ABŞ polis dövlətidir

Amerika qeydləri (əvvəli burda)

Başlıq sizi çaşdırmasın. Bizdə polis, polis dövləti haqlı olaraq pis başa düşülür. Çünki polis bizdə ədalətsizliyin, zorakılığın simvoludur. O hüquq mühafizə orqanından çox hakimiyyət ailənin maraqlarını güdən qolu-zorlu, mədəniyyət və nəzakətdən yetim qurum kimi qarşılanılır.
ABŞ-da vəziyyət fərqlidir. Bəli, ABŞ-da da polisin vətəndaşlara qarşı zorakılıq etdiyi hallar var və mediada bu barədə xəbərlər vaxtaşırı çıxır. Ancaq bu epizodik hallardı və polisin özbaşınalığın burda nə dövlət həzm edir, hə cəmiyyət.
Qanunsuzluq edən polisi qara günlər gözləyir, onun iş karierasında da, şəxsi həyatında da bu hadisə qara yara kimi qalır.
ABŞ-da polisə insanların hədsiz güvəni var. Polis insanlar üçün gərəkli bir dostdur, çətinə düşəndə gözü axtardığı ünvandır. Nümunələrlə çalışacam vəziyyəti göstərim.

Birincisi, amerkan vətəndaşları bizim ilk baxışda "işverən" kimi qəbul edəcəyimiz həyat tərzinə cani-könül veriblər. Yəni, amerikada yaşayırsızsa unutmamalısınız ki, üzərinizdə şiddətli bir ictimai nəzarət var, dişinizi belə qanunsuz formada qurdalasanız ətrafınızdan beş on nəfər tapılacaq ki, bunu polisə xəbərləsin.
İnsanlar bunu özləri üçün əskiklik yox, əksinə şərəf sayırlar. Adamlar polislə əməkdaşlıqdan məmnundular. Çünki, burda hamı əmindir ki, "mənim polissim məni qoruyur".

Polis bizdəki kimi hər yerdə gözə girmir, sənin daşına hər an dəyənəyini endirəcək tərzdə olmur, fəqət ABŞ polisi doğrudan da hər yerdədi. Sakit və gözədəymədən. Siz 911-ə harda olsanız zəng edin, sıxıntınızı bildirin 5 dəqiqəyə polis yanınızdadı.

Adamlar ən müxtəlif məsələyə görə polisə üz tutur. Məsələn, mənə danışmışdılar ki, bir nəfər azərbaycanlı yoldaş ilk dəfə marixuana çəkib, hallunasiyaya girib. Götürüb polisə zəng edib ki, pisəm. Polis gəlib, görüb ciddi bir şey yoxdu, sadəcə məsləhət verib ki, qardaş "barıtı bu qədər çox eləməzlər də".

***
Başqa bir dostum rəvəyət edir ki, günlərin birində gecə (saat 22-dən sonra) evdə zövcəsi ilə hansısa məsələyə görə bir az uca səslə danışıb. Bir də görüb ki qapı şiddətlə döyülür. Qapını açıb, polis! işin çaşlığından onun oturduğu divanda bıçaq da olub. Polis salamsız filansız evin kişisiniz dərhal qandallayıb.
Polis bizim hər gün evimizdə alışıq olduğumuz uca səslə müzakirəni ailə münaqişəsi kimi qiymətləndirib və buna görə də ailə üzvlərinin hər birini ayrı-ayrılıqda 15-20 dəqiqə intervyü edib. Axırda görüb ki, bir problem yoxdu, üzr istəyib gedib.

***
İkinci hadisə öz başıma gəldi. Kaliforniyada bir dostumun qonağı idim. Axşamlar balkona çıxıb söhbət edirdik. İkinci gün polis gəldi. Bizdən xahiş elədi ki, şikayət var, gecə olduğun nəzərə alın, qonşulara xatir keçin evdə danışın.
Sizi tam əmin edə bilərəm ki, biz eyvanda nə ulayırdıq, nə qışqırırdıq. Elə belə, gündəlik alışdığımız formada söhbət edirdi. Uzaqbaşı arada gülüş filan olardı.

***
Ən maraqlısı budur ki, polisin bəzən sizə dəxlisiz formada həyatınıza müdaxilə eləməsindən insanlar incik deyil. Onlar bunu anlayışla qarşılayır. Çünki, deyirlər ki, axı bu müdaxilələrdə polisin heç bir marağı yoxdu, o bizdəki kimi hər şikayətə görə 5-10 manat qazanc güdmür. O bunu citimai təhlükəsizlik və rahatlıq üçün edir.

***
Bütün bunları ona görə yazdım ki, Qərbi, ABŞ əxlaqsız, mənəviyyatsız sayan polislər və elə sadə adamlarımız da Bakıda yaşayış binalarının alt qatında gecə-səhərə qədər açıq fəaliyyət göstərən səs-küylü barları, fahişəxanaları, çay evlərin də düşünsünlər,Ondan sonra birlikdə deyək: bəlkə bir az yavaşlayaq :)

ABŞ-da təsvir etdiklərimi də.