AXCP-də hesabat xarakteli iclas keçirirdik. Əli Kərimli
(partiya sədri) hamını dinlədi, vəziyyət yaxşı deyildi, hesabatların
məzmunundan görünürdükü mən daxil çoxu öz vəzifəsinə etinasız yanaşıb, vəzifə
borcunu gərəyincə yerinə yeriməyib.
O zaman Əli Kərimli ömrü boyu unutmaycağım və hər kəs üçün ibrətlik fikir dedi.
O zaman Əli Kərimli ömrü boyu unutmaycağım və hər kəs üçün ibrətlik fikir dedi.
Təxminən belə:
“mən heyrət edirəm, siz o sıravi JEK işçilərin görmüsünüz, onlar
5-10 manat maaş alırlar, ancaq seçki saxtakarlığı üçün qarışqa kimi çalışırlar.
Bütün qüvvələrini bu işə qoyurlar.
Mən soruşuram: niyə bizdə o JEK işçısındə olan qədər öz işinə bağlılıq, can yandırma yoxdur?
Mən soruşuram: niyə bizdə o JEK işçısındə olan qədər öz işinə bağlılıq, can yandırma yoxdur?
![]() |
Şamil Vəliyev |
Bu suallar
indi, seçki kampaniyasının bu gərgin anlarında xüsusən aktualdır. Siz hafiz
hacıyevin mitinqini gördünüz. Pis demək olmaz. Babat idi. Əlbəttə, ora
yığışanlar hafizlik deyil, İlham Əliyevlikdir.
Ağa deyib, davay dərəyə, onlar da sürüblər ora.
Ağa deyib, davay dərəyə, onlar da sürüblər ora.
Mən jurnalist Sevinc Vaqifqızını qeydlərindən oxuyanda ki, BDU-nun
jurnalistika fakültəsinin dekanı Şamil Vəliyevi tələbələri başına yığıb Hafizin mitinqə
gətib, yerə çökdüm, başım hələ də ağırıyır.
Bu alçaq mənzərənin, Azərbaycan insanın qürurdan məhrum edilməsinin
baiskarı hazırkı hakimiyyətdir və mən buna görə əliyevləri şiddətlə
lənətləyirəm. Fəqət o lənətdən daha artıqın özüm, dostlarım, əqidədaşlarım üçün
edirəm.
Axı niyə biz “onlar” qədər işimizə bağlı deyilik?
Necə olur ki, universitetdə vəzifəsi olan bir müəllim hətta özünə
rəva bilir ki meydana gəlib Hafiz Hacıyevi dinləsin, ancaq biz Cəmil Həsənli
kimi cəsarətli və ləyaqətli adamın mitinqindən yayınmaq üçün min bir yol
tapırıq, yolu tapmayan da da qarnımız ağırıyır.
Xüsalə, söz budur: şər cəbhəsi qədər öz dəyərlərimiz uğrunda fədakar və
inadcıl olmasan bizi əbədiyyən İlham- Haciz tandemindən çox bəlalar dadmalı
olacağıq.