Əfv ərizəsindən sonrakı həyat

Möhtərəm dostlar!
Əfv ərizəsi yazanlar barədə bizim fərqli fikirlərimiz olsa da zənnimcə bir məqamda hamımız eyni rəydəyik.
Bu rəy də ondan ibarətidir ki, deyirik, məhbuslar o ərizələri öz ürəklərinin səsi ilə yamayıb, müxtəlif mənəvi-fiziki işgəncənin təsirindən yazıb.
Onu da deyirik ki, necə ki düşmən əsirliyində, girovluğunda olan adamın canını qurtarması üçün yazdığı, danışdığı fikirlər əsassızdı, bunlara da elə yanaşmaq lazımdı.
Fəqət...Möhtərəm dostlar, hamımız şahidik ki əsirlikdən, girovluqdan ana yurda dönən adamlar o iradələrinə zidd olan fikirləri hansı işgəncələr altında dediyini rahat da olmasa, danışa bilir, bu haqda müsahibə verir, bəzisi hətta kitab da yazır.
İndi görün əliyevçi rejim necə amansızdı ki, biz bu vaxta qədər əfv yazan adamın o əfvi hansı mənəvi-fiziki təhdidlər, işgəncələr altında yazdırılması barədə danışdıqlarına, yazdıqların rast gəlmirik. Bu o deməkdi ki, Azərbaycanda azadlıq çox şərti söhbətdi, "çöl də bayıl kimidir". Çöldə də risk, təhlükə elə içəridəki qədərdi.
Allahın rəhmət və bərəkəti zindanda hz Yusif məqamı yaşayan qardaşlarımızla olsun!