Ərəstun Oruclunun ALGAsı-3

soldakı xanım-Yasemin Pamukdur, sağda ayaq üstə dayana isə Səbuhi Qafarov
Bu yazını oxumanızdan əvvəl bundan əvvəlki "Ərəstun Oruclunun ALGASI-2" qeydi oxumanız şərtdir.
Almaniyanın Fridrx Nauman Fondu üvli dərəylərinin tərənnümü və yayılması üçün qurulub. Hər halda onlar özləri belə deyir.
Onlar istəyir ki, cəhalət və anti-demokratiya girdabında boğulan azərbaycanlıların sivilizasiyanın daha yüksək mərtəbələrinə adlamasına vəsilə olsunlar. Bunu da onları qeydlərindən oxumuşam.
Fondun burdakı rəhbəri Səbuhi Qafarlıdır. Mən onun hərəkətlərindəki qərəzi, prinsipsizliyi və ədalətsizliyi ötən yazımda açıq dəlillərlə göstərdim.
Qısa desək, cənab Qafarovun fondu mağara təfəkkürü ilə yönəltməsinə dair bir fakt yazdım. Onun özünün bu pozuntunu aradan qaldırmaqda maraqlı olmadığına əmin olandan sonra ümidlərimi dəfn eləmədim.
Düşündüm ki, Qafarov nə qədər azərbaycansayağı olsa da, əlbət onun patronları bəyan etdiyi prinsiplərə sahib insanlardı.
Oturub baş verənlərlə bağlı fondun Qafqaz üzrə rəhbəri Yasəmin Pamuk xanıma təsirli bir məktub yazdım.
Soruşdum ki, "nə üçün sizə tənə edə bədgü
                   namusunuza layiq işdirmi bu?"
Yasəmin xanim uzun müddət idi ki mənim facebook dostum idi. Ona ard-arda üç dəfə müraciət etdim.
Hüsni zənn idim, deyirdim bəlkə məktubları görmür, olur axı belə şeylər.
Və nəhayət... Bir gün o mənə cavab verdi: facebook dostluğundan məni silməklə.
Adam az qalır AzTV olub hayqıra ki, budurmu sizin bərqərar etmək istədiyiniz demokratik dəyərlər?
Budur fərqli sözə, etirazçılara qulaq kəsilmə mədəniyyətiniz?
Ən pisi odur ki, siyasi fəalları firqəçilikdə ittiham edən bir çoxları bu aşkar pozuntuya qarşı nəinki səsini ucaldır, hətta Qafarlının timsalında fondun hərəkətlərinə bəraət də qazandırırlar.
Biz Azərbaycan hakimiyyəti ilə dialoqa girə bilmirik, hakimiyyət jurnalist sorğularını vecinə almır.
Onun bu qaba hərəkəti isə xarici fondalar üçün yaxşı fəaliyyət növüdür; həftə səkkiz mən doqquz vətəndaşların müraciətlərini cavablandırmanın yolu və s mövzuda seminarlar keçirib, tər tökürlər.
Həyat isə göstərdi ki, Cavid demişkən "rəqsi təlim ediyor axsaqlar "
PS. Müəllif almanca bilən və bu mətnlərin tərcüməsində ona yardım edəcək xeyrxahın axtarışındadır