Ana içeriğe atla

Kim sevirsə İlhamı...

Bizim dostlardan biri bir atalar sözü düzəltmişdi: Kim sevirsə idmanı, demək sevir İlhamı.
İronik formada icad olunan bu atalar sözünün məğzində Əliyev hakimiyyətinin apardığı ucuz (əslində isə maliyyə baxımından çox bahalı və xərc aparan) idman təbliğatına etiraz dayanırdı.
İdman, can sağlamlığı insan üçün vacib əhəmiyyət daşıyır, indi durub onun faydası barədə uzun uzadı cümlələr qursaq, bu vaxt itkisi olar. İdmanın əleyhinə nəsə yazmaq üçün isə kifayət qədər posmodernistlim tələb edir.
Bəs mən nədən söz açmaq istəyirəm.

Çox sadə şeylərdən... Əslində sizin bildiyiniz şeyləri bir az cilalamaq fikirindəyəm.

Uzun müddətdir prezidentlik kürsüsünü zəbt eləməklə yanaşı İlham Əliyev Milli Olimpiya Komiəsininin prezidenti postunu da zəbt edib. Azərbayca nazirlərinin hər biri bir idman növünə rəhbərlik edir: futboldan, damaya qdər bütün idman növləri guya bu nazirlər vasitəsi ilə dövlətin atalıq qayğısı ilə əhatə olunub.
Hökumət bununla da kifayətlənməyib; 30-dan çox rayonda Olimpiya İdman Kompleksləri tikib istifadəyə verib.
İlham Əliyev təşəxxüslə Azərbaycanın idman ölkəsi olduğunu bəyan edir.
Həqiqət necədi bəs?
Həqiqət odur ki, idmana xərclənən (əslində mənimsənilən) milyardlara baxmayaraq olimpiya göstəricilərimiz ölü nöqtənin ətrafından əl çəkə bilmir ki, bilmir. Bunları qoyduq qırağa.
Bəs biz sadə azərbaycanlılar üçün idmanın nə qədər əlçatan olması barədə ürəkdən danışa bilərikmi?
Bu suala cavab verməzdən əvvəl yaşadığınız zonanı saf nəzər edin; baxın görün idman eləmək üçün meydançalar, idman zallar varmı?
Varsa qiymət neçəyədi?
Qiymətin öyrənəndən sonra ordakı şəraiti də yoxlayın və özününüz qərarlaşdırı ki, o qiymət adi büdcə işçisi üçün nə qədər əlverişlidir?
Mənim bu sahədə qənayətim pisdir. Hətta çox pisdir.
Qardaş, sadə idman zallarına getmək üçün gərək ortababa "tərləyəsən".
Çox uzatmayaq. İndi sizə ABŞ nümunəsi verəcəyəm.
Düzü, mən hələ Obamanın ABŞ idmanına qayğı göstərməsi barədə çıxışına rast gəlməmişəm. Heç hansısa amerikalı məmurun da. Fəqət ABŞ-da AzTV-nin sözü ilə desək, idman ictimaiyyətinin bütün istək və arzuları ən yüksək səviyyədə nəzərə alınıb.
Olduğum ən müxtəlif yerlərdə yaşayış binalarının çox yaxınlığında pulsuz (!) futbol, veloybol, qolf və s meydançaların gördüm. Hovuzlar doludur hər yanda...
Bunları kənara qoyaq. ABŞ kapitalist ölkədir, heç olmaz ki burda pullu idman xidməti olmasın. Var təbii.
Bəs onlar necədi?
ABŞ-da idman zalları şəbəkə formasındadı.Yəni siz bir şəbəkəyə üzv yazılırsız və getdiyiniz ixtiyarı şəhərdə, yerdı o şəbəkənin zallarından istifadə edirsiniz.
Mən baş çəkdiyim zal "fitness 24" adlanır. Adından da göründüyü kimi o 24 saat çalışır.
İçərisində ideal şərait var. Uzunçuluq etməyəcək, çəkdiyim fotolar sizə hər şeyi deyəcək. Qiyməti də öyrəndim, bu zaldan birinci ay istifadə üçün 40 dollar verirsən, sonrakı ay isə bu qiymət 29 dolaradək enir.


 Bu məbləğin ABŞ-da nə demək olduğunu bilmək üçün sadəcə, onu nəzərə alın ki burda saatı 8 dollardan aşağı heç kimi işlədə bilməzsiniz, heç kim də işləməz.
Beləliklə, bu qədər uzunçuluqla demək sitəydiyim bu idi ki, bizdə bir çox şeylər kimi idman da birincisi gözdən salınıb, ikincisi dövlət idmana qayğı zad göstərmir, uzaq başı özü üçün beş altı şilləvuranı yetişdirir.

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir ... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.
Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.
Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətini…

Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında …