29.1.14

Tualet və kosmos

Kosmosa peyk buraxan ölkənin rəsmi xəbər agenliyində belə bir şey oxudum: “Biləsuvarda ilk dəfə olaraq kanalizasiya sistemi yaradılacaq”.
Bərəkallah!
Hələ yaradılmayıb ha, yaradılacaq.
Görəsən, daha neçə rayonu belə xoşbəxt gələcək gözləyir?
Kanalizasiya sistemi vacib məsələdir. Buna kim nə deyə bilər ki? Ancaq XXI əsrdə, özünü regionun lider dövləti elan etmiş ölkənin bu xəbərdən sevincək olub məlumat yaymasını gülünc sayıram.
Bu, təxminən yetkinlik yaşını aşmış adamın öz burnunu silməyi artıq bacardığını elan etməsi kimi bir haldır.
Bəs nooldu, 10 ildir regionların sosial-iqtisadi inkişaf problemlərini həll etməkdəydilər? Hətta dövlət başçısı çıxıb bu proqramın yüksək uğur qazanmasına görə özüqarışıq əyanlarını beş-altı dəfə təbrik də etdi.
Bu necə inkişafdır, yoldaşlar? Kanalizasiya sistemi olmadan siz hansı infrastruktur ocaqları yaratmısınız?

Rauf Arifoğlunun yalançı Elçibəy sevgisi barədə



Sayğılı dostlar!

Azərbaycanda bir-iki siyasi dönük var ki, onlar səngərlərin dəyişəndən sonra öz keçmişlərindən, yazdıqlarından imtina edib. Məsələn, Aynur Camalqızı, Fazil Mustafa və s.
Keçən gün Rauf Arifoğlunun “Yeni Müsavat” və öz müəlliflik etdiyi kitabdan Əli Kərimli ilə bağlı iqtibasların verdim. 
Nə oldu?

Çıxdı gözgörəti yazdıqların danmadı, amma de-fakto onlardan imtina etdi. Proses o istiqamətə gedir ki, deyəsən, elə edəcəm, Rauf bəy sonda bütün yaradıcılığından imtina edəcək.
Gəlin prosesləri qabaqlamayaq. Bu gün daha maraqlı məqamlardan söz açacağıq.

Rauf Arifoğlu qırmızı-qırmızı ən müxtəlif həqiqətləri təhrif edir, siyasi yaddaşı zəif olanları aldada da bilir. Məsələn, deyir ki, Elçibəyin gizli əsgəri olub, onun liderliyi üçün can verib, qan töküb. Ağ yalan.
O qəzetinin son nömrəsində özünə bab olan birini daışdırıb və onun dilindən yazıb ki, Natiq Ədilov Əli Kərimlidən pul alıb Elçibəyi təhqir edib.

Sizin hüzurunuzda bəyan edirəm: Elçibəy barədə bircə təhqiramiz yazımı tapıb qoysunlar ortaya, ictimai-siyasi meydandan həmən getməsəm, şərəfsizəm. Tapmayan da şərəfsizdir, yazmıram çünki tapa bilməzlər, mənimsə insanların şərəfini təhqir etmək fikirim yoxdu.
Fəqət mənim çoxlu faktlarım var. Bir qayda olaraq mən, fakta istinadən yazıram. Heç nə uydurmuram.
Bu gün hüzrunuzə ərz edəcəyim iki fakt var. Bunun biri Rauf Arifoğlunun 1999-cu ildə öz qəzetində yazıdığı köşə, o birisi isə elə həmin vaxt mənim ona verdiyim cavabdır.
Yazıları foto kimi qoyuram, endirin oxuyun.

Özəti isə bura yazıram.

Elçibəyi canı qədər sevdiyini yazan, onu özünə lider, komandan elan edən Rauf müəllim onda açıqcasına, qeyri-obyektivcəsinə İsa Qəmbərin mənafeyini Elçibəydən uca tuturdu. Onun yazısı həm Raufun özünü, həm də müsavatçıların bu gükü hay-küyünü ifşa edir. Bu gün müsavatçılar nə deyir? Deyirlər ki, 98-ci il seçkisini boykot etməyə Elçibəy səbəb olub. Həqiqətsə budur ki, İsa Qəmbərin yersiz iddiası, Əbülfəz bəyə vahid namizəd olmaq şansı verməməsi yaratdı bu durumu!

Rauf müəllimin yazısında da bu açıq yazılıb: Durumdan açıq danışacağıq. Müsavat başqanı İsa Qəmbər vəziyyətdən çıxış edərək hakimiyyətin birinci postuna olan iddiasından geri durmaq istəmir.
Bəs Rauf bəy nə təklif edir: “Mənim düşüncəmə görə hörmətli Əbülfəz Elçibəy vəziyyəti dəyərləndirməli və bu dəfə şansı yaxın silahdaşı İsa Qəmbərə buraxmalıdır”.
Azman mühərrir sonra qeyd edir ki, ay aman, Elçibəy şansı İsa Qəmbərə buraxmasa ölkədə vətəndaş qarşıdırması yaranacaq, ailələr dağılacaq!

Fikir verirsizmi? Onların Elçibəy sevgisi belə saxta olub dostlar?
Bəs o zaman 20 yaşlı Natiq Ədilov nə deyirdi? Bax bunu indi yazmıram, oxuyun özünüz görəcəksiniz. Sizə apaydın bəlli olacaq, kimdir əsl Elçibəy təəssübkeşi?!
Və mənə maraqlıdır, Rauf Arifoğlu bu yazısını da danacaqmı? 
Bu yazdıqlarından da imtina edəcəkmi?


("Azadlıq" qəzeti 16 YANVAR 2014 )
 0 0

Elçibəyin babası "Yeni Müsavat"a necə borclu olub?

Keçmiş də, bu gün də sənin əleyhinədir, Rauf Arifoğlu, barı sabahını zay eləmə...
Bir neçə məqamı aydınlaşdırmağa ehtiyac var.
Birinci məqam:
Bildiyiniz kimi Əbülfəz Elçibəyin oğlu mediaya müraciət edərək, atasının adının münaqişələrdə çəkilməməsini xahiş etmişdi. “Azadlıq” qəzeti bu çağırışa sayqı ilə yanaşdı, özünü “Elçibəyin gizli əsgəri” adlandırıb, daim “Rəsulzadə-Elçibəy” adı ilə öz alverini edən (o, buna “qəzetçilik biznesi” adını qoyub) Rauf Arifoğlunun və onun dostlarının gerçək simasını tanıtmağa fasilə verdik.
“Yeni Müsavat” isə bu haqda hamıdan qabaq məqalə yazıb bildirdi ki, onlar çağırışa əməl edəcəklər.
Fəqət, ictimai qaydada verdikləri sözü adətlərinə uyğun olaraq “unudutdular”. Günlərdir Rauf Arifoğlu və qardaşı Elçibəyin adından sui-istifadə edərək, AXCP və “Azadlıq” qəzetinə mənəviyyatdan uzaq iftiralar atır.
Buradan çıxan qısa nəticə: bu adamlar dürüst deyil; əhdə vəfa onlara yad bir şeydir; makivellisayağı həyat tərzi Rauf Arifoğlunun kredosudur. Yazdığın o məqalə nə, ondan sonra çamur püskürməyin nə?
***
Ikinci məqam:
Rauf Arifoğlu özündən faktlar uydurub tarixdən kömək umsa da, yenə çarəsizdir. Bu hacı neçə gündür ki, konkret fakt gətirmədən, Şərq hiyləgərliyi ilə oxucuları aldatmağa cəhd edir. Bu sətirlərin müəllifi də daxil olmaqla, bir çox müəlliflərin “Azadlıq”da gedən yazısının bulanıq foto-surətini yayır və yazıda hər hansı təhqir, aşağılayıcı söz, ifadə olmasa da, haray qoparır ki, bax, bu məqalələrdə Elçibəy təhqir olunub. Insanda abır yaxşı şeymiş...
Cəsarətin çatırsa, necə ki, sizin yazılarla bağlı biz edirik, sən də elə et: yazını böhtan dolu, istiqamətləndirici şərhlərinlə təqdim etməkdənsə, onun özünü yay, qoy, oxucu özü qiymət versin.
***
Üçüncü məqam:
“Azadlıq”da Elçibəyin tənqid olunması barədə məqalələri təhqir adı ilə ictimaiyyətə sırıyanlar unudurlar ki, uzun illərdir “Azadlıq” öz dəyərini elə bu cəhətilə qazanıb.
“Azadlıq” AXC hakimiyyətdə olanda belə, tənqidi keyfiyyətini arata qoymayıb. Elə buna görə də Əbülfəz Elçibəy və başqa əsl demokratlar tərəfindən sevilib.
“Azadlıq”da və ya başqa bir media orqanında Elçibəyə qarşı xoşagəlməyən fikir yazanlar indi birmənalı olaraq, nə AXCP-dədilər, nə də “Azadlıq”da. Belələri indi Rauf Arifoğlunun dostlarıdır. Rauf Arifoğlunun hünəri çatmalıdır ki, bu adamlarla “gizli Elçibəyin əsgəri” kimi münasibəti kəssin, daha səhifəsində belələrinə palaz-palaz yer ayırmasın.
Bəli, “Azadlıq”da Elçibəy tənqid olunub, yenə də yeri düşəndə belə hallar olur. Fəqət, “Azadlıq” heç vaxt Elçibəyi “müxalifəti parçalayan separatçı” adlandırmayıb.
Böyük Bəy heç vaxt “Azadlıq”a embarqo qoymayıb, “Yeni Müsavat”ın isə atdığı çamurlardan təngə gələrək, bu qəzeti embarqoya məruz qoyub. Düz adamsınızsa, bir aydınlıq gətirin, Elçibəy niyə sizə emqarqo qoymuşdu?
Elçibəy böyük adam idi, tənqidin də nə olduğunu bilirdi, çamurun da. Elçibəy tənqidə açıq adam idi. Demokrat idi. Ona görə də çox asanlıqla fərqləndirirdi ki, onu tənqid edən kimdi, ona qarşı qərəzli və “böyük əllərin gücü ilə” ləkələyən kim...
Elçibəy öz dili ilə demişdi bunu. Hətta sual vermişdi: “Bəlkə özümün, bəlkə babamın ”Yeni Müsavat"a nəsə borcu var?"
Oxuyaq: “Bu yazılan yazılar hansısa jurnalistin acığımı, hirsimi olsaydı, çox yaxşı qəbul edərdim. Amma mən düşünürəm ki, bunların arxasında daha böyük əllər var. Bu, mənə heç xoş gəlmir. Çünki bu tip yazılar bir dəfə yazılsa, iki dəfə yazılsa, bilərsən ki, jurnalist sənə söz atır, ya sataşır. Amma mən görürəm ki, bu, ardıcıl kursdur və bunun arxasında güclü əllər var ki, bu kursu axıracan aparır. Mənə qarşı nədən bu kurs götürülüb, anlamıram.
...Vaqif  Hüseynov kimdir ki “Yeni Müsavat” üçün mötəbər mənbə olub? Vaqif  Hüseynov Azərbaycan KQB-nin keçmiş sədri, yanvar qırğınından xəbəri olan və gizlədən, ifadələrində Isa Qəmbərə də şər atan adamdır. Bu adamı hardan eşələyib, tapıb, gətirirlər “Yeni Müsavat”in səhifələrinə? Geniş şəkil ilə reklam edirlər. Nədir, nədir, mənim əleyhimə iki cümlə işlədəcək. Burada mən açıqca qərəz görürəm" (mənbə: “Günaydın” qəzeti 3-5 aprel, N 34).
***
“Yeni Müsavat” təkcə bunları etməyib Bəyə qarşı.
Ey Rauf Arifoğlu, sən “Hakimiyyət Elçibəyi kullanır”; “Elçibəy Ilham Əliyevlə sözləşib hakimiyyəti bölüşür” yazan insansan. Tarix gec-tez sənin qaranlıq əlaqələrini aşkarlayacaq, o zaman hamı görəcək ki, Azərbaycanda səndən böyük makiavellist yoxdur.
Məhz sən Rauf Arifoğlu, başqası yox, sən Elçibəy Bakıya dönüb “Demkonqres”in iclasında iştirakından sonra “yox, bacarmayacaq” dedin, bunu sonra da yazıb, Əbülfəz bəyi gözdən saldın, liderliyini baltaladın, onun Ramil Usubovla separat danışıqlara getdiyini yazacaq qədər kiçiklik etdin. Bu qədər çamur içindəykən niyə susmursan?
***
Və sonda...
Rauf Arifoğlunun tək dərdi AXCP, Əli Kərimli, “Azadlıq” qəzetidir? Xeyr!
Siz Azərbaycanda ictimai çəki qazanmış istənilən insanı düşünün, onların hamısı zaman-zaman “Yeni Müsavat”ın şər-böhtanı ilə üzləşib.
Bu qəzetdə Rauf Arifoğlu, hətta Müsavat başqanı Isa Qəmbərə də tənə edib, Müsavat partiyasının önəmli və ləyaqətli simalarına hədyanlar yazıb. Hər halda, gəlin ümid edək ki, Rauf müəllimin bu yazılarına da müraciət etməyə ehtiyac qalmayacaq.

24.1.14

İlham Əliyevin baş tutmayan özünəqəsdi

Diqqetle düşünsek, en böyük özüneqesdi İlham Aliyev edib; oktyabrda seçkini kobud süretde öz xeyirine saxtalaşdırmaqla.
Sadece, bu intihar baş tutmayıb. İntihar uğursuz olsa da onun psixoloji travması İlham müellimi tezlikle şam kimi eridecek. Bir az sebrli, bir az temkinli, bir az da hazırlıqlı olmaq lazımdı. 
Yolumuz düzdü.

(24 yanvar, 2014 facebook qeydim)

Azərbaycansayağı sosialist olmaq

AXC dövrünün (1918) parlament müzakirələrin oxumaqdayam.
Xeyli maraqlı diskussiyalar var. Birin indi yazım, şənlənin.
                                  ***
Sosialistlər fraksiyasının deputatı Səməd ağa Ağamalıoğlu çıxışında Müsavat hökumətin tənqid edir. Və demək istəyir ki, bu hökumət elə əvvəlkinin tayıdır. Bu fikrini gücləndirmək üçün o buyurur:
"Bir məsəl var, deyirlər ki, erməninin yaxşısı olmaz, amma bu erməni o ermənidən yaxşı olar".
Abbasqulu Kazımzadə bu yerdə replika verir: "Elə siz də yaxşı sosialistsiniz" smile ifade simgesi

PS. Sadə izah versək, bir sosialist heç bir millət fərqi tanımamalıdır, onun düşüncəsinə görə bütün millətlər bərabərdir, eynidir.

19.1.14

Milyoner Tağıyevlə milyader İlham Əliyevin fərqi

Bu fakt sizin üçün maraqlı olacaq.
İlham Aliyevin babası Aziz Aliyev bioqrafiyasında yazır ki, İrevanda orta tehsilin başa vurur, Leninqrada oxumağa getmek üçünse pulu olmur.
O Bakı milyonçusu Tağıyeve mektub yazır. Tağıyev 300 rubl pul yollayır.
" bu pulun bir hissesine anam üçün erzaq aldım. Qalan hissesini ise özümle götürüb Leninqrada getdim"
***
Tağıyev üçün İlham Aliyev ise bu işi görüb. Onun ev muzeyin temir etdirerek üstüne yazdırıb: Bu bina İlham Aliyevin serencamına esasen temir olunub smile ifade simgesi

18.1.14

Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında tez-tez işləndiyi kimi desək, aydın səmada şimşək effekti verdi.

O, təkbaşına döyüşdü, hətta tamaşaçısı olmadan...

Lap siftədən başlayaq. Ondan ki, Insanovun çağırışına reaksiya necə olmuşdu? Bu barədə uca səslə danışmaq olmaz. Hər halda, mən məhkəmə zalında jurnalistlərdən başqa 3-4 nəfəri gördüm.

Əli Insanov yalnız buraxılmışdı, bu ağır döyüşdə. Hardasa başadüşüləndir. Əli Insanova hakimiyyətin qəzəbi elədir ki, onun məhkəməsinə gəlməyin özü xüsusi cəsarət tələb edir. Heç unutmayacağım bir xatirəm də var bunu demək üçün. Ziyalımız, şərlənərək həbsə atılan Qurban Məmmədovun məhkəməsinə çox tanınıış bir insanın atası gəlirdi, biz foto çəkəndə üzünü gizlədir, xahiş edirdi ki, kadrlara düşməsin. Belə sadə adamları anladıq, bəs “Qərbi azərbaycanlı” kartını əldə bayraq edən, Əli Insanovun adını və nüfuzunu istismar edən zümrə neyçün məhkəmə zalında deyildi, qaranlıqdı...

Daha bir yaxşı olmayan fakt bu idi: Əli Insanovun ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu, onun işgəncə və qeyri-insani rəftara məruz qaldığı Avropa Məhkəməsinin qərarında öz əksini tapıb, bu məhkəmə prosesləri də o qərara görə keçirilir. Lakin nədənsə, beynəlxalq təşkilatların məhkəmələri monitorinq edən heyəti bu prosesdə gözə dəymirdi. Halbuki, onlar da maraqlı olmalıydılar...

Jurnalistlər və müxalifətdən rahatlıqla əfv istədi, Ilham Əliyevdənsə yox...

Əli Insanov məhkəmə zalına şux vəziyyətdə gəldi və sonadək danışıq, davranışında da ötkəmliyini qorudu. Dəmir barmaqlıqlar arxasında oturandan sonra zala baxdı və jurnalistləri görən kimi ayağa qalxıb onları salamladı. Bu bəlkə də adi bir etika idi, ancaq ibrət alınası haldı. Bilirsiniz, keçmiş nazir vəzifədə olarkən müxalifət qəzetlərindən olan jurnalistlərə, həmçinin müxalifətin özünə qarşı sərt münasibətilə seçilib. Ancaq o, hələ ilk məhkəməsində bunlara görə müxalifətdən, jurnalistlərdən üzr istəyib, bağışlanmasını xahiş edib.

Çoxlarına görə, bu, Əli Insanovun özünə imic düzəltməsi, mətbuata xoş görünməsi üçün etdiyi jest idi. Bəlkə də. Fəqət, gəlin, bir az aydın düşünək: 8 il yarımdır ağır məhbəs həyatı yaşayan yaşlı Əli Insanov üçün azadlığa çıxmaq daha vacibdir, yoxsa özünə yaxşı imic düzəltmək? Əlbəttə ki, birinci.

Uzağa getməyək, Əli Insanovla eyni vaxtda və eyni ittihamla həbs edilən keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin yazdığı bir əfv ərizəsi kifayət etdi ki, onu da ailəsinin yanına buraxsınlar. Elə bilirsiniz Əli Insanovdan əfv ərizəsi istəmirlər?

Məhkəmə fasiləsində Əli Insanova bir neçə sual vermək imkanım oldu. Soruşdum ki, Əli müəllim, sizdən əfv ərizəsi istəmirlər? Başını yelləyib, “gecə-gündüz, dayandıqları var bəyəm...” cavabını verdi.

Bu mövzuda daha aydın baxışını isə məhkəmə çıxışında ortaya qoydu. Hakim vəkillərin vəsatətini oxuyurdu. Orada bir yer vardı ki, Əli Insanova bəraət verilsin. Insanov hakimin zəif səsli oxunuşunda “bəraət” ifadəsini “əfv istəmək” kimi başa düşmüşdü. Buna görə də dərhal hakimə etiraz bildirdi: “Deyəsən, siz orada ”əfv" sözünü işlətdiniz. Mənə əfv gərək deyil. Ilham Əliyev getsin, öz yaxınlarına, tayfasına əfv versin. Xirtdəyə qədər cinayətin içindədilər".

Ilham Əliyevdən ağır həyat tərzini dəyişməkdən ötrü bircə əfv diləməyən insan müxalifətdən, jurnalistlərdən üzr istəyib. Bu, ciddiyə alınası məqamdır və Əli Insanovun xarakterini göstərir.

Zarafatlar

Məhkəmə boyunca Əli Insanov ciddi duruşu ilə bərabər, zarafatlarından da qalmırdı. Məsələn, o, hər dəfə Ilham Əliyevin adını çəkəndə hakim əsəbiləşirdi, onu saxlaya bilmədiyini görəndə, fasilə verib zaldan çıxırdı. Hər dəfə də Insanov onların ardınca deyirdi: “Hara gedirsiz, yenə küsdülər...”

Bir dəfə də hakim ona çıxışında ittihamdan kənara çıxmasını irad tutub “məhkəmənin icazəsi olmadan...” deyəndə, Insanov onun sözünü yarıda kəsib, “nəfəs almaq olmaz”, - deyə əlavə etdi.

Əli Insanov və Əli Şəriəti

Əli Insanov məhkəmədə hakimlərə üz tutaraq, “haqqı bərpa edə bilmirsinizsə, heç olmasa, batili ifşa etməyə cəsarət tapın” deyəndə və bunu bir neçə dəfə təkrar edəndə barmağımı dişlədim. Əcəba, bu da Əli Şəriəti aşıqidimi? Axı bu fikir ustad Şəriətinindi. O, belə demişdi: “Haqqı bərqərar etmək mümkün deyilsə, batili ifşa, rüsvay etmək olar. Beləliklə, həqiqəti həmişə diri saxlamaq olar”.

Bu fikri tez-tez yazılarımda da işlədirəm.

Amma təəccübüm uzun çəkmədi, fasilələrin birində o, mənə tərəf çevrilib dedi: “Necəsən e, Əli Şəriəti ilə neynirsən?”

Deməli, yazıları oxuyur və Əli Şəriətidən işlətdiyim fikirlər onun da diqqətini çəkib.

Güldüm, deməyə fürsət olmadı ki, “ay doktor, dostlarım günümü qara eləyib, imkan vermirlər heç ondan paylaşım edim, deyirlər, bezmişik”.

Əli Insanov isə zala üz tutub bildirdi: “Əli Şəriətini oxuyun, mütləq oxuyun. Böyük alimdir!”

***

Əli Insanovun məhkəməsinə zərərçəkmiş qismində Tibb Universitetinin kafedra müdirini də dəvət etmişdilər. Bu adam hər kəsi onunla təəccübləndirdi ki, vəkillərin verdiyi bütün vəsatətləri dəstəklədi, hətta Insanovun azadlığa buraxılması barədə vəsatəti də. Adam elə hey çalışırdı ki, ona imkan versinlər, Əli Insanov barədə xoş fikirlərini desin. Jurnalistlər ondan xahiş etdi ki, məhkəmədən sonra müsahibə versin, o isə “jurnalistləri xoşlamıram” dedi. Kafedra müdirinə dediyim sözü, buradan indi “gözləri ayaqlarının altını görməyən” məmur təbəqəsi üçün də təkrarlamaq istəyirəm: “Jurnalistlərlə, xüsusən sizin xoşunuza gəlməsə də, həqiqətləri yazan insanlarla mehriban olun. Bunu bacarmasanız da, onları aşağılamayın. Zülmün sərt üzü ilə qarşılaşanda, hətta sevdikləriniz sizdən üz döndərəndə, səsinizi eşidəcək yeganə zümrə onlar olacaq”.

***

Məhkəmə tez-tez Əli Insanovun sözünü kəsirdi. Hiss edilirdi, o, çıxışa yaxşı hazırlaşıb, demək istədiyi çox mətləblər var. “Niyə bunları yazıb içəridən yollamırsınız”, - deyə soruşdum.

Dedi ki, ona heç bir imkan vermirlər. Başındakı az saçlarını göstərib, “tükümün dibini də yoxlayırlar”, - deyə əlavə etdi.

Başa düşürəm ki, dünyada məsləhət vermək qədər asan olan çox az şey var, amma özümü saxlaya bilmirəm: “Dostlar, yoldaşlar, sözünüzü demək üçün dəmir barmaqlıqları gözləməyin. Nə qədər azadsınız, sözünüzü kəsməyə imkanlar məhduddur, danışın. Danışın, sizi mütləq eşidən olacaq”.

Əli Insanovu isə izləməyə davam edək. Dəyər buna...

(`AZADLIQ` qəzeti, 18 YANVAR 2014) 

14.1.14

Rauf Arifoğlunun metamarfozu-çevirilmə

İnsan fikirin dəyişə bilər, bu təbiidir. Bədbəxtçilikdən biri də insanın bəzən öz fikirinə əsir olmasıdır. Fikri dəyişə bilər, ancaq nəyin təsiri ilə, ha tərəfə bax bu önəmlidir.
Bu kiçik müqəddiməni ona görə etdim ki, hörmətli Rauf Arifoğlunun AXCP sədri Əli Kərimli ilə bağlı xoş sözlərini, fikirlərini sizə təqdim edəcəm. Aşağıda siz dəqiq istinadla onları oxuyacaqsınız.
Oxuyacaqsınız və heyrət edəcəksiniz ki, əcaba Rauf müəllim göylərə ucaltdığı adamı indi niyə təhqir edir, kobud ifadələr yazır onun barəsində?
Birdən ağlınıza gələcək ki, fikir dəyişə bilər də, o ayə deyil ki. Fəqət, ona da düşünün: Sizcə 2003-dən bəri Əli Kərimli mənfiyə dəyişib ya Rauf Arifoğlu?
Sizin cavabınıza qarışmıram, sadəcə xarıtladıram ki, Əli Kərimli həmişə sabitqədəm olub, onda necə indi də elədir. Onun həyatını mərhələyə bölən Rauf müəllim və dostlarıdır, onlar deyir ki, Əli Kərimli 2003-cən pis adam olub, 2003-dən sonra yaxşı.
Bəs yaxşı adam barədə  indiki küfürlər hardan qayaqlanır?
İndi isə iz verək faktlar danışsın.
***
Bir: Yeri  gəlmişkən, mən bu gülərdə qəzetimizin çıxmasına yardım edən, buna şərait yaradan “Azadlıq” qəzetinə, onu redaktoru Qənimət Zahidə, AXCP sədri Əli Kərimliyə təşəkkürümü bildirirəm. Doğrudan da, Əli bəy kişilik, qeyrət, dostluq nümunəsi göstərdi. Çox sevinirəm ki, mənim Əli Kərimliyə və onun təşkilatıdakı dostlarıma olan inamım yanılmadı və çox məmnunam ki, partiyadalı bəzi dostlarımın onlara müasibət tam yanlış çıxdı. (“Demokratiya məhbəsdə” kitabı, səh 40, “Yeni Müsavat” qəzeti 23.10. 2003 )
***
İki: Əli Kərimli Elçibəyin və bizim hər birimizin cəbhəsini əldən verməmək, irticadan qorumaq, saxlamaq üçün bütün səmimi cəbhəçilərlə eyni işi gördü. Bəzən 2-3 cəbhədə vuruşdu-bir Cəbhəni qorumaq üçün. Və bütün sınaqlardan çıxdı. Bizimlədir. Bizimkidir. Və Əli Kərimli 16 oktyabrdan sonra 1993-cü ili 4 iyununda sonra Müsavatın AXC-yə etdiyinin əvəzini qaytardı...
(“Demokratiya məhbəsdə” kitabı, səh 75, “Yeni Müsavat” qəzeti 21.11. 2003)
***
Üç:Azərbaycanda bir Xalq Cəbhəsi Partiyası var o da Əli Kərimlinindir. Bu, yalnız mənim qənayətim deyil, belə olsaydı, öz subyektiv fikirimi bu cür israrla vurğulamazdım. Bu faktdır, hadisədir. Tarixdir, gerçəklikdir. Biz gerçəyi söyləməkdən çəkiniriksə, faktı danırıqsa, hakimiyyətdəki yalançılardan fərqimiz nədir?
(“Demokratiya məhbəsdə” kitabı, səh 60, “Azadlıq” qəzeti 25.03. 2004)



10.1.14

Prezidentlər Rəqsanə və Aygünlə

Türkmənistan prezidenti Qurbanqulu Berdməhəmmədov xalq üçün mahnı oxuyub.
Məncə o daha səmimi "İlham Əliyevdi".
Hər halda mən iki seçim qarşısında qalsam, Rəqsanənın mahnısın oxuyub camaatı əyləndirən rəhbərə salam verərəm, nəinki Səməd Səmədova xalq artisti, Aygün Kazımovaya ev verib xalqa həqarət edən rəhbərə.
Yaşa, Berdiməhəmməd yaşa!
Millətinlə baş-başa!

7.1.14

Heydər Əliyevin Xocalı faciəsindən iki gün sonra...

Fərəc Quliyev

1992-ci ilin Xocalı soyqırımından sonra 3 gün matəm elan olunduğunu bilmirdim. Onu da bilmirdim ki, matəmin ikinci günü o zaman Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Ermənistan rəhbərliyi ilə görüşüb-öpüşüb. Təkrar edirəm, gülərək görüşüb, öpüşüb.
Bunları 1992-ci ilin “Yeni Müsavat” (10 sentyabr 25 (43) sayı) qəzetindən oxuyaraq öyrəndim. Aman, qalxıb, bu, qəzetin iftirasıdır deməyin. O fikirləri yazan adamın kimliyinə diqqət verək. Bu, Rauf Arifoğlu deyil, heç Qabil Abbasoğlu da...
Heydər Əliyevi bir sıra cinayətlərdə - ermənilərlə separat danışıqlardan tutmuş, ərzaq və yanacaq qaçaqmalçılığına qədər ittiham edən məqalənin müəllifi indiki deputat Fərəc Quliyevdir. Onun mandatı ən saxta mandatlardandır, buna 33 saylı seçki dairəsində müşahidəçi kimi əlimi ürəyimin üstünə qoyub, vicdanla tam şəhadət gətirə bilərəm. Ancaq mövzu Fərəc bəyin saxta mandatını müzakirə etmək deyil.
Əlbəttə, dünya şöhrətli, uzaqgörən adlandırılan bir siyasətçinin millət matəm içindəykən ermənilərlə öpüşüb, gülüşməsi yaxşı əlamət deyil. Ən dəhşətlisi odur ki, banisi bu cür hərəkətlər edən hökumət indi müxalifəti ermənipərəstlikdə ittiham edir. 
Lakin bu məqalə məndə məhz Fərəc Quliyevin indiki mövqeyinə görə daxili təlatüm yaratdı.
Ilham Əliyev heç bir parametrinə görə Heydər Əliyev deyil. O, nə atası kimi qəddardır, nə də güclü siyasətçi. Ilham Əliyevin opponentlərini əzəcək keçmişi, xarizması heç yoxdur. Lakin bu nə hikmətdir, Heydər Əliyev kimi tirana qarşı duranlar, bu gün psevdodiktator Ilham Əliyevin yanındadılar.
Əlbəttə, Fərəc bəy bu sətrləri oxuyarkən, müəllifi qınaya, hətta öz Facebook hesabında “mən böyük Elçibəy yolundayam” yaza bilər. Iki-üç siyasi səbatsızı bu statusa inandırmağı da bacarar. Ancaq, ən azı o özü, bu prosesi diqqətlə izləyənlərdə belə fikri (olacaqsa) acı gülüşlə qarşılayar.

Fərəc Quliyev kimi insanlar az deyil. Bu cür insanlara gözümü yumub “hamısı Heydər Əliyevin əvvəlcədən hərəkata soxuşdurduqlarıdır” kimi asan təyinat vermirəm. Bəs insanlar niyə belə dəyişir? Axı Ilham Əliyev çox vədinə xilaf çıxsa da, mərhum atasının siyasi kursuna sədaqətli olacağı barədə dediklərində prinsipialdır. Vəziyyət Heydər Əliyevin zamanından da pisdir. Insanlara yenə zülm olunur, yaltaqlıq, şəxsiyyətə pərəstiş epidemiya həddindədir. Buna baxmayaraq, güclü rəqib qarşısında mətin mübarizlik göstərənlərdən zəif rəqiblə döyüşdən yayınıb fərarilik edənlər var. Bu yerdə Əbülfəz Elçibəylə bağlı dəfələrlə paylaşdığım bir xatirəni yada salmaq istəyirəm. Bir dəfə BDU tələbələri ilə görüşdə Heydər Əliyevdən heç bir çəkinməyinin, ehtiyatlılığının olmadığını bildirmək üçün o, “Dəfinələr adası” romanından sitat gətirdi. O romanda ucqar bir adaya düşən macərapərəstin qulağına ölmüş bir nəfərin səsi gəlir. Adam qorxanda yoldaşı ona “mən heç diri ikən onun səsindən qorxmamışam, indi ölüsünün səsindən qorxacağam?” deyir. Əbülfəz bəy də SSRI-dən diriykən qorxmadığı halda, indi o ölü sistemin məmuru olmuş Heydər Əliyevdən qorxmağın gülünc olduğunu bildirdi.
Işə baxın, SSRI də, onun məmuru da əbədiyyətə qovuşub, ancaq SSRI-ni qətlə yetirməyi ilə öyünənlər Ilham Əliyevlə mübarizədən yayınırlar.
Niyə belədir? Onlar yoruldularmı? Qocaldılarmı?Məncə yox... Hər şeyin bir yararlılıq müddəti var. Məsələn, çox faydalı “Badamlı” mineral suyunun qapağını açıb günlərlə saxlayandan sonra o, öz tərkibini itirir. Onu içmək ziyan gətirir.

Ancaq bal və şərabda tərsinədir, onlar ildən-ilə keyfiyyətlərini müsbətə dəyişirlər. Illər keçdikcə müsbətə dəyişən insanlarla Azərbaycan dəyişiləcək.Heydər Əliyev haqda Fərəc bəyin ictimailəşdirdiyi faktı isə, siz Allah, orda-burda deməyin, düşmən dilinə düşər, dövlətçiliyimizə xələl gələr.

4.1.14

Mirzə Xəzər və 180 dərəcə

180 dərəcə dəyişmək necə olur?
Mirzə Xəzərin `Azadlıq` radiosu ilə bağlı açıqlamasını oxudum.
Deyib ki, 2000-ci ilin əvvəlində radio ilə Əliyevlər arasında separat anlaşma olub. Anlaşmaya əsasən radio əliyevləri kəskin tənqiddən qorumalıymış və s. Sonra isə radio əliyevlərə qarşı mövqeyini 180 dərəcə dəyişib, tənqidlərində radikallaşıb. 
Bu iddialara yaxşı olar ki, "Azadlıq"ın məsul şəxsləri cavab versin. Ədalət naminə, mən də o çağlar radionun çox dişsiz mövqeyini xatırlaya bilərəm.
Fəqət...
Tutaq ki, Mirzə haqlıdır, radio ilə Əliyevlər arasında separat anlaşma olduğundan o siyasətini 180 dərəcə dəyişib. Bəs Mirzə Xəzər nəyin təsirindən  2003-cü ildə gəldi, İlham Əliyevin qəbuluna girdi, bütün Azərbaycan xalqının gözü önündə onun diktator atasını təriflədi, onu mərd adam adlandırdı, müxalifəti haqsızcasına Əliyevin qarşısında pislədi?
Bu özü 98-ci ildə `Azərbaycan susurluğu` verilişləri hazırlayan Mirzənin 180 dərəcə dönməsi deyildimi?
Sonra nə baş verdi?
Mirzəyə söz verdikləri televiziya və qəzeti Azərbaycanda yaşatmağa imkan vermədilər. O Bakını tərk edəsi oldu və bu dəfə yenə mövqeyini 180 dərəcə dəyişdi.
Mirzə Xəzər şəksiz ki xalq:)
ımızın tarixi keçmişində müsbət işlərə imza atmış insandır. Onları heç kim dana bilməz. Amma heç kimə, eləcə də ona xidmətlər toxunulmazlıq immunteti verməyib. Mirzə özü tənqidçiliklə məşğul olsa da, iddia edirəm o bizim tanıdığımız simalar arasıdna tənqidə ən dözümsüzüdü. Siz bunu onun facebook səhifəsində də yoxlayaraq əmin ola bilərsiniz. Mirzə Xəzər nəinki tənqidi, həm də özündən savadlı, analiz qabiliyyəti olan başqa birini qəbul etmək istəmir, belə adamlar birmənalı və heç bir izahatsız onun blok siyahısına girir. Yoxlaya bilərsiniz 

3.1.14

Təzə il, köhnə hamam, köhə tas

Size bir söz deyim: özümü çevresi geniş adamlardan sayıram. Bununla bele bu bayramda aldığım tebrik sms ve zenglerin sayı 10-15 olardı, ya yox. Qabaqlar bele deyildi. Sms ve zenglerin çoxluğu adamı tenge getirerdi. Men yeni veziyyeti müsbet qarşılayıram. O menada ki xalqımız reallıq hisslerini berpa edir. Bayramlıq hal-ovqat var beyem? İlham Aliyevin yeni il tebriki barede 1: O, seçkilere toxunaraq gözel bir söz işletdi. Bildirdi ki seçkilere Azerbaycana gelen qonaqlar yüksek qiymet verib. Burda kilid söz qonaqlardı. Beli, İlham müellim de acı da olsa qebul edir ki onun keçirdiyi seçki tamaşasına kürü ile yemlediyi “moşşenik” qonaqlardan başqa “yaxşı” deyen olmayıb. Seçkiye qonaq qiymet vermir ki, onu müşahide eden möteber ve selahiyyetli qurumlar var. Onlar da deyib ki, seçki de saxtadır, onun neticesi de. 2: 15 deqiqeye yaxın çıxışı boyunca ilk defedir ki İlham Aliyev atası Heyder Aliyevin adın çekmedi. Teqdir edirem, yeqin o da artıq qebul edir ki Heyder müellime xalqda güclü anti-patiya var. Memurları İlham hezretlerinden bu meselede örnek almağa sesleyirem.