Ana içeriğe atla

Adamı xəstələndirən adam

 "Men sene kömek ede bilmeyecem
Amma seninçün ağlayaram"
(c) Kim Ki Duk

Bir gün xeste oldum. Adi şeydi, soyuqdeyme, temperatur-filan.
İndi, Mahsum demiş, yıkılmadım, ayakdayım.
Xesteliyi ayaqda, gezerek yaşamaq yaxşıdır, temiz hava, hereket sağalmağa kömek edir, deyirler.
Mense meqsedli yatdım.
Niye?
Her bele xesteliye men fürset kimi baxıram.
Xestelik menim üçün "defreqmentasiya" zamanıdır. Beyinimde sahman yaratma imkanıdır.

Bu yaxında bunun bir esasın da tapdım. Butanlı bir buddist rahib demişdi ki, en gözel yoqalardan biri günde 7 deqiqe heç ne düşünmeden meditasiya etmekdir. Onun sözlerine göre, bu 7 deqiqe orqanizme, psixikaya seferber olma imkanı verir.
Men elbette 7 deqiqeden defelerle çox bu işle meşğul oldum. Düşünmedim, sonra düşündüm.

İndi sizle uzun bir söhbet etmek isteyirem.

Koreyalı bir rejissor var-Kim Ki Duk, adın eşitmisiz?

Size bir meslehet vermek cüreti gösterim: o ki görürsünüz haaa, biri çıxıb facebookda yazır "1 film deyin baxım", atın onun divarına Dukun filmlerimden, meselen "Bridcage İnn"i. (bu linkdən izlə http://bit.ly/1bBsUgB) 

 Qoy, baxıb ağılı başına gelsin, film istediyine peşman olsun.

Kim Ki Duka men nece meyl etdim xatırlamıram. Amma o yegane rejissordur ki, menim kimi film senayesinden uzaq adamı özüne çekib. Onun bezi filmlerine defelerle baxmışam.

Gece onun 2011-de çekdiyi yarım-avtobioqrafik "Arirang" filmine baxdım ve bu xesteliyi mene tam unutdurdu.

Çünki filmin ağırlığı 25 defe o xestelikden beter idi.

Kim Ki Duk tehsilsiz adamdı, buna baxmayaraq çekdiyi 15 filmin hamısı şöhret qazanıb, çoxlu film mükafatlarına layiq bilinib.

Kimin filmlerinde sözler, dialoqlar minimal heddedir. Ele filmi var orda beş cümle işlenib.

Buna baxmayaraq onun filmleri maqnit kimi meni cezb edib. Men ele adamam ki, en dahi yazarın bedii eserinde tebiet tesvirlerin "uf" demeden qatlayıb, oxumadan keçirem, filmlere arakesme kimi salınan tebiet sujetlerinde sebrsizlenirem, ele billem o anda meni söyürler.

Kimin filimleri ise ecaibdi, onun sessiz, sözsüz kadrların bir an gözden qoya bilmirem.

Ele hem de sözün olmadığına göre onun filmlerin başa düşmek çetindi.

Men bu haqda çox yazmışam; misilsiz zövq aldığıma baxmayaraq, dostlarımdan soruşmağa utanmamışam-axı Kimin filminin menası neydi, mesaj neydi, rejissor ne demek isteyirdi?

Elbette, cavablar olub, ama ne gizledim, heç biri meni qane etmeyib.

Hetta girib Kimin filmleri barede yazılan meqaleleri oxuyurdum. Alınmırdı.

Nehayet, dünen gece "Arirang" Kim Ki Duku mene izah etdi, ancaq daha ağır suallara da meni urcah etdi.

"Arirang"dan öyrendim ki, sevimli ve görkemli rejissorum heç deme 3 il ağır depressiya keçirib.

2008-de çekdiyi "Dream" filmi zamanı yaşadığı bir qeza, aktyorların birinin ölümden dönmesi möhkem, sebatlı, güclü xarakterli obrazlar yaradan Kim Ki Duku sarsıdır, şoka salır.

Ve o insanlardan uzağa bir dağ başına çekilib, yabanı heyat keçirmeye başlayır.

Yaşadığı evde hamam, tualet yox, yemekleri en sade ve besit formada hazırlayır ve düşünür: neye lazım senin fimlerin Kim? Heyat nedi ümumiyyetle?

Bilirsiz, menim bir dostum var rejissordu-Intiqam Hacılı, indi deyesen teleserial zad çekir.

İntiş menim tanıdığım İnqitamların içinde en yaxşı olanlardandı. Buna baxmayaraq o Kim Ki Dukun heç qatına da gire bilmez, yeqin, özü de bunu tesdiqleyer.

Feqet, biz İntişden " film nedir, heyat nedir" sualın soruşsaq, o durmadan 8 saat danışar, "dünyanı bize izah eder", "heyatda bize düzgün yol gösterer" ve s.
Nece de gülmelidir...

Kim Ki Dukun çekdiklerinin ve son xitabının " tercümesini" bele oxudum: dünyanı derk etmeye qalxma, sakit, merdimazalıq etmeden, sedaqetle, vefalı heyat yaşa...

Helelik, bu qeder besdi.
Hamınıza sağlamlıq arzulayıram.

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir ... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.
Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.
Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətini…

Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında …