Ana içeriğe atla

ABŞ: ucuz və keyfiyyətli


ABŞ qeydləri

Hər dəfə Azərbaycandan qərb ölkələrinə çıxanda böyük hərflərlə bu fikiri yazmağı vacib bilirəm: Demokratiya həm də ucuz və keyfiyyətli yaşayış imkanıdır.
Mən şahidəm; bizim ölkədə insanlar bir mövsümdən çıxıb o birinə girəndə üst-başını təzələmək üçün müsibət yaşayır. Cavan uşaqlar bir normal şalvar, ayaqqabı almaq üçün az qala qatil olurlar. Ola bilər mən bir az ifrata varıram, ancaq siz də insaflı olun, deyin ki, Natiq, ölənlərin rəhmət doğrudan da bizdə bahaçılıqdı; qiymətlərlə ayaqlaşmaq olmur.


Bunu deməsəniz belə heç nə dəyişməyəcək, Azərbaycanda əmək haqlarının əhəmiyyətli hissəsi ərzaq və gündəlik təlabat mallarına gedir və bu mötəbər iqtisadi araşdırmalarda əksini tapıb.
O da var ki biz hələ bir ətək pul verib aldığımız malın keyfiyyətindən bədgümanıq. Hər dəfə mal alanda şəxsən mən düşünürəm ki, İlahi görəsən, bu dəfə nə qədər aldadıldım...
Bəli, Əliyevlərin kəraməti ucbatından vəziyyət elə gətirib ki, ölkəmiziə diş çöpü də Konqodan zaddan gəlir. Xaricdən gələn mallar da ya çox keyfiyyətsiz olur, ya da çox baha.

Bu iki amilə də səbəb gömrükdə, vergilərdə olan talan, monopoliya və korrpusiyanın varlığıdır. Əliyev hakimiyyəti nə özü bizə vəzifəsi olaraq umac ovur, nə də bunu öz gücünə görən adamlara imkan verir. Bunun da zərbəsin sən, mən dadırıq.
Gəlirik, mövzumuzun şirin və həyəcanlı yerinə.
ABŞ bildiyiniz kimi zəngin insanların məkanıdır. Burda azca ağılın olmağı kifayətdir ki, aya 2-3 min dolları rahatlıqla, heç bir əziyyət çəkmədən, ləyaqətli formada qazanasan. Bu minimal həddir. Nəzərə alın burda qadınlar da əksərən işləyir, özü də çox yaxşı məvacibə, bu isə o deməkdir ki orta statistik amerikalının ailəsinə ayda 8-10 min dollar gəlir.

İndi sizin bəzininz deyəcəksiniz ki, əşi nolsun eee, orda qiymətlər də bahadır. Dostlar, bu nağıldır. Başa düşürsüzmü, nağıl!
Mən o nağılı təkzib etmək üçün hüzurunuza foto-faktlar təqdim edirim. Siz bu fotolarda "Walmart" mağazalar şəbəkəsində bəzi geyim əşyalarının qiymətini görəcəksiniz. O qiymətlərə diqqətlə baxın amerikalıların və öz maaşınızı da düşünün, axırda gördüyünüz malların Azərbaycandakı qiymətlərini də göz önündən keçirin.
Bunu da unutmayın; ABŞ-da qeyd etdiyim və buna oxşar şəbəkələrdə keyfiyyətsiz, dövlətin müəyyən etdiyi ağlabatan standartlara cavab verməyən mallar satıla bilməz. Bu son cümləni ona görə yazmağı vacib saydım ki, deyən olmasın ki, əşi bekara, keyfiyyətsiz mallardır da.

Beləliklə biz mövzumuzu belə yekunlaşdıra bilərik.
Əziz Azərbaycan insanı, demokratiya təkcə ona görə deyil ki, Natiq, Məmməd çıxıb gündə mitinq edəcək, debatlarda bəlağətli çıxışlar edəcək və s.
Demokratiya və azadlıq həm də ona görə lazımdır ki, sən, siyasətə qarışmayan sən belə ucuz və keyfiyyətli həyatla təmin olasan. ABŞ-a bu zövqü-səfanı yaşadan mübhəm bir sirr deyil, azadlıq və demokrayiyadır.


Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir ... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.
Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.
Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətini…

Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında …