Elçibəy və Yanukoviç

Baxıram, internetdə Yanukoviçlə Elçibəyi eyniləşdirənlər var.
Olsun, hər kəs təxəyülündə azaddır.
Ancaq iki məqamda insafı gözləyin, dostlar, yoldaşlar.

Birincisi: Elçibəyə qarşı xalq dirənişi heç bir yerdə olmayıb. Narazlıq olub bəli, müəyyən idarəetmə səhvləri də öz yerində. Amma heç kim Elçibəyə qarşı aylarla davam edən xalq dirənişi olduğunu yaza, göstərə bilməz.

İkincisi: Biz devirilmiş Yanukoviçin təkcə bir sarayından çıxan milyonluq sərvətləri gördük. Elçibəy isə deviriləndə nəyinki sarayında heç nə çıxmadı, heç evi belə yox idi.
Əbülfəz bəy vəfat edəndə hətta onun çoxlu borcları üzə çıxdı.
Belə..