27.6.14

Şahla əl tutan azərbaycanlı

İran şahı Rza Əziz Abbası "idmanın inkişafına xidmət" medalı ilə mükafatlandırı
“Gözlərinin qadasın alaram, bu ölkə pisin pisi, yaxşısının ən yaxşısı var. Qalır sənin onların hansısnı seçməyin. Bir də bu ölkə ailənin düşmənidi. Bax mənə, mən yox e, arvadım məni boşadı getdi. İndi uşaqlarımın da hərəsi bir yandadı. Bir qızın gecələr gəlir mənlə qalır”.
Həmsöhbətim 88 yaşlı gimnastdı. Əziz Abad. Onu mənə belə tanıtmışdılar ki, İranın devrilən şahı Məhəmməd Rzanın mühafizəçisi olub. Dərhal nömrəsini tapdım, danışıb müsahibə istədim vaxt aldım.

Onunla Kalifoniyanın Walnut Creek şəhərindəki imkansızlar üçün tikilən sakit və gözəl mənzilində görüşdük. (ABŞ-da belə evdə yaşamaq haqqı o adam qazanır ki illik gəliri 40 min dollardan aşağı olsun).
Mənə verilən informasiya düz çıxmadı. Adam şahın mühafizəçisi olmayıb, sadəcə bizim camaatı bilirsiz də, samanı Zaman edənlərdənik. Ancaq bu 88 yaşlı insanın həyatına ötəri nəzər salanda görürsən ki, şah oldu olmadı, onun ömürü sanballı bir romandı.  Gəlin, o “romandan” bir neçə səhifə vərəqləyək.
Quru və rəsmi bioqrafiyanı belə icmal edə bilərik. Əzizin ana anası bolşevik inqilabından sonra Bakıya gəlib.

ABŞ-da "imkansızlar" üçün ev
  O Bakıda doğulub. Yuxarı Dağlı məhəlləsində 6 nömrəli məktəbə gedib, məktəb vaxtından gimnastika ilə məşğul olub. 1937-ci il repressiyaları bu ailədən də yan keçmir, onun atasın bir il həbs edirlər. Sonra ou buraxırlar, başqa iranlılarla birgə üstüaçıq gəmi ilə İrana yollayırlar.
Əziz burda da idmanın davam edir və bu sahədə uğurları böyük olur. 58-ci ildə Moskvada keçirilən giminastların dünya çempionatında, daha sonra Yaponiyada keçirilən  olimpiya oyunlarında İranı təmsil edəcək qədər peşəkarlaşır.  Bununla da onun Şahla təması başlayır. Danışır ki, şah ildə iki dəfə Novruz Bayramında və ad günündə idmançıları qəbul edərmiş. Bu görüşlərdə şahdan xüsusi diqqət gördüyünü deyir müsahibim. Babalı öz boynuna əlavə edir ki, şah onu açıq sözlü kimi tanıyırmış, ona görə yanına çağırıb soruşurmuş ki, sən o tərəfdən gəlmisən, inqilabçı balasısan de görüm, filan işi görürəm, camaat necə qarşılayır filan.
İran İslam İnqilabından az sonra Əziz Abad ABŞ-a gəlir. 4 ildən sonra o ailəsini ABŞ-a gətirir. Onun 7 uşağı var. İllər keçir arvadı uşaqlarını da götürüb Əzizdən ayrılır. O, bu məsələni ABŞ-ın qadınlara verdiyi ifrat azadlıqla əlaqələndirir. “Sənin həddin nədi arvada nəsə deyəsən. Mənim xanımım da bir gün belə məni boşadı. Hə, mən yox, o məni”.
Təxminən 5 il əvvəl Əziz bəy həyətlərində ağlayan bir Zaqafqazilayı rus zənənlə tanış olur. Evə gətirib onu özünə arvad edir. Amma bu zənən də vətəndaşlıq alan kimi evdən qaçır. Bunarı qoyaq bir qırağa...
Əziz bəy, yuxarıda yazdım, dövlətin onun kimilər üçün ayrıdığı evdə yaşayır. Bu ev üçün o ayda 200 dollar kirə haqqı verir. Çox deyil, nəzərə alın ki o ayda 5 min dollar  pensiya alır. Bu yaşlı bir kişinin evinə heyran olmamaq mümkünsüz. Heç yuxunuzda da görə bilməzsiniz ki, birincisi Bakıda bu yaşda adam qalsın, ikincisi bu yaşda adam evinə xüsusi dizayn versin.
Necə br dizayn, onu da yazım.

Birincisi, divarda onun ömür yolunu əks etdirən əlamətdar foto stent var. Bundan başqa evin içində o ailə muzeyi yaradıb. Atasının qəlyanın, anasının simovarın və s şeyləri ora düzüb.
Evin divarında ata anasının fotosu ilə yanaşı əsas üçn dinin simvollarını da vurub.Kitabxanasının başında Quran, Tövrat, İncili (1982-ci ildə ABŞ-da azərbaycanca çıxan bu İncilin tərcüməçisi tanıdığımız Mirzə Xəzərdi).
atasından qalma qəlyan
Dini baxışları barədə qısa söz açan Əziz bəy mənə bir fars məsəlini çəkir.
 Bu təqribən bizim “palaza bürün ellə sürün” deiminə təndir: istəyirsən rahat yaşayasan camaatla heç bir məsələdə müxaliflik eləmə.
O deyir ki, elə bu müxaliflikdən qaçmaq üçün uşaqlığından namaz da qılıb. Amma onu biz hər hansı formada dindar, din düşüncəlis aya bilmərik. 

Adam bütün dinləri qəbul edir, deyir əsas məsələ “yaxşı düşünün, yaşxı danışıb, yaxşı əməl etməkdir”.
Onun evimində divardan vurulan Zeynəb xanlarovanın fotosu diqqətimi çəkdi. Bir də baxıram ki, stolun üstündəki podnosda da Zeynəb Xanlarovanın rəsmi.
“Biz Zeynəbi çox sevərək. Rəhmətlik anam parkinson xəstəsi idi. Zeynəbin konserti idi, apardım düz qabaqda oturtdum. Əllərini əsməkdən güclə saxlayan anam Zeynəbin oxuduğu bu bayatını
“Dağları gəzdim gəldim
Daşları düzdüm gəldim
Yarı bivəfa gördüm
əlimi üzdüm gəldim” eşidən kimi qoy götürdü. Hamımız heyrət elədik. Zeynəb də gəldi anamla görüşdü. Bakıya dəvət elədi bizi...

Söhbətin davamın sabah edərik, indi yorğunam
J









22.6.14

Qardaşım, sən azadsan! (Tale Bağırzadə üçün)

İyulun 23-ü əziz və qiymətli dostum, vicdan məhbusu Tale Baqirzadenin ad günüdür.
O yenə də ad günün ( deyəsən 4-cü dəfədi) giramı balası, əzizləri ilə deyil zindanda qarşılayacaq. Olsun. Nə mən, nə də Tale bəy bundan narahat deyil. O işini bilən insandı. Çıxdığı yolun tikanlı olduğunu çoxdan bilir, ayağını da heç sevmir. (Bizim yol tikanlıdır, ayağını sevən gəlməsin (c))

Tale bəy, Azərbaycanda tərəddüdsüz tərifləyə bildiyim qardaşlardandı. Allah ona gözəl əxlaq, mərifət, təvəzökarlığı bol-bol əta edib.

Ölkədə yezidlərin hökumran olduğu halda belə bir insanın həbsdə olması qədər təbii nə ola bilər ki.
Mən bir dəfə Türkiyəli bir vicdan məhbsus barədə dostunun yazdığı bir fikiri oxumuşdum. Deyirdi, hocam sənin ora hansı səbəbdən düşdüyünü bilirəm, amma səni ordan necə çıxarmağı bilmirəm.

Mənsə Tale Bağırzadə və onun kimi əziz vicdan məhbsularını zalımın cəngəsindən qurtarmağın yolunu yaxşı bilirəm. BU yol çox sadədir. Sadəcə cəsarət istəyir. O cəsarəti ki, biz zalıma zalım, məzluma məzlum deyə bilək.

Əzizim Tale, səni təbrik edirəm indidən. Allah səndən izzət və cəlalın kəm etməsin. Gözlərindən öpürəm.

Qardaşın Natiq.
Sonda qoy sözləri Seyyid Kutubun "əxi əntə hürrün" (qardaşım sən azadsan) mahnısı sənə hədiyyəm olsun. Kaş ki bunu dinləyə biləydin.


21.6.14

ABŞ polis dövlətidir

Amerika qeydləri (əvvəli burda)

Başlıq sizi çaşdırmasın. Bizdə polis, polis dövləti haqlı olaraq pis başa düşülür. Çünki polis bizdə ədalətsizliyin, zorakılığın simvoludur. O hüquq mühafizə orqanından çox hakimiyyət ailənin maraqlarını güdən qolu-zorlu, mədəniyyət və nəzakətdən yetim qurum kimi qarşılanılır.
ABŞ-da vəziyyət fərqlidir. Bəli, ABŞ-da da polisin vətəndaşlara qarşı zorakılıq etdiyi hallar var və mediada bu barədə xəbərlər vaxtaşırı çıxır. Ancaq bu epizodik hallardı və polisin özbaşınalığın burda nə dövlət həzm edir, hə cəmiyyət.
Qanunsuzluq edən polisi qara günlər gözləyir, onun iş karierasında da, şəxsi həyatında da bu hadisə qara yara kimi qalır.
ABŞ-da polisə insanların hədsiz güvəni var. Polis insanlar üçün gərəkli bir dostdur, çətinə düşəndə gözü axtardığı ünvandır. Nümunələrlə çalışacam vəziyyəti göstərim.

Birincisi, amerkan vətəndaşları bizim ilk baxışda "işverən" kimi qəbul edəcəyimiz həyat tərzinə cani-könül veriblər. Yəni, amerikada yaşayırsızsa unutmamalısınız ki, üzərinizdə şiddətli bir ictimai nəzarət var, dişinizi belə qanunsuz formada qurdalasanız ətrafınızdan beş on nəfər tapılacaq ki, bunu polisə xəbərləsin.
İnsanlar bunu özləri üçün əskiklik yox, əksinə şərəf sayırlar. Adamlar polislə əməkdaşlıqdan məmnundular. Çünki, burda hamı əmindir ki, "mənim polissim məni qoruyur".

Polis bizdəki kimi hər yerdə gözə girmir, sənin daşına hər an dəyənəyini endirəcək tərzdə olmur, fəqət ABŞ polisi doğrudan da hər yerdədi. Sakit və gözədəymədən. Siz 911-ə harda olsanız zəng edin, sıxıntınızı bildirin 5 dəqiqəyə polis yanınızdadı.

Adamlar ən müxtəlif məsələyə görə polisə üz tutur. Məsələn, mənə danışmışdılar ki, bir nəfər azərbaycanlı yoldaş ilk dəfə marixuana çəkib, hallunasiyaya girib. Götürüb polisə zəng edib ki, pisəm. Polis gəlib, görüb ciddi bir şey yoxdu, sadəcə məsləhət verib ki, qardaş "barıtı bu qədər çox eləməzlər də".

***
Başqa bir dostum rəvəyət edir ki, günlərin birində gecə (saat 22-dən sonra) evdə zövcəsi ilə hansısa məsələyə görə bir az uca səslə danışıb. Bir də görüb ki qapı şiddətlə döyülür. Qapını açıb, polis! işin çaşlığından onun oturduğu divanda bıçaq da olub. Polis salamsız filansız evin kişisiniz dərhal qandallayıb.
Polis bizim hər gün evimizdə alışıq olduğumuz uca səslə müzakirəni ailə münaqişəsi kimi qiymətləndirib və buna görə də ailə üzvlərinin hər birini ayrı-ayrılıqda 15-20 dəqiqə intervyü edib. Axırda görüb ki, bir problem yoxdu, üzr istəyib gedib.

***
İkinci hadisə öz başıma gəldi. Kaliforniyada bir dostumun qonağı idim. Axşamlar balkona çıxıb söhbət edirdik. İkinci gün polis gəldi. Bizdən xahiş elədi ki, şikayət var, gecə olduğun nəzərə alın, qonşulara xatir keçin evdə danışın.
Sizi tam əmin edə bilərəm ki, biz eyvanda nə ulayırdıq, nə qışqırırdıq. Elə belə, gündəlik alışdığımız formada söhbət edirdi. Uzaqbaşı arada gülüş filan olardı.

***
Ən maraqlısı budur ki, polisin bəzən sizə dəxlisiz formada həyatınıza müdaxilə eləməsindən insanlar incik deyil. Onlar bunu anlayışla qarşılayır. Çünki, deyirlər ki, axı bu müdaxilələrdə polisin heç bir marağı yoxdu, o bizdəki kimi hər şikayətə görə 5-10 manat qazanc güdmür. O bunu citimai təhlükəsizlik və rahatlıq üçün edir.

***
Bütün bunları ona görə yazdım ki, Qərbi, ABŞ əxlaqsız, mənəviyyatsız sayan polislər və elə sadə adamlarımız da Bakıda yaşayış binalarının alt qatında gecə-səhərə qədər açıq fəaliyyət göstərən səs-küylü barları, fahişəxanaları, çay evlərin də düşünsünlər,Ondan sonra birlikdə deyək: bəlkə bir az yavaşlayaq :)

ABŞ-da təsvir etdiklərimi də.

ABŞ: ucuz və keyfiyyətli


ABŞ qeydləri

Hər dəfə Azərbaycandan qərb ölkələrinə çıxanda böyük hərflərlə bu fikiri yazmağı vacib bilirəm: Demokratiya həm də ucuz və keyfiyyətli yaşayış imkanıdır.
Mən şahidəm; bizim ölkədə insanlar bir mövsümdən çıxıb o birinə girəndə üst-başını təzələmək üçün müsibət yaşayır. Cavan uşaqlar bir normal şalvar, ayaqqabı almaq üçün az qala qatil olurlar. Ola bilər mən bir az ifrata varıram, ancaq siz də insaflı olun, deyin ki, Natiq, ölənlərin rəhmət doğrudan da bizdə bahaçılıqdı; qiymətlərlə ayaqlaşmaq olmur.


Bunu deməsəniz belə heç nə dəyişməyəcək, Azərbaycanda əmək haqlarının əhəmiyyətli hissəsi ərzaq və gündəlik təlabat mallarına gedir və bu mötəbər iqtisadi araşdırmalarda əksini tapıb.
O da var ki biz hələ bir ətək pul verib aldığımız malın keyfiyyətindən bədgümanıq. Hər dəfə mal alanda şəxsən mən düşünürəm ki, İlahi görəsən, bu dəfə nə qədər aldadıldım...
Bəli, Əliyevlərin kəraməti ucbatından vəziyyət elə gətirib ki, ölkəmiziə diş çöpü də Konqodan zaddan gəlir. Xaricdən gələn mallar da ya çox keyfiyyətsiz olur, ya da çox baha.

Bu iki amilə də səbəb gömrükdə, vergilərdə olan talan, monopoliya və korrpusiyanın varlığıdır. Əliyev hakimiyyəti nə özü bizə vəzifəsi olaraq umac ovur, nə də bunu öz gücünə görən adamlara imkan verir. Bunun da zərbəsin sən, mən dadırıq.
Gəlirik, mövzumuzun şirin və həyəcanlı yerinə.
ABŞ bildiyiniz kimi zəngin insanların məkanıdır. Burda azca ağılın olmağı kifayətdir ki, aya 2-3 min dolları rahatlıqla, heç bir əziyyət çəkmədən, ləyaqətli formada qazanasan. Bu minimal həddir. Nəzərə alın burda qadınlar da əksərən işləyir, özü də çox yaxşı məvacibə, bu isə o deməkdir ki orta statistik amerikalının ailəsinə ayda 8-10 min dollar gəlir.

İndi sizin bəzininz deyəcəksiniz ki, əşi nolsun eee, orda qiymətlər də bahadır. Dostlar, bu nağıldır. Başa düşürsüzmü, nağıl!
Mən o nağılı təkzib etmək üçün hüzurunuza foto-faktlar təqdim edirim. Siz bu fotolarda "Walmart" mağazalar şəbəkəsində bəzi geyim əşyalarının qiymətini görəcəksiniz. O qiymətlərə diqqətlə baxın amerikalıların və öz maaşınızı da düşünün, axırda gördüyünüz malların Azərbaycandakı qiymətlərini də göz önündən keçirin.
Bunu da unutmayın; ABŞ-da qeyd etdiyim və buna oxşar şəbəkələrdə keyfiyyətsiz, dövlətin müəyyən etdiyi ağlabatan standartlara cavab verməyən mallar satıla bilməz. Bu son cümləni ona görə yazmağı vacib saydım ki, deyən olmasın ki, əşi bekara, keyfiyyətsiz mallardır da.

Beləliklə biz mövzumuzu belə yekunlaşdıra bilərik.
Əziz Azərbaycan insanı, demokratiya təkcə ona görə deyil ki, Natiq, Məmməd çıxıb gündə mitinq edəcək, debatlarda bəlağətli çıxışlar edəcək və s.
Demokratiya və azadlıq həm də ona görə lazımdır ki, sən, siyasətə qarışmayan sən belə ucuz və keyfiyyətli həyatla təmin olasan. ABŞ-a bu zövqü-səfanı yaşadan mübhəm bir sirr deyil, azadlıq və demokrayiyadır.


20.6.14

Kim sevirsə İlhamı...

Bizim dostlardan biri bir atalar sözü düzəltmişdi: Kim sevirsə idmanı, demək sevir İlhamı.
İronik formada icad olunan bu atalar sözünün məğzində Əliyev hakimiyyətinin apardığı ucuz (əslində isə maliyyə baxımından çox bahalı və xərc aparan) idman təbliğatına etiraz dayanırdı.
İdman, can sağlamlığı insan üçün vacib əhəmiyyət daşıyır, indi durub onun faydası barədə uzun uzadı cümlələr qursaq, bu vaxt itkisi olar. İdmanın əleyhinə nəsə yazmaq üçün isə kifayət qədər posmodernistlim tələb edir.
Bəs mən nədən söz açmaq istəyirəm.

Çox sadə şeylərdən... Əslində sizin bildiyiniz şeyləri bir az cilalamaq fikirindəyəm.

Uzun müddətdir prezidentlik kürsüsünü zəbt eləməklə yanaşı İlham Əliyev Milli Olimpiya Komiəsininin prezidenti postunu da zəbt edib. Azərbayca nazirlərinin hər biri bir idman növünə rəhbərlik edir: futboldan, damaya qdər bütün idman növləri guya bu nazirlər vasitəsi ilə dövlətin atalıq qayğısı ilə əhatə olunub.
Hökumət bununla da kifayətlənməyib; 30-dan çox rayonda Olimpiya İdman Kompleksləri tikib istifadəyə verib.
İlham Əliyev təşəxxüslə Azərbaycanın idman ölkəsi olduğunu bəyan edir.
Həqiqət necədi bəs?
Həqiqət odur ki, idmana xərclənən (əslində mənimsənilən) milyardlara baxmayaraq olimpiya göstəricilərimiz ölü nöqtənin ətrafından əl çəkə bilmir ki, bilmir. Bunları qoyduq qırağa.
Bəs biz sadə azərbaycanlılar üçün idmanın nə qədər əlçatan olması barədə ürəkdən danışa bilərikmi?
Bu suala cavab verməzdən əvvəl yaşadığınız zonanı saf nəzər edin; baxın görün idman eləmək üçün meydançalar, idman zallar varmı?
Varsa qiymət neçəyədi?
Qiymətin öyrənəndən sonra ordakı şəraiti də yoxlayın və özününüz qərarlaşdırı ki, o qiymət adi büdcə işçisi üçün nə qədər əlverişlidir?
Mənim bu sahədə qənayətim pisdir. Hətta çox pisdir.
Qardaş, sadə idman zallarına getmək üçün gərək ortababa "tərləyəsən".
Çox uzatmayaq. İndi sizə ABŞ nümunəsi verəcəyəm.
Düzü, mən hələ Obamanın ABŞ idmanına qayğı göstərməsi barədə çıxışına rast gəlməmişəm. Heç hansısa amerikalı məmurun da. Fəqət ABŞ-da AzTV-nin sözü ilə desək, idman ictimaiyyətinin bütün istək və arzuları ən yüksək səviyyədə nəzərə alınıb.
Olduğum ən müxtəlif yerlərdə yaşayış binalarının çox yaxınlığında pulsuz (!) futbol, veloybol, qolf və s meydançaların gördüm. Hovuzlar doludur hər yanda...
Bunları kənara qoyaq. ABŞ kapitalist ölkədir, heç olmaz ki burda pullu idman xidməti olmasın. Var təbii.
Bəs onlar necədi?
ABŞ-da idman zalları şəbəkə formasındadı.Yəni siz bir şəbəkəyə üzv yazılırsız və getdiyiniz ixtiyarı şəhərdə, yerdı o şəbəkənin zallarından istifadə edirsiniz.
Mən baş çəkdiyim zal "fitness 24" adlanır. Adından da göründüyü kimi o 24 saat çalışır.
İçərisində ideal şərait var. Uzunçuluq etməyəcək, çəkdiyim fotolar sizə hər şeyi deyəcək. Qiyməti də öyrəndim, bu zaldan birinci ay istifadə üçün 40 dollar verirsən, sonrakı ay isə bu qiymət 29 dolaradək enir.


 Bu məbləğin ABŞ-da nə demək olduğunu bilmək üçün sadəcə, onu nəzərə alın ki burda saatı 8 dollardan aşağı heç kimi işlədə bilməzsiniz, heç kim də işləməz.
Beləliklə, bu qədər uzunçuluqla demək sitəydiyim bu idi ki, bizdə bir çox şeylər kimi idman da birincisi gözdən salınıb, ikincisi dövlət idmana qayğı zad göstərmir, uzaq başı özü üçün beş altı şilləvuranı yetişdirir.

17.6.14

Ölüm haqda


Dünən dərsdə müəllimə ölüm, daha doğrusu ölənəcən görüləsi işləri mövzumuz etdi.
Gördüyüm nə oldu? Amerkalılar (bu bütün amerikanı əhatə edən müşahidə deyil təbii) ölüm haqda çox rahat danışa bilirlər. İstər dindarı, istər dinsizi.
Məsələn, bizdə hətta birinə nə vaxtsa, lap uzaq gələcəkdə, 200 il sonra öləcəyini xatırlatmaq ona işarə vurmaq qana düşməyə bərabərdi. Biz "sən öləcəksən" sözünü şüuraltında söyüş kimi qəbul edirik.
Ancaq, baxın. Müəllimə milliyətcə yapon olan Harokaya dedi ki, ölüməkdən qabaq mütləq etmək istədiyin iş hansıdır?
Haroka nəm, nüm edəndə çox nəcib olan müəlliməmiz bizim dəhşətlə qarşılayacağımız, kobudluq sanacağımız formada sualı dəyişdi.
- Ay bacı, elə bil ki gələn il öləcəksən, di de görək neynəyəcəksən? smile ifade simgesi
***
Təxminən 65 civarında olan müəlliməmizin ölümdən qabaq mütləq etmək istədiyi arzuya baxın sizallah: paraşütdən tullanmaq. Beləsinə biz tərəfdə deyirlər ki, buğda yeyib cənnətdən çıxıb)
***
Sinifdaxili iş zamanı mənim parnyorum bir çinli oldu. O materialistdi, ölümdən sonrakı həyata inanmır. Ölümdən də qormadığını deyir. 70 yaxın da yaşı var. Adı Jandı.
Dedim Jan bəs, sən bu dünyada nədən qorxursan? Dedi ki, kommunistlərdən. Sonra başladı Maonu söyə-söyə ağlamağa. Gözündən yaş gəlmədi amma...

16.6.14

ABŞ-ın Xoşqədəmə ehtiyacı var

 ABŞ haqda bir az da yüngül (bəlkə də çox çətin) söhbət edək.

Birinci hadisə

Bizimkilər adətən Rusiyada solaxay hərəkətləri ilə məşhurdular. Bilirsiniz ki, bir çoxları Rusiyada leqallaşmaq üçün saxta evliliyə də girir. Məsələn, yaşlı və ya cəmiyyətin aşağı təbəqəsi sayılanlarla sövdələşib nikaha girir, bununla da vətəndaş olurlar.
Eyni şeyi ABŞ-da eşidəndə heyrətləndim.

Bir azərbaycanlı ilə tanış oldum. Çoxdandı burdadı. Vətəndaş da olub. Dilxor idi.

Səbəbin soruşdum.
 Dedi evlənmək istəyirəm. 
Dedim qardaş, dünyada bundan asan nə iş var ki?
Qayıtdı ki, arvadım amerkandı boşana bilmirəm.
- "Necə yəni boşana" bilmirəm?
-Arvadı tapa bilmirəm ki?
-??
- "Zaks"a girəndən sonra itib, gah ordadı gah burda...

***
Məsələ aydın idi.Məlum oldu ki, ABŞ-da leqallıq xüsusən vətəndaşlıq qazanmaq üçün ABŞ vətəndaşı olan şəxslə nikaha girmək lazımdı. Bəzilərinin bəxti kəsir, normal, necə deyərlər milli standartlarımıza uyğun zənənlə ailə qurur. Çoxu isə 20 min dollar qarşılığında bir arvad alıb vətəndaşlıq qazanır 

Belə "arvadı" siz elə ancaq nikah bürosunda görürsüz vəssalam. Hə, bir də bu şərt var "arvad"la iki ilə birgə olmaq məcburiyyətindəsiz. İki ildən tez nikah pozulsa, sizin pulunuz da batır, vətəndaş olmağınız da.

