Ana içeriğe atla

Kayıtlar

Kasım, 2014 tarihine ait yayınlar gösteriliyor

Asif Yusiflinin həbsinin ardından

Möhtərəm qardaşım Asif Yusifli şübhəniz olmasın ki həbs olunacağını bilirdi. Çünki uzun müddət idi izlənilirdi, ətrafında əməliyyat tədbirləri qurulurdu. Bir neçə təxribatı çevik davranışı ilə dəf edə bilmişdi. Bunlar heç.
Asifi gözəl tanıyanlar onun üstün bir keyfiyyətinə bələddilər.  O ən çətin halında belə kefin soruşanlara "yüksək səviyyədə" deyən adamdı. Əmənim, bizimlə yəni ictimaiyyətlə ilk birbaşa və ya bilavasitə təmasında da Asifin ilk mesajı "hər şey yüksək səviyyədədir" demək olacaq.
O, həm də bunu elə inandırıcı, sirayətedici formada deyir ki, müqavimət göstərməyə yer qalmır. Potensial həbs təhlükəsi barədə o həmişə deyirdi ki, ölümdən çətindi ki. Mən bu həyata vəsiqəni iki dəfə almış adamam (Asif bəy həm müharibədə, həm də mülki həyatda çox ağır güllə və qəza yarası alıb). Onsuz indi yaşadığım artıqdı.  Asif bəy mənəviyyatı möhkəm olan adamdı. Onu həbslə qorxutmaq, tankın üstünə qışqırmaq kimi bir şeydi. Asif bəyi hz Yusif məqamına üz tutması münasibət…

O məscidə də büt qoyacaqlarmı?

Bakıda İlham Əliyevin sərəncamı ilə hər birinin hündürlüyü 72 metr olacaq 4 minarədən və 55 metr hündürlüyündəki günbəzi olacaq məscid tikirlər.

Quranın Tövbə surəsinə istinad etsək, özünün müsəlman hesab edən şəxs orda namaz qılmamalıdır. Bunu bir kənara qoyduq.

Məni indi bu düşündürür: O məscidə Heydər Əliyevin büstü qoyulacaq, ya yox?

Zəruri qeyd.  Tövbə surəsindəki məlum ayələr

107. O kəslər ki, zərər vermək, küfr eləmək, möminlərin arasına təfriqə salmaq naminə məscid 3 tikirlər və öncə Allaha və Rəsuluna qarşı savaşmış olanın yolunu gözləyirlər, «Bir niyyətimiz yoxdu bizim yaxşılıqdan savayı» deyə and-aman edəcək onlar. Onların yalan dediyinə şahiddir Allah.
108. Nəbadə namaz qılasan orada. Daha yaxşı olardı ki, ilk gündən taqva naminə qurulmuş məsciddə namaz qılasan. Paklanmağı sevənlər gəlir buraya. Paklanan kəsləri sevər Allah.

Əli İnsanov barədə bir xatirəm

Taledən kam almayan bir qohumumuz vardı. Pirani vaxtında tənha qalmışdı, övladları uzaq Rusiyada, özü isə Odlar Yurdunda canındakı min bir bəlayla çırpınırdı. Tez-tez qonağımız olardı. Ömrünü zəhmətlə keçirən bu adam dərin savaddan məhrum idi.
2001-ci ilin əvvəlində günlərin birində bizdə olarkən nəyə görəsə söhbət o vaxtkı səhiyyə naziri Əli Insanovun üstünə gəldi. Mən Insanov barədə ağır sözlər işlətdim. Qoca mənə tərəf əyilib dəqiqləşdirmə apardı: - Kimi deyirsən, bala? - Əli Insanovu! - Yox, yox, bala, elə demə sən Allah, o, çox insan adamdı... Qoca qohumun etirazı məni çaşdırdı. Mən alovlu çıxış elədim, rejimi lənətlədim və onun əsas simalarından birinin də Insanov olduğunu dedim. Onda qoca qohumum bir neçə ay əvvəl Bakıda başına gələnləri danışdı.
Dedi ki, xəstəliyinə görə çox qapıları döyüb. Amma dərdini eşidən tapmayıb. Günlərin birində nazir Insanovun qəbuluna düşüb. Nazirlə ilk təmasda onun ürəyini fəth etmək üçün xəstə qoca divarda Heydər Əliyevin portretinə təriflər yağdırıb. Ins…