Ana içeriğe atla

Qurban Məmmədovla tutdurduğum adamlar


Qurban Məmmədovun üç rəngli bayraqla bağlı vacib bir xatirəsini bilirsinizmi?

Sizə bir böyük sirri açmaq istəyirəm. Bu, hardasa bir “cinayət etirafı” da sayıla bilər. Hüqonun “Səfillər”indəki Jan Valjanın onun əvəzinə başqa birini həbs etmək istəyərkən keçirdiyi daxili təbəllüatlarını xatırlayırsınızmı? Həbsxanadan qaçan Jan Valjan bir gün eşidir ki, onun yerinə başqa bir oxşarını tutub mühakimə edirlər. Həyat bu insanın qarşısına ağır sınaq qoyur; nə etməli, bunu yanlış bir həyat uğuru sayıb susmalı, yoxsa, uca mənsəbini atıb gedib hər şeyi danışmalı?
Vicdan Jan Valjanı ikinci yolu tutmağa vadar edir və o, ağır cəzalanacağını dərk etsə də, günahsız bir nəfərin həbsə düşməsinə imkan vermir. Məhkəməyə gedib hər şeyi danışır.

***

Başa düşürəm ki, edəcəyim müqayisə mənim xeyrimə çox şişirdilmiş olacaq. Ancaq yazacaqlarım da elə belə məsələ deyil. Bilin: bu gün həbsdə günahsız yerə yatan “NIDA”çıların və tanınmış vəkil Qurban Məmmədovun həbs vəsiləsi mən və Qurban Məmmədovun özüdür. Bəli, oxuduqlarınızı səhv qavramadınız: Qurban Məmmədov və mən.
Ancaq “Səfillər”dəki vəziyyətlə fərq ondadır ki, indi yazacağımı sabah gedib məhkəmədə etiraf etsəm, nə məni tutan olacaq, nə də “NIDA”çı gəncləri azad edən.

                                                                  ***


Yanvarın soyuq günləri idi. Işdən evə gec və yorğun gəlmişdim. Təzəcə toxdayırdım ki, Qurban Məmmədovdan zəng gəldi: “Natiq, Xırdalana bir əsgərimizin meyiti gəlib. Uşağı döyüb öldürüblər. Dur get, onu çək. Dərhal get!”
Nə qədər acı olsa da, yazmalıyam. Bu bədbəxt hadisədə xəbər yükü görmədim. Əsgər ölümləri bizim üçün çoxdan adiləşmişdi. Az qala, o vaxt da, elə indi də “daha bir əsgərimiz şəhid öldü” xəbərlərindən “hava sabah yağışlı olacaq” xəbəri qədər həyəcanlana, təsirlənə bilirdik.
Qurban bəyin israrının qarşısında kompramisə belə gəldik: sabah tezdən gedib reportaj edəcəyəm.
Səhər “Azərbaycan saatı”ın operatoru Xalid Qarayevlə deyilən ünvana getdik. Deyilən ünvan bu ilin hadisəsi sayılan əsgər Ceyhun Qubatovgilin həyəti idi. Bəli, o ürək parçalayan foto və videoları orada çəkdik. Işə qayıtdıq, materialı internetə yerləşdirdik. Və bu günə qədər görünməyən oxunma rekordu yarandı - bu gün üçün həmin xəbərin oxunma sayı 330 mindən artıqdı. Ictimai ajiotaj yarandı və sonrası bəllidir.
Gəncliyin ardıcıl dinc aksiyaları başladı, qalxınmadan narahat olan hökumət fəalların bir qismini şərləyib həbsə atdı.
Qətiyyən belə rəy yaranmasın ki, Qubatovun ölümü ilə başlayan aksiyalar olmasaydı, həbslər baş verməyəcəkdi. Xeyr, gec-tez bu olacaqdı. Amma təkrar edirəm, Qurban bəylə bizim iş vəsilə oldu.
Bu baxımdan mən “NIDA”çı dostlarla Qurban Məmmədovun həbsində üzvü bağlılıq, vəhdət görürəm.
Bu, mənim etirafım idi. Indi söz səndədir, yoldaş hakim!

***

Etiraf bitdi, indi isə keçək ondan da az əhəmiyyətli olmayan faktlara. Bilirsiniz ki, Qurban Məmmədov gülünc bir ittihamla şərlənərək, zindana atılıb. Bu, onun üçüncü siyasi məhbus həyatıdır. Qurban Məmmədov ilk dəfə Sovet Azərbaycanında, sonra Heydər Əliyevin zamanında, bir də indi tutulub.
Son məhkəmə zamanı bəlkə də çoxlarınızın şablon saydığınız bir fikir işlətdi Qurban bəy: “Mən vaxtilə Azərbaycan bayrağını ilk dəfə dalğalandırmağıma görə ittiham olunanda indi filan-filan yerlərdə olanlar həmin vaxt məni dalğalandırdığım bayrağın altında yalan ifadələrlə, qurama istintaqla şərləyərək ittiham edirdilər”.
Qurban Məmmədovun dedikləri nə qədər obrazlı ifadə olsa da, eyni zamanda da faktolojidir, hərfi baxımdan doğrudur. Sizə təqdim edəcəyim faktlar ilk dəfə mətbuata yol tapır. Onları bir-bir incələyin və qərar verin: bu ölkədə Bayraq Günü elan edənlərin, ən uca bayraq dirəyi ucaldanların əməyi, qəhrəmanlığı, üç rəngli qumaşa aidiyyatı daha çoxdu, yoxsa Qurban bəyin?!
Bələdçimiz həmin vaxtda aparılan istintaq materiallarıdır - məhkəmə hökmü və ittihamnamə:
“Istintaq orqanı müttəhim Qurban Məmmədovu yuxarıdakı maddələrlə müqəssirliyə ona görə cəlb etmişdir ki, o, AXC Ali Məclisinin üzvü, AXC Sabirabad şöbəsinin əlaqələndiricisi olaraq, tabeliyində olan dəstənin üzvləri ilə 1989-cu ilin sentyabr-dekabr və 1990-cı ilin yanvarının ayrı-ayrı günlərində Sabirabad şəhərinin Lenin meydanında ictimai qaydanı kobud surətdə pozaraq, idarə, müəssisə və təşkilatların işinə mane olan mitinq keçirilməsini təşkil etmiş, həmçinin bu mitinqlərdə fəal iştirak etmişdir.
25 noyabr 1989-ci ildə qanunsuz keçirdiyi mitinqdə Sabirabad rayon Xalq Deputatları Sovetinin binası üzərindəki  Azərbaycan SSRI-nin bayrağı barədə təhqiredici hərəkətlər etməyə başçılıq etmişdir..."
Şahid ifadələrindən: “Qurban Məmmədov çıxışında XDS binası üzərindəki bayrağı göstərərək dedi ki, bu bayraq bizim bayraq deyil. Bu, xalqın qanı ilə yoğrulmuş bayraqdır. Bu, faşist bayrağıdır. Bu bayraq bizə lazım deyil, çıxarın onu atın, yerinə AXC bayrağını, bizim bayrağı asın. Bu vaxt orada olanların əlində üç rəngli bayraq vardı.
...Onlar Azərbaycan SSRI-nin bayrağını çıxarıb yerə tulladı, yerinə üçrəngli bayrağı asdılar. Azərbaycan bayrağı yerə düşəndən sonra Qurban Məmmədovla gələn azğınlaşmış adamlar onu cıraraq tapdaladılar".
Sabirabad rayon prokurorluğunun AXC Idarə Heyətinin sədri Əbülfəz Elçibəyə məktubundan: “...Sabirabad şəhər mərkəzində Qurban Məmmədovun təşəbbüsü ilə partiya biletləri yığılmış, Azərbaycan KP MK-nin binasına çoxyüzlü yürüş təşkil edilmiş, yürüşdə məqsəd birinci katibin istefasını tələb etmək olmuş, nəhayət buna nail olmuşlar.
Bundan sonra Qurban Məmmədov mitinqlərdən birində partiya biletini yandırmaqla, digərlərini də buna sövq etmiş, ona baxıb partiya biletlərini cıranlar da olmuşdu".

Bunlar hələ qurbannamədən kiçik hissələr idi. Ancaq təkcə bu detal, kimin kim olduğunu müəyyən etməyə kifayət edir.

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tale Bağırzadəyə görə İNTİHAR etdi

Unutmamalı, rejimin üzərində belə çoxlu qan var. Azadxeber.net saytına məlumat verən vəkil Yavər Hüseyn bildirib ki, Bəxtiyar Qurbanov və Röyal Əsgərov məhkəməyə gətirilmədiyindən proses təxirə salınıb. Yavər Hüseynov bildirib ki, şahidlərdən biri - Kamran Seyidov sonuncu məhkəmə prosesi günü işlədiyi Neft Şirkətində namaz otağında özünü asıb. Vəkil bildirib ki, Kamran Seyidov intihar etməmişdən bir gün əvvəl məktub yazaraq hər şeyə aydınlıq gətirib. Vəkil Yavər Hüseyn məktubun bir nüsxəsini də müxbirə təqdim edib. Həmin məktubda yazılanları olduğu kimi diqqətinizə çatdırırıq: “Mən Seyidov Kamran Nazim oğlu bu yazını yazıb bildirirəm ki, mən 06.04.2013 tarixində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılmışdım. Saxlanılmağımın səbəbi isə Bəxtiyar Qurbanov və Royal Əsgərovun 31.03.2013-tarixində mənim yaşadığım həyətdə mənimlə görüşməkləri olmuşdur. Görüş zamanı Bəxtiyar 900 manat borcunun olması və o borcu başına bir iş gələrsə, ödən…

Bəs deyirdilər, o hər şeyi bilir?!

Heydər Əliyevin rus jurnalistlərlə görüşündən :)
G e n n a d i  M a l t s e v: ...Sırtıqlıq kimi qəbul etməyin, bizə lütfkarlıqla bağışlanmış «Aforizmlər və müdrik kəlamlar» kitabınıza avtoqraf yazardınızmı?
H e y d ə r  Ə l i y e v: Bu kitab sizdə haradandır? Mən onu görməmişəm.
G e n n a d i  M a l t s e v: Bizdəki bu kitab rus və ingilis dillərindədir. Çox maraqlı kitabdır. Bəzi fikirlər biz jurnalistlərin unvanınadır.
H e y d ə r  Ə l i y e v: Mən bu kitabı görməmişəm.
G e n n a d i  M a l t s e v: Heydər Əliyeviç, axı, Sizin aforizmlərinizdir, Siz sadəcə olaraq, bu nəşri görməmisiniz.
H e y d ə r  Ə l i y e v: Yox, mən bu kitabı görməmiıəm.
G e n n a d i  M a l t s e v : Belə bir lətifə yadınızdadırmı, Leonid Ġliç Suslovdan soruşur: «Kiçik torpağ»ıoxumusanmı?». Suslov isə deyir: «Xeyr. Amma Pelşe oxuyub, deyir, maraqlı kitabdır».
H e y d ə r  Ə l i y e v: Yox, düzgün müqayisə deyil