Təkcə Rəşadətin babası deyil...

Heç kim və heç nə unudulmur silsiləsindən

AXCP mətbuat xidmətinin  bülletindən (2006-ci il)

Müşfiq Ələkbərov (AXCP-dən siyasi məhbus) avqustun 29-da  Naxçıvan Muxtar Respublikasında  bu il iyulun 26-da 6 il azadlıqdan məhrum olunub. 
M.Ələkbərov CM-in 221.2.2 və 228.1 maddələrilə (xuliqanlıq və qanunsuz silah  və sursat saxlamaq) təqsirli bilinir.  
Xatırladaq ki, M.Ələkbərovun 2005-ci ildə parlament seçkiləri zamanı məntəqə seçki komissiyasının üzvü olub. Həmin dövrdə M.Ələkbərov Azadlıq blokundan deputatlığa namizədin səlahiyyətli nümayəndəsi olub.  H.Niftəliyevin rəqibinin O, yerli xəstəxananın baş həkimi,  YAP-dan deputatlığa  namizəd H.Niftəliyevi saxtakarlıqda və seçiciləri pulla ələ almaqda ittiham edib.  Bundan sonra M.Ələkbərov amansızcasına döyülüb, ancaq buna görə   heç kim məsuliyyətə cəlb olunmayıb. M.Ələkbərov yerli xəstəxananın baş həkimi Hüseyn Niftəliyevin şikayəti əsasında həbs edilib. O, müxalifətçini kobudluqda suçlayıb. Bunun  əsasında polis M.Ələkbərovun evində axtarış aparıb, bir avtomat patronu və giliz aşkar edib. 
Bununla belə, zərərçəkən ictimai asayişi pozmaqda günahlandırılıb, H.Niftəliyev  isə deputat olub. 
Məhkəmənin çıxardığı qərəzli hökmündən sonra M.Ələkbərovun anasının ürəyi dayanaraq vəfat edib.