Əliyevə "bəsdir!" deməyin zamanı gəldi

Əziz dost.
Azərbaycan müxalifəti birləşib bir namizədlə seçkiyə getdi.
Biz Cəmil Həsənlinin namizəd etdik, sən onu prezident edə bilərsən!
İstəyirsənmi?
44 ildir bizim ellərdə Əliyev sülaləsi hakimdir.
Bu hakimiyyət hərislərini əvəzləmək üçün sizə təqdim etdiyimiz insan yalançı deyil,
 rüşvət almayıb,
yetim malı yeməyib,
 şər atmayıb, saxtakarlıq etməyib.
Elm adamıdır, siyasətdə mötəbər şəxsdir.
Ağırbatman kişilərdəndir!
Xalq üçün canıyanandı!
Səsi beləsinə də verməyib neynəyəcəksiniz?
Bəsdir Əliyev deyək, Cəmil bəyi rəhbər edək!