`Evə dönüş`, yaxud əclaflığa sevinənlər

Azad və tənqidi düşncəli media quruluşları bağlananda, təzyiqə tuş gələndə sevinənlər var.
Azad və tənqidi düşüncələrinə görə insanlar şərlənəndə, həbs olanda, onlara ləkə atılanda buna da sevinənlər, sevincini gizlətməyənlər olur.
Mən belələrini başa düşürəm. Hətta çox məmnunam ki, onlar `timsahın göz yaşları`n axıdıb riyakarlıq eləmirlər. Ancaq bu tip adamlardan bircə xahişim var, bircə saat yarım vaxtınızı ayrın Türkiyə istehsalı olan `Evə dönüş` filmini izləyin. Youtube`də də var.
Baxın, sonra danışarıq.