Sidik-cinsiyyət orqanları

Azərbaycan hakimiyyətinin dayağı, deyirlər ki, hüquq-mühafizə orqanlarıdır. Mənsə deyirəm, xeyr! O dayaq, istinadgah sidik-cinsiyyət orqanlarıdır.
Məhz sidik cinsiyyət orqanları sayəsində hakimiyyət rəqiblərin gözdən salır.
Məhz bu orqanlar sayəsində hakimiyyət öz kütləvi informasiya, təbliğat orqanlarına reytinq, oxucu yığır.
Siz baxın, hakimiyyətin nəzarətində olan saytların əsas xəbərlərinə
"10 yaşlı qız zorlandı"
" Filan məşhurun alt paltarı göründü"
"Qız qardaşından hamilə qaldı" və s