Ana içeriğe atla

Kayıtlar

Eylül, 2013 tarihine ait yayınlar gösteriliyor

Balıq hafiz gülməlidir, ya biz?

Bir neçə il əvvəl idi.  AXCP-də  hesabat xarakteli iclas keçirirdik. Əli Kərimli (partiya sədri) hamını dinlədi, vəziyyət yaxşı deyildi, hesabatların məzmunundan görünürdükü mən daxil çoxu öz vəzifəsinə etinasız yanaşıb, vəzifə borcunu gərəyincə yerinə yeriməyib.
O zaman Əli Kərimli ömrü boyu unutmaycağım və hər kəs üçün ibrətlik fikir dedi. Təxminən belə: “mən heyrət edirəm, siz o sıravi JEK işçilərin görmüsünüz,  onlar 5-10 manat maaş alırlar, ancaq seçki saxtakarlığı üçün qarışqa kimi çalışırlar. Bütün qüvvələrini bu işə qoyurlar.
Mən soruşuram: niyə bizdə o JEK işçısındə olan qədər öz işinə bağlılıq, can yandırma yoxdur?
Niyə o JEK işçısı nahaq işin qalib gəlməsi üçün can qoyur, amma biz haqq işimiz üçün iki addım atıb yoruluruq, bir həftə yatırıq? Bu suallar indi, seçki kampaniyasının bu gərgin anlarında xüsusən aktualdır. Siz hafiz hacıyevin mitinqini gördünüz. Pis demək olmaz. Babat idi. Əlbəttə, ora yığışanlar hafizlik deyil, İlham Əliyevlikdir. 
Ağa deyib, davay dərəyə, onlar da s…

Seymur Baycan və KQB agentləri

Keçən il "Eurovison" vaxtı müxalifət pis-yaxşı meydana çıxıb, ard-arda aksiyalarla hakimiyyəti dalana dirəmişdi. (Əli Həsənovun fikirlərini yada sal:" müxalifət yüz ildə edilməyən pisliyi Azərbaycan dövlətinə (əslində hakimiyyətinə) etdi").
Belə bir pərt vəziyyətdə hakimiyyət növbəti əxlaqsızlığa əl atdı, Əli Kərimli polisdə "qarışıqlıq yaradır" bəhanəsi ilə istintaqa cəlb edildi;
 onun evinin qarşısında elə hakimiyyətdəkilərin ailə tərbiyəsinə uyğun mənəvi şikəstlər mitinq keçirməyə başladı.
Belə bir anda bizim sevimli yazarımız Seymur Baycan beqafıl artileriyyasını bizə bəli, bəli daha konkret desək, Əli Kərimliyə yönəldib, onun barəsində düz 8 mənfi qeyd yazdı.
Əsas fikir də bu idi ki, karma özünü göstərir, Əli Kərimli Elçibəyə etdiyi xəyanətin cəzasın alır...
***
İndi yenidən etirazçı xalq rejimə qarşı səfərbər olub. Gənclər, yaşlı nəsil müqavimət hərakatı formalaşdırır; hamımızın təmannası var ki özünə ziyalı deyən hər kəs bu prosesin altına çiyin versin, …

İlham Əliyev və Yezid (ikinci yazı)

Bakı Dövlət Universiteti...
Bu təhsil ocağından M. Ə. Rəsulzadənin adını Əliyevlər götürüb.
BDU-nun yaranmasında Rəsulzadənin danılmaz rolu olduğunu bilə-bilə.
Bu hakimiyyət BDU-da illərdir Rəsulzadəyə abidə qoymağa da "pul tapmır".
Bu hakimiyyət illərdir dərsliklərdən Rəsulzadə ilə birgə nə qədər şərəfli insanın mövzu olaraq çıxarır, onların yerini Əliyevlərlə, Paşayevlərlə doldurur.
Bunlar demək hələ şükürlük imiş.
Xəbəriniz olsun, BDU-də Müaviyyə oğlu Yezidin şeirləri tədris olunur.
Bəli, bəli yanılmadınız imam Hüseynin başını kəsən Yezidin!

Dostlar, mən dindar deyiləm, ölkə əhalisinin çoxu da bəlkə də mənim kimidir. Ancaq kim inkar edə bilər ki, bu ölkədə "Ya Əli" deyəndə yüzminlər riqqətə gəlir, "Yezid" deyəndə ondan da çox insan nifrətlə dolur?
Odur ki, bu fakt dilə gətirilməlidir, dəyişiklik etmək istəyən şəxslər İlham Əliyev hakimiyyətinin yezidilik simasını ifşa etməlidir.
Bu torpaqlarda imam başı kəsən adamın şeirlərini tərənnüm edən zehniyyət səs ala bil…

REAL vəziyyət belədir

REAL-çılarla aramızda baş verən söz davasına bu gün bir sıra KİV yer ayırıb.
Bir: Ən pisi odur ki, bu mövzuda