ABŞ-ın Xoşqədəmə ehtiyacı var

 ABŞ haqda bir az da yüngül (bəlkə də çox çətin) söhbət edək.

Birinci hadisə

Bizimkilər adətən Rusiyada solaxay hərəkətləri ilə məşhurdular. Bilirsiniz ki, bir çoxları Rusiyada leqallaşmaq üçün saxta evliliyə də girir. Məsələn, yaşlı və ya cəmiyyətin aşağı təbəqəsi sayılanlarla sövdələşib nikaha girir, bununla da vətəndaş olurlar.
Eyni şeyi ABŞ-da eşidəndə heyrətləndim.

Bir azərbaycanlı ilə tanış oldum. Çoxdandı burdadı. Vətəndaş da olub. Dilxor idi.

Səbəbin soruşdum.
 Dedi evlənmək istəyirəm. 
Dedim qardaş, dünyada bundan asan nə iş var ki?
Qayıtdı ki, arvadım amerkandı boşana bilmirəm.
- "Necə yəni boşana" bilmirəm?
-Arvadı tapa bilmirəm ki?
-??
- "Zaks"a girəndən sonra itib, gah ordadı gah burda...

***
Məsələ aydın idi.Məlum oldu ki, ABŞ-da leqallıq xüsusən vətəndaşlıq qazanmaq üçün ABŞ vətəndaşı olan şəxslə nikaha girmək lazımdı. Bəzilərinin bəxti kəsir, normal, necə deyərlər milli standartlarımıza uyğun zənənlə ailə qurur. Çoxu isə 20 min dollar qarşılığında bir arvad alıb vətəndaşlıq qazanır 

Belə "arvadı" siz elə ancaq nikah bürosunda görürsüz vəssalam. Hə, bir də bu şərt var "arvad"la iki ilə birgə olmaq məcburiyyətindəsiz. İki ildən tez nikah pozulsa, sizin pulunuz da batır, vətəndaş olmağınız da.

PS. "arvadlar" elə Rusiyadakı kimi burda da cəmiyyətin dibində sürünən, dələduz və geridəqalmış ölkələrdən bura pənah gətirib vətəndaşlıq qazananlardı.

İkinci hadisə:



O  gün ABŞ-dakı bir dostumun statusuna şərh yazdım. Bir də gördüm, bir amerkalı zənən məktub yazdı. Hal əhval, soruşdu ki qardaş sən Azərbaycandansan.
- Hə!
- Mənə kömək edərsən?
- ???
- Mənim eks sevgilim azərbaycanlıdır. Bir il var müəmmalı itib, tapa bilmirəm.
- Mən sizə əlimdən gələn köməyi edərəm ( fikrimdə Xoşqədəmi tutaraq dedim)

İndi burda Azərbaycan ictimaiyyətinə səslənirəm. Ey azərbaycanlı igid, Nyu Yorkda yaralı bir ahugözlü səni axtarır. İnsaf elə ona bir kəlmə yaz