Ana içeriğe atla

Hüseyn Abdullayev təhlükəsi

Kəmalə Bənənyarlı. Bu gənc xanım kütəlvi aksiyalarda qəhrəmanlıqlar yaradan birisidir. Cəbhəçidir. Facebookda da durmadan rejim əleyhinə fəaliyyətdədir.
Mən gecənin bu vaxtı (saat 3-56)  onun Hüseyn Abdullayevi göyə qaldıran statusunu oxuyub yerə çırpıldım.
Niyə?
Kəmalə Bənanyarlı minlərlə bizim ana bacımız kimi kütləvi aksiyalarda polis vəhşiliyi ilə üzləşənlərdəndi. O ancaq haqqı dilə gətirdiyinə görə vəhşiliyə tuş gəlir; həbs olunur, cərimələnir, anti-insani münasibətlə üzləşir.
Bunu edənlər kimdir? Yeni dövrün hüseynabdullayevləri.
Bəli, yanılmırsız, bir zaman belə namərd hərəkətlərin təşkilatçılarından biri və böyüyü Hüseyn Abdullayev olub.
Kəmalə Bənənyarlının indi onu övməsi ictimai əxlaq normalarının çeynənməsidir.


Bu günkü hüseynabdullayevlərə qol-qanad verən statusdu.
Bu günkü hüseynabdullaeyvlər düşünməyəcək ki, madan istənilən cinayəti, vəhşiliyi edəndən sonra bir həzn mahnı ilə döyüb, təhqir etdiyin insanların könlünü almaq mümkünsə niyə nanəcibliyimi davam etdirməyim?
Bəlkə mən yanılıram?
Burda birlirəm ki, deyəcəksiniz bağışlamaq uca işdir, alicənablıqdır, bağışlayaq. Mən sizlə razılaşacam.
Fəqət, sizin yadınıza salacam, bağışlama nəyin qarşılığında olur? İnandığınız Allah özü ən böyük bağışlayan olmasına rəğmən tələb edir: tövbə et, sonra bağışlayım.
İndi sizdən soruşuram, bəli, tutaq ki, Hüseyn Abdullayevin mahnısı gözəldi, amma o tövbəkardımı? Siz onun bir zaman müxalifətçiləri döydürtüyünə, təhqir etdiyinə görə peşimançılıq çəkdiyini, sizlərdən üzr istədiyini eşitmisinizmi?

Mən eşitməmişəm, görməmişəm.


Xülasə, mən baş verən bu hadisəni təhlil edəndə bir daha Leninin əzəmətini gördüm. O mübarizə aparan insanların sentimentalizmə meyillənməsini az qala inqilabı xəyanət sayırdı. Bizim evimizi romantika, sentimentalizm yıxdı qardaş. Sonda bu mahnını Kəmalə xanıma ərməğan edirəm.

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir ... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.
Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.
Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətini…

Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında …