21.10.14

Heydər Əliyevin heykəlinə baş əymə

Zeif müxalif helqeleri Heyder Aliyevin heykeline, goruna baş eydirmekle İlham Aliyev ne demek isteyir? Bu elbette güc ve qüdret nümayişi sayıla bilmez; hetta jale şiresi içen mirzeler bele bu tamaşaya göre eliyevçi rejimi lenetleyirse demek iş alınmayıb.
Bes nedir bu?
Mence, oğul Eliyev şüuraltı ezabların bu cür yollarla yüngülleşdirmek ister. Hansı ezabı, yazıram?
Bilirsiniz bunu atası kommunist partiyasında uzun iller emek verib. Sonra daxili isteyi ile yox, konyuktura üçün eqidesini deyişib.


Yeni eqideni ise o özü müeyyen etmeyib. Bizim yolunu davam etdirdiyimiz azman kişilerin ucaltdığı bayrağa, beyan etdiyi ideyaya sığınıb. Belelikle, uzun müddetdir ata-oğul eliyevler eslinde daxılen sınaraq bizim o eqidemiz qarşısında diz çökür; dişi bağırsağın kesse de yolunda feda olduğumuz o üç renglî bayrağın altında dayanır!
Ve bu onları yandırır.

Aydın olması üçün xüsusen vurğulayıram; bir dövlet rehberinin milli bayraq önünde eyilmesi qürura müxalif bir şey deyil. Feqet, bu qesbkar hakimiyyetin o bayrağa dexili yoxdu; o bayraqdaki üç deyerin üçüne de bunlar düşmendi. Ona göre onlar her defe bu bayraq önünde eyilende özlerini alçalmış sayırlar ve bunun qisasın hele sümüyü berkimemiş insanlarımızdan alırlar.

Yazıklar olsun!

18.10.14

Əfv ərizəsindən sonrakı həyat

Möhtərəm dostlar!
Əfv ərizəsi yazanlar barədə bizim fərqli fikirlərimiz olsa da zənnimcə bir məqamda hamımız eyni rəydəyik.
Bu rəy də ondan ibarətidir ki, deyirik, məhbuslar o ərizələri öz ürəklərinin səsi ilə yamayıb, müxtəlif mənəvi-fiziki işgəncənin təsirindən yazıb.
Onu da deyirik ki, necə ki düşmən əsirliyində, girovluğunda olan adamın canını qurtarması üçün yazdığı, danışdığı fikirlər əsassızdı, bunlara da elə yanaşmaq lazımdı.
Fəqət...Möhtərəm dostlar, hamımız şahidik ki əsirlikdən, girovluqdan ana yurda dönən adamlar o iradələrinə zidd olan fikirləri hansı işgəncələr altında dediyini rahat da olmasa, danışa bilir, bu haqda müsahibə verir, bəzisi hətta kitab da yazır.
İndi görün əliyevçi rejim necə amansızdı ki, biz bu vaxta qədər əfv yazan adamın o əfvi hansı mənəvi-fiziki təhdidlər, işgəncələr altında yazdırılması barədə danışdıqlarına, yazdıqların rast gəlmirik. Bu o deməkdi ki, Azərbaycanda azadlıq çox şərti söhbətdi, "çöl də bayıl kimidir". Çöldə də risk, təhlükə elə içəridəki qədərdi.
Allahın rəhmət və bərəkəti zindanda hz Yusif məqamı yaşayan qardaşlarımızla olsun!