Ana içeriğe atla

Həmişə gülümsəyən insanlar ölkəsi

Yazımızı sualla başlayaq.
İki suala cavab verməyə çalışın.
Bir: axırıncı dəfə nəyə ürəkdən təəccüblənib sevinmisiniz?
İki: hansısa rəsmi sənəd üçün foto çəkdirərkən üzünüzə verdiyiniz mimika yadınızdadımı?
Bu suallar ətrafında 1 dəqiqə düşünün, sonra qaldığınız yerdən davam edək. Cavablarını unutmayın, onlara sonda yenə qayıdacağıq.

O gün ABŞ-da turistlər üçün müvəqqəti şəxsiyyət vəsiqəsi sayılan İD alırdım. Foto çəkdirəndə məmur mənə necə dayanmağı öyrətdi və axırdı xahiş elədi; bəy, bir az gülümsəyin.
Eyni hadisə "sürücülük vəsiqəsi" alarkən də baş verdi. Vəsiqə üçün şəkil çəkən məmur gülüş tələb elədi. Hamıdan bu tələb olunmur, ona görə ki amerikalılar onsuz da həmişə gülümsəyir, gülümsəməyi həyatlarının vacib atributu sayır. Belə təklif ancaq bizim kimi qaramatlara edilir.

Bu halla qarşılaşanda gözümün önündən film kimi yuxarıda qoyduğum suallarla bağlı cavab variantları keçdi.
Yəqin, razılaşarsınız, bizdə ən bambılı adamın pasport, hərbi bilet və bu kimi sənəd fotolarına baxanda adamın zəhri qaralır. Zabitəli, zəhrimar dolu bir baxış, yüz faizlik rəsmiyyət!

Deməli, mən bir gün telefon çexolları satan dostumun yanında oldum. Müşahidəmdən heyrətə gəldim. Onun satdığı çexollar bizim pulla 15 manat filan olardı. Adamlar gəlir, 600-700 manatlıq telefonlarına belə ucuz çexol alırdılar, bu heç, o çexolu telefona keçirəndə İlahi necə sevinirdilər!!

Təsəvvür eləməyə çalışın; birincisi bizdə o bahalıqda telefon alan adam heç vaxt elə ucuz mala meyl eləməz. İkinci, "kabura" nəmənə şeydi ki, bizim camaat onu əldə etməkdən zövq qalsın, sevinsin... Mümkün deyil.
Amma amerikalı!! Vay dədə, guya böyük iş olubmuş kimi yeni çexolu telefonuna taxan kimi "great", "amezing" kimi sözlər yağdırıb gülür, kef edir.

Sizə bu elə belə gəlsə də məni çox sarsıtdı. Bizim insanı çox yorublar, duyğularımnız koşalıb, sıradan çıxıb. Gülüşümüzü saxtalaşdırıblar, əl çatmaz ediblər. Kədərimizi bol və yersiz eləyiblər.
Gülüş, təbəssüm nədi?

Müdriklərdən biri demişdi: "Yer üzündə insanlıq təbəssümün ilk görünüşü ilə bərabər başlanıb. İnsanlardan əvvəl bu qara torpaq üzərində təbəssümdən əsər belə yox idi. Gülüş ancaq insana məxsusdur. Təbəssüm ruhun sağlamlığı qədər səadətin də müjdəçisidir".
Gülümsəyən insan uşaq saflığın qorumuş biridir.
Kədər sizdən gen gəzsin!

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir ... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.
Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.
Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətini…

Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında …