26.10.13

Bizə kömək et

Bu gün mən çox qəzəbliyəm.
Qəzəbim fərdi problemlərimlə bağlıdır.
Bu gün yenə maaşımı ala bilmədim, belə getsə onu alacağıma ümidlər də çox azdır. Onsuz da bir dərdə dərman olmayan bu az maaş hansısa bazar arvadına ( qəsdən belə acı yazıram) görə verilmir.
Bəli, vəziyyəti az-çox siz də bilirsiniz, “Azadlıq” qəzetinin hesabına həbs qoyulub. “Binə” bazarının bazarkomu Kəbirə qəzeti 32 min manat cərmələdib deyə. Gələn pullar ona gedir.
Dərd tək bu deyil ki...
“Azadlıq” qəzeti bir o qədər pulu da dişi-dırnağı ilə qazanıb hər ay metro Tağıya ödəyir.
Amma o zəhləmgetmiş reklamda deyildiyi kimi, bu da son deyil: qəzeti satan dövlət şirkəti bizə borcu olan 50 min manatı da ödəmir.
Bu azmış kimi “Metroyayım” şirkəti hər gün satdığı 1500 nüxsədən imtia edib.
Vəziyyət belə faciəlidir.
Qasim bəy Zakir nə gözəl demişdi
“Vilayəti viran eylədi yaxşi,
Bir qafili-piyan, bir mayili-kart”.
Biz qumarbaz və əyyaşların kaprizlərinə qurban olmuşuq.
Bir bazar arvadına ölkədə “Azadlıq” qurban verilir, lənət olsun!
Yaxşı indi, siz ey böyük ölkənin  şanlı insanları, nə fikirdəsiz?
Bu bazar arvadlarına təslim olaq ya yox?
Mən hayasızlığıma salıb sizdən soruşmaq istəyirəm: siz öküz döyüşünə zada baxmırsız ki? “Azadlıq” qəzeti bu vəhşi hökumətlə ən qansız riskləri boynuna götürərək dava aparır, nolar siz də bir kömək edin də.
Nə edə bilərsiz? Çox şey.
Məsələn,  qəzetin aylıq abunəsi 12 manatdır, ona yazıla bilməzsiniz? Çox rahat bilərsiniz. Sadəcə istəmirsiniz.
Mən sizdən kömək umuram. Bunu açıq və utanmadan deyirəm.
Bizi bazar arvadlarının ayağına verməyin.
Siz deyəcəksiniz, bezdik, daha nə qədər imdad olar. Bəli, haqlısız, “Azadlıq” az qala hər ay belə problemlə üzbəüzdü. Ancaq, neynəyək bizi düz danışdığımıza görə cəzalandırırlar.
İki yol var: yalançıları səlahiyyətdən məhrum etməliyik, ya da özümüz susmalıyıq.






16.10.13

Siyavuş Novruzov dəli olub

İstənilən adamla mübahisəyə hazıram: Siyavuş Novruzov dəli olub, o idrakdan məhrumdu.
Müsahibəsinin hələ bir abzasın oxumuşam, adam kəllə- mayallaqdı.
Birinci cümlədə deyir ki, ATƏT-nin İlhama oğru, saxtakar deyən təsisatı DTİHB ABŞ-ın sözü ilə oturub durur.
İki cümlədən sonra isə deyir ki, DTİHB qyeri-ciddi təşkilatdı, onların hörməti, mötəbərliyi yoxdur, heç ABŞ öz seçkilərinə onları buraxmayıb.
Birincisi: DTİHB qeyri ciddi təşkilat olsaydı Mehdiyev daxil olmaqla hakimiyyətdəkilər bu cürə isterikaya düşməzdi.
İkincisi: DTİHB -i ABŞ-a bağlamaqla Siyavuş özlərini lap pis duruma salır. Azərbaycab camaatı ayıqdı, bir az da yıxılana balta çalandı.
Xalqımız siyavuşun sözlərini Allah edə ciddiyə ala. Onda hamı biləcək ki, biz heç bunların üstünə ABŞ gəlir, bu isə oğruların sonudur.

15.10.13

Heydər Əliyevin ayaqları altında ölmək istəyən adam

Bu gün Qurban bayramıdır.
Düşündüm, dostlarımı, oxucularımı bu gün necə şad edə bilərəm.
Əlbəttə, könül istərdi, bir cöngə kəsil dostlara paylasın, ancaq bilirsiz, buna gücüm çatmaz.
Qələm adamınınkı yazıdır, mən onu sizə hədiyyə edirəm. Bu yazı Heydər Əliyevlə Çoban Xanışın dialoqudur. Keçən əsrdə yetkinlik yaşına çatanlar bu çıxışı dinləyib, təbrizlilər demiş, betər keyf aparıblar. İndi siz də oxuyun kefinin kökəlsin.
Yazıda ən diqqət ediləcək yer, qırmızı ilə işarə etdiyim yerdən aşağıda baş verənlərdi.
Heydər Əliyevə "Sizin kimi kişinin ayağı altında ölüm", sizi görməklə elə bil ki, gedib Kərbəlanı ziyarət edirəm" mədhiyyəsin söyləyən Xanış bircə kəlmə deyir ki, camaatın dolanışıqda bəzi çətinliyi var!
NƏƏƏƏ! Çətilik! 
Heydər Əliyev onun üzərində hücum çəkir. Və Xanışı çox incə yerindən vurur. Bilir ki, Xanış qanunsuz olaraq rayon islahat komissiyasına sədrlik edir və başlayır ordan onu vurmağa. Oxuyaq :)
Heydər Əliyevin Qurban Bayramı günü Lerikli fermer Xanış Şahıyevlə görüşdə çıxışı
 18 aprel 1997-ci il

Heydər Əliyev: Səni və Lerik camaatını Qurban bayramı münasibətilə təbrik edirəm. Qurban bayramı xalqımızın, millətimizin milli, dini bayramıdır, əziz bayramımızdır. Bu gün bütün xalqımız bayram edir. Bir zəhmət adamı, əsl
Azərbaycan vətəndaşı kimi bu bayramı həm öz evində qeyd etmisən, həm də qurban kəsib gətirmisən ki, onu səninlə birlikdə paylayaq, camaatın bu bayramı yaxşı keçirməsinə kömək edək. Çox sağ ol, təşəkkür edirəm.
Səninlə artıq birinci dəfə deyil ki, görüşürük. Sən mənim dostumsan, mən də sənin dostunam. 
Mən həmişə dostluğa sədaqətli olmuşam. Həmişə arzu etmişəm ki, mənimlə dostluq edən adamlar sədaqətli olsunlar. Düzdür, həyatımda sədaqətsizliyə də rast gəlmişəm. Ancaq bu böyük, uzunmüddətli həyatımda mən xalqın sədaqətini həmişə hiss etmişəm və ona yüksək qiymət vermişəm. Bu ağır dövrlərdə məni yaşadan, bütün bu çətinliklərin öhdəsindən gəlməyimə imkan verən xalqın sədaqəti, xalqın zəhmətimə verdiyi qiymət olubdur. Mənim ən böyük dayağım xalqdır.
Xalqın da ən görkəmli nümayəndələrindən biri sənsən.
Lerik Azərbaycanın dağ, ucqar rayonudur. İndi sən dedin ki, Lerikdə 64 min əhali yaşayır. Orada gözəl insanlar, zəhmətkeş adamlar, qəhrəman insanlar yaşayır. Bu qəhrəmanlardan biri də sənsən və doğrudan da nümunəsən. Həm əməkdə, həm həyatda, həm də Vətənə sədaqətində qəhrəmansan. Oğlun şəhid olubdur, övladların ölkəmizə sədaqətlə xidmət edirlər. Məni sevindirən odur ki, indi sən bildirdin, iki oğlunu orduya xidmətə göndərmisən. Gördüyün işlər, zəhmətin, qazandığın hörmət ailənlə birlikdə sənin xalqa, millətimizə göstərdiyin böyük xidməti sübut edir. Ona görə də mən sənə təşəkkür edirəm. Xahiş edirəm, mənim salamımı, bayram təbriklərimi bütün Lerik camaatına çatdırasınız. Mən leriklilərlə əbədi dostam. Bu dostluq çox böyük sınaqlardan keçibdir. Bu dostluğun ən gözəl nümunəsi isə mənim səninlə dostluğumdur. Bu gün sən gözəl sözlər danışdın. 
Bilirsiniz, mən keçən dəfə də demişəm, alimlərimiz, yazıçılarımız, şairlərimiz, mədəniyyət xadimlərimiz hesab edirlər ki, dəyərli sözləri onlar deyə bilərlər. Ancaq xalqımızın çoxəsrlik tarixində dəyərli, müdrik sözləri müdrik insanlar deyiblər. Müdriklik təkcə o insanların elmi biliyi, təhsili ilə bağlı deyildir. Müdriklik insanın fıtri istedadıdır, müdriklik həm də insanın həyatı dərk etməsi, gedən proseslərə düzgün qiymət verə bilməsi və ondan özü üçün lazımi faydalar götürməsidir. Sən dağda yaşayan, təsərrüfatla, heyvandarlıqla məşğul olan bir şəxssən. Azərbaycanın xarici siyasəti haqqında nə gözəl, ağıllı, dəyərli sözlər deyirsən. Lissabon Zirvə görüşündə dünyanın 54 dövlətinin başçılarının toplandığı mötəbər beynəlxalq tədbirdə Azərbaycan Respublikasının siyasətinin əldə etdiyi nailiyyəti, qələbəni tamamilə doğru, düzgün qiymətləndirirsən, bu qələbəyə sən qurban kəsmisən.
Xanış Şahıyev: Cənab prezident, bayaq da dedim, mən Sizin keçirdiyiniz bütün tədbirlərə, səfərlərinizə televiziya vasitəsilə çox böyük maraqla tamaşa edirəm. Bu gün mən buraya 155- dən çox qurban kəsib gətirmişəm. Mənim üçün Sizinlə dostluq etməkdən böyük xoşbəxtlik yoxdur. Siz mənim gözəl prezidentimsiniz. Bu, gözəl arvadımdır, bu da mənim nəvəmdir. Kişi gərək kişinin ayağı altında ölsün, namərdin yox. Mən Allahdan həmişə arzu edirəm ki, Sizin kimi kişinin ayağı altında ölüm. Bu, mənim üçün bəsdir. Elə bil ki, gedib Kərbəlanı ziyarət edirəm. Lissabonda dünyanın bütün ölkələrinin başçıları Sizin sözünüzü eşitdi. Siz bu qələbəni əldə etdiniz. Qoy xalq da bilsin ki, əgər Siz hər hansı bir işdə mənə kömək etsəniz, mən dostluğu pozaram. Bu mənə bəsdir ki, mən Heydər Əliyev kimi böyük bir şəxsiyyətlə dostluq edirəm. Mən tamahkar adam deyiləm. Adam var ki, vəzifə dostudur, adam var, ehtiyac dostudur. Amma mən ürək dostuyam, bir gün də məktəbə getməmişəm.
Heydər Əliyev: Sən vəzifəli adam deyilsən. Amma nə qədər böyük məktəblər qurtarandan da çox ağıllı sözlər danışırsan.
Xanış Şahıyev: Mən uşaq deyiləm ki, prezidentin dostuyam.
Heydər Əliyev: Prezidentin dostu olmaqla yanaşı sənin əməllərin, həyatın var.
Xanış Şahıyev: Mən boş-boş danışan adamları sülhə, prezidentin ətrafında birləşməyə çağırıram. Cənab prezident, rayonumuzda işlər çox yaxşı gedir. Əkin də yaxşı gedir. İndi yaylaqdan Lerikə yeni su kəməri çəkilir. Bu su yayda gəlib Lerikə çatacaqdır. Yaxşı işə Siz də, biz də qiymət veririk.
Heydər Əliyev: Müdriklik insanın kökündə, əməllərindədir. Mən də səni öz dostum, müdrik bir adam kimi qəbul edirəm. Müdrik, ağıllı adamsan. Sənin bu təşəbbüsün Azərbaycanda bütün zəhmət adamları, saf, pak insanlar üçün böyük nümunədir. Çox sağ ol. Təşəkkür edirəm. Sən bu qədər qoyun kəsib gətirirsən. Lerikdə camaat yaxşı yaşayır, yoxsa yox?
Xanış Şahıyev: Mən prezidentə yalan danışa bilmərəm, çətinlik var. Amma Allahın köməyi ilə ötən il payız Lerikdə çox yaxşı keçdi. Camaat necə lazımdır, elə də əkib. Allahın köməyi ilə gələn il leriklilər taxıl satacaqlar.
Heydər Əliyev: Mən Lerikdə gedən islahat haqqında soruşmaq istəyirəm.
Xanış Şahıyev: Mənə elə gəlir ki, heç bir rayonda Lerikdəki kimi islahat getmir. Lerikdə malqara, qoyun nəzarət altında camaata verildi. Rayonda islahatlar çox yaxşı gedir.
Heydər Əliyev: Biz islahatların gedişi vəziyyəti haqqında müşavirə keçirdik. Sən ona qulaq asdm?
Xanış Şahıyev: Sizin tədbiriniz olanda mən işimi-gücümü atıb həmin gün televizorun qarşısında oturub bunlara qulaq asıram.
Heydər Əliyev: Sən müşavirədə gedən müzakirələri bəyəndinmi? Demək istəyirəm ki,islahatlarla əlaqədar görülən işlər doğru-düzgün işlərdimi?
Xanış Şahıyev: Bəli, bunlar çox düzgün işlərdir. Xalq bütün bünları çox yaxşı qarşılayır. Fəhlə onsuz da fəhlədir, qoy o boş-boş danışanlar da işə qoşulsunlar.
Heydər Əliyev: Biz istəyirik ki, camaatın malı, mülkü olsun, adamlar sahibkar olsunlar, hərə öz mülkünün sahibi olsun.
Xanış Şahıyev: Bunlar mənim ata-babamdan qalma malımdır. Əgər təsərrüfatım yaxşı olmasaydı, bunları bura gətirə bilməzdim. Gərək camaat da çalışsın, işləsin, öz xüsusi malına, əkininə yaxşı baxsın.
Heydər Əliyev: Lerikdə torpaq camaata paylanıbdırmı? Camaat bundan razıdırmı?
Xanış Şahıyev: Bəli, paylanıb, camaat da bundan çox razıdır. Ağsaqqal olduğuma görə məni islahat komissiyasının sədri təyin ediblər. Hər iş razılıqla görülür, hamı bu təşəbbüsü bəyənir.
Heydər Əliyev: Çox sağ ol. Mən sənə təşəkkür edirəm, səni təbrik edirəm. Çox yaxşı ki, bu dəfə xanımını da gətirmisən. De görüm, bu sənə neçə övlad bəxş edibdir?

Xanış Şahıyev: 17 uşaq anasıdır. Onların 16-sı oğlandır. Bu uşaqlardan ikisi şəhid olubdur. Hörmətli prezident! Mənim ailə üzvlərim ilə mehribanlıqla görüşdüyünüzə görə Sizə bir daha öz dərin minnətdarlığımı bildirirəm.

13.10.13

Zəhərlənməmisiz ki?


Katalizator. Bu söz zənnimcə, çoxlarına aydındı.
Katalizator, kimyada reaksiyanın sürətini artıran, ancaq özləri reaksiyada istifadə olunmayan maddələrə deyilir. 

Katalizator reaksiyanın başlanğıcında necədirsə, sonunda da elə olur: çəkisi, rəngi, xasssəsi dəyişmir.
 İngibitor. Bu söz isə yəqin, çoxlarına  aydın deyil.
İngibitor, kimyada reaksiyanın sürətini azaldan, ancaq özləri reaksiyada istifadə olunmayan maddələrə deyilir.
 İngibitorun reaksiyanın başlanğıcında necədirsə, sonunda da elə olur: çəkisi, rəngi, xasssəsi dəyişmir.
İngibitorlar həm də katalitik zəhər adlanır.
İngibitor katalizatorun əksidir.
Bizim aramıza xeyli ingibitor soxulub.
Onları guya “mübariz”dilər. Ancaq əsas missiyaları mübarizə aparan insanları zəhərləmək, ümidsizlik qığılcımı olmaqdı.
Belələrinin ən böyük silahlarından bir neçəsi “onsuz da xeyri yoxdur”, “əşşi gördük də”dir.
"Tövrat"da Süleyman peyğəmbər sərkərdələrinə tövsiyyə edirdi:" Döyüşə gedəndə ürəksizləri qoyun qalsın evlərində. Çünki cəsurluq kimi qorxaqlıq da sirayət edicidir".
Sözüm budur: Zəhərlənmədən qorunaq.
Var ümid gələcəyə!

Mirşahin və Cəlal Əliyev+ Vüsal Qasımlı

Cəlal Əliyev
 Hamımız Mirşahinə əsəbləşmişik, yenə. Haqsız da deyilik.
Mirşahin müəllim hər dəfə ANS-də iftira deyəndə akademik Cəlal Əliyevin onun haqqında fikirləri yada düşür.
Mənə elə gəlir ki, hər dəfə o məşhur çıxış yayılanda, ictimailəşəndə ən çox od tutub yanan Mirşahin müəllim yox, akademik Əliyev olur.
Niyə? Əlsa ona görə yox ki, ağsaqqal yaşında latayır söyləyib. Yox, yox, bu deyil.
Sizə bir sirr açım: Sizin yadınızdadı Cəlal müəllim onda niyə sinirlənmişdi? 

Vüsal Qasımlı
ANS-in "Hesabat" jurnalinda gedən "ən varlı azərbaycanlılar" məqaləsinə (Məqalə barəqə qısa qeydi burdan oxu) görə. O yazının müəllifi isə iqtisadçı və bir zamanların alovlu müsavatçısı Vüsal Qasımlıydı.
Vüsal Qasımlı indi İlham Əliyevin yanında yaradılan Strateji Araşdırmalar Mərkəzində yüksək post tutur.
Təsəvvür edirsiz?
Deyilənə görə Cəlal müəllimi Prezident Aparatına buraxmırlar, Vüsal Qasımlı isə orda strateji işlər görür. Özünüzü qoyun Cəlal müəllimin yerinə, siz hafizhacıyev demişkən, od tutub yanmazsız?
"7 oğul istərəm" filmində Cəlal hakim zümrənin qızına görə dostlarının tənəsini yeyir.
Bizim çağdaş Azərbaycanda tarix, bir az kobudluqla da olsa təkrarlandı. 
Siyasi kluarlarda belə söhbət var ki, Cəlal əminin vurulmasına səbəb İlham Əliyevin həyat yoldaşıdır.
Hətta belə bir şəhər əfsanəsi də var.
Cəlal Əliyev gəlir Prezident Aparatına və ordakılara deyir: İlham Paşayevə deyin, Cəlal Əliyev gəlib!

12.10.13

Oğru işin gördü, növbə doğrunundu!

Hamınız gördük: 9 oktyabrda İlham bizim haqqımızı oğurladı, əslində ölkədə dövlət çevirilişi baş verdi.
Şükürlər olsun, bu dəfə deyəsən, beynəlxalq təşkilatlar qara kürüyə uymayıb. ATƏT , ABŞ Dövlət Departamenti, İngiltərə hökuməti seçkilərin saxta olduğun deyir.
 Bəs sonra nə olacaq?
Proqnoz vermək indi asandır:  12 oktyabrda keçirilən saxtaklarlığa etiraz mitinqi və ümumiyyətlə oğruluğa qarşı kütləvi qəzəb sistemli xarakter alsa və yüksəlsə şər rejimi rahatlıqla cəhənnəmə vasil olur.
Günün bir nömrəli iş psixoloji üstünlüyü qoruyub saxlamaq, təşkilatlanmaq və dinc etirazları davamlı etməkdir.
Bunları edə bilməsək küsməyə, talemizdən üz döndərməyə, beynəlxalq təşkilatlardan inciməyə dəyməz.
Niyəsin başıma gələn hadisə ilə izah edəcəm.
Türməyə təzə düşdüyüm günlər idi. Hələ polisdə saxlanırdım. Yanıma bir cavan yeniyetmə gətirdiler. O tutularkən polisin başına getirdiklərin danışırdı, saçların biz-biz dururdu.
Məsələn, deyirdi onu it kimi döyüblər, bu öz yerində, sonra ise ana-bacısın ağır söyüblər, daha sonra deyiblər ki o söyüşdə ifadə etdiklərin əzizlərini gətirib gözünün önündə edəcəklər.
... Mən xeyli əsəbiləşdim. Adama dedim, sənə görə nə lazımdı etməyə hazıram, öz işimi lap unuduram. Başladım onun haqda DİN, MTN, beynəlxalq təşkilatlara, qəzetlərə şikayət yazmağa.
 Yazdım bitirdim sonra dedim di gəl imzala.
Yeniyetmə duruxdu və imtina etdi. İndi daha betər əsəbiləşdim. Ona imza atmağı üçün bütün səyləri divara dəydi.
Bütün bunlardan sonra dedim, igid, sənə deyəsən axı hələ az söyübler, sən o təhqirlərin hamısını qəbul etməyə hazırmışsan ki...
Bunları yazmaqda məqsədim odur ki, çox beynəlxalq təşkilatların bizə ürəyi yana bilər, burda dəyişiklik olmasın istəyərlər, fəqət biz əliyevlərin zülmünü, haqsızlığını həzm edəcəyiksə onda heç.
Ümidvaram ki, zülmdən, haqsızlıqdan pəhriz saxlamağı qəbul edənlərin sayı indi daha çoxdur və artmaqdadır.

10.10.13

İlham Əliyevin qələbədən çox istədiyi şey haqda

Fotodakı çiçəyi görürsünüz?
Şübhəsiz həyatda belə hadisəyə rastlaşmısınız.
Zərif bir bitki qalın bir örtüyü deşib boya ata bilir.
Burda hikmət odur ki, bütün bitkilərdə günəşə tərəf can atma var.Yalımıransa botanikada müsbət polyarlıq deyirdilər.
Azərbaycanda da hazırda belədir; hesab edin, ölkədə "günəşə axın-axın yürüş edən" bir  zümrənin üstündən İlham Əliyev asfalt çəkdi.
Bu müvəqqəti haldır.
Heç kim bizim ürəyimizdəki o günəşə canatmanı ləğv edə bilməz. Bu insan fitrətidir, heç kimin poza bilməyəcəyi bir fitrət!
Odur ki, əmin olun. Əliyevlərin simasında urcah olduğumuz bu zülm, zillət tezliklə ölkəmizdən rədd olub gedəcək. Asfaltları körpə amma günəşə qovuşmaqda israrlı olan fidanlar dağıdacaq.
O günə az qalıb.
Düşmənin ən böyük istəyi, bizə qalib gəlməkdən daha çox bizi mənəvi olaraq sındırmaq, asfaltı çiçəklərin deşmək gücündə olmamasına inandırmaqdı. İnanmayaq.