Ana içeriğe atla

Kayıtlar

Aralık, 2014 tarihine ait yayınlar gösteriliyor

`Evə dönüş`, yaxud əclaflığa sevinənlər

Azad və tənqidi düşncəli media quruluşları bağlananda, təzyiqə tuş gələndə sevinənlər var. Azad və tənqidi düşüncələrinə görə insanlar şərlənəndə, həbs olanda, onlara ləkə atılanda buna da sevinənlər, sevincini gizlətməyənlər olur. Mən belələrini başa düşürəm. Hətta çox məmnunam ki, onlar `timsahın göz yaşları`n axıdıb riyakarlıq eləmirlər. Ancaq bu tip adamlardan bircə xahişim var, bircə saat yarım vaxtınızı ayrın Türkiyə istehsalı olan `Evə dönüş` filmini izləyin. Youtube`də də var. Linkini bura qoyuram, tıklayıb baxa bilərsiniz Baxın, sonra danışarıq.

Allahşükür ? Allah, şükür, şükür!

Mən fürsət tapıb Allahşükür Paşazadənin məsciddə əliyevlərə mədhiyyəsini yenicə izlədim. 
Gəlin, Allahşükür müəllimə təşəkkür edək. Onun varlığı geniş düşünsək, hazırkı vəziyyətdə xalqımıza xeyirdir. Bir cümləni də düzgün qura biməyən adam, mənfi imici ilə əliyevlər barədə bir yox e, min bir tərif, mədhiyyə desə də bu realda işləmir. Mübaliğə etmirəm, siz videonu diqqətlə izləyin, bu adamın bir cümləsi də məna cəhənnəm, formal, qramatik baxımından da düz deyil.

İndi isə bir anlıq düşünək ki, iraq olsun, Allahşükürün yerində daha xarizmatik, daha savadlı, ötkəm biridir və o əliyevləri xalqa sırıyır. Bu bizə iki qat zülm olardı.
Görünür Uca yaradan bizə qarşı hələ rəhimlidir.
Allah, sənə şükür, şükür!

Allahşükür Paşazadə barədə daha bir ilginc yazını burdan OXU

Allahşükür Paşazadə sağ olsun!

Mən fürsət tapıb Allahşükür Paşazadənin məsciddə əliyevlərə mədhiyyəsini indi izlədim. (VİDEOya baxmaq üçün bura tıkkıldat)
Gəlin, Allahşükür müəllimə təşəkkür edək. Onun varlığı geniş düşünsək hazırkı vəziyyətdə xalqımıza xeyirdir. Bir cümləni də düzgün qura biməyən adam, mənfi imici ilə əliyevlər barədə bir yox e, min bir tərif, mədhiyyə desə də bu realda işləmir.
Bir anlıq düşünək ki, iraq olsun, Allahşükürün yerində daha xarizmatik, daha savadlı, ötkəm biridir və o əliyevləri xalqa sırıyır. Bu bizə iki qat zülm olardı.
Görünür Uca yaradan bizdən mərhəmətin tam kəsməyib.

Aclıq aksiyasının iki fotosu

Tarix üçün.
2012-ci ilin mayı. Məhbəsdəki siyasi məhbuslar üçün aclıq aksiyası keçirilir. Təşkilatçı İctimai Palatadır.
Avrovizya mahnı müsabiqəsi ərəfəsidir.


Asif Yusifli üçün təbrik

Mən bu günüAsif Yusifligünü elan edirəm.
Dünən, onun ad günü imiş. Onun təvəzökarlığından, mənim də səhlənkarlığımdan ad günü unudulub. Amma belə baxanda nə fərqi? Əsas odur ki Asif kimi bir insan var, doğulub və o mənim girami dostumdur.
Asif elə bir dostdur ki, qəbir evində İnkir Minkir "o dünyada qazandırğın nə olub, ay insan", soruşsa, "Asif Yusifli" deməklə canımı qurtaracağımı düşünürəm.
Asif mənim üçün hamının başa düşəcəyi formada heç bir iş görməyib, hətta dəfələrlə nəyə görəsə mənə köynək almaq vədini verib, sonra onu namərdcəsinə unudub. Bunlar heç.
Bəs, Məşədi İbad demişkən, mən onun nəyinə heyranam?
Cavab sadədir: Mən bu yola çıxanda Asif bəy tanıdığım minlərdən biri idi. Həyatın ağırlığı, mübarizənin dramatikliyi, kasıblıq, illət, zillət onu sındırmadı. Əksinə, illər keçdikcə onun polad kimi bərkidiyini gördüm. Və bu proses müsbət istiqamətdə artmaqdadır.
Asif, dizlərim taqətdən düşəndə baxıb farağat dayandığım insanlardandır.
Asif bəy, səni bağrıma basıram…

Seymur Həzi haqda

Nazim Hikmətin məşhur bir şeiri var, "bu gün bazar" adında. Şairi uzun müddət qapalı şəraitdə həbsdə saxlandıqdan sonra ilk dəfə bazar günü açıq havaya çıxarılır. Deyir, ki bu gün ilk dəfə göyü üzünün nə qədər geniş, nə qədər mavi olduğunu görüm və etiramla kürəyimi torpağa dirəyib düşündüm: bu an hər şey cəhənnəmə, torpaq günəş və mən varamsa xoşbəxtəm.


Mən bir az dəyişiklik edəcək. Seymurun həbsi, onun həbsinə olan mətanətli reaksiyası, hökumətin böhtanına baxmayaraq sözün əsl mənasında xalqın ona sahib durmasını gördükdən sonra öz-özümə dedim. Cəhənnəm olsun, sizin o dəbdəbəli həyatınız, yaltaq və satqınlar ordusunun ehtişamı...Təkcə Seymur Hezi kimi dostu, əqidəşi olan adama heç nə lazım deyil, o bəxtiyardı!



İran filmləri

Bəri başdan vurğulamaq yerinə düşər ki, bəndeyi-həqirinizin film sənəti barədə öyünüləsi qabiliyyəti yoxdu. Bunun sadə səbəbi az film izləməyimdir. O az filmlər arasında qəlbimə iz salan İran filmləri barədə, icazənizlə, bir neçə kəlmə xidmətinizə ərz eləyim. V.İ.Lenin Turgenev haqda yazarkən onun sənətkarlığını vurğulasa da, bir şeyi qəzəblə tənqid edirdi. Deyirdi ki, Turgenevin zədaganlığı ona həyatın acı üzünü olduğu kimi təsvir etməyə imkan vermir. Leninin iddiasına görə, Turgenev həyatın acılarını da çox bərbəzəkli, şümal təqdim etməklə reallığı təhrif edir.
İran filmləri Ulyanovun ürəyinə yağ kimi yaxılardı. Niyə?
Bu gün Məcid Məcidin Baran (Yağış) filmin izləyəndə buna qəlbən bir daha əmin oldum. Həmişə filmlərdə hətta kasıb qəhrəmanların kraxmallı, ütülü köynəklərin (özü də bəzən ağ rəngdə) görəndə başımdan tüstü çıxrdı. Bu hələ mahiyyət deyil, formadı. Yəni əksər filmlər, həyatı olduğu kimi təsvir etməkdə axsayır.
Amma qardaş, İran filmləri...(şübhəsiz mən bütün İran film sə…