçibey, Azerbaycan Bakü Devlet Üniversitesi Arap Dili ve Edebiyatı bölümünden mezun oldu. 1963 yılında Mısır'da Arapça tercümanlığı yaptı.


1969 yılında Bakü Devlet Üniversitesi'nde Elçibey, 1970'li yıllarda, eski SSCB topraklarına dahil olan Azerbaycan'ın bağımsızlığı için mücadele etmeye başladı. 1976 yılında Sovyetler'e karşı propaganda yaptığı gerekçesiyle tutuklandı, çalışma kampına yollandı ve 1978 yılında şartlı olarak serbest bırakıldı. Ebulfeyz Elçibey, 1988-1989 yıllarında Azerbaycan halkına bağımsızlık mücadelesi yolunda öncülük ederek, halkından büyük destek gördü. Elçibey, aktif siyasi hayatına 1989 yılında, Azerbaycan Halk Cephesi Partisi'nin (AHCP) başına geçerek başladı.


Azerbaycan, SSCB'nin 1990'da dağılmasının ardından 18 Ekim 1991 yılında bağımsızlığını resmen ilan etti. Ayaz Muttalibov'un kısa süren cumhurbaşkanlığının ardından, Ebulfeyz Elçibey, 7 Haziran 1992'de bağımsız Azerbaycan Cumhuriyeti'nin ikinci Cumhurbaşkanı oldu. Elçibey, başkanlığı döneminde Ermeniler'in Dağlık Karabağ'da ilerlemesine engel olamadı.


Elçibey, daha önce ‘Milli Kahramanlık Ödülü’nü verdiği Suret Hüseyinov'un Haziran 1993'de ayaklanmasından sonra cumhurbaşkanlığı görevini terkederek doğum yeri olan Keleki'ye döndü.


Azerbaycan'ın eski Cumhurbaşkanı, 31 Ekim 1997'de Keleki'den Bakü'ye döndü ve AHCP'nin başında aktif siyasi hayatına devam etti. Elçibey, 1998 yılında yapılan cumhurbaşkanlığı seçimlerine, ‘demokratik ve adil olmadığı’ gerekçesiyle boykot ederek katılmadı.


Hayatı boyunca, Türk Dünyası'nın birleşmesi ve kardeşliği için mücadele eden Elçibey, bu yönde ‘Bütün Azerbaycan Yolunda’ isimli bir kitap çıkardı. 62 yaşında ölen Ebulfeyz Elçibey, iki çocuk babasıydı.

(mənbə: `Hürriyet` qəzeti, 23 avqust 2000 link http://arama.hurriyet.com.tr/arsivnews.aspx?id=-176816)