29.11.15

Nardaranda həlak olan polislərin dəfni barədə

Nardaran faciəsində həlak olan polislərin dəfn mərasiminə baxdım. Bəri başdan o polislərin də yaxınlarına səbr diləyirəm, çox təəssüf ki onlar da yarıtmaz idarəetmənin qurbandır.
Diqqəti başqa məqama çəkirəm. Gördünüzsə dəfn mərasiminə dövləti üst məmur elitası qatılmışdı: nazirlər, hakimlər.
Sizdən soruşuram, siz axırıncı dəfə (Mübariz İbrahimov istisna) hansı ordu zabitinin dəfnində belə şey görmüsünüz?
Sizdən soruşuram, polisə hörmət öz yerində amma torpağının 20 faizi işğalda olan bir dövlətdə ordu polisdən daha ehtirama layiq olmamalıdırmı?
Erməni ilə rəşadətlə döyüşərək şəhid olan igidlərin məzarı başında bu nazirlər, məmurlar niyə görünmür?
Bu kiçik detaldır, amma o da bizə nümayiş etdirir ki böyük Tamaşa hazırlanıb və hələ o davam edəcək.
Yazıq ölkə.


Mənbə, burda http://bit.ly/2fKhbET

Nardaranı şumlamaq lazımdı!!

Nardaranı şumlamaq üçün ora traktor yollamaq təklifində bulunan qəzəbli yoldaşlar.
Siz Narardaranı dövlətin konstitusion qurluşuna təhdid kimi görürsünüzsə, gəlin açıq söhbət edək. Bu halda siz etiraf etməlisiniz ki;
- Azərbaycan dövləti o qədər mağmın gündədir ki, bir kənd onun təməlinə vəlvələ sala bilir.
Onu da qəbul etməlisiniz ki, əgər dediyiniz təhlükə varsa və siz bunu bilə-bilə ora traktor, tank yollamaq təklifi verirsinizsə sizdən böyük dövlət düşməni yoxdur. Niyə?
Çünki, heç bir ölkədə fikri, əqidəni güllə ilə öldürmək mümkün deyil, olmayıb.
Demirsiz, nardardaranlılar Azərbaycanı İrana çevirmək istəyir? Xub! Bəs sizə nə düşüb ki, bizim şahımızı iran şahının etdiyi səhvləri etməyə çağırırsız?
İran islam inqilabından qabaq Şahın nə qədər dindarı öldürdüyünü bilirsiz?


(Bu qeydlər Nardaranda hakimiyyətin qardaş qanı tökməsindən sonra "oranı ümumiyyətlə şumlamaq lazımdır" kimi mürtəce təkliflərinə replika olaraq yazılıb. Mənbə: Buranı bas oxu )

18.8.15

"Ujas"

Oxuyacağınız iki sadə fakt bizə necə dəhşətli, qorxulu ölkəmiz olduğun sübut edir.
Hacı Məmmədov— DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı. Uzun illər sonra həbs olundu, onda bilindi ki, öz vəzifəsindən istifadə edərək banda yaradıb. Nə qədər baş kəsib, qan töküb. Yanılmıramsa öldürdüyü sübuta yetirilən adamların sayı 22 olmuşdu.
Emin Şəkinski- Azərbaycan Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin rəisi, general. Onun keçmiş həyat yoldaşı saxta sənəd düzəldərək, 4 uşağı ilə birgə ölkədən qaçıb. Baxmayaraq ki, o bu qadının və uşaqların ölkədən çıxmağına qadağa qoyubmuş. Görürsüzmü, ölkədə qanun yox, pul işləyəndə heç general da öz maraqlarını qoruya bilmir.
İndi təsəvvür edin.

Süleymanın məsəlləri

Yun papaqdakı Süleymandı
İşgəncənin kralı və kralın nökəri olmaq
“Yol var ki, insanın qarşısında düz görünür, amma sonu ölümdür. Əcəldən əvvəl təkəbbür gələr”
(Tövrat, Süleymanın məsəlləri)

"...Artıq heç bir coğrafiyanın, heç bir şey gizlənə bilmədiyi rəqəmsal bir aynanın qarşısındayıq.  Bu aynanın o  qədər böyük və geniş bir əksolunma keyfiyyəti var ki, kimsə və heç bir şeyə gizlənmək şansı verməyib.  
Budur, illərdir qaranlıq küçələrini hiyləgər və rəhimsiz kölgələrin idarə etdiyi şəhərlər ard-arda ayağa qalxır.  
Və azadlıq hayqırtıları o rəqəmsal aynadan bütün dünyaya əks olunur. Xəyallar və həyəcanlar, hirs və şiddət, təzyiq və zülm gizlənə bilmir. Buna görə totalitar respublikalarının diktatorları, səssiz xalqlarından gələn yeni səsləri kəsə bilmir. Misirdə Mübarək, keçmişdə etdiyi qırğınları bu rəqəmsal aynada edə bilmədi. Zindanları işgəncəylə doldura bilmir.
Çünki köhnə motodlu qırğınlarını yenə etsəydi, bu dəfə insanlığın gözləri qarşısında, tarixin ilk canlı cinayətini işləyəcəkdi. Çünki, İnterneti kəssələr, bu dəfə smslər inanılmaz bir "azadlıq zənciri" meydana gətirə bilir. Xalqın üzərinə atəş açan bir polisin yüzü anında SMS və MMS-lərdən, bəşəriyyətin önündəki o rəqəmsal aynaya əks olunur.
Diktatorları heç vaxt olmadığı kimi milyonların qəzəbli gözəli təqib edir...
Tunisdə də belə oldu, Yemən və başqalarındada eyni vəziyyətdir. Liviyada Qəzzafı dəlioğlanlıq edir, amma insanlığın gözləri qarşısında.  Və ya Suriya. Suriya küçələri azadlıq hayqırtıları ilə dolur. Oğul Esəd, atasının 1982-də Hemada 20 minə yaxın insan öldürtdüyü o qırğını təkrar edə bilmir. Düzdür, Suriya küçələrində yenə də şiddət var.  Ancaq bu zorakılığı rəqəmsal ayna hamıya göstərir. Artıq dünya dəyişdi. “Rəqəmsal şəbəkələr”, bir azadlıq çayı kimi ən quraq torpaqları belə sulayır. 
Azadlıq bir su kimi axır və qorxu coğrafiyalarından keçib bir çay halında gələcəyin dənizlərinə tökülür... İnternet sanki Məsih kimi məzlumların dadına yetir".
Hürriyet (Türkiyə) qəzetinin  köşə yazarı Fatih Çekirge yuxarıda tanış olduğunuz məqaləsini şübhə etmirəm ki, Azərbaycan polisində oxuyan olsun.  Məqalənin ruhu hər kəsə aydındır. Müəllif tam dəqiq analiz edib ki, yeni media, yeni texnoloji imkanlar diktarorların əl qolunu bağlayıb. Bu gün xalqını həşarat kimi əzmək üçün Yaxın Şərq diktatorlarının içi ovulur...Ancaq internet, sms, mms, yeni rəqəmsəl foto və videoaparatlar diktatorları peşiman edir.
 Azərbaycan polisi və güc orqanları da  Fatih Çekirge yazmasa belə yeni reallığın fərqindədirlər. Azərbaycanda da dinc aksiyada insanlara qarşı zorakılığı ilə seçilənlər artıq anlamağa başlayırlar ki, bu həna o hənadan deyil. Tutaq ki, bu gün etdiyi vandalizmə görə Ata Abdullayevə, polis zabiti Süyelman Nemətova “malades” deyənlər oldu, bəs sabah? Axı bu gün nə qədər qaranlıq, zülmət olsa da aydın bir sabah mütləq var...
Sabah hər kəs etdiyi qanunsuzluğa görə hüquq dövlətində cavab vermək məcburiyyətindədir.  Hüsnü Mübarəkə aman tanımayan xalq hansısa Atanı, Süleymanı da sorğulamağa qalxacaq. Buna görə də indi Süleyman da, Ata da mətbuata özlərini sığırtalayan açıqlamalar verirlər. 
“Əcəldən əvvəl təkəbbür gələr”
İşə baxın ki, ötən ilin yaz aksiyalarından üzü bəri tanınmış müxalifətçilərə zülm vermsi ilə mətbautın
gündəminə gələn təkəbbürlü Süleyman Nemətov ona “işgəncə kralı” deyilməsinə etiraz edir. “Yeni Müsavat” qəzetinə danışan S. Nemətov aksiyaçılara işgəncə verilməsi barədə deyilənləri böhtan, yalan, ona “ işgəncə kralı” deyilməsini isə təhqir adlandırıb. Nemətov iddiasına görə onun Fuad Qəhrəmanlını, Ramiz Kamalı, Fəxrəddin Abbası, Sahib Rüstəmlini və onlarla başqa müxalifətçini döyməsi, təhqir etməsi böhtandır, bu faktları göstrən foto və videolar mantajdı... Əlbəttə, bəşər tarixində ən qanlı terrorstlərin belə öz əməllərinə haqq qazandıran çıxışlarına tanış olanlar üçün təkəbbürlü Süyelmanın fikirləri gülüş doğurur. Faşizmi sorğulayan Nümberq məhkəməsində “SS” zabitlərinın göz yaşı tökərək “axı biz icraçı idik, biz zavallılarda nə suç” deməsi hələ unudulmayıb. 
Təkəbbürlü Süleymanın bu gün mediaya verdiyi açıqlama bir cəhəti ilə maraqlıdır. O, artıq nə etdiyini fərqindədir. O, işgəncənin sifətinə çevirilmiş adam anlayır ki, çox pis və təhqiramiz işlər görüb və bütün bunlar tarixin pozulmayan səhifələrinə köçüb. Zəhrimara qalmış yeni media kağız dəftər deyil ki, yandırı, cırasan və özün haqda orda yazılanları yox edəsən...
Bu gün təkəbbürlü Süleyman belə işgəncənin qanunsuzluqla yanaşı həm də, ayıb və təhqiramiz hərəkət olduğunu qəbul etmək zorunda qalıbsa, sabaha ümid yüksək olmalıdır.
Dəyənəyi kənara qoyun, özünüz də kötük olmayın
Azərbaycanda hakimiyyət dəyişikliyi mütləq baş verəcək. Bunu sadə xalqdan daha yaxşı rejim məmurları və onların əlaltıları hiss edir. Lakin, onların çoxu “rejim dəyişər qaçıb ölkədən gedərik” illuziyası ilə özlərinə toxdaqlıq verir.  Bu illuziyalar insanların alt şüurundakı “bəlkə də, mən ölmədim, mən yaşlayaşana ölümə bir çarə tapıldı” fikirlərə çox bənzəyir. Hadisələri rasional qiymətləndirmək lazımdır. Azərbaycanın yaxın tarixi göstərir ki,  heç kimin günü gündən balacalaşan dünyada gizlənmək imkanı yoxdur. Xarici ölkələrdən tapılıb Azərbaycana gətirilənləri yada salın: Rəhim Qaziyev, Sürət Hüseynov və başqa nə qədər insan...
Nəzərə alın ki, hələ Azərbaycandaki rejim anti-demokratikdir belələri ilə normal dövlətlər əməkdaşlıqdan qaçır. Fərz edin ki, sabah demokratik hakimiyyət qurulub və xalqa divan tutan hansısa “X” Avropaya qaçıb.  Sivil Avropa demokratik hakimiyyətin “o cinayətkarı bizə verin” təklifini geri çevirərmi? Çevirməz təbii...
Bu baxımdan xalqla dəyənəklə danışmaq yolunu seçən gec də olsa məmur və məmurcığazlar davranışlarında hüquq əv ədaləti üstün seçməlidirlər.

(məqalə 2011-ci ilin 24 aprelində, "Azadlıq qəzeti"ndə dərc olub)

18.7.15

Çekist Heydər Əliyevin sirli illəri

Bizim ölkəmizdə dünyanı idarə edən gizli qüvvələr, illah da “masonluq” barədə söhbətlərə hər tinbaşı rast gəlmək olar. Bir çoxları lətifə mövzusu olan bu söhbətlərin yaranma, çiçəklənmə səbəbi hardasa başadüşüləndi. Məchulluq insan təbiətini həmişə özünə cəlb edib. Dünyanın hər yerində belədir, bizdəki fərqlilik isə gizliliklər barədə söhbətlərin çox bəsit olması, daha çox qulağa dolan sözlərə, fantaziyalara əsaslanmadır.

Azərbaycandakı qəribəliyin bir cəhəti də budur ki, ölkə özü sirri-xuda olsa da, bura nəzər yetirən azdır, adamlarımızın çoxu geopolitik olmağa meyllidir. Məsələn, özümüzdənsə, Bukingem sarayındakı gizli idarəetmə, Pentaqon rəhbərliyinin şəxsiyyətindəki gizli çalarları üzə çıxarmağa daha çox təşnədilər. Bir detal: köhnə “KQB” dünyada heç də masonluqdan maraqsız, mübhəm quruluş olmayıb. Azərbaycan da uzun illər “KQB”yə rəhbərlik etmiş şəxsin - Heydər Əliyevin idarəetməsi altında olub. Bu gün də onun üsul və fəlsəfəsilə Azərbaycan yönəldilir. Gəlin, özümüzə sual verək: Heydər Əliyev köhnə çekist kimi bizim ölkədə nə dərəcədə araşdırılıb, bu məqama hansı səviyyədə ciddi yanaşılıb?

Əslində çox şey gizli yox, aşkardı

Razıyam ki, bu, o qədər də təhlükəsiz mövzu deyil. Üstəlik, Azərbaycandakı qapalı mühit bunu daha da çətinləşdirir. “Kəşfiyyat məlumatlarının azı 80 faizi açıq informasiyalardır” kimi əsaslı fikri ciddiyə alsaq, çekist Heydər Əliyevi tanımaq, onu oxumaq çətinlik yaratmaz. 80 faiz açıq informasiyalar isə ona görə gizli qalır ki, əvvəla, insaların çoxu oxumağa tənbəldir; ikincisi isə oxuduqlarını ümumiləşdirib təhlil etmək təfəkkürü hər adamda yoxdur. Inanmırsınızsa, köhnə illərdə Türkiyənin səfirlərindən olmuş Yaqub Qaraosmanoğlunun “Zorən diplomat: xatirələr və müşahidələr” kitabına baxın. Səfir yazır ki, bəzən Türkiyədən tam məxfi qrifilə məktublar alırmış, qapı-pəncərəni bağlayıb, xəlvətcə o məktubu oxuyanda görürmüş ki, bahoo, burada yazılan xəbər bir həftə əvvəl ya radioda deyilib, ya da qəzetdə yazılıb.

Heydər Əliyevin xoşlamadığı keçmiş mövzu

Heydər Əliyevin xüsusi xidmət orqanında fəaliyyəti 25 ili (1944-1969) əhatə edib. Bu məqam sizin diqqətinizi çəkibmi heç? Siyasi rəhbərliyi dövründə Heydər Əliyev, hətta epizodik olduğu hadisələrdə iştirakını, şəxsiyyətini dəfələrlə şişirdib bu haqda danışsa da, nədənsə, o 25 illik fəaliyyətindən heç danışmazdı, yaxud ümumi sözlərlə o illərin üstündən keçərdi.

Heydər Əliyevin TGRT telekanalına verdiyi maraqlı bir müsahibə var (13 noyabr 1996-cı il). Müsahibənin məzmunu göstərir ki, müxbirlər yaxşı hazırlaşıb və onları maraqlandıran əsas mövzu Heydər Əliyevin çekist fəaliyyəti olub. Müxbirin “Siz KQB-də əsasən hansı işlə məşğul olurdunuz?” kimi israrına Heydər Əliyevin cavabı belə olmuşdu: “Elə bir şey deyil ki, bu barədə geniş danışım. Geniş danışsam, gərək sizinlə beş saat söhbət edək. Ona görə də vaxtınızı belə şeylərə itirməyin”.

Bəli, Heydər Əliyev də, onun ardıcılları da heç vaxt KQB-dəki Əliyev barədə düşünməyi, ona vaxt ayırmağı məqbul bilməyiblər. Halbuki, Azərbaycanın yeni tarixində bunun qədər vaxt ayrılası az mövzu var.

Bu məqalədə iddia heç də Heydər Əliyevi tam tanıtmaq deyil. Ancaq əlimizdə olan materiallarla bir az fərqli Əliyevi görə biləcəyik.

Heydər Əliyevin təvəllüdü və iş müddəti üzərində şübhələr

Hakimiyyətin bütün informasiya vasitələrində, dərc etdiyi kitablarda Heydər Əliyevin “KQB”də (o vaxtlar DTK) işə başlama tarixi 1944-cü il göstərilib. Heydər Əliyev TGRT-dəki məlum müsahibəsində deyir: “KQB-də günlərim, aylarım çox olub. 25 yaşımdan başlayaraq, orada 27-28 il işləmişəm”.

Indi biz bəzi elementar riyazi hesablama aparmalıyıq.

Heydər Əliyevin rəsmi bioqrafiyasında təvəllüdü 1923-cü ildir. Onun 25 yaşı olanda, bu, 1948-ci il edir. 1948-ci illə 1969-ci il (Heydər Əliyevin KQB-dən ayrıldığı tarix) arasında məsafə 21 ildir. Nəsə düz gəlmir, elədirmi?

Gəlin, ümid edək ki, bu, Heydər müəllimin riyazi rəqəmlərlə düzgün davranmadığına görə üzə çıxan xətadır. Lakin bir çox mənbələrdə Heydər Əliyevin doğum tarixinin 1919-cu il yazıldığını xatırlayanda, onun 25 yaşında işə düzəlməsi 1944-cü ilə təsadüf edir. Bilirəm, indi deyəcəksiniz ki, bəs bu halda, staj 27-28 il etmir axı...

Səbrli olun.

Heydər Əliyevin ilk iş yeri Naxçıvan MSSR Xalq Daxili Işlər Komissarlığında olub. Gənc Heydər Əliyev burada kifayət qədər ciddi vəzifə tutub: Arxiv idarəsinin məxfi hissə müdiri. Bu, 1941-ci ildə baş verib. İş Daxili Işlər Komissarlığının tərkibində olsa da, adı üstündədir, şübhə doğurmur ki, bu post elə “KQB”nin ştatı olub.

Zənnimcə, biz rəqəmləri bir az aydınlaşdırmalıyıq.

Heydər Əliyevin “KQB” təhsili

Müəllif olaraq, mənə bəlli deyil ki, o zamanlar bu sahədə xüsusi və əsaslı təhsil nə qədər müddəti əhatə edib. Heydər Əliyevin rəsmi bioqrafiyasına əsaslansaq, belə demək olar ki, görkəmli çekist olmaq üçün tədrisdən çox fitri istedada sahib olmaq lazım imiş. Çünki Heydər Əliyevin ayrı-ayrı zamanlarda 3 dəfə- Bakı, Leninqrad, Moskvada aldığı təhsilin ümumi müddəti 3 ildən bir qədər çox olub.

Heydər Əliyevin əməliyyatları

Siz heç Heydər Əliyevi “KQB” zirvəsinə aparan yoldan xəbərdarsınızmı? Onu sədrliyə hansı uğurları aparıb? Ümumilikdə, “KQB” nədir- bunu təsəvvür edirik, bəs Heydər Əliyev orada nə ilə fərqlənib? Bilirəm, bu suala hər kəsin öz cavabı var, bəs rəsmi sənədlər, açıqlamalar bu barədə nə deyir? Qeyd etdiyimiz kimi, Heydər Əliyev özü də bu haqda danışmazdı. Baxmayaraq ki, artıq nə onun xidmət etdiyi köhnə qurumlar (SSRİ, KQB) vardı, nə də o qurumların düşmənləri... Daha doğrusu, “düşmənlər” vardı, onların statusu dəyişmişdi.


Yanılmıramsa, Azərbaycan mediasında ilk dəfə “Günaydın” qəzeti (1999) Heydər Əliyevin “KQB”dəki əməliyyatından söz açdı. Bu, “Alagöz” əməliyyatı idi. Sonra Türkiyənin Azərbaycandakı səfirliyinin diplomatı olmuş Turqut Ər də özünün “Azadlıqdan tiranlığa” kitabında bu əməliyyatdan söz açdı. Bu heç də Heydər Əliyevin xeyrinə deyildi. Göstərilirdi ki, Türkiyədə 60-cı illərdə Süleyman Dəmirəl hökuməti zamanı sağçı-solçu qarşıdurmasının qanla yatırılmasına bu əməliyyatda Heydər Əliyev dəstək olub.

Alagöz”ə qayıdacağıq, indi isə sual: Heydər Əliyevin müəlliflik etdiyi əməliyyatlar hansılardır?

Araşdırma göstərir ki, bu haqda açıq danışılmağa 2009-cu ildən başlanıb. Hökumətyönlü qəzetlərdə, MTN rəhbəri Eldar Mahmudovun çıxışlarında Heydər Əliyevin məxfi əməliyyatları o zamandan səslənib.

Hələlik ictimaiyyətə açıqlanan o əməliyyatlar barədə çox xəsisliklə də olsa, məlumatlar yayılıb. Onların təfərrüatlarına varmaq təhqiqatçıların işidir. Əminəm ki, MTN-nin geniş ictimaiyyətin diqqətindən kənarda qalmış “Heydər Əliyev və Milli Təhlükəsizlik Orqanları” adlı kitabından biz Heydər Əliyevin məxfi işlərindən az da olsa, agah ola bilirik. “Duel”, “Alagöz”, “Naturalist”, “Izuver”, “Axito”- bunlar həmin kitabda, eləcə də Eldar Mahmudovun çıxışında göstərilən, Heydər Əliyevin başçılıq etdiyi əks-kəşfiyyat əməliyyatlarıdır.

“Alagöz”

Çox qəribədir, kitabda bu əməliyyatların hamısı barədə müəyyən məlumatlar olsa da, bizim həyəcanımıza səbəb olan “Alagöz”ün üstündən ötəri keçilib. Yalnız qeyd edilib ki, 1957-ci ildə “Alagöz”ə görə Əliyev təltif olunub. Göründüyü kimi, 1957-ci il söhbəti Süleyman Dəmirələ dəstəyi inkar edir. Lakin tam əminlik üçün “1957-ci il”i göstərən foto-fakt ortada yoxdur. Yalnız SSRI DTK-sından Azərbaycan DTK rəhbərliyinə gələn məxfi məktubdan parça var ki, “Alagöz”ə görə Heydər Əliyev və onun rəisi E.Məmmədov mükafatlandırılsın.

“Alagöz”lə bağlı dəqiq olan budur ki, o əməliyyat Türkiyəyə qarşı aparılıb və şübhəsiz ki, Sovet Azərbaycanının marağına uyğun olaraq...

Axtarışlar zamanı jurnalist Şöhrət Eldənizin, mənbə göstərilməsə də, “Alagöz”lə bağlı qeydini tapdıq. O yazır: “1947-ci ildən Amerikanın Mərkəzi Kəşfiyyat Idarəsi Türkiyənin və Iranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə birgə SSRI-yə qarşı fəaliyyət göstərirdilər. Və bu işdə ən çox istifadə etdikləri insanlar keçmiş Sovet vətəndaşları idi. Məsələn, kod adı ”Alagöz" olan agent Astarada anadan olmuşdu. Böyük Vətən müharibəsi zamanı İrana gedib oradan da Türkiyəyə qaçmışdı. Və Türkiyənin Xüsusi Xidmət Orqanı əməkdaşlarının nəzarətinə düşmüşdü. Onu ələ alıb hazırladıqdan sonra yenidən Azərbaycana göndərmişdilər. Bakıda isə Heydər Əliyevin rəhbərliyi altında əməliyyat qrupu onu həbs edib, ikili agentə çevirərək, geriyə Türkiyəyə qaytardılar. Türkiyədə onu uzun müddət yoxladıqdan sonra o, yenidən Azərbaycana gəldi. Və bu əməliyyat oyunu 1950-ci ilə qədər davam etdi. Məhz onun əməyi nəticəsində Azərbaycan DTK-sı Türkiyə agentlərinin adını, ölkəmizə keçid marşrutlarını, burada görülən işlərin planını öyrənə bildi".

Separatizm və mif yaratma ustadı...

Heydər Əliyevin “KQB” fəaliyyətini diqqətlə nəzərdən keçirəndə müstəqil Azərbaycanda ona, onun qurduğu sistemə qarşı duran müxalifətçilərə “afərin” deməkdən başqa əlac qalmır. Onun bioqrafiyası arayış verir ki, Heydər Əliyev təkcə siyasətçi olmayıb, amansız dağıdıcı “silaha” sahib insan olub və bu silah daha çox ölkədaxili rəqiblərinə, onu bəyəməyənlərə qarşı tətbiq edilib. Onun “silahı” nədir? Əlbəttə ki, peşəsi, “KQB”də birbaşa məşğul olduğu iş. Biz o işlərdən bəzilərini açıqlayacağıq.

Heydər Əliyevin ritorikasında “separatizm, Azərbaycanı parçalayırdılar” sözlərinə onu dinləyən hər kəs şahiddir. Bu gün siyasi tərəfi olmayan sadəlövhdən belə soruşsanız ki, Heydər Əliyevin xidməti nədir, deyər, ölkəni parçalanmaqdan, separatizmdən qurtardı.

Onun müxalifləri hələ lap qədimdən, deyəndə ki, qardaşlar, bacılar, o separatizmlərin arxasında elə Heydər Əliyev özü dayanıb, buna inanan az olur. Fəqət, Heydər Əliyevin keçdiyi ömür yolunu izləyəndə yaxın tariximizin “separatizm” hadisələrinə rəsmi təqdimatdakı kimi baxmağa kifayət qədər  əngəl yaranır.

Heç kim udutmayıb ki, Heydər Əliyevin hakimiyyətə gəlməsinə, hakimiyyətdə möhkəmlənməsinə bu separatizm olayları kömək edib. Yeri gəlmişkən, Türkiyənin Azərbaycandakı səfirliyinin diplomatı olmuş Turqut Ərin “Azadlıqdan tiranlığa” kitabında SSRİ “KQB”nin tərtib etdiyi arayışa əsasən iddia olunur ki, siyasi revanşını təmin etmək üçün Heydər Əliyev Dağlıq Qarabağ və Bakıda millətlərarası konfliktin qızışdırılması, separatizmin körüklənməsi üçün əmək sərf edib. Burada mütləq bir incə məqam var, Heydər Əliyev barəsində ən kəskin fikir belə, onu deməyə əsas verməməlidir ki, o olmasaydı, ölkədə separatizm də olmazdı. Xeyr, belə meylli adamlar şübhəsiz var, sadəcə, bu işin peşəkarı onları “oyuna” çəkərək, səhnə yarada bilib və öz siyasi hakimiyyətini qüvvətləndirməklə, paradoksal olsa da, cəmiyyəti zəiflədib. Gəlin, ehtimalları dayandıraq, faktlara üz tutaq.

Heydər Əliyevin Naxçıvan “KQB”dəki iş dövrü 50-ci ilədəkdir.  Onun bu dövrü barədə lap az məlumatlar var. Həmin müddətdə diqqətçəkən fakt Heydər Əliyevin “separatizmə” dəstək olmasıdır. Söhbət hansı separatizmdən gedir?

Heydər Əliyevin Naxçıvan “KQB”də (o zaman NKVD) işə başlaması dövrü İranda sovet siyasətinin aktivləşmə vaxtına təsadüf edirdi. 1944-cü ilin mayında SSRİ hökuməti “Cənubi Azərbaycan əhalisinə mədəni və iqtisadi yardımın gücləndirilməsi tədbirləri haqqında” məsələni müzakirə edir və ora 620-dən çox mütəxəssis göndərilir. “Düşmən təxribatçı ünsürləri neytrallaşdırmaq məqsədilə agentura kəşfiyyat işinin genişləndirilməsi” də bu dövrə təsadüf edir.

MTN-nin dərc etdiyi kitab (“Heydər Əliyev və təhlükəsizlik xidməti orqanları”) da şahidlik edir ki, həmin vaxt Iran hesabına sərhədlərini genişləndirmək niyyətinə düşən SSRI Şimali Iranda Azərbaycan əhalisinin etiraz mitinqləri və yürüşlərinin təşkilini, Iranın şəhər və kəndlərinə agentlərin cəlb olunmasını da Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin fəaliyyət sahəsinə aid etmişdi. Belə bir vaxtda Heydər Əliyev Naxçıvan XDTK-də Iranla bağlı istiqamətdə kuratorluq edib.

Kuratorun qarşısında “Cənubi Azərbaycan və Şimali Iranın digər ərazilərində separatçılıq hərəkətlərinin təşkili üzrə tədbirlər haqqında” vəzifə öhdəliyi də olub. Bu isə təxəyyül məhsulu deyil. Ümumittifaq Kommunist partiyası siyasi bürosu 1945-ci ilin 6 iyununda belə qərar qəbul edib.

MTN-nin dərc etdiyi kitabda, eləcə də araşdırdığımız açıq mənbələrdə Heydər Əliyevin Iranla bağlı nə iş görməsi haqda xəsisliklə məlumat verilir. Təxminən bir cümlə: “Naxçıvan XDTK-də Iranla bağlı istiqamətə kuratorluq edən Heydər Əliyev bu və ya başqa şəkildə sovet xüsusi əməliyyatçılarının və əks-kəşfiyyat mühafizəsində iştirak edirdi”.

***

1950-ci ildə Heydər Əliyev Leninqradda keçdiyi il yarımlıq kursdan sonra qısa müddətə Naxçıvana qayıdır, sonra isə baş leytenant rütbəsilə Bakıya işə cəlb olunur. Elə həmin ildə “KQB”də 2-ci şöbədə bölmə rəisi təyin edilir. 1953-cü ildə o artıq şöbə rəisi olur. 1955-ci ildə isə bu vəzifədən uzaqlaşdırılır, daha aşağı vəzifəyə salınır. Heydər Əliyevin öz izahına görə, bu, oradakı ambisiyalı şəxslərin paxıllıqdan törətdiyi plan olub. Məncə, bu məqam da tariximizin çox qaranlıq səhifələrindəndir. Çünki biz Heydər Əliyevi vəzifədə aşağı salan adamların fikrini eşitmək imkanında deylik.

Xülasə, 1958-ci ildə artıq Heydər Əliyevin əlində bütün əks-kəşfiyyat strukturlarına hökm etmək səlahiyyəti olur. Və onun müəllifliyilə yazılan, “Azadlıq”ın ötən sayında adları çəkilən məxfi əməliyyatlar bu dövlərə və ondan sonraya təsadüf edir.

Kitabda yazılıb ki, Əliyevin bilavasitə rəhbərliyi altında ondan çox əcnəbi diplomatın qeyri-qanuni fəaliyyəti müəyyənləşib və SSRI Xarici Işlər Nazirliyinin əmrilə o şəxslər “persona non qrata” (arzuolunmaz şəxslər) elan edilib.

***

Heydər Əliyevin çekist kimi özəlliyi həm də onun “xüsusi əfsanə” yaratmaq bacarığı olub. Bu əfsanələr agentlər üçün düşünülürmüş, yəqin, indi də belədir. Bu faktı keçmiş “KQB” şefi Ziya Yusifzadə də bir müsahibəsində vurğulayıb. Bu məqamda mərhum jurnalist Elmar Hüseynovun Heydər Əliyevi “mif yaratma ustadı” adlandırmasını yada salıb, barmağını dişləməyə bilmirsən. Məqalənin tonunu bir az yüngülləşdirmək üçün Elmardan iqtibas verək: “Heydər Əliyev sağlamlığı ilə bağlı həmişə mif yaradıb. Miflərin biri o, hakimiyyətə gələnə qədər idi, deyirdilər ki, qoca kişidir, sağlamlığı da yerində deyil, imkan verin, bir az işləyib Azərbaycanı sahmana salsın, ondan sonra kim nə edər, edər. Sağlamlıqla bağlı ikici mif Heydər Əliyev hakimiyyətə yiyələnəndən sonra dövriyyəyə buraxıldı: Heydər Əliyev heç vaxt xəstələnməyib, iynə belə vurdurmayıb, xüsusi yoqa ilə məşğuldu və s”.

***

Heydər Əliyevin rəhbərlik etdiyi məxfi əməliyyatlardan biri və onun karyerasına əhəmiyyətli təsir edən “Duqlas” əməliyyatı olub. 1958-ci ilin sonlarında Ağcabədi tərəfdə “Duqlas S-16" təyyarəsi vurulur. Təyyarədən enən 9 nəfər amerikalı axtarılıb tapılır və onlarla şəxsən Heydər Əliyev söhbət aparıb, nələrisə əldə edir.

“Naturalist” adlı əməliyyat da maraqlıdır. “Naturalist” 1942-1945-ci ildə Hitlerin qərargahında işləmiş adamdı. Onun əsas vəzifəsi Almaniyanın satelleti olan ölkələrin hərbi-texniki və hərbi-iqtisadi potensialını öyrənmək, onları təhlil edib ümumiləşdirmək imiş. Bunun üçün o, bir çox Şərq, Qərb ölkələrində, eləcə də SSRI-də olub.

***

“Naturalist” Bakıya səfərini 1964-cü ildə turist kimi reallaşdırır. Onun “ram edilməsi” Heydər Əliyevə tapşırılır və o, bunu bacarır. “Naturalist” əməkdaşlığa cəlb edildikdən sonra Heydər Əliyev iki dəfə Almaniyaya ezamiyyətə də gedir. Görünür, bu əməliyyatın uğuru onun DTK-ya sədr gətirilməsini şərtləndirir.

Bunlardan başqa Heydər Əliyev 50-60-cı illərdə “Duel”, “Axito”, “Izuver” kimi məxfi əməliyyatlara da rəhbərlik edib. Onların hamısı Türkiyə, Iran, Almaniya xüsusi xidmət orqanlarının agentlərinin ələ alınıb öz dövlətinə qarşı işlədilməsindən ibarətdir.

***

Qayıdaq məqaləmizin lap əvvəlinə, o yerə ki, biz Heydər Əliyevə qarşı dayanan insanlara qəhrəmanlıqlarına görə təşəkkür etməyi vacib saydıq. Indi özünüz düşünün, SSRI kimi azman dövlətə, ABŞ, Almaniya kimi qüdrətli dövlət agent yollayır və onlar Heydər Əliyevin tələsinə düşür. Bəziləri nəinki tələyə düşür, hətta “KQB”yə işlədilir. Belə bir bacarıqlı (təəssüflə qeyd edilməlidir ki, daha çox xalqa qarşı istifadə edilən bacarıq) şəxsin müxalifəti olmaq asan işdirmi?

Nəzərə alınmalıdır ki, bu gün də əslində, iş başında Heydər Əliyevdir, onun ideyalarıdır. Müxalifətə də siyasi təsisatdan daha çox əks-kəşfiyyat predmeti kimi yanaşılır, ona qarşı miflər, separatizm metodları şiddətlə tətbiq olunur. Buna görə könlünü müxalifətçiliyə verən xüsusən gənc siyasətçilər qarşı tərəfi yaxşı tanımalı, həvəskarlıqdan qaçmalı, daha çox öz üzərlərində işləməlidir.


6.7.15

İlham Əliyev və ermənilər

Manukyan və Əliyev
2009-cu ildə Azərbaycanda belə bir hadisə olmuşdu. Həmin il keçirilən "Eurovison" mahnı müsabiqəsində iştirak edən erməni təmsilçiyə Azərbaycandan bir iki nəfər sms yollamışdı. Həmin adamları MTN çağırıb sıxma boğmaya salmışdı. O zaman yerli mətbuat, sms yollayanlar nə qədər yazıb töksə də ki, a balam bu mahnı müsabiqəsidi, bunu siyasiləşdirməyin, xeyri olmadı.
İqtidarpərəstlər sms-ə görə həmin şəxsləri sonadək qətiyyətlə "xalq düşməni" elan etməkdə qaldılar. Bu birinci hadisə idi, yadınızda saxlayın ki ikinci hadisəni eşidəndən sonra müqayisə edəsiniz.

İkinci hadisə, Bakıda Avropa Oyunları vaxtı baş verdi. İlham Əliyev Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyana gümüş medalı təqdim edərkən tamaşaçılar erməni idmançını fitə basdı. Bu zaman dövlət başçısı tamaşaçılara müraciət edərək, əl jesti ilə fiti dayandırdı. Onun bu jestindən sonra zalda əyləşən tamaşaçılar idmançını alqışladılar və İlham Əliyev bu davranışa görə onlara təşəkkür etdi.
Erməni musiqiçiyə sms yolladığına görə 17 yaşlı sümüyü bərkiməmiş gənci MTN-də çağırıb xox gələn hökumət və onun yaltaq dəstəsi bu dəfə quzuya döndü. Nəinki quzuya döndü, ermənini fitə basanları susduran İlham Əliyevin hərəkətini peşəkarlıq adlandırdı. Daha ətraflı aşağıdakı VİDEO linkdən izləyə bilərsiniz.

Videonu izləmək üçün buranı bas

Qeyd: bu sujet "Azərbaycan Saatı" teleproqramının 4 iyul 2015 tarixlı buraxılışında yayımlanıb.

5.7.15

ABŞ-ın ad gününə

Bu gün-4 iyul ABŞ-ın ad günüdür. Mən səmimiyyətlə amerikalı dostları, yoldaşları təbrik edirəm. Amma bu təbrikin xitab olunduğu auditoriyasını geniş də saymaq olar. Axı bu gündən tək amerikalılar deyil, bəşəriyyətin demokratiya, qanunun aliliyi uğurunda mübarizə aparan hər kəsə pay düşür.
 ***
ABŞ himnində deyildiyi kimi, bu ölkə doğrudan da azad və cəsur insanların ölkəsidi. Yaxud, İranlı dostumun dediyi kimi: " Marg bar Amrika şüarı səsləndirənlər belə Amerikada olmaq istəyir".
***
 4 iyul ABŞ-ın İngiltərədən müstəqillik qazandığı gün olsa da, bir çox amerikalılar hesab edir ki, ABŞ ingilis beyninın, zəkasının məhsuludur. Daha konkretləşdirsək, bu günkü Amerika ingiltərəli mütəfəkkir Con Lokkun ideyaları üzərində bərqərar olan quruluş sayılır. Sizlər kimi mən də bu ölkənin inkişafının qaranlıq səbəblərini, sirrini axtarmışam, bu yöndə çox sayda yazılar oxumuşam. İcmalım belədir: ABŞ-ı ABŞ edən azadlıq, cəsarət və yeniliyə dəhşətli can atmadı.
"New brand" (yeni marka) sözü burda gözləri civə kimi qaynadır. İnsanlar yenilik axtarmağa həvəslidilər, yenilik üçün hamı pul xərcləmyə, alqış etməyə hazırdılar. “Nə isə et, qoy lap o qədər faydalı olmasın, təki yenilik olsun, "new brand" olsun” düşüncəsi insanları hər yerdə ətalətdən qaçmağa təşfiq edir. Bu isə hər gün bu ölkəyə yeni uğurlar qazandırır.
 ***
 Mən xüsusən bizin dini cameənin Amerikaya xoş olmayan münasibətindən haliyəm və bunu başa da düşürəm. Bunun üçün ciddi əsaslar da olmuş deyil, amerkan siyasətçilərinin öz açıqlamalarında da belə şeylər yer alıb. Amma mən çox vaxt görmüşəm ki, dindarlar arasında anti-amerkançılıq əksərən qulaqdandolma fikirlərə söykənir. Əminliklə deyə bilərəm: ABŞ bəlkə də müsəlmanların öz dini əqidəsinə sədaqət göstərərək, halallığı, iffəti rahatlıqla qoruya bilərək yaşayacağı ən rahat ölkələrdəndi.
Hansı biriniz istəyir, mübahisə edək: Əhalisinin dini baxışı 90 faizə yaxın olan Azərbaycanda halalzadə yaşamaq it zülmüdür, bəzən heç mümkün də deyil. Halalca müslim həyatı yaşamaq istəsə də, azərbaycanlı ağır sosial-iqtisadi səbəbdən işıqdan oğurluğa əl atacaq, qaz sayğacın qurdalayacaq, vergidən yayınacaq və s. Beləliklə harama girəcək. Camaatımızı buna görə çıx qınamıram da, çünki sistem əyridir.
Fəqət, Amerikada sizi heç bir belə ağır sınaq imtahan edə bilməz. Düz yaşamaq, halal olmaq istəyən üçün burda yol duppədüzdü.
***
Söz çoxdu, bayramda isə uzunçuluq eləməzlər. Təbriklər ABŞ, o sevdiyiniz mahnınln nəqarətinə mən də qoşuluram “God bless America!”


17.6.15

Rauf Arifoğlu: "...İt rejiminin küçükləri"


(Bu məqalə hörmətli Rauf Arifoğlu tərəfindən 20030cü ildə qələmə alınmışdır. Məqalə "Yeni Müsavat" qəzetində dərc olub)

Qelbleri ve gözleri möhürlü olanları xilas etmek mümkün deyil

Eks-hücuma keçibler. En azı özlerine bele gelir. Birce “hurreyy”leri çatmır. Bir de Ali Baş komandanları yoxdur ortalıqda. Onun bütün halları kimi, yoxluğu da bize problemdir. Bunu son günlerde hamı bir daha anladı.

Heyder Eliyev ağır bir durumda, Gülhane xestexanasındadır. Yalnız nefesi gedib-gelir. Hekimler ellerinden geleni edirler ki, onu veziyyetden çıxartsınlar. Hele ki heç ne alınmır...Her halda, bu xeberi inandığımız menbelerden almışıq ve deqiqliyine şübhe etmirik. Onun veziyyeti ümidsizdir. Ancaq şeherde yayılan xeberler gerçek deyil. Rehber bu setirler yazılana qeder, yeni gecenin ortasında hele sağ idi.

Onun Türkiyedeki ve Azerbaycandakı elamanlarını milletin ve kütlevi informasiya vasitelerinin üstüne kimin qısqırtdığı menimçün maraqlıdır. Özünün buna imkanı yoxdur.

Onu bilirem ki, dünen Prezident Aparatının rehberi Ramiz Mehdiyevin yanında hakimiyyetin üst düzeyinin müşaviresi keçirilib. Bundan sonra YAP-ın beyanatı ortalığa çıxıb. İrtica mahiyyetli, hede-qorxu ile dolu!

Müşavireden sonra Müsavat başqanını müşayiet eden maşınları yeniden saxlayıblar. Üç nefer müsavatçını qısa müddete hebse alıblar. Onlardan birini cerime edenden sonra, buraxıblar. Maşınsa qalıb.

Bakının yol polisinin şefi Hesen Şirinovun menimle bağlı tedbir görmeyi tapşırması haqqında xeberi dünen erteden almışdım. Reis tabeçiliyindekilere tapşırıq verib ki, hansı maşınla hereket etsem, onu saxlasınlar, yanımda müşayietçi olarsa, şerleyib tutsunlar. Bu melumatı redaktor hemkarlarıma çatdırdım. Qezetimizin müxbiri Bakı Şeher Yol Polisi idaresine telefon açdı, bele bir bilgimizin olduğunu xeber verdi. Münasibet öyrenmek üçün Hesen Şirinovla danışmaq istedi. Birleşdirmediler.

Dünen axşam saat 22 radelerinde hüzr yerinden eve döndüm. Bütün günüm deyişik maşınlarda gezen mülkü geyimli polislerin müşayieti altında keçdi. Açıqca, heç neden çekinmeden izleyirdiler. Meseleni bilen “Turan” agentliyinin direktoru Mehman Eliyev meni müşayiet etmek teklifi ile çıxış etdi. Gerek olmadığını bildirdim.

Neye görese, hereket etdiyim maşını saxlamadılar. Ancaq meni evecen müşayiet edenqezetimizin emekdaşlarını bizim heyetden çıxan kimi saxladılar. Onlara evvelceden telimat vermişdim ki, sizi saxlasalar, bir kelme bele danışmadan polisin bütün gösterişlerine, hetta qeyri-qanuni olsa bele, emel etsinler. Feqet onu da bilirdim ki, Eliyevin bir nömreli müşayietçisi olan Hesen Şirinovun da öz polislerine tapşırığı var. “Şerleyin, bir-birinizi vurun, poqonlarınızı sökün, provokasiya edin ki, onlar size el qaldırsınlar...” Ve tebii ki, bunun günahını da müsavatçıların boynuna atmalıdırlar...

Qezetimizin emekdaşları Sefer ve Cefer Hümbetovları polis saxlayanda onlar bütün gösterişlere sakitce emel edibler. Sefer beyin idare etdiyi “Juqili”ni cerime meydançasına aparandan sonra, onun özünü Xetai rayon Polis İdaresinin 37-ci bölmesine getiribler. Güya bizim emekdaşlar onları saxlayan polislere “küçük” deyibmiş, o behane ile. Eğstafrüllah! Bu sözü men “Lider” televiziyasının melum verilişinden sonra tayfanın kiçiklerinin ünvanına yazmışdım. Bir daha tekrar olunsa, onların böyüklerini öz qezetimde “KELBEQUR” adı altında teqdim edeceyem. Lakin menim Azerbaycanın hörmetli polislerine bu sözleri söylemeye heç bir esasım yoxdur.

Emekdaşımız Sefer bey ilk günden, hele qezetimiz qeyri-resmi çıxan vaxtlardan bizimledir. Sonra veten müharibesine getdi, vuruşdu. İlk könüllü batalyonunun esgeri oldu. Daha sonra orduda, sonra ise Prezident Qvardiyasında veten üçün döyüşdü. Zabit adını qazandı. O, paqon yoldaşlarına qarşı bele bir ifade işletmez.

Bölmeye aparılan Sefer beyin özü ve bölmenin mesulları ile danışdım. Onlarlıq ne iş vardı ki! İzahatını alıb, buraxdılar. Lakin hele get-gel olacaq. Bütün meseleler önceden hell olunub ve bu da mene xeberdarlıqdır.

Olsun. Qebul edirem. Bundan bele daha sert yazacağıma, bunların murdar sifetlerini, çirkli mahiyyetlerini ifşa edeceyime emin olsunlar. İt rejiminin itleri, küçükleri milletin elini-ayağını yemekdedir. Zaten bu itlere göre meni qezetimizin emekdaşları her zaman müşayiet edir. Heyder Eliyev Azerbaycanda özünün siyasi reqibleri üçün cengellik qaydaları tetbiq edib. Tek gezmek tehlükelidir. Adamyeyenler marıqdadırlar.

Bundan belesi nece olacaq? Şexsen menim heç neden narahatlığım yoxdur. Qoy Ramiz Mehdiyev, Ramil Usubov, Hesen Şirinov kimileri narahat olsunlar. Onların uğrunda mübarize apardıqları hedef daha yoxdur, bitib. Hemin HEDEFİ kim cehenneme kimi müşayiet etmek isteyirse, bu da öz işidir. Başqalarına deye bilmerem, ancaq deyesen Hesen Şirinovun taleyi bele olacaq! O, hemişe ve her yerde sevimli rehberinden önde gedib!

...Bir qara-qışqırıq salıblar ki! Hele Türkiyedeki iki elemana baxın! Sefirle konsulu deyirem. Onlar orada Türkiye mediasına barmaq silkeleyir, mehkeme ile hedeleyirler. Eyni şeyi buradaYAP heyata keçirir. Ancaq qüdretli Türikiye mediasına memmedlerin, irvahamların hedesi ile bir şey olası deyil. Bunlar o cür terbiyesiz davranışlarla Azerbaycan dövletini ve özlerini gözden salırlar. Nece bizi ittiham edirdiler, indi de lap ele o cür, Türkiyenin nüfuzlu yazarlarını, qezet ve televiziyalarını, konkret halda ise “Star” media qrupunu şantaj etmeye başlayıblar. Onları da Heyder Eliyev haqqında yalan yazmaqda suçlayırlar. Metbuat konfransları düzenleyir, tekzibler hazırlayır, danışır, danışır, danışırlar...

Halbuki bizim de, “Star”ın da dediklerini yalanlamağın birce yolu var. Heyder Eliyevi ortalığa çıxarmaq, onun yerişini, oturuşunu, duruşunu, danışığını nümayiş etdirmek. Vessalam. Burada beyanata, qara-qışqırığa, jurnalistlerin el-ayağını gemirmeye hacet yoxdur.

Dünen yazmışdım ki, Eliyev elamanlarının hedefe götürdüyü “Star” qrupuna bizim menevi desteyimiz lazım ola biler. “Hürriyyet” qezetinin baş redaktoru Aydın Quliyevle razılaşdıq ki, bu desteyi hörmetli hemkarlarımızdan esirgemeyek. Ve ölke metbuatını “Star” televizyonuna destek kompaniyasına celb edek. Eminem ki, en azı 20 nüfuzlu qezet ve jurnal, agentlikler, jurnalist qurumları hemin kampaniyaya qatılacaq ve “Star”a menevi destek verecek.

Her şeyin bizim xeyrimize cereyan etdiyini, ne yapırlarsa, sonunda Müsavatın şansını güclendirdiklerini defelerle yazmışdıq. İndi bunları bir daha tesdiq ede bilerik. Türkiyenin en böyük media qrupu ile Eliyev rejimini düşmen etdiler, onların bizim terefimizden idare olunduğunu bütün Türkiye auditoriyasına söylediler. Elbette ki, yalandır. Lakin etiraf etmek lazımdır ki, gözel reklamdır! Başqa nüanslar da var. Onları bilerekden yazmıram. Bu gerizekalılar öyrenib, ferqli davranarlar...

Cenaze altında qalanların sayı çoxalır. Allahın hökmüdür! O, istemediyini, ona dönük çıxanları, şeytana nökerçilik edenleri cezalandırmaq isteyende ilk önce onların gözlerine ve ağlına möhür vurur. Görmürler, anlamırlar. İndi Eliyevin tayfa iqtidarında temsil olunanların ekseriyyetinin qelbi, ağlı ve gözü möhürlenib.

Cezadır. Ve yeqin ki, bele yaxşıdır. Yoxsa bir yolla milli qüvvelere yaxınlaşıb, onları da kirlendirecekler.

Uzaq olsunlar. Lap uzaq. Bizden, cemiyyetden ve Azerbaycandan. Olacaqlar...

“Bir azdan sükut pozulacaq!” Hamı ... sevinecek. Gözleyin. Bu qeder gözlemisiniz, bir neçe güne de dözün.

Biz doğrudanmı dözümlü xalqıq?!

P.S. Dünen İsa beyi işden eve aparan daha bir “Yeni Müsavat”çının avtomobilini de yol polisi “hadise yerinden qaçmış” elan etdi. Deyesen, bunlar ciddi şekilde düşünürler ki, İsa Qemberi maşınsız hereket etmeye vadar ede bilecekler.

Bütün bunlara etiraz olaraq, iki variant teklif edirem. Ya İsa bey birdefelik qerergaha köçür, ya da her gün onu minlerle vetendaşımız evden işe, işden de evecen müşayiet edir. Tebii ki, piyada...

Güne iki yürüş. Necedir sizinçün?

9.6.15

Murad Ədilova "tikilən torba"nın və dərzinin çürüklüyü haqda hüquqi rəy



MÜDAFİƏ ÇIXIŞI
I. İttiham:
Hüquqlarını müdafiə etdiyim Ədilov Murad Güləhməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilir. İttihamın məzmununa görə, “Ədilov Murad Güləhməd oğlu tamah niyyəti ilə və satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən 1 bükümdə küllü miqdarda 113,17 qram çəkidə narkotik vasitə olan həşiş qətranı və 1 bükümdə küllü miqdarda 663,93 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində daşımaqla saxlamış, bu narkotik vasitədən 1 bükümünü yəni 660,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı Sabirabad rayonunun Xəlfəli kəndində yerləşən evində yataq otağında olan döşəkcənin altında gizlədərək saxlamış, qalan 3,93 qram narkotik vasitə olan qurudulmuş marixuananı kibrit qutusuna qablaşdırmaqla və 1 bükümdə olan 113,17 qram narkotik vasitə olan həşiş qətranını isə üzərində saxlamaqla daşımışdır”.
İttihama görə “Murad Ədilovun qanunsuz olaraq küllü miqdarda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (bundan sonra DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinə (bundan sonra BNMİ) daxil olmuş məlumatla əlaqədar həmin idarənin əməkdaşlarının Sabirabad Rayon Polis Şöbəsinin (bundan sonra RPŞ) əməkdaşları ilə birgə 11 avqust 2014-cü il tarixdə keçirmiş olduqları əməliyyat-axtarış tədbiri zamanı saat 17.10 radələrində Murad Ədilov Bakı-Bəhramtəpə magistral yolunun üzərində yerləşən Sabirabad rayonu Xəlfəli kəndinin girəcəyində saxlanılıb üzərinə baxış keçirilərkən əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində qablaşdırılmış, satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 3,93 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, şalvarının sol arxa cibindən 1 ədəd şəffaf selofan bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı küllü miqdarda - 113,17 qram çəkidə narkotik vasitə həşiş qətranı, kirayədə yaşadığı Sabirabad rayonu Xəlfəli kəndində yerləşən mənzilinə baxış aparılarkən otaqda yerləşən çarpayıda olan döşəyin altından 1 ədəd sellofan bükülüdə satış məqsədilə əldə edib saxladığı küllü miqdarda - 660,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür”.
Aşağıdakı dəlillərə əsasən Murad Ədilova qarşı irəli sürülmüş ittihamı təkzib edir və məhkəmədən onun barəsində əməlində cinayət tərkibi olmadığına və təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət hökmü çıxarılmasını xahiş edirəm.


II. Məhkləməyəqədərki icraat pozuntuları:
M.Ədilovun ittiham olunduğu cinayət işi üzrə məhkəməyəqədərki icraat çoxlu sayda kobud qanun pozuntuları ilə həyata keçirilib. Belə ki:
1. DİN BNMİ-nin baş əməliyyat müvəkkili Tərlanov Elman Zöhrab oğlu tərəfindən qəbul edilmiş Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11 avqust 2014-cü il tarixli Qərardan aydın olur ki, Ədilov Murad Güləhməd oğlu müəyyən olunduğu təqdirdə zərurət yaranarsa onun yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirilsin (sözügedən Qərarın 2-ci bəndi).
Ancaq bu qərarda nəzərdə tutulmamasına baxmayaraq, 11 avqust 2014-cü ildə M.Ədilov saxlanarkən onun üzərinə baxış keçirilib, şübhəli şəxs kimi tutma prototokolu olmadan şəxsi axtarışa məruz qalıb.
Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 sayı Qərarının 28-ci bəndində deyilir ki,  Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilsin ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. 
Cinayət işinin materiallarından görünür ki, Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında Qərar 11 avqust 2014-cü il tarixdə qəbul edilib (DİN BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Elman Tərlanov tərəfindən) – Cild 1, i.v.16. Qərarda saat göstərilməsə də, Qərarın məzmunundan aydın olur ki, Qərar M.Ədilovun üzərinə və mənzilinə baxış keçirldikdən sonra kompyuterdə tərtib edilib. 
Halbuki, Əməliyyat tədbirinin keçrilməsi və maddi sübutun götürülməsi barədə 17.55-18.15-də tərtib olunduğu qeyd edilən Protkolda yazılır ki, “saxlanan şəxs M.G.Ədilov və hal şahidləri Sabirabad RPŞ-yə dəvət edildilər. Oraya gəldikdən sonra M.G.Ədilov şübhəli şəxs qismində tutuldu və müvafiq qaydada dəvət olunmuş müdafiəçinin iştirakı ilə hazırki protokol tərtib olundu”.
M.Ədilovun Sabirabad rayonu Xəlfəli kəndində yerləşən mənzilində baxış keçirmə və götürmə haqqına Protokolda tərtib edilməyə başlanma saatı 19.20, bitmə tarixi isə 20.00 qeyd edilmişdir.
Bir sənəddə M.Ədilovun şübhəli şəxs qismində tutulması faktının onun üzərinə baxış keçrilməsindən və Sabirabad RPŞ-yə gətirildikdən dərhal sonra, digər sənəddə isə üzərinə və mənzilinə baxış keçrilməsindən sonra baş verdiyi qeyd edilir.
2. Azərbaycan Respublikası DİN BNMİ-nin Xüsusilə Mühüm İşlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Tərlanov Elman Zöhrab oğlu tərəfindən qəbul edilmiş Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11 avqust 2014-cü il tarixli Qərardan məlum olur ki, bu qərarın qəbul edilməsinə əsas Murad Ədilovun mütəmadi olaraq narkotik vasitə olan həşişin və marixuananın qanunsuz dövriyyəsi ilə məşğul olması barədə BNMİ-yə daxil olmuş məlumat olub. Ancaq bu məlumatın necə əldə edildiyi və yaxud da müəyyən olunduğu, məlumatın hansı mənbəyə istinad etdiyi, necə yoxlanıla biləcəyi qaranlıq qalır.
Məhkəmə baxışında müdafiə tərəfi əməliyyat məlumatı verən şəxsin (şəxslərin) müəyyən edilərək şahid qismində məhkəməyə çağırılması, DİN BNMİ-nin 2014-cü il üzrə əməliyyat məlumatlarının qeydiyyatı kitabının məhkəməyə gətirilib tədqiq edilməsinə dair vəsatət versə də, həmin vəsatət qismən təmin edildi. Məhkəmənin qəbul etdiyi qərara əsasən BNMİ-yə sorğu göndərilməli və İdarənin 2014-cü ilə dair əməliyyat məlumatlarının qeydiyyatı kitabından çıxarış məhkəməyə təqdim olunmalıdır.
Ancaq DİN BNMİ-nin məhkəməyə göndərdiyi cavab məktubunda yalnızca sözlə 11 avqust 2014-cü ildə BNMİ-yə M.Ədilovla bağlı əməliyyat məlumatının daxil olduğu bildirildi.
Nəticədə həmin məlumatın mənşəyini müəyyənləşdirmək mümkün olmadı, aydın olmadı ki, 11 avqust 2014-cü ildə BNMİ-yə belə bir məlumat daxil olub və yaxud da daxil olmayıb.
Bu isə o deməkdir ki, sözügedən məlumat mənbəyi-mənşəyi məlum olmayan və hər hansı yolla yoxlanıla bilinməyən məlumat olduğundan sübut kimi qəbul edilə bilməz.
Azərbaycan Respublikası CPM-in 137-ci maddəsində deyilir ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.
AR CPM-in 125.2.9-cu maddəsinə əsasən məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.
Həmin Məcəllənin 144-cü maddəsində deyilir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir.
3. Murad Ədilovun üzərinə baxış saxlandığı yerdə və saxlandıqdan dərhal sonra deyil, təxminən 1-1.5 km. kənarda keçirilib. M.Ədilov təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərdi ki, avqustun 11-i günorta saatlarında çöldən yonca toxumu yığıb gətirmək üçün kəndlisi Əzizov Cavid Bəybala oğluna zəng edib, ona məxsus “Qazel” markalı maşınla ona kömək etməsini xahiş edib. Saat təxminən 16.30 radələrində Cavid maşını ilə gəlib və kəndin içərisindən keçən kanalın üstündə onun maşınına minib. Təxminən bir kilometr gedəndən sonra “Qazel”in qarşısını bir neçə avtomobil kəsib, maşındakı mülki geyimli şəxslər düşərək “Qazel”i saxlamağı tələb edib, Cavid maşını saxlayan kimi mülki geyimli şəxslər onlara hücum edib, onu zorla “Qazel”dən düşürərək, dərhal əllərinə qandal vurub, zorla gəldikləri maşınlardan birinə - “Jiqulu” markalı maşına əyləşdirib, dərhal da Sabirabad rayonu istiqamətində hərəkət ediblər. Yolda maşında olarkən yanındakı - sağ və sol tərəfdən əyləşmiş mülki geyimli şəxslər cibinə girərək, ora nəsə yerləşdirib, Bakı-Bəhramtəpə magistral yolunun “Qarayevka dəmir pereyezdi” adlanan yerdə maşını saxlayaraq, onu maşından düşürüb, ondan cibində nə varsa boşaltmağı tələb ediblər, o isə sağ yan cibindən LD markalı siqaret qutusunu, siqareti yandırmaq üçün bir ədəd kibrit qutusunu, şalvarının sol arxa cibindən isə bir ədəd şəffaf sellofan bükümü çıxarıb, ancaq həmin bükümün ona məxsus olmadığını, kibrit qutusunun içərisində isə ancaq kibrit dənələrinin olduğunu bildirib, mülki geyimlilər kibrit qutusunun icərisində və şəffaf sellofan bükümdə narkotik vasitənin olmasını ona deyiblər.
Məhkəmədə müdafiə tərəfinin şahidi qismində ifadə vermiş şahid Əzizov Cavid Bəybala oğlu M.Ədilov saxlanarkən onun yanında olduğunu, həmin vaxt Muradın üzərinə baxış keçirilmədiyini, saxlanan kimi dərhal onun qollarının arxadan burulduğunu və “Jiquli” markalı avtomobilə oturulduğunu və dərhal da həmin avtomobilin oranı tərk etdiyini bildirdi.
4. Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə 11 avqust 2014-cü il tarixli Protokol, həmin əməliyyat tədbirində iştirak etməmiş şəxs tərəfindən imzalanıb. Belə ki, cinayət işinin materiallarından və eləcə də sözügedən protokolun məzmunundan məlum olur ki, M.Ədilov saxlanarkən və onun üzərinə baxış keçirilərkən Sabirabad rayonunda müstəqil vəkillik fəaliyyəti ilə məşğul olan vəkil Məmmədli Səxavət Rəşid oğlu həmin tədbirin iştirakçısı olmayıb, yalnız protokol Sabirabad RPŞ-nin inzibati binasında tərtib edilərkən ora dəvət edilib, ancaq buna baxmayaraq, yəni prosessual hərəkətin aparılmasında iştirakçı olmamasına baxmayaraq, protokola imza atıb.
Bu hal, yəni vəkilin baxış keçirilməsi və götürmədə iştirak etməməsi faktı məhkəmə iclasında ifadə vermiş ittiham tərəfinin şahid ifadələri, təqsirləndirilən şəxsin ifadəsi tərəfindən bir daha təsdiq edildi.
Halbuki, Azərbaycan Respublikası CPM-in 51.5-ci maddəsinin məzmununa görə, protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxslər tərəfindən imzalana, imzalamaqdan imtina etdikdə isə, bu barədə protokolda müvafiq qeyd aparıla bilər.
5. Baxış istintaq hərəkəti buna səlahiyyəti olmayan şəxs tərəfindən həyata keçirilib. Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə 11 avqust 2014-cü il tarixli Protokoldan görünür ki, Tərlanov Elman Zöhrab oğlu DİN BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkilidir, polis polkovnik- leytenantıdır.
Azərbaycan Respublikası CPM-in 86.4.2-ci maddəsinə əsasən o cümlədən baxış istintaq hərkətini aparmaq təhqiqatçının hüquqları sırasına aiddir.
Tərlanov Elman Zöhrab oğlu isə təhqiqatçı deyildir və yaxud da həmin vaxt ona təhqiqatçı səlahiyyətinin həvalə edilməsi ilə bağlı hər hansı bir əmr də yoxdur.
Belə olan halda isə, o səlahiyyəti olmadığı halda baxış istintaq hərəkəti həyata keçirmişdir.

6. Mənzildə baxış keçirmə və götürmə haqqında 11 avqust 2014-cü il tarixli Protokol buna səlahiyyəti olmayan şəxs - əməliyyat müvəkkili olan DİN BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Tərlanov Elman Zöhrab oğlu tərəfindən həyata keçirilib.
Halbuki, Azərbaycan Respublikası CPM-in 236.1-ci maddəsinin tələbinə əsasən baxışın müstəntiq tərəfindən aparılması nəzərədə tutulub.
Azərbaycan Respublikası CPM-in 125.2.5-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.
7. Murad Ədilovun Sabirabad rayonu Xəlfəli kəndində yerləşən mənzilində baxış və götürmə məhkəmə qərarı olmadan həyata keçirilib.
Azərbaycan Respublikası CPM-in 17.2-ci maddəsində deyilir ki, Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, orada axtarış və mülkiyyət hüququnu məhdudlaşdıran digər istintaq və prosessual hərəkətlər, bir qayda olaraq, məhkəmənin qərarı əsasında məcburi həyata keçirilir.
Həmin Məcəllənin 177.3.1-ci maddəsinin tələbinə əsasən yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb olunur.
AR CPM-in 243.3-cü maddəsinə əsasən təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər:
243.3.1. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini;
243.3.2. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, həbsdən və ya azadlıqdan məhrum etmə yerlərindən qaçmış şəxsin yaşayış yerində gizlədildiyini;
243.3.3 yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını;
243.3.4. yaşayış yerində insanın həyat və səhhəti üçün real təhlükə olduğunu.
AR CPM-in 243.4-cü maddəsində deyilir ki, Bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq axtarış və götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəlllənin 243.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, habelə məhkəmənin qərarı olmadan axtarış və götürmə aparılmasının zəruriliyi və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir.
M.Ədilovun mənzilində məhkəmənin qərarı olmadan axtarış və götürmənin aparılması üçün cinayət prosesssual qanunvericilikdə nəzərdə tutulmuş bu 4 əsasın heç biri mövcud olmayıb. Ancaq buna baxmayaraq, müdafiə etdiyim şəxsin mənzilində baxış və götürmə mıəhkəmənin qərarı olmadan, üstəlikdə buna səlahiyyət olmayan şəxs – yəni əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş və əsaslandırılmamış qərar əsasında həyata keçirilib.
8. Baxış və götürmədə həmin vaxt şübhəli şəxs statusunda olan M.Ədilovun müdafiəçisinin iştirakı təmin edilməyib. Baxmayaraq ki, Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə 11 avqust 2014-cü il tarixli axşam saat 17.55-18.15 radələrində tərtib edilmiş Protokoldan məlum olur ki, M.Ədilov müdafiəçi ilə təmin edilib. Ancaq müdafiəçinin M.Ədilovun yaşadığı mənzildə keçirilən və saat 19.20 və 20.00 radələrində tərtib olunduğu göstərilən baxış keçirmə və götürmədə hansı səbəbdən iştrakının təmin edilmədiyi qaranlıq olaraq qalır.
Halbuki, Azərbaycan Respublikası CPM-in 236.3-cü maddəsində deyilir ki, Baxış cinayət işi başlandıqdan sonra və həmin iş üzrə təqsirləndirilən və ya şübhəli şəxs olduğu halda aparıldıqda, onun aparılmasında təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi iştirak edə bilər. Bu halda müstəntiq baxışın aparılmasında müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Hadisə yerinin baxışının aparılmasında azı 2 (iki) hal şahidi iştirak edir.
9. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11 avqust 2014-cü il tarixli Qərarda M.Ədilovun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi nəzərdə tutulub. Ancaq buna baxmayaraq, baxış 4 otaqlı, 2 aynabəndli mənzilin yalnız bir otağında həyata keçirilib, digər otaqlara və həyətyani sahəyə baxış keçirilməyib.
Məhkəmə baxışında ifadə vermiş ittiham tərəfinin əməliyyat-axtarış tədbirini həyata keçrimiş polis əməkdaşları ifadələrində nəyə görə mənzilin yalnız bir otağında baxış keçirilməsi ilə kifayətləndiklərini və digər 3 otağa, aynabəndlərə və o cümlədən həyətyanı sahəyə baxış keçirilmədiyini heç cür izah edə bilmədilər, yalnız “Murad Ədilovun anası Muradın yatdığı otağı göstərdi, biz də ora baxmaqla kifayətləndik”- şəklində cavab verdilər.
İstintaq təcrübəsində belə bir hal, yəni narkotik vasitələri saxlamaqda şübhəli bilinən şəxsin yaşadığı mənzilin yalnız bir otağına baxış keçrilməsi və digər otaqlara və həyətyanı sahəyə baxış keçrilməməsi güman ki nadir nümunədir.
10. Ədilova Tahirə Talıb qızı və Ədilova Təravət Tofiq qızının 11 avqust 2014-cü il tarixli izahatları və Ədilova Tahirə Talıb qızının eyni tarixli mənzildə baxış keçrilməsinə etirazı olmaması barədə ərizəsi polis əməkdaşlarının diqtəsi ilə, psixi təsir və hədə-qorxu altında yazdırılıb və sənədlərə imza atdırılıb.
Bunu həmin şəxslər 08 noyabr 2014-cü il tarixdə istintaqa verdikləri ifadələrində (Cild 1, i.v. 206-210 və Cild 1, i.v. 212-216), eləcə də əlavə şahid qismində məhkəmədə verdikləri ifadələrində bir daha təsdiq etdilər.
Müdafiə tərəfinin şahidləri olan Ədilov Xalid İbrahiməjdər oğluAdilov Xaqani Fizuli oğlu da məhkəmədə verdikləri ifadələrində Tahirə Ədilova və Təravət Ədilovanın 11 avqust 2014-cü il tarixli izahatları polisin diqtəsi ilə yazdıqlarını, əks təqdirdə Murad Ədilovun həyat yoldaşı Təravət Ədilovanın Sabirabad RPŞ-yə aparılacağı və orda rüsvay ediləcəyi ilə təhdid olunduğunu bildirdilər.
Azərbaycan Respublikası CPM-in 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.
11. Əməliyyat tədbirini həyata keçirmiş polis əməkdaşları iş üzrə maraqlı tərəf olduğundan şahid ola bilməzlər.
M.Ədilova istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsini təsdiq edən şahid ifadələrinin hamısı təqsirləndirilən şəxsin üzərində və onun mənzilində əməliyyat-axtarış tədbiri və istintaq hərəkəti aparmış DİN BNMİ-nin və Sabirabad RPŞ-nin polis əməkdaşlarının (Tərlanov Elman Zöhrab oğlu, İmanov Pərviz Nüsrət oğlu, Kazımov Azər Əzizağa oğlu – hamısı DİN BNMİ-nin əməkdaşlarıdır -, Sultanov Rauf Qalamirzə oğlu və Şəbəndiyev Vüsal Müzəffər oğlu – Sabirabad RPŞ-nin əməkdaşları) onlardan asılılığı heç bir şübhə doğurmayan hal şahidlərinin (Atakişiyev Elçin Ataxan oğlu və Ağayev Vəlhəd Rafiq oğlu) ifadələridir. Həmin polis əməkdaşları və hal şahidlərinin istintaq və məhkəməyə verdikləri ifadələr şablon, məzmunca bir-birini təkrarlayan, klişe ifadələr olmaqla, peşəkar polis zabiti tərəfindən tərtib edilmişdir.
M.Ədilovun ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirmiş polis əməkdaşları cinayət işi üzrə tərəf olduqlarından onların ifadələri mötəbər hesab edilə və həmin ifadələrə sübut kimi istinad edilə bilməz.
Hal şahidlərinə gəlincə isə, həm onların ifadələrinin polis əməkdaşlarının ifadələrini sözbəsöz təkrarlaması, həm də hal şahidlərinin məhkəmə prosesi və ondan kənardakı davranışları, məhkəməyə polis əməkdaşlarının maşınında gəlmələri, nahar və çay fasilələrində polis əməkdaşları ilə birlikdə olmaları, məhkəmədən sonra polislərin avtomobilində geri qayıtmaları və daima onların müşayiəti altında olmaları onu deməyə əsas verir ki, Vəlhəd Ağayev və Elçin Atakişiyev polis əməkdaşlarından asılı vəziyyətdədir və onlarla qeyri-rəsmi əməkdaşlıq edirlər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 07 may 2015-ci il tarixli № 19/51-2408 saylı müdafiə tərəfinin sorğuya cavab məktubunda qeyd edilir ki, Ağayev Vəlhəd Rafiq oğlu Respublika Mərkəzində qeydiyyatda yoxdur. 21.05.1972-ci il təvəllüdlü, Şirvan şəhəri, Vidadi küçəsi, ev 62 ünvanında qeydiyyatda olan Atakişiyev Elçin Ataxan oğlu isə “tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya” diaqnozu ilə Respublika Narkoloji Mərkəzində qeydiyyatdadır.
Hal şahidinin narkoman kimi qeydiyyatda olması faktı onun polislə qeyri-rəsmi əməkdaşlıq etməsinin və ondan asılı olmasının təsdiqidir.
Halbuki, Azərbaycan Respublikası CPM-in 94.1-ci maddəsində deyilir ki, Cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər.
Həmin Məcəllənin 95.2.4-cü maddəsinin tələbinə əsasən “...öz prosessual səlahiyyətlərini cinayət prosesi ilə əlaqədar həyata keçirmiş hakim, prokuror, müstəntiq, təhqiqatçı və ya məhkəmənin iclas katibi şahid qismində çağırıla və dindirilə bilməz”.
İttiham tərəfi israrla DİN BNMİ-nin baş əməliyyat müvəkkili Tərlanov Elman Zöhrab oğlunun təhqiqatçı vəzifəsini həyata keçridiyini iddia edir. Əgər belədirsə, o da bu iş üzrə şahid ola bilməzdi.
Vəkil Yalçın İmanov
12. Hətta, M.Ədilovun üzərinə və yaşadığı mənzilə atılmış narkotik vasitənin ona məxsus olduğu barədə qondarma və saxta iddianı qəbul etsək belə, onun satış niyyətinin nədə ifadə olunması aydın deyil.
Əvvəla, narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olması bütün hallarda satış məqsədinin olması demək deyil. İkincisi isə Murad Ədilovun narkotik vasitələrlə gizli ticarətini - satış məqsədinin olmasını təsdiq edən hər hansı sübut növü yoxdur. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi Əfəndiyev Hacı Məmməd oğlu tərəfindən qəbul edilmiş Sübutların qiymətləndirilməsi haqqında 13 dekabr 2014-cü il tarixli Qərarda (Cild 1, i.v. 301-313) deyilir ki, (Cild 1, i.v.310) “Cinayət işi üzrə istintaq zamanı görülmüş istintaq-əməliyyat tədbirlərinə baxmayaraq, Murad Ədilovun küllü miqadarda narkotik vasitə olan qurudulmuş marixuana və həşiş qətranını əldə etmiş olduğu mənbəni müəyyən etmək mümkün olmamışdır. Bununla əlaqədar narkotik vasitənin mənbəyinə görə cinayət işi ayrıca icraata ayrılmalıdır. Murad Ədilov barəsində olan cinayət işinin istintaqı tamamlandığından, həmin cinayət işindən narkotik vasitənin mənbəyinə görə cinayət işinin ayrılması heç bir maneçilik törətmədiyindən 141900307 №-li cinayət işindən narkotik vasitənin mənbəyinə görə Azərbaycan Respublikasi CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmalı və ayrıca icraata qəbul edilməlidir”.
Əvvəla, qərarın 10-cu bəndində (Cild 1, i.v. 312) ayrılmış cinayət işinə hansı nömrənin verilməsi barədə hər hansı qeyd yoxdur. Digər tərəfdən, cinayət işinin AR CM-nin 234.4.3 (küllü miqdarda) maddəsi ilə ayrılması sual doğurur, yəni bu zaman gözlənilən cinayət qanunu norması 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə) olmalı idi.
Ümumiyyətlə isə ayrılmış cinayət işinin sonrakı istintaqının aparılıb-aparılmaması, hazırda istintaqın hansı mərhələdə olması, hansı əməliyyat-axtarış və istintaq hərəkətlərinin həyata keçirlməsi barədə hər hansı bir məlumat yoxdur.
Halbuki, AR CPM-in 211.7-ci maddəsində deyilir ki, başqa cinayət işinin ayrılması və onun gələcək istiqaməti barədə cinayət işi üzrə ilkin icraatda iştirak etmiş təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi və müdafiəçisi, habelə qanuni mənafeləri ilə əlaqəli olduqda zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və onların nümayəndələri məlumatlandırılır.
Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 sayı Qərarında deyilir ki, məhkəmələrin diqqəti narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəldilən qanunların düzgün tətbiq edilməsi, bu barədə Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarının tələblərindən irəli gələn müddəalarına ciddi əməl olunması, işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması sahəsində fəaliyyətinin təkmilləşdirilməsi zəruriliyinə cəlb edilsin. (Qərarın 1-ci bəndi)
Həmin Qərarın 9-cu bəndində deyilir kİ, təqsirkarın  narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Yəni, narkotik vasitələrinin şəxsi istehlak miqdarından çox olması satış məqsədinin mövcudluğu hesab edilə bilməz və bu cür yanaşma tamamilə yanlışdır.
İstintaq və məhkəmə təcrünəsindəki bu qüsurlu praktika əksərən çoxlu sayda məhkəmə səhvləri ilə nəticlənir.
Narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq olması işin digər halları ilə məcmu halında araşdırıldıqdan sonra qiymətləndiurilməli və əmlin tövsifinə əsas olamlıdır.
IV. Əgər sübut müstəsna olaraq polis provakasiyasının nəticəsdirsə, belə materiallar şəxsin cinayətdə təqsirli olduğunu göstərən əsaslar kimi qəbul edilə bilməz
Murad Ədilov ona qarşı irəli sürülmüş ittihamı qəbul etmir və bu ittihamı özünün (Murad Ədilov müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür, həmin partiyanın Gənclər Təşkilatının təsisçilərindən biridir) və daha çox isə qardaşı, AXCP Mətbuat Xidmətinin rəhbəri, “Azadlıq” qəzetinin yazarı, “Azərbaycan Saatı” verilişinin əməkdaşı və “Facebook” sosial şəbəkəsində mövcud siyasi hakimiyyəti sərt tənqidi statusları ilə tanınan Ədilov Natiq Güləhməd oğlunun ictimai-siyasi və jurnalist fəaliyyəti ilə əlaqələndirir.
M.Ədilov məhkəmə baxışında təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Sabirabad RPŞ-nin Cinayət-Axtarış Bölməsinin (CAB) rəisi Vüsal Şəbəndiyevin otağında təxminən bir saata yaxın döyülərkən Sabirabad RPŞ-nin rəis müvaini Əlifağa Kazımov və CAB rəisi Vüsal Şəbəndiyevin onu Natiq Ədilova görə həbs etdiklərini üzünə dediklərini bildirdi.
İşin istintaqını aparan orqanın müstəsna şəkildə qərəzli və qeyri-obyektiv olduğuna bundan gözəl nümunə ola bilərmi?
M.Ədilov 11 avqust 2014-cü ildə həbs edilməmişdən öncə üç gün ərzində Natiq Ədilov və onun ailəsi barədə hakimiyyətə yaxın qəzetlər, saytlar və televizayada qarayaxma kampaniyası aparılmış, məzmunca eyni olan yazılar çap edilmiş, tirajlanmışdır. Həmin qarayaxma kampaniyasında Natiq Ədilov və onun ailəsi barəsində açıq təhqirlər, böhtan və şantaj xarakterli materiallar yer alır. Təqdim edilmiş yazılarda, yazıların tonunda Natiq Ədilov hədələnir, onun barəsində “ölçü götürməyin zəruriliyi” qeyd edilir.
2013-cü ilin dekabr ayının 3-də isə Murad Ədilovun qardaşı Natiq Ədilov Bakı Şəhər Baş Polis İdarəsinə çağırılmış, İdarədə onu həmin vaxt Bakının polis rəisi olan Rafiq Abbasov və paytaxt prokuroru Əziz Seyidov qəbul etmişdirlər. Onlar Natiq Ədliova mətbuatda və sosial şəbəkələrdəki çıxışlarına görə xəbərdarlıq etmişdirlər. Həmin xəbərdarlıq mətnində deyilir ki, Natiq Ədilov mətbuatda və sosial şəbəkələrdə “ölkənin dinamik inkişafına, həyat səviyyəsinin yaxşılaşmasına, iqtisadi qüdrətinin güclənməsinə xidmət edən islahatların mahiyyətini və əsl gerçəkliklərini əks etdirməyən, əxlaqa və etikaya sığmayan fikirlər səsləndirib və görüntülər yerləşdirib”.
Xəbərdarlığa görə, Natiq Ədilovun məqsədi “iqtisadi sahədə həyata keçirilən tədbirlərin üzərinə kölgə salmaq və ictimai rəyi çaşdırmaq” olub. Xəbərdarlıqda daha sonra bildirilir ki, Natiq Ədilov gələcəkdə “bu xarakterli əməllərini” davam etdirsə, onun barəsində qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək:
Həmin xəbərdarlığın linkini təqdim edirəm:
Məlumat üçün deyim ki, Murad Ədilov 11 avqust 2014-cü ildə həbs edildikdən sonra Natiq Ədilov və ailəsi barədə qarayaxma kampaniyası dayandırılmışdır. Həmin materiallar və xəbərdarlıq mətninin cinayət işinin materiallarına əlavə edilib, sənədlərin elan edilıməsi və tədqiqi mərhələsində elan olunub, tədiqi edilməsinə dair müdafiə tərəfinin vəsatəti məhkəmə tərəfindən təmin edilmədi.
Murad Ədilov narkotik vasitənin onun üzərinə və yaşadığı mənzilə əməliyyat-axtarış tədbirini həyata keçirmiş polis əməkdaşları tərəfindən atıldığını bildirir. Yəni, onun təqsirliliyinə dair sübutlar bazasının polisin müdaxiləsi ilə yaradıldığını, sübutların onların həqiqi məzmununa uyğun olmadığını, habelə əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda onun barəsində qanunsuz və əsassız ittiham irəli sürüldüyünü bildirir.
Oxşar vəziyyətdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətə görə məhkum olunmuş Qriqoriy Arkadyeviç Vanyanın Rusiya Federasiyasına qarşı verdiyi şikayət üzrə 15 dekabr 2005-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Vanyanın təqsirli bilinməsi haqqında məhkəmə hökmünün əsasən polisin müdaxiləsi ilə yaradılmış sübutlar vasitəsi ilə əsaslandırılmasını, xüsusilə də məhkəmələrin, o cümlədən işə nəzarət qaydasında baxan Moskva Şəhər Məhkəməsinin Prezidiumunun işdə olan milis provakasiyası kimi məsələyə əhəmiyyət verməmələrini və bu provakasiyanın ədalətli məhkəmə araşdırmasına təsirini, həmin təsirin nə dərəcədə olmasını araşdırmamalarını Rusiya məhkəmələrinin yol verdikləri ciddi nöqsan kimi qeyd etmişdir (qərarın 40-cı bəndi).
Şərh edilən məsələyə Avropa Məhkəməsinin mövqeyindən yanaşdıqda isə qeyd olunmalıdır ki, əgər sübut müstəsna olaraq polis provakasiyasının nəticəsidirsə və şəxsin yalnız polis provakasiyasının nəticəsi kimi meydana gələn hərəkətlərini (cinayət kimi görülən əməlini) ifşa edirsə, belə materiallar şəxsin cinayətdə təqsirli olduğunu göstərən əsaslar kimi qəbul edilə bilməz.
Başqa sözlə, əməliyyat-axtarış tədbiri provakasiya yolu ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün faktiki əsasların “yaradılmasını” deyil, polisin müdaxiləsi olmadan törədilmiş və yaxud hazırlanan cinayətin ifşa edilməsini təmin etməli və məhz belə olduqda həm əməliyyatın özü, həm də onun nəticəsində əldə olunmuş sübutlar qanunilik tələbinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, beləliklə də, şəxsin təqsirliliyinin əsaslandırlmasında istifadə edilə bilən əsaslar kimi qəbul edilməlidir.
Polis əməkdaşları məhkəmədə şahid qismində dindirilərkən onlarda əməliyyatadək M.Ədilovun narkotiklərin satışı ilə məşğul olmasına dair məlumatların olduğunu bildirsələr də, həmin ifadələr müəyyənlikdən uzaq olub, heç bir konkret hala əsaslanmadığından, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə sözügedən sübutları M.Ədilovun polis əməliyyatınadək də (yəni polisin müdaxiləsi olmadan) narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətməsinə dəlalət edən əsaslar kimi nəzərdən keçirmək olmaz.
(Bu haqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülletenində №2 2013-ci il sayında dərc edilmiş Bərdə Rayon Məhkəməsinin 25 iyun 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Məmmədov Cahid Asif oğlunun (Hökmdən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2012-ci il tarixli qərarı ilə təmin edilməmişdir) kassasiya şikayətində geniş bəhs olunur).
M.Ədilov Siyasi Məhbusların Vahid Siyahısını hazırlayan İşçi Qrupu tərəfindən siyasi məhbus elan olunub.
Bu haqda daha ətraflı bu linkdə tanış olmaq olar: http://www.azadliq.org/content/article/27002486.html
Avropa Şurası Baş Katibin təşəbbüsü ilə müstəqil ekspertlərin işləyib hazırladığı siyasi məhbus anlayışının müəyyən edilməsi kriteriyalarından biri də a) azadlıqdan məhrumetmənin AİHK və onun protokolları ilə təminat verilən əsas hüquqlardan birinin, o sıradan fikir, vicdan, din, ifadə, informasiya əldə etmə və yayma, yığıncaq və birləşmə azadlıqlarının polzulması ilə təyin edilməsidir.
Ötən il bir sıra azərbaycalı siyasi məhbuslarla birlikdə M.Ədilov Norveç Helsinki Komitəsi tərəfindən Andrey Saxarov Azadlıq Mükafatı ilə təltif edilib.
Bu haqda daha ətraflı bu linklədə tanış olmaq olar:
http://musavat.com/news/siyaset/saxarov-mukafati-siyasi-mehbuslara-teqdim-edildi_227470.html (“Saxarov mükafatı siyasi məhbuslara təqdim edildi”).
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) III bəndinə əsasən Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Konstitusiyanın 54-cü maddəsinin (Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ) I bəndində deyilir ki, Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyəti və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardır.

Konstitusiyanın 57-ci maddəsinin (Müraciət etmək hüququ) II bəndində deyilir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.
Konstitusiyanın 58-ci maddəsinin (Birləşmək hüququ) II bəndinə əsasən hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.

Konstitusiyanın 71-ci maddəsinin (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı)I bəndinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

Azərbaycan Respublikasının yurisdiksiyasında olduğu Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsinin tələbinə əsasən (Ayrı-seçkiliyin qadağan olunması) Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.
Konvensiyanın 9-cu maddəsi fikir, vicdan və din azadlığını, 11-ci maddəsi yığıncaqlar və birləşmək azadlığını nəzərdə tutur.
Azərbaycan Respublikası CPM-nin 1.2.2-ci maddəsinin tələbinə görə cinayət-prosessual qanunvericliyi həmçinin ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət pörosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın.
Həmin Məcəllənin 11.2-ci maddəsinin tələbinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən şəxslərdən hər hansı birinə vətəndaşlıq, sosial, cinsi, irqi, milli, siyasi və dini mənsubiyyətindən, dilindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, yaşayış yerindən və olduğu yerdən asılı olmayaraq və qanunla əsaslandırılmamış digər mülahizələrə görə üstünlük vermir.


V. Konvensiyanın 3-cü maddəsinin pozuntusu


M.Ədilov həm istintaqda, həm də məhkəmə baxışında təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində 11 avqust 2014-cü ildə saxlandıqdan sonra Sabirabad RPŞ-nin Cinayət-Axtarış Bölməsinin (CAB) rəisi Vüsal Şəbəndiyevin otağında 5-7 nəfər polis əməkdaşı tərəfindən cibinə atılmış narkotik vasitənin ona məxsus olması barədə etirafedici izahat verməyə məcbur edildiyini, bundan imtina etdiyi üçün həmin şəxslər tərəfindən bir saata yaxın döyüldüyünü, sol bud nahiyəsindən və kürək hissəsindən xəsarət aldığını, mənəvi-psixi təzyiqlərə məruz qaldığını bildirdi.
İstintaq dövründə müdafiə tərəfi M.Ədilovun Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə təminat verilən işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq hüququnun pozuntusu ilə bağlı Bakı şəhəri Nərimanov rayon Məhkəməsində məhkəmə nəzarəti qaydasında şikayət vermiş, ancaq həmin məhkəmənin (hakim Hüseynov Turqay Oqtay oğlu) 03 sentyabr 2014-cü il tarixli İş № 6 (005) -39/2014 saylı qərarı ilə şikayət təmin edilməmişdir.
Şikayətin təmin edilməməsindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Babayev Qədim Xalid oğlu) 11 sentyabr 2014-cü il tarixli İş № 6 (103)-100/14 saylı qərarı ilə təmin edilməmişdir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun DİO-nun İstintaq, Təhqiqat və Əməliyyat-Axtarış Fəaliyyətində Qanunların İcrasına Nəzarət İdarəsinin prokuroru, ədliyyə müşaviri Fərrux Babayev M.Ədilovun döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13 avqust 2014-cü il tarixli İş № 4 (005)-630/2014 saylı Məlumatını (hakim Abdulov Rəşad Məhərrəm oğlu) araşdıraraq 02 oktyabr 2014-cü il tarixli “Cinayət işinin başlanmasının rədd eedilməsi haqqında” Qərar qəbul etmişdir.
Həmin qərardan müdafiə tərəfi məhkəmə nəzarəti qaydasında şikayət vermişdir.
Səbail rayon Məhkəməsi 16 yanvar 2015-ci il tarixli, İş № 6 (009)-04/2015 saylı qərari ilə ilə şikayəti təmin etməmişdir (hakim Əliyeva Aytən Heydər qızı).
Şikayətin təmin edilməməsindən verilmiş apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2015-ci il tarixli, İş № 6 (103)-16/15 saylı qərarı ilə rədd edilmişdir (sədrlik edən hakim Qasımov Faiq Adil oğlu).
Hər iki məhkəmə şikayəti təmin etməməyi bu motivlə əsaslandırmışdır ki, Ədilov Murad Güləhməd oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bu səbəbdən də hər iki məhkəmə hesab etmişdir ki, müdafiə tərəfinin şikayətində göstərdiyi hallar LACM tərəfindən araşdırıla bilər.
Müdafiə tərəfinin istintaq dövründə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Bakı İstintaq Təcridxanasına M.Ədilovun müvəqqəti saxlanma yerinə və təcridxanaya daxil olarakən üzərində xəsarət izlərinin olub-olmaması ilə bağlı ünvanlanmış sorğularına cavab verilməmişdir. Məhkəmədə müdafiə tərəfi bununla bağlı vəsatət vermiş və məhkəmə hər iki quruma sorğu ünvanlamışdır.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidovun və tibbi sanitar hissəsinin rəisi, tibb xidməti mayoru Qurban Hüseynovun imzası ilə məhkəməyə daxil olmuş 17.02.2015-ci il tarixli, №17/381365 saylı sorğuya cavab məktubunda deyilir ki, Ədilov Murad Güləhməd oğlu 15.08.2014-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı həbs olunmuş şəxs M.G.Ədilovun bədəninə ümumi baxış keçirilərkən, onun sol budunun orta 1/3-nün arxa-içəri səthində, kənarları sarıya çalan bənövşəyi rəngli iri qançır aşkar edilmişdir.
Bunun əksinə olaraq isə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimovun imzası ilə məhkəməyə daxil olmuş 25.02.2015-ci il tarixli № 007-2019-1215 saylı sorğuya cavab məktubunda qeyd edilir ki, Ədilov Murad Güləhməd oğlu 12.08.2014-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama yerinə yerləşdirilərkən onun bədəni üzərində xəsatət izlərinin olması müəyyən edilməmişdir.
M.Ədilovun döyülməsi onun özünün ifadələri, Bakı İstintaq Təcridxanasının sorğuya cavab məktubu ilə tam təsdiqini tapır.
Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin (şərəf və ləyaqətin müdafiəsi hüququ) III bəndində deyilir ki, Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə əsasən Heç kəs işgəncəyə, qeyri-qanuni və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.
AR CPM-in 15.2.1-ci maddəsinə əsasən Cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək qadağandır.
Beləliklə:


Göründüyü kimi, məhkəmə iclasında sübutların araşdırılması zamanı M.Ədilova qarşı irəli sürülmüş ittiham öz təsdiqini tapmadı, başqa sözlə, ittiham sübuta yetrilmədi və bu səbəbdən də onun barəsində bəraət hökmü çıxarılmalı, eyni zamanda onun işgəncəyə, qeyri-qanuni və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq hüququnun pozuntusu tanınmalı və DİN BNMİ-nin və Sabirabad RPŞ-nin əməkdaşlarının barəsində xüsusi qərar çıxarılmalıdır.
Hörmətli Məhkəmə Kollegiyası!
Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə görə, yal­nız tö­rət­di­yi ic­ti­mai təh­lü­kə­li əmə­lə (hə­rə­kət və ya hə­rə­kət­siz­li­yə) və onun nə­ti­cə­lə­ri­nə gö­rə təq­si­ri mü­əy­yən olun­muş şəxs ci­na­yət mə­su­liy­yə­ti­nə cəlb edi­lə və cə­za­lan­dı­rı­la bi­lər. Şəxs təq­sir­siz ola­raq vur­du­ğu zə­rə­rə gö­rə ci­na­yət mə­su­liy­yə­ti­nə cəlb olu­na bil­məz.
AR CPM-in 10-cu maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər.
Həmin Məcəllənin 10.5-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 10-cu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər.
AR CPM-nin 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir.
Həmin Məcəllənin 33.1 və 33.2-ci maddələrində deyilir ki, hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər.
Cinayət mühakimə icraatı həyata keçirlərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir.
CPM-in 338.1.2-ci maddəsində deyilir ki, ...məhkəmə iclasında sədrlik edən cinayət prosesinin tərəflərinə məhkəmənin hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edəcəyi barədə xəbərdarlıq edir.
Həmin Məcəllənin 340.3-cü maddəsinə əsasən cinayət prosesinin tərəfləri öz çıxışlarında məhkəmə istintaqı zamanı tədqiq edilməmiş sübutlara istinad edə bilməzlər.
CPM-in 349.3-cü maddəsində deyilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır.
349.4. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.
349.5. Aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir:
349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda;
349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə;
349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə.
Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.
350.2. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır.
CPM-in 42.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsinə əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.
Göstərilənləri nəzərə alaraq və AR CPM-in 42.1.2, 15.2.1 və 355-ci maddələrini əsas tutaraq Məhkəmədən
Xahiş edirəm:


1. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Ədilov Murad Güləhməd oğlu barəsində əməlində cinayət tərkibi olmadığına görə bəraət hökmü çıxarılsın;
2. Ədilov Murad Güləhməd oğlunun işgəncəyə, qeyri-qanuni və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq hüququnun pozuntusu tanınsın.
3. Ədilov Murad Güləhməd oğlunun üzərinə və yaşadığı mənzilə narkotik vasitə atmış, Murad Ədilovu Sabirabad RPŞ-də bir saat müddətində döymüş, Tahirə Ədilova və Təravət Ədilovaya hədə-qorxu və təhdid altında izahat və ərizə yazdırmış DİN BNMİ-nin və Sabirabad RPŞ-nin əməkdaşları barəsində xüsusi qərar çıxarılsın.



Müdafiəçi: Yalçın İmanov ( 14. 05. 2015)