28.9.14

Dəlilik xilas yolu kimi

Murad Ədilov
Bir yoldaş var. Siyasətlə bağlılığı çox azdı, ona görə də siyasi məhbus, vicdan məhbusu teması ona yaddı.
Onunla belə qısa və maraqlı söhbətimiz alındı.
Murad (türmədəki qardaşım, avqustda şərlənərək həbs edilib) necədi?
- Normal, türmədir də.
- Qurtarmaq istəmirsən?
-İstəyirəm, amma necə?
- Sən belə elə, ona dəlilik kağızı al.
O bu sözləri tam ciddi dedi və qınanılası da deyil. İndi Azərbaycanda müxtəlif cinayətlərdən qurtarmaq üçün saxta yolla dəlilik kağızı almaq moddadı.
Ağılın iqnor edildiyi zamandayıq.