Ana içeriğe atla

Əli İnsanov barədə bir xatirəm

 Taledən kam almayan bir qohumumuz vardı. Pirani vaxtında tənha qalmışdı, övladları uzaq Rusiyada, özü isə Odlar Yurdunda canındakı min bir bəlayla çırpınırdı. Tez-tez qonağımız olardı. Ömrünü zəhmətlə keçirən bu adam dərin savaddan məhrum idi.
2001-ci ilin əvvəlində günlərin birində bizdə olarkən nəyə görəsə söhbət o vaxtkı səhiyyə naziri Əli Insanovun üstünə gəldi. Mən Insanov barədə ağır sözlər işlətdim.
Qoca mənə tərəf əyilib dəqiqləşdirmə apardı:
- Kimi deyirsən, bala?
- Əli Insanovu!
- Yox, yox, bala, elə demə sən Allah, o, çox insan adamdı...
Qoca qohumun etirazı məni çaşdırdı. Mən alovlu çıxış elədim, rejimi lənətlədim və onun əsas simalarından birinin də Insanov olduğunu dedim. Onda qoca qohumum bir neçə ay əvvəl Bakıda başına gələnləri danışdı.

Dedi ki, xəstəliyinə görə çox qapıları döyüb. Amma dərdini eşidən tapmayıb. Günlərin birində nazir Insanovun qəbuluna düşüb. Nazirlə ilk təmasda onun ürəyini fəth etmək üçün xəstə qoca divarda Heydər Əliyevin portretinə təriflər yağdırıb. Insanov onun sözünü ağzında saxlayıb və sərt formada deyib: “Otağı tərk elə, get, o şəkil səni müalicə eləsin”.
Qoca özünü itirib, baş verənləri analiz etməyə vaxt edincə, nazir yumşalıb və onu bir aylıq “Günəşli” sonatoriyasına yollayıb.

***
Mən o zaman bu hekayətə inanmadım. Yox, düşünmədim ki, qohumum özündən nəsə uydurur. Onun buna ehtiyacı yox idi. Sadəcə, mənə elə gəldi ki, Əli Insanovla yox, başqa biri ilə həmsöhbət olub.
Bir neçə il keçdi, artıq o qocanın həyatda olmadığı günlərdə Əli Insanov məhkəmə zalında Əliyevlərin ünvanına sərt tənqidlər səsləndirəndə barmağımı dişlədim. Deyəsən, qoca qohumum elə onun özü ilə danışıbmış. Hər halda, bunu indi təsdiq və ya təkzib edə biləcək bir adam qalıb - Əli Insanovun özü.
Əli Insanov barədə yazmağıma səbəb onun ictimai fəallara, müxalifət liderlərinə srağagünkü müraciətidir. O, xahiş edib ki, Avropa Məhkəməsinin qərarı əsasında işinə yenidən baxılacaq məhkəmə prosesinə diqqət ayrılsın.
O müraciəti oxuyanda, bir anda bütün bu söhbətlər, Əli Insanovun müxalifəti, azad mətbuatı asıb-kəsdiyi günlər lent kimi gözümün önündən keçdi. Qətiyyən, Əli Insanova indi tənə etmək fikrim yoxdur.
Onun məhkəməsini, məhkəmədən sonrakı davranışını diqqətlə izləməyim buna imkan vermir.
Insanov öz məhkəməsində Əliyev rejiminə çoxlarına örnək sayıla biləcək sarsıntı yaşatdı. Tabu mövzulardan, Paşayevlərin cah-cəlalından, Heydər Əliyev Fondunun maxinasiyalarından xalqı agah etdi. Üstəlik, keçmişdə azad mətbuat və müxalifətə qarşı davranışına görə üzrxahlıq elədi.
Gəlin, o məhkəmədəki çıxışın bir anını təzədən oxuyaq:
“Əli Insanov ixtiraçı alim olub, milyonlarla dollar qazanıb. Bu milyonlar YAP kimi yaramaz bir partiyanı maliyyələşdirib. Mən həbs olunanda YAP-ın 160 min üzvü vardı. Bu 160 min YAP-çı həmin partiyanın yaradıcılarından biri olan Əli Insanovun taleyinə baxıb nə nümunə götürəcək? 160 minlik YAP-dan nə gözləyirsiniz? Həmin o partiya özü əzəcək sizi. Əgər o partiyanın sədaqətli üzvünün taleyi budursa, bütün YAP-çılar bundan ibrət alsın...” (Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmə, 15 fevral 2007-ci il)
***
Əli Insanov mövzusu müxalifət düşərgəsində, müxalifətə simpatiya bəsləyənlər arasında birmənalı qarşılanmayan, polemikaya səbəb olanlardandı. Bəziləri müxalifəti Əli Insanovun hüquqlarını müdafiə etdiyinə görə qınayır. Məncə, bu barədə açıq və səmərəli müzakirə getməlidir.
Birincisi, heç kim Əli Insanovun məsumluğunu iddia eləmir, onun səhvləri, cinayətləri belə olub. Ancaq əməllərə görə, siz necə düşünürsüz, Əli Insanovu asmalıdılar? Yaşlı, sağlıq problemi yaşayan, elm adamı, ictimai xadim olan bir adama həmin cinayətlərə, səhvlərə görə 8 illik cəza bəs deyil?
Əli Insanov siyasi məhbusdur, onun istintaqı, məhkəməsi ciddi qanun pozuntusuyla keçirilib və bu artıq Avropa Məhkəməsi səviyyəsində sübut olunub.
Ötən müddətdə bir daha aydın oldu ki, Əli Insanovun işdən çıxarılıb həbsə atılması qətiyyən Əliyevin səhiyyəyə, ölkə vətəndaşlarının sağlamlığının qeydinə qalmasına görə baş verməyib. Belə olsaydı, Şirəliyevin dövründə xəstəxanalar açıq bazara çevrilməzdi, apteklərə verilən lisenziyalar üçün tələb olunan rüşvət azı 3 dəfə artmazdı, mərəzə yoluxan vətəndaşlarımızın Irana, Turana kollektiv axını olmazdı.
Ikincisi, Əli Insanov müxalifətin bir çox siyasi məhbusları kimi, nümunəvi dustaq həyatı yaşadı və yaşayır. O, Əliyevlərin israrına baxmayaraq, bu gün də əfv ərizəsi yazmaqdan imtina edir, saxlanma şəraitinin və sağlamlığının bərbad olmasına rəğmən, mətanətli mövqe nümayiş etdirir.
Müxalifət düşərgəsi önündə heç bir öhdəliyi olmasa da, vicdanlı mövqe göstərib bütün həssas məqamlarda həbsdən müxalifətin yaratdığı qurumlara dəstəyini ifadə edir. Neyçün bütün bu nəcib hərəkətlər cavabsız buraxılmalıdır?
***
Başa düşürəm, bizim adamlarda “ilan vuran ala çatıdan qorxar” ehtiyatlılığı var. Onlar düşünür ki, Əli Insanovu müdafiə edəcəyik, o da azad olunan kimi Fəxri Xiyabana gedib məlum məzara baş əyəcək. Bəlkə də belə olacaq, mən olmamasına qarantiya verə bilmərəm. Ancaq bu da düz deyil ki, insanı bugünkü mövqeyinə görə yox, etimal olunan hərəkətlərinə görə qiymətləndirək. Nə problem var, Insanov azadlığa çıxandan sonra hansısa xoşagəlməz addımlar atsa, onu tənqid etmək imkanını bizim əlimizdən kim alır?
Bu qədər uzunçuluq etməkdə demək istədiyim budur ki, mən Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək.

(`Azadlıq` qəzeti 18 NOYABR 2013 )

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir ... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.
Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.
Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətini…

Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında …