Ana içeriğe atla

Şahla əl tutan azərbaycanlı

İran şahı Rza Əziz Abbası "idmanın inkişafına xidmət" medalı ilə mükafatlandırı
“Gözlərinin qadasın alaram, bu ölkə pisin pisi, yaxşısının ən yaxşısı var. Qalır sənin onların hansısnı seçməyin. Bir də bu ölkə ailənin düşmənidi. Bax mənə, mən yox e, arvadım məni boşadı getdi. İndi uşaqlarımın da hərəsi bir yandadı. Bir qızın gecələr gəlir mənlə qalır”.
Həmsöhbətim 88 yaşlı gimnastdı. Əziz Abad. Onu mənə belə tanıtmışdılar ki, İranın devrilən şahı Məhəmməd Rzanın mühafizəçisi olub. Dərhal nömrəsini tapdım, danışıb müsahibə istədim vaxt aldım.

Onunla Kalifoniyanın Walnut Creek şəhərindəki imkansızlar üçün tikilən sakit və gözəl mənzilində görüşdük. (ABŞ-da belə evdə yaşamaq haqqı o adam qazanır ki illik gəliri 40 min dollardan aşağı olsun).
Mənə verilən informasiya düz çıxmadı. Adam şahın mühafizəçisi olmayıb, sadəcə bizim camaatı bilirsiz də, samanı Zaman edənlərdənik. Ancaq bu 88 yaşlı insanın həyatına ötəri nəzər salanda görürsən ki, şah oldu olmadı, onun ömürü sanballı bir romandı.  Gəlin, o “romandan” bir neçə səhifə vərəqləyək.
Quru və rəsmi bioqrafiyanı belə icmal edə bilərik. Əzizin ana anası bolşevik inqilabından sonra Bakıya gəlib.

ABŞ-da "imkansızlar" üçün ev
  O Bakıda doğulub. Yuxarı Dağlı məhəlləsində 6 nömrəli məktəbə gedib, məktəb vaxtından gimnastika ilə məşğul olub. 1937-ci il repressiyaları bu ailədən də yan keçmir, onun atasın bir il həbs edirlər. Sonra ou buraxırlar, başqa iranlılarla birgə üstüaçıq gəmi ilə İrana yollayırlar.
Əziz burda da idmanın davam edir və bu sahədə uğurları böyük olur. 58-ci ildə Moskvada keçirilən giminastların dünya çempionatında, daha sonra Yaponiyada keçirilən  olimpiya oyunlarında İranı təmsil edəcək qədər peşəkarlaşır.  Bununla da onun Şahla təması başlayır. Danışır ki, şah ildə iki dəfə Novruz Bayramında və ad günündə idmançıları qəbul edərmiş. Bu görüşlərdə şahdan xüsusi diqqət gördüyünü deyir müsahibim. Babalı öz boynuna əlavə edir ki, şah onu açıq sözlü kimi tanıyırmış, ona görə yanına çağırıb soruşurmuş ki, sən o tərəfdən gəlmisən, inqilabçı balasısan de görüm, filan işi görürəm, camaat necə qarşılayır filan.
İran İslam İnqilabından az sonra Əziz Abad ABŞ-a gəlir. 4 ildən sonra o ailəsini ABŞ-a gətirir. Onun 7 uşağı var. İllər keçir arvadı uşaqlarını da götürüb Əzizdən ayrılır. O, bu məsələni ABŞ-ın qadınlara verdiyi ifrat azadlıqla əlaqələndirir. “Sənin həddin nədi arvada nəsə deyəsən. Mənim xanımım da bir gün belə məni boşadı. Hə, mən yox, o məni”.
Təxminən 5 il əvvəl Əziz bəy həyətlərində ağlayan bir Zaqafqazilayı rus zənənlə tanış olur. Evə gətirib onu özünə arvad edir. Amma bu zənən də vətəndaşlıq alan kimi evdən qaçır. Bunarı qoyaq bir qırağa...
Əziz bəy, yuxarıda yazdım, dövlətin onun kimilər üçün ayrıdığı evdə yaşayır. Bu ev üçün o ayda 200 dollar kirə haqqı verir. Çox deyil, nəzərə alın ki o ayda 5 min dollar  pensiya alır. Bu yaşlı bir kişinin evinə heyran olmamaq mümkünsüz. Heç yuxunuzda da görə bilməzsiniz ki, birincisi Bakıda bu yaşda adam qalsın, ikincisi bu yaşda adam evinə xüsusi dizayn versin.
Necə br dizayn, onu da yazım.

Birincisi, divarda onun ömür yolunu əks etdirən əlamətdar foto stent var. Bundan başqa evin içində o ailə muzeyi yaradıb. Atasının qəlyanın, anasının simovarın və s şeyləri ora düzüb.
Evin divarında ata anasının fotosu ilə yanaşı əsas üçn dinin simvollarını da vurub.Kitabxanasının başında Quran, Tövrat, İncili (1982-ci ildə ABŞ-da azərbaycanca çıxan bu İncilin tərcüməçisi tanıdığımız Mirzə Xəzərdi).
atasından qalma qəlyan
Dini baxışları barədə qısa söz açan Əziz bəy mənə bir fars məsəlini çəkir.
 Bu təqribən bizim “palaza bürün ellə sürün” deiminə təndir: istəyirsən rahat yaşayasan camaatla heç bir məsələdə müxaliflik eləmə.
O deyir ki, elə bu müxaliflikdən qaçmaq üçün uşaqlığından namaz da qılıb. Amma onu biz hər hansı formada dindar, din düşüncəlis aya bilmərik. 

Adam bütün dinləri qəbul edir, deyir əsas məsələ “yaxşı düşünün, yaşxı danışıb, yaxşı əməl etməkdir”.
Onun evimində divardan vurulan Zeynəb xanlarovanın fotosu diqqətimi çəkdi. Bir də baxıram ki, stolun üstündəki podnosda da Zeynəb Xanlarovanın rəsmi.
“Biz Zeynəbi çox sevərək. Rəhmətlik anam parkinson xəstəsi idi. Zeynəbin konserti idi, apardım düz qabaqda oturtdum. Əllərini əsməkdən güclə saxlayan anam Zeynəbin oxuduğu bu bayatını
“Dağları gəzdim gəldim
Daşları düzdüm gəldim
Yarı bivəfa gördüm
əlimi üzdüm gəldim” eşidən kimi qoy götürdü. Hamımız heyrət elədik. Zeynəb də gəldi anamla görüşdü. Bakıya dəvət elədi bizi...

Söhbətin davamın sabah edərik, indi yorğunam
J









Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir ... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.
Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.
Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətini…

Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında …