Pərviz Həşimliyə qarşı şiddət var (YENİ)

Bayaq Pərvizin atası zəng etmişdi.
Dedi ki, məlumat alıblar.
Gecə Pərvizə MTN-də fikizi və psixoloji təzyiq olub.
Pərvizə olunan təzyiqlərin tək səbəbi var: efirə çıxıb AXCP sədri Əli Kərimliyə qarşı bəyanat səsləndirməlidir!
Pərviz onların hamısına "yox" deyib. Bütün əzablara, şiddətə rəğmən!
Pərvizin atası belə dedi:"Halal zəhmətlə böyütdüyüm oğlum başı kəsilsə də belə namərd işə getməyəcək.O, özü də bildirib ki, heç bir cinayəti yoxdur, heç kimə də böhtan atan deyil.
Oğlumu, işi qələm, dəftər olan Pərvizi terrorçu, Əl-kaidəçi etmək istəyirlər.
Bacarmayacaqlar"
PS.saat 12-də RATİ-də Pərvizin işi ilə bağlı atası və dostlarının mətbuat konfransı var.
Kimə maraqlıdırsa dəvətlidir