REAL vəziyyət belədir

REAL-çılarla aramızda baş verən söz davasına bu gün bir sıra KİV yer ayırıb.
Bir: Ən pisi odur ki, bu mövzuda daha çox düşmənlərin yazdığı məqalə tirajlanıb və paylaşılıb.
Bu mövzunu işləyən saytın sahibi Lider TV-də əxlaqsız və mənəviyyatsız sujetləri ərsə gətirən məxluqdur, onun adını və saytını bura yazıb şərəf vermək istəmirəm.
Mən REAL-la aramızda olan söz davasın inkar etmirəm, narazılığım narahatlığım bu "davanı" düşmən mətbuatının təqdim ediyi formada hörmətli "Yeni Müsavat" və mia.az kimi mətbu nəşrlərdə yer almasıdır. 
Lütfən, o yaramaz adamın məhsullarına bir də sahib durmayın, ona həyat verməyin. İmkan verin, kanalizasiya təfəkkürü ilə o öz həyatın yaşasın.
İki: Bu yazıda mənə istinadən yayılan "REAL-çılar İlqar Məmmədovun məzlum durumundan sui-istifadə edib, onun imicini xərcləyirlər" fikirindəki "məzlum" sözü birmənalı qarşılanmayıb.
Burda işlədilən məzlum sözü, izahlı lüğətdə də ək olunduğu kimi “Zülm çəkmiş, zülm olunmuş, zülmə məruz qalmış, zülm altında olan” anlamındadı və mənim İlqar bəyi bu durumdan kənarda təsvir etməyim mənəviyyatsızlıq olardı.
REAL-a olan bütün iradlarıma rəğmən İlqar bəyi xalqımızın qiymətli insanı sayıram. Onun azadlığı üçün əlimdən gələn hər işi görməyə hazıram.