PS. "arvadlar" elə Rusiyadakı kimi burda da cəmiyyətin dibində sürünən, dələduz və geridəqalmış ölkələrdən bura pənah gətirib vətəndaşlıq qazananlardı.

İkinci hadisə:



O  gün ABŞ-dakı bir dostumun statusuna şərh yazdım. Bir də gördüm, bir amerkalı zənən məktub yazdı. Hal əhval, soruşdu ki qardaş sən Azərbaycandansan.
- Hə!
- Mənə kömək edərsən?
- ???
- Mənim eks sevgilim azərbaycanlıdır. Bir il var müəmmalı itib, tapa bilmirəm.
- Mən sizə əlimdən gələn köməyi edərəm ( fikrimdə Xoşqədəmi tutaraq dedim)

İndi burda Azərbaycan ictimaiyyətinə səslənirəm. Ey azərbaycanlı igid, Nyu Yorkda yaralı bir ahugözlü səni axtarır. İnsaf elə ona bir kəlmə yaz 

Amerikada şok olay!

ABŞ qeydiləri 14-cü yazı

Şok olay yazdım. Amma bu bizim üçün şokdu, Amerika üçün bu adi hadisədi. Hadisənin qeyri adiliyi başqadır. Təsvir edəcəm.
Biz əvvəlki yazımızda ABŞ-da heyvan hüquqlarının qorunmasının necə yüksəık olduğuna toxunmuşduq. İndi o məqam yetişib ki, sizə əyani material təqdim edim.
Deməli, səhər getdirdim. Bir ingilis itin göldə çimizdirirdi.
Bu göldə də vəhşi ördəklər, qazlar doludur. Kimsənin onlara kiş demək haqqı da yox.
Nəsə, bir də baxdım ki itgəzdirən kişi bağırır. Adamın sanki ətini kəsirdilər.
Demə, it vəhşi ördəklərdən birini yaxalayıbmış.
Adam rəsmən ayaq üstə ölmüşdü. Bəlkə də şalvarın da batırmışdı.
Adam itin qazı tutduğuna görə narahatdı, amma iti sevdiyindən daş da ata bilmir. Gülməli də olsa itə torpaq tullayır.
Qonum-qonşu təlaşla gəlib yığışdılar itgəzdirən kişinin başına. Kişi onların qarşısında ölüb yerə girməkdəydi. Xülasə, axırı it qazı buraxıb çölə çıxdı.
Bu zaman ingilis təmkinin pozub itə beş-altı şapalaq.
Sonra o yığılan adamlardan dönə dönə üzr istəyib yoluna davam elədi.
Buyurun hadisə ilə bağlı VİDEO-burdan izləyin.
Good bye )

2.6.14

Həmişə gülümsəyən insanlar ölkəsi

Yazımızı sualla başlayaq.
İki suala cavab verməyə çalışın.
Bir: axırıncı dəfə nəyə ürəkdən təəccüblənib sevinmisiniz?
İki: hansısa rəsmi sənəd üçün foto çəkdirərkən üzünüzə verdiyiniz mimika yadınızdadımı?
Bu suallar ətrafında 1 dəqiqə düşünün, sonra qaldığınız yerdən davam edək. Cavablarını unutmayın, onlara sonda yenə qayıdacağıq.

O gün ABŞ-da turistlər üçün müvəqqəti şəxsiyyət vəsiqəsi sayılan İD alırdım. Foto çəkdirəndə məmur mənə necə dayanmağı öyrətdi və axırdı xahiş elədi; bəy, bir az gülümsəyin.
Eyni hadisə "sürücülük vəsiqəsi" alarkən də baş verdi. Vəsiqə üçün şəkil çəkən məmur gülüş tələb elədi. Hamıdan bu tələb olunmur, ona görə ki amerikalılar onsuz da həmişə gülümsəyir, gülümsəməyi həyatlarının vacib atributu sayır. Belə təklif ancaq bizim kimi qaramatlara edilir.

Bu halla qarşılaşanda gözümün önündən film kimi yuxarıda qoyduğum suallarla bağlı cavab variantları keçdi.
Yəqin, razılaşarsınız, bizdə ən bambılı adamın pasport, hərbi bilet və bu kimi sənəd fotolarına baxanda adamın zəhri qaralır. Zabitəli, zəhrimar dolu bir baxış, yüz faizlik rəsmiyyət!

Deməli, mən bir gün telefon çexolları satan dostumun yanında oldum. Müşahidəmdən heyrətə gəldim. Onun satdığı çexollar bizim pulla 15 manat filan olardı. Adamlar gəlir, 600-700 manatlıq telefonlarına belə ucuz çexol alırdılar, bu heç, o çexolu telefona keçirəndə İlahi necə sevinirdilər!!

Təsəvvür eləməyə çalışın; birincisi bizdə o bahalıqda telefon alan adam heç vaxt elə ucuz mala meyl eləməz. İkinci, "kabura" nəmənə şeydi ki, bizim camaat onu əldə etməkdən zövq qalsın, sevinsin... Mümkün deyil.
Amma amerikalı!! Vay dədə, guya böyük iş olubmuş kimi yeni çexolu telefonuna taxan kimi "great", "amezing" kimi sözlər yağdırıb gülür, kef edir.

Sizə bu elə belə gəlsə də məni çox sarsıtdı. Bizim insanı çox yorublar, duyğularımnız koşalıb, sıradan çıxıb. Gülüşümüzü saxtalaşdırıblar, əl çatmaz ediblər. Kədərimizi bol və yersiz eləyiblər.
Gülüş, təbəssüm nədi?

Müdriklərdən biri demişdi: "Yer üzündə insanlıq təbəssümün ilk görünüşü ilə bərabər başlanıb. İnsanlardan əvvəl bu qara torpaq üzərində təbəssümdən əsər belə yox idi. Gülüş ancaq insana məxsusdur. Təbəssüm ruhun sağlamlığı qədər səadətin də müjdəçisidir".
Gülümsəyən insan uşaq saflığın qorumuş biridir.
Kədər sizdən gen gəzsin!

1.6.14

Amerikada it olmaq

ABŞ-da qurdla quzunun birgəyaşayış formasında ömür sürdüyünü yazmışdı. O mənada ki, burda təkcə heyvanlar öz həyat tərzini çox dəyişib. Azadlığın havası onları da sərməst edib.
Küçədə getdiyin yerdə dələ belinə tullanır, ən müxtəlif çöl quşları başına qunur, orda başqa işlər də görür ;)
Heyvanlar burda toxunulmazdı.
Hüquqi tərəfin bilmirəm, amma həmsöhbət olduğum amerkalılar deyir: burda birinci afro-amerkalıların, sonra qadınların, sonra heyvanların ən axırda isə kişilərin hüququ gəlir )
Bu ölkədə ev heyvanların burax, vəhşi heyvanlar mədəniyyətin zirvəsini yaşayır. Çox qanacaqlı, qabiliyyətlidilər. Hətta deyərdim ki, heyvanlar insanların hüququn mənimsəyir.

Bu rəsmi rəqmlər vəziyyəti məncə sizə tam anladacaq. ABŞ Statistika İdarəsinin məlumatına görə amerikalılar keçən il ev heyvanlarına 55.7 milyard dollar xərcləyib.

"The Wall Street Journal" qəzetinin yazmasına görə bu rəqəm Almaniyanın müdafiə xərclərindən daha çoxdu. Yəni almanlar orduya amerkanların heyvanlara xərclədiklərindən az pul xərcləyir.
Qısa bir qeyd itlərlə bağlı: burda itlər üçün ayrıca parklar var. Aşağıdakı foto həmin parkalrdan birində çəkilib. Adamlar hər səhər, axşam burda itlərin gəzdirir, itlər birbirləri ilə göftugu edir və s.
İtlərin ətraf aləmi nəcasəti ilə bulaşdırmaması üçün, görün bizim müsəlman düşməni saydığımız adamlar nə edib?
Hər yerdə dirəklər var. Onun üstündə elan, selofan torbalar və zibil qabı var. Elanda yazılır və sən əməl etməyə borclusan (hamı da əməl edir) ki, heyvanı güdməlisən və  təbii ethitacın ödəsə zibilin paketə qoyub  göstərilən zibil qabıya atmalısan.
Belə yerdə uyğun konteks olmasa da Seyyidin şeiri yada düşür: İt demə, o dəxi bizim birimiz ;)