Dəmirsizlik

Dəyərli xanımlar və bəylər, əziz yoldaşlar!
Uca səslə etiraf etməsək də, ürəyimiz ağıryaraq müşahidə edirik ki bu dilbər yurdumuzda günü-gündən özünü apara bilməyən, birgəyaşayış qaydalarını mənimsəməyən adamlarımız günü gündən artır.
Bunun bir səbəbi bizə aydındır: hakim ictimai-siyasi əclafdır, təbliğ olunan və ya üzdə olan siyasət adamlarımızı formalaşdırmır, əksinə olub qalanın da əlindən alır. Bu isə sonda axmaqlığın və bu kimi hərəkətlərin sayın artırır.
Lakin, mən BMT-nin Əhali Fondunun Azərbaycanda qidalanma ilə bağlı bir hesabatın oxuyanda daha bir səbəb tapdım və barmağımı dişlədim.

Ana və uşaqların qidalanması UNICEF tərəfindən ölkə əhalisinin rifahını daha da yaxşılaşdırmaqla önəmli dəyişikliklərin həyata keçirildiyi digər önəmli sahədır. Uzun dövr ərzində anemiya bir çox qadınların və onların yeni doğulmuş körpələrinin məruz qaldığı xəstəlik olmuşdur.

"Mütəxəssislər müəyyən edilmişdir ki, hər üç reproduktiv yaşda olan Azərbaycan qadınından ikisi anemiyadan əziyyət çəkir. Səhiyyə peşəkarları bu vəziyyəti “acınacaqlı” kimi təsvir edir. Bəzi yerli səhiyyə işçiləri bu vəziyyətə o qədər öyrəşiblər ki, hamilə qadın anemiyadan əziyyət çəkmədikdə, bu onları təəccübləndirir.
Bir çox hallarda səhiyyə işçiləri bu vəziyyətin ciddiliyini və bu vəziyyətin ananın həyatına təhlükə törətdiyini və uşağın əqli inkişafına mənfi təsir göstərə biləcəyini lazımınca dərk etmirlər".


Hər şey başa düşülən oldumu? Dəmir defisiti kəmağıllıq yaradırmış.