Ana içeriğe atla

YAPI kreditin yabılığı haqqında

YAPI kredit redaksiyamızdakı əməkdaşlar üçün wordkart paylamışdı. Birini də mən götürdüm, işlətdim. ABŞ gedəndə bəlli səbəbdən ödəmə edə bilmədim, 3 ay gecikmə oldu. Odlar Yurduna enər enməz mənə zəng etdilər. İki dəfə izahat verdim, telefonda. Dedim, ölkədə olmamışam, krediti ödəməklə bağlı narahat olmayın. Ölkədə olmadığıma dair sübut filan istəyirsinizsə təqdim etməyə hazıram.
İki dəfə belə danışıq oldu. Cavab tək idi, müəllim, problem yoxdu 95 manat ödəyin vəssalam.

Getdim bankın Elmlərdəki filalına, darısqal yerdə uzun növbədə azı 40 dəqiqə gözləyəndən sonra həmsöhbətim olan işçidən soruşuram.

- Əfəndim, mən indi 95 manat ödəməliyəm. Olarmı, növbəti ayları da indidən, qabaqcadan ödəyim.

- Bəli, olar, məmnun qalardıq.

- Əfəndim, bu ödəməni etsəm katrdakı istifadə edəcəyim məbləğ nə qədər olacaq.


- 700 manat, müəllim.

-Çox gözəl, çox pakizə. O zaman öncədən ödəmə edirəm, hamısını. Yazın!
Yazır, kağızı götürüb kassada ödəyib çıxıram.


İşə gəlirəm. Kartla bir əməliyyat etməliyəm. Bir dəfə, beş dəfə yoxlayıram alınmır. Banka zəng edirəm.
- Yoldaşlar, sizin kart işləmədi axı...

-Müəllim düzdü, çünki sizin kart işləməməlidir. Çünki sizdə gecikmə var.

- Dostlar, axı mən nəinki gecikməni, hətta qarşıdakı aylarda olan borcumu da indicə ödəmişəm, bu da qəbz filan...
Dəstəyin o tərəfindəki xanım, hara iləsə uzun-uzadı məsləhətləşir sonra deyir. Üzr istəyirik, sizin kart bloklanıb, onun açılması üçün ərizə yazmalısınız...

-Lənət şeytana, nə ərizə. Mən iki dəfə sizin əməkdaşlara telefonla izahat vermişəm. BU ərizə vacib idisə niyə məni ofisinizdə 1 saat gözlədəndə yazdırmırdınız...

- Bağışlayın ki, belə alındı, amma mütləq ərizə yazmalısınız.

- Axı siz məni ələ salmısınız, sizə ərizə lazımdırsa gəlin alın. Mən ödəməni də eləmişəm, borcu da bağlamışam. Kart bloklanırdısa niyə məndən hələ qarşıdakı aylarda ödəcəyim pulu alırdınız. Niyə mən bloklanma barədə əvvəlcədən məlumatlandırımamışam.
Cavab yoxdu, qız ancaq deyir ki, gəlin ofisə ərizə yazın kartınız açılsın. Başa sala bilmirəm ki mənə indi əlimyandıda pul lazımdı, onu da karta qoymuşam, kartı da bloklamısınız.
***
Səhəri gün (9 avqust) Səbail rayonundakı mərkəzi ofisə gedib izahat yazıram. Məni qəbul edən xanım deyir ki, 3 günə sizə cavab veriləcək.
3 gün 5 gün olur cavab yoxdu. Zəng edirəm.
- Müəllim, müraciətiniz qeydə alındı sizə cavab verəcəyik.
Ərizədən iki həftə keçir. Yapıkeditdən hələ də cavab yoxdu.

***
Dostlar, bu necə bir hadisədi. Bu ancaq məmin başıma gələn qəzadır, yoxsa yapıkredit deyilən bank elə bu cür işləyir. Yoxsa, burda anormal heç nə yoxdu?

Mən bank tərəfindən özümü aldadılmış sayıram. Onların üst qurumu haradır, Milli Banka bu yöndə şikayət etmək olarmı.
Yoxsa, dost tanışı bu yapsifət bankı baykota çağırmaqla söhbəti nöqtələyək?

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir ... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.
Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.
Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətini…

Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında …