Ana içeriğe atla

İran filmləri

























Bəri başdan vurğulamaq yerinə düşər ki, bəndeyi-həqirinizin film sənəti barədə öyünüləsi qabiliyyəti yoxdu. Bunun sadə səbəbi az film izləməyimdir.
O az filmlər arasında qəlbimə iz salan İran filmləri barədə, icazənizlə, bir neçə kəlmə xidmətinizə ərz eləyim.
V.İ.Lenin Turgenev haqda yazarkən onun sənətkarlığını vurğulasa da, bir şeyi qəzəblə tənqid edirdi. Deyirdi ki, Turgenevin zədaganlığı ona həyatın acı üzünü olduğu kimi təsvir etməyə imkan vermir. Leninin iddiasına görə, Turgenev həyatın acılarını da çox bərbəzəkli, şümal təqdim etməklə reallığı təhrif edir.

İran filmləri Ulyanovun ürəyinə yağ kimi yaxılardı. Niyə?
Bu gün Məcid Məcidin Baran (Yağış) filmin izləyəndə buna qəlbən bir daha əmin oldum. Həmişə filmlərdə hətta kasıb qəhrəmanların kraxmallı, ütülü köynəklərin (özü də bəzən ağ rəngdə) görəndə başımdan tüstü çıxrdı. Bu hələ mahiyyət deyil, formadı. Yəni əksər filmlər, həyatı olduğu kimi təsvir etməkdə axsayır.
Amma qardaş, İran filmləri...(şübhəsiz mən bütün İran film sənayesini nəzərdə tutmuram. Bura "Sərçələrin mahnısı", "Bir ayrlıq hekayəsi", "Yağış", "Tehran-mənim satlıq şəhərim", "Cənnətin rəngi", "Səmanın uşaqları" və s aiddir)
Onları izləyən kimi adam gedir düşür həyatın düz içinə. Saxta gülüşlər, mənasız parlaqlığı həyatın özü əvəzləyir. Baxırsan və doymursan.
Baxdığım bu filmlərdə nəyi gördüm və nəyin altından qırmızı xətt çəkdim?
 Bu filmlər insanı təmkinə dəvət edir, bizə son dövrlər təlqin olunan, "nəyin bahasına olur, olsun qabağa get, çalış vuruş məqam sahibi ol" fəlsəfəsini rədd edir. İran filmləri sanki adama deyir: hara can atırsan ay bədbəxt, elə bilirsən qabaqda səbətdən gilas tökülüb, aram ol. Çalış yaxşılıq elə, qalanı boş şeydir.
Bu filmlər mənə eyni zamanda insanın acizliyini göstərir. Bəli, bütün dikbaşlıqlarımıza rəgmən həyat hər zaman öz yekə şapalağın kefi istəyəndə qulağımızın dibində cingildədir və deyir, sən qarşımda Firon ola bilməyəcəksən.
Siz də o filmlərə çalışın baxın.

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir ... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.
Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.
Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətini…

Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında …