Ana içeriğe atla

Kayıtlar

2014 tarihine ait yayınlar gösteriliyor

`Evə dönüş`, yaxud əclaflığa sevinənlər

Azad və tənqidi düşncəli media quruluşları bağlananda, təzyiqə tuş gələndə sevinənlər var. Azad və tənqidi düşüncələrinə görə insanlar şərlənəndə, həbs olanda, onlara ləkə atılanda buna da sevinənlər, sevincini gizlətməyənlər olur. Mən belələrini başa düşürəm. Hətta çox məmnunam ki, onlar `timsahın göz yaşları`n axıdıb riyakarlıq eləmirlər. Ancaq bu tip adamlardan bircə xahişim var, bircə saat yarım vaxtınızı ayrın Türkiyə istehsalı olan `Evə dönüş` filmini izləyin. Youtube`də də var. Linkini bura qoyuram, tıklayıb baxa bilərsiniz Baxın, sonra danışarıq.

Allahşükür ? Allah, şükür, şükür!

Mən fürsət tapıb Allahşükür Paşazadənin məsciddə əliyevlərə mədhiyyəsini yenicə izlədim. 
Gəlin, Allahşükür müəllimə təşəkkür edək. Onun varlığı geniş düşünsək, hazırkı vəziyyətdə xalqımıza xeyirdir. Bir cümləni də düzgün qura biməyən adam, mənfi imici ilə əliyevlər barədə bir yox e, min bir tərif, mədhiyyə desə də bu realda işləmir. Mübaliğə etmirəm, siz videonu diqqətlə izləyin, bu adamın bir cümləsi də məna cəhənnəm, formal, qramatik baxımından da düz deyil.

İndi isə bir anlıq düşünək ki, iraq olsun, Allahşükürün yerində daha xarizmatik, daha savadlı, ötkəm biridir və o əliyevləri xalqa sırıyır. Bu bizə iki qat zülm olardı.
Görünür Uca yaradan bizə qarşı hələ rəhimlidir.
Allah, sənə şükür, şükür!

Allahşükür Paşazadə barədə daha bir ilginc yazını burdan OXU

Allahşükür Paşazadə sağ olsun!

Mən fürsət tapıb Allahşükür Paşazadənin məsciddə əliyevlərə mədhiyyəsini indi izlədim. (VİDEOya baxmaq üçün bura tıkkıldat)
Gəlin, Allahşükür müəllimə təşəkkür edək. Onun varlığı geniş düşünsək hazırkı vəziyyətdə xalqımıza xeyirdir. Bir cümləni də düzgün qura biməyən adam, mənfi imici ilə əliyevlər barədə bir yox e, min bir tərif, mədhiyyə desə də bu realda işləmir.
Bir anlıq düşünək ki, iraq olsun, Allahşükürün yerində daha xarizmatik, daha savadlı, ötkəm biridir və o əliyevləri xalqa sırıyır. Bu bizə iki qat zülm olardı.
Görünür Uca yaradan bizdən mərhəmətin tam kəsməyib.

Aclıq aksiyasının iki fotosu

Tarix üçün.
2012-ci ilin mayı. Məhbəsdəki siyasi məhbuslar üçün aclıq aksiyası keçirilir. Təşkilatçı İctimai Palatadır.
Avrovizya mahnı müsabiqəsi ərəfəsidir.


Asif Yusifli üçün təbrik

Mən bu günüAsif Yusifligünü elan edirəm.
Dünən, onun ad günü imiş. Onun təvəzökarlığından, mənim də səhlənkarlığımdan ad günü unudulub. Amma belə baxanda nə fərqi? Əsas odur ki Asif kimi bir insan var, doğulub və o mənim girami dostumdur.
Asif elə bir dostdur ki, qəbir evində İnkir Minkir "o dünyada qazandırğın nə olub, ay insan", soruşsa, "Asif Yusifli" deməklə canımı qurtaracağımı düşünürəm.
Asif mənim üçün hamının başa düşəcəyi formada heç bir iş görməyib, hətta dəfələrlə nəyə görəsə mənə köynək almaq vədini verib, sonra onu namərdcəsinə unudub. Bunlar heç.
Bəs, Məşədi İbad demişkən, mən onun nəyinə heyranam?
Cavab sadədir: Mən bu yola çıxanda Asif bəy tanıdığım minlərdən biri idi. Həyatın ağırlığı, mübarizənin dramatikliyi, kasıblıq, illət, zillət onu sındırmadı. Əksinə, illər keçdikcə onun polad kimi bərkidiyini gördüm. Və bu proses müsbət istiqamətdə artmaqdadır.
Asif, dizlərim taqətdən düşəndə baxıb farağat dayandığım insanlardandır.
Asif bəy, səni bağrıma basıram…

Seymur Həzi haqda

Nazim Hikmətin məşhur bir şeiri var, "bu gün bazar" adında. Şairi uzun müddət qapalı şəraitdə həbsdə saxlandıqdan sonra ilk dəfə bazar günü açıq havaya çıxarılır. Deyir, ki bu gün ilk dəfə göyü üzünün nə qədər geniş, nə qədər mavi olduğunu görüm və etiramla kürəyimi torpağa dirəyib düşündüm: bu an hər şey cəhənnəmə, torpaq günəş və mən varamsa xoşbəxtəm.


Mən bir az dəyişiklik edəcək. Seymurun həbsi, onun həbsinə olan mətanətli reaksiyası, hökumətin böhtanına baxmayaraq sözün əsl mənasında xalqın ona sahib durmasını gördükdən sonra öz-özümə dedim. Cəhənnəm olsun, sizin o dəbdəbəli həyatınız, yaltaq və satqınlar ordusunun ehtişamı...Təkcə Seymur Hezi kimi dostu, əqidəşi olan adama heç nə lazım deyil, o bəxtiyardı!



İran filmləri

Bəri başdan vurğulamaq yerinə düşər ki, bəndeyi-həqirinizin film sənəti barədə öyünüləsi qabiliyyəti yoxdu. Bunun sadə səbəbi az film izləməyimdir. O az filmlər arasında qəlbimə iz salan İran filmləri barədə, icazənizlə, bir neçə kəlmə xidmətinizə ərz eləyim. V.İ.Lenin Turgenev haqda yazarkən onun sənətkarlığını vurğulasa da, bir şeyi qəzəblə tənqid edirdi. Deyirdi ki, Turgenevin zədaganlığı ona həyatın acı üzünü olduğu kimi təsvir etməyə imkan vermir. Leninin iddiasına görə, Turgenev həyatın acılarını da çox bərbəzəkli, şümal təqdim etməklə reallığı təhrif edir.
İran filmləri Ulyanovun ürəyinə yağ kimi yaxılardı. Niyə?
Bu gün Məcid Məcidin Baran (Yağış) filmin izləyəndə buna qəlbən bir daha əmin oldum. Həmişə filmlərdə hətta kasıb qəhrəmanların kraxmallı, ütülü köynəklərin (özü də bəzən ağ rəngdə) görəndə başımdan tüstü çıxrdı. Bu hələ mahiyyət deyil, formadı. Yəni əksər filmlər, həyatı olduğu kimi təsvir etməkdə axsayır.
Amma qardaş, İran filmləri...(şübhəsiz mən bütün İran film sə…

Asif Yusiflinin həbsinin ardından

Möhtərəm qardaşım Asif Yusifli şübhəniz olmasın ki həbs olunacağını bilirdi. Çünki uzun müddət idi izlənilirdi, ətrafında əməliyyat tədbirləri qurulurdu. Bir neçə təxribatı çevik davranışı ilə dəf edə bilmişdi. Bunlar heç.
Asifi gözəl tanıyanlar onun üstün bir keyfiyyətinə bələddilər.  O ən çətin halında belə kefin soruşanlara "yüksək səviyyədə" deyən adamdı. Əmənim, bizimlə yəni ictimaiyyətlə ilk birbaşa və ya bilavasitə təmasında da Asifin ilk mesajı "hər şey yüksək səviyyədədir" demək olacaq.
O, həm də bunu elə inandırıcı, sirayətedici formada deyir ki, müqavimət göstərməyə yer qalmır. Potensial həbs təhlükəsi barədə o həmişə deyirdi ki, ölümdən çətindi ki. Mən bu həyata vəsiqəni iki dəfə almış adamam (Asif bəy həm müharibədə, həm də mülki həyatda çox ağır güllə və qəza yarası alıb). Onsuz indi yaşadığım artıqdı.  Asif bəy mənəviyyatı möhkəm olan adamdı. Onu həbslə qorxutmaq, tankın üstünə qışqırmaq kimi bir şeydi. Asif bəyi hz Yusif məqamına üz tutması münasibət…

O məscidə də büt qoyacaqlarmı?

Bakıda İlham Əliyevin sərəncamı ilə hər birinin hündürlüyü 72 metr olacaq 4 minarədən və 55 metr hündürlüyündəki günbəzi olacaq məscid tikirlər.

Quranın Tövbə surəsinə istinad etsək, özünün müsəlman hesab edən şəxs orda namaz qılmamalıdır. Bunu bir kənara qoyduq.

Məni indi bu düşündürür: O məscidə Heydər Əliyevin büstü qoyulacaq, ya yox?

Zəruri qeyd.  Tövbə surəsindəki məlum ayələr

107. O kəslər ki, zərər vermək, küfr eləmək, möminlərin arasına təfriqə salmaq naminə məscid 3 tikirlər və öncə Allaha və Rəsuluna qarşı savaşmış olanın yolunu gözləyirlər, «Bir niyyətimiz yoxdu bizim yaxşılıqdan savayı» deyə and-aman edəcək onlar. Onların yalan dediyinə şahiddir Allah.
108. Nəbadə namaz qılasan orada. Daha yaxşı olardı ki, ilk gündən taqva naminə qurulmuş məsciddə namaz qılasan. Paklanmağı sevənlər gəlir buraya. Paklanan kəsləri sevər Allah.

Əli İnsanov barədə bir xatirəm

Taledən kam almayan bir qohumumuz vardı. Pirani vaxtında tənha qalmışdı, övladları uzaq Rusiyada, özü isə Odlar Yurdunda canındakı min bir bəlayla çırpınırdı. Tez-tez qonağımız olardı. Ömrünü zəhmətlə keçirən bu adam dərin savaddan məhrum idi.
2001-ci ilin əvvəlində günlərin birində bizdə olarkən nəyə görəsə söhbət o vaxtkı səhiyyə naziri Əli Insanovun üstünə gəldi. Mən Insanov barədə ağır sözlər işlətdim. Qoca mənə tərəf əyilib dəqiqləşdirmə apardı: - Kimi deyirsən, bala? - Əli Insanovu! - Yox, yox, bala, elə demə sən Allah, o, çox insan adamdı... Qoca qohumun etirazı məni çaşdırdı. Mən alovlu çıxış elədim, rejimi lənətlədim və onun əsas simalarından birinin də Insanov olduğunu dedim. Onda qoca qohumum bir neçə ay əvvəl Bakıda başına gələnləri danışdı.
Dedi ki, xəstəliyinə görə çox qapıları döyüb. Amma dərdini eşidən tapmayıb. Günlərin birində nazir Insanovun qəbuluna düşüb. Nazirlə ilk təmasda onun ürəyini fəth etmək üçün xəstə qoca divarda Heydər Əliyevin portretinə təriflər yağdırıb. Ins…

Heydər Əliyevin heykəlinə baş əymə

Zeif müxalif helqeleri Heyder Aliyevin heykeline, goruna baş eydirmekle İlham Aliyev ne demek isteyir? Bu elbette güc ve qüdret nümayişi sayıla bilmez; hetta jale şiresi içen mirzeler bele bu tamaşaya göre eliyevçi rejimi lenetleyirse demek iş alınmayıb. Bes nedir bu?
Mence, oğul Eliyev şüuraltı ezabların bu cür yollarla yüngülleşdirmek ister. Hansı ezabı, yazıram?
Bilirsiniz bunu atası kommunist partiyasında uzun iller emek verib. Sonra daxili isteyi ile yox, konyuktura üçün eqidesini deyişib.

Yeni eqideni ise o özü müeyyen etmeyib. Bizim yolunu davam etdirdiyimiz azman kişilerin ucaltdığı bayrağa, beyan etdiyi ideyaya sığınıb. Belelikle, uzun müddetdir ata-oğul eliyevler eslinde daxılen sınaraq bizim o eqidemiz qarşısında diz çökür; dişi bağırsağın kesse de yolunda feda olduğumuz o üç renglî bayrağın altında dayanır!
Ve bu onları yandırır.
Aydın olması üçün xüsusen vurğulayıram; bir dövlet rehberinin milli bayraq önünde eyilmesi qürura müxalif bir şey deyil. Feqet, bu qesbkar hakimiyyeti…

Əfv ərizəsindən sonrakı həyat

Möhtərəm dostlar! Əfv ərizəsi yazanlar barədə bizim fərqli fikirlərimiz olsa da zənnimcə bir məqamda hamımız eyni rəydəyik.
Bu rəy də ondan ibarətidir ki, deyirik, məhbuslar o ərizələri öz ürəklərinin səsi ilə yamayıb, müxtəlif mənəvi-fiziki işgəncənin təsirindən yazıb. Onu da deyirik ki, necə ki düşmən əsirliyində, girovluğunda olan adamın canını qurtarması üçün yazdığı, danışdığı fikirlər əsassızdı, bunlara da elə yanaşmaq lazımdı. Fəqət...Möhtərəm dostlar, hamımız şahidik ki əsirlikdən, girovluqdan ana yurda dönən adamlar o iradələrinə zidd olan fikirləri hansı işgəncələr altında dediyini rahat da olmasa, danışa bilir, bu haqda müsahibə verir, bəzisi hətta kitab da yazır. İndi görün əliyevçi rejim necə amansızdı ki, biz bu vaxta qədər əfv yazan adamın o əfvi hansı mənəvi-fiziki təhdidlər, işgəncələr altında yazdırılması barədə danışdıqlarına, yazdıqların rast gəlmirik. Bu o deməkdi ki, Azərbaycanda azadlıq çox şərti söhbətdi, "çöl də bayıl kimidir". Çöldə də risk, təhlükə…

Dəlilik xilas yolu kimi

Bir yoldaş var. Siyasətlə bağlılığı çox azdı, ona görə də siyasi məhbus, vicdan məhbusu teması ona yaddı. Onunla belə qısa və maraqlı söhbətimiz alındı. - Murad (türmədəki qardaşım, avqustda şərlənərək həbs edilib) necədi?
- Normal, türmədir də.
- Qurtarmaq istəmirsən?
-İstəyirəm, amma necə?
- Sən belə elə, ona dəlilik kağızı al. O bu sözləri tam ciddi dedi və qınanılası da deyil. İndi Azərbaycanda müxtəlif cinayətlərdən qurtarmaq üçün saxta yolla dəlilik kağızı almaq moddadı.
Ağılın iqnor edildiyi zamandayıq.

Necə oldu Seymur Həzi "cinayətə" qurşandı?

Natiq Ədilov: “Azərbaycan saatı”nın dayanmasından söhbət gedə bilməz”“Bizim ölkədə düzgün həyat tərzinin özü cinayət sayılır və qardaşımız Seymur belə “cinayətə bulaşıb” AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov partiyanın Rəyasət Heyətinin üzvü, “Azadlıq” qəzetinin şöbə müdiri, “Azərbaycan saatı” televiziya proqramının redaktoru və aparıcısı Seymur Həzinin həbsi ilə bağlı “islamazeri.az” internet qəzetinin suallarına cavab verib. Müsahibəni təqdim edirik.
– Seymur Həzinin həbsinin arxasında nə dayanır? – Məncə, artıq Seymur Həzini tanıyan hər kəs üçün bu sualın cavabı aydınlaşıb. Ona görə bu sualın cavabına çox vaxt itirməyək. Həbsin arxasında məkr var, hiylə var, azad sözə, ədalətə, düzgünlüyə qarşı düşmənçilik dayanıb. Seymur lap yeniyetmə vaxtından ölkənin səadəti, firavanlığı, demokratikliyi üçün çalışan insandı. Yazıları ilə, fəaliyyəti ilə daima Azərbaycanda haqqın öz yerini tapması üçün mübarizə aparıb. Çox təəssüf ki, bizim ölkədə düzgün həyat tərzinin özü cinayət sayılır v…

YAPI kreditin yabılığı haqqında

YAPI kredit redaksiyamızdakı əməkdaşlar üçün wordkart paylamışdı. Birini də mən götürdüm, işlətdim. ABŞ gedəndə bəlli səbəbdən ödəmə edə bilmədim, 3 ay gecikmə oldu. Odlar Yurduna enər enməz mənə zəng etdilər. İki dəfə izahat verdim, telefonda. Dedim, ölkədə olmamışam, krediti ödəməklə bağlı narahat olmayın. Ölkədə olmadığıma dair sübut filan istəyirsinizsə təqdim etməyə hazıram.
İki dəfə belə danışıq oldu. Cavab tək idi, müəllim, problem yoxdu 95 manat ödəyin vəssalam.

Getdim bankın Elmlərdəki filalına, darısqal yerdə uzun növbədə azı 40 dəqiqə gözləyəndən sonra həmsöhbətim olan işçidən soruşuram.

- Əfəndim, mən indi 95 manat ödəməliyəm. Olarmı, növbəti ayları da indidən, qabaqcadan ödəyim.

- Bəli, olar, məmnun qalardıq.

- Əfəndim, bu ödəməni etsəm katrdakı istifadə edəcəyim məbləğ nə qədər olacaq.


- 700 manat, müəllim.

-Çox gözəl, çox pakizə. O zaman öncədən ödəmə edirəm, hamısını. Yazın!
Yazır, kağızı götürüb kassada ödəyib çıxıram.


İşə gəlirəm. Kartla bir əməliyyat etməliyəm. Bir dəfə, beş…

Amerikada "ziyarətgahlar"

Әziz dostlar, bitməkdə olan bu günümü əlamətdar sayıram.
Xəyal saydığım bir çox şeyləri reallaşdırdım. Obrazlı desək, müasir elmin ən müqəddəs ziyarətgahların bir-bir ayaqdan keçirdim. İndi rahatlıqla özümə elm hacısı deyə bilərəm:)
İndi o yerlərdən çəkdiyim bəzi fotoları paylaşıram.

hp kampaniyası. illik geliri Azerbaycanın büdcesinden texminen 6 defe çoxdu. Şirketde ele bir sessizlik hakimdi ki, nece deyerler sessizlikden quş qanad salır.
Yeni texnologiyanın tapılması, araşdırılması üçün hp ilde 3,5 milyard xercleyir.

ABŞ-ın en qedimi şirketlerinden olan -Motorolla

NASA (ing. National Aeronautics and Space Administration; "Milli Aeronavtika və Kosmos İdarəsi") — ABŞ-ın mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi.
NASA, 1958-ci ilin fevralında yaradılmış Aeronavtika üzrə Milli Məşvərət Komitəsinin (NACA) xələfidir. NASA-nın 2006-cı ilin fevral ayında qəbul edilmiş missiyası "Kosmik tədqiqadlarda və elmi kəşflərdə aparıcı rol oynamaq&q…

Şahla əl tutan azərbaycanlı

“Gözlərinin qadasın alaram, bu ölkə pisin pisi, yaxşısının ən yaxşısı var. Qalır sənin onların hansısnı seçməyin. Bir də bu ölkə ailənin düşmənidi. Bax mənə, mən yox e, arvadım məni boşadı getdi. İndi uşaqlarımın da hərəsi bir yandadı. Bir qızın gecələr gəlir mənlə qalır”. Həmsöhbətim 88 yaşlı gimnastdı. Əziz Abad. Onu mənə belə tanıtmışdılar ki, İranın devrilən şahı Məhəmməd Rzanın mühafizəçisi olub. Dərhal nömrəsini tapdım, danışıb müsahibə istədim vaxt aldım.
Onunla Kalifoniyanın Walnut Creek şəhərindəki imkansızlar üçün tikilən sakit və gözəl mənzilində görüşdük. (ABŞ-da belə evdə yaşamaq haqqı o adam qazanır ki illik gəliri 40 min dollardan aşağı olsun). Mənə verilən informasiya düz çıxmadı. Adam şahın mühafizəçisi olmayıb, sadəcə bizim camaatı bilirsiz də, samanı Zaman edənlərdənik. Ancaq bu 88 yaşlı insanın həyatına ötəri nəzər salanda görürsən ki, şah oldu olmadı, onun ömürü sanballı bir romandı.  Gəlin, o “romandan” bir neçə səhifə vərəqləyək. Quru və rəsmi bioqrafiyanı belə icm…

Qardaşım, sən azadsan! (Tale Bağırzadə üçün)

İyulun 23-ü əziz və qiymətli dostum, vicdan məhbusu Tale Baqirzadenin ad günüdür.
O yenə də ad günün ( deyəsən 4-cü dəfədi) giramı balası, əzizləri ilə deyil zindanda qarşılayacaq. Olsun. Nə mən, nə də Tale bəy bundan narahat deyil. O işini bilən insandı. Çıxdığı yolun tikanlı olduğunu çoxdan bilir, ayağını da heç sevmir. (Bizim yol tikanlıdır, ayağını sevən gəlməsin (c))

Tale bəy, Azərbaycanda tərəddüdsüz tərifləyə bildiyim qardaşlardandı. Allah ona gözəl əxlaq, mərifət, təvəzökarlığı bol-bol əta edib.

Ölkədə yezidlərin hökumran olduğu halda belə bir insanın həbsdə olması qədər təbii nə ola bilər ki.
Mən bir dəfə Türkiyəli bir vicdan məhbsus barədə dostunun yazdığı bir fikiri oxumuşdum. Deyirdi, hocam sənin ora hansı səbəbdən düşdüyünü bilirəm, amma səni ordan necə çıxarmağı bilmirəm.

Mənsə Tale Bağırzadə və onun kimi əziz vicdan məhbsularını zalımın cəngəsindən qurtarmağın yolunu yaxşı bilirəm. BU yol çox sadədir. Sadəcə cəsarət istəyir. O cəsarəti ki, biz zalıma zalım, məzluma məzlum de…

ABŞ polis dövlətidir

Amerika qeydləri(əvvəli burda)

Başlıq sizi çaşdırmasın. Bizdə polis, polis dövləti haqlı olaraq pis başa düşülür. Çünki polis bizdə ədalətsizliyin, zorakılığın simvoludur. O hüquq mühafizə orqanından çox hakimiyyət ailənin maraqlarını güdən qolu-zorlu, mədəniyyət və nəzakətdən yetim qurum kimi qarşılanılır.
ABŞ-da vəziyyət fərqlidir. Bəli, ABŞ-da da polisin vətəndaşlara qarşı zorakılıq etdiyi hallar var və mediada bu barədə xəbərlər vaxtaşırı çıxır. Ancaq bu epizodik hallardı və polisin özbaşınalığın burda nə dövlət həzm edir, hə cəmiyyət.
Qanunsuzluq edən polisi qara günlər gözləyir, onun iş karierasında da, şəxsi həyatında da bu hadisə qara yara kimi qalır.
ABŞ-da polisə insanların hədsiz güvəni var. Polis insanlar üçün gərəkli bir dostdur, çətinə düşəndə gözü axtardığı ünvandır. Nümunələrlə çalışacam vəziyyəti göstərim.

Birincisi, amerkan vətəndaşları bizim ilk baxışda "işverən" kimi qəbul edəcəyimiz həyat tərzinə cani-könül veriblər. Yəni, amerikada yaşayırsızsa unutmamalıs…

ABŞ: ucuz və keyfiyyətli

ABŞ qeydləri

Hər dəfə Azərbaycandan qərb ölkələrinə çıxanda böyük hərflərlə bu fikiri yazmağı vacib bilirəm: Demokratiya həm də ucuz və keyfiyyətli yaşayış imkanıdır.
Mən şahidəm; bizim ölkədə insanlar bir mövsümdən çıxıb o birinə girəndə üst-başını təzələmək üçün müsibət yaşayır. Cavan uşaqlar bir normal şalvar, ayaqqabı almaq üçün az qala qatil olurlar. Ola bilər mən bir az ifrata varıram, ancaq siz də insaflı olun, deyin ki, Natiq, ölənlərin rəhmət doğrudan da bizdə bahaçılıqdı; qiymətlərlə ayaqlaşmaq olmur.

Bunu deməsəniz belə heç nə dəyişməyəcək, Azərbaycanda əmək haqlarının əhəmiyyətli hissəsi ərzaq və gündəlik təlabat mallarına gedir və bu mötəbər iqtisadi araşdırmalarda əksini tapıb. O da var ki biz hələ bir ətək pul verib aldığımız malın keyfiyyətindən bədgümanıq. Hər dəfə mal alanda şəxsən mən düşünürəm ki, İlahi görəsən, bu dəfə nə qədər aldadıldım...
Bəli, Əliyevlərin kəraməti ucbatından vəziyyət elə gətirib ki, ölkəmiziə diş çöpü də Konqodan zaddan gəlir. Xaricdən gələn mal…

Kim sevirsə İlhamı...

Bizim dostlardan biri bir atalar sözü düzəltmişdi: Kim sevirsə idmanı, demək sevir İlhamı.
İronik formada icad olunan bu atalar sözünün məğzində Əliyev hakimiyyətinin apardığı ucuz (əslində isə maliyyə baxımından çox bahalı və xərc aparan) idman təbliğatına etiraz dayanırdı.
İdman, can sağlamlığı insan üçün vacib əhəmiyyət daşıyır, indi durub onun faydası barədə uzun uzadı cümlələr qursaq, bu vaxt itkisi olar. İdmanın əleyhinə nəsə yazmaq üçün isə kifayət qədər posmodernistlim tələb edir.
Bəs mən nədən söz açmaq istəyirəm.

Çox sadə şeylərdən... Əslində sizin bildiyiniz şeyləri bir az cilalamaq fikirindəyəm.

Uzun müddətdir prezidentlik kürsüsünü zəbt eləməklə yanaşı İlham Əliyev Milli Olimpiya Komiəsininin prezidenti postunu da zəbt edib. Azərbayca nazirlərinin hər biri bir idman növünə rəhbərlik edir: futboldan, damaya qdər bütün idman növləri guya bu nazirlər vasitəsi ilə dövlətin atalıq qayğısı ilə əhatə olunub.
Hökumət bununla da kifayətlənməyib; 30-dan çox rayonda Olimpiya İdman K…