Ana içeriğe atla

Kayıtlar

Eylül, 2014 tarihine ait yayınlar gösteriliyor

Dəlilik xilas yolu kimi

Bir yoldaş var. Siyasətlə bağlılığı çox azdı, ona görə də siyasi məhbus, vicdan məhbusu teması ona yaddı. Onunla belə qısa və maraqlı söhbətimiz alındı. - Murad (türmədəki qardaşım, avqustda şərlənərək həbs edilib) necədi?
- Normal, türmədir də.
- Qurtarmaq istəmirsən?
-İstəyirəm, amma necə?
- Sən belə elə, ona dəlilik kağızı al. O bu sözləri tam ciddi dedi və qınanılası da deyil. İndi Azərbaycanda müxtəlif cinayətlərdən qurtarmaq üçün saxta yolla dəlilik kağızı almaq moddadı.
Ağılın iqnor edildiyi zamandayıq.

Necə oldu Seymur Həzi "cinayətə" qurşandı?

Natiq Ədilov: “Azərbaycan saatı”nın dayanmasından söhbət gedə bilməz”“Bizim ölkədə düzgün həyat tərzinin özü cinayət sayılır və qardaşımız Seymur belə “cinayətə bulaşıb” AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov partiyanın Rəyasət Heyətinin üzvü, “Azadlıq” qəzetinin şöbə müdiri, “Azərbaycan saatı” televiziya proqramının redaktoru və aparıcısı Seymur Həzinin həbsi ilə bağlı “islamazeri.az” internet qəzetinin suallarına cavab verib. Müsahibəni təqdim edirik.
– Seymur Həzinin həbsinin arxasında nə dayanır? – Məncə, artıq Seymur Həzini tanıyan hər kəs üçün bu sualın cavabı aydınlaşıb. Ona görə bu sualın cavabına çox vaxt itirməyək. Həbsin arxasında məkr var, hiylə var, azad sözə, ədalətə, düzgünlüyə qarşı düşmənçilik dayanıb. Seymur lap yeniyetmə vaxtından ölkənin səadəti, firavanlığı, demokratikliyi üçün çalışan insandı. Yazıları ilə, fəaliyyəti ilə daima Azərbaycanda haqqın öz yerini tapması üçün mübarizə aparıb. Çox təəssüf ki, bizim ölkədə düzgün həyat tərzinin özü cinayət sayılır v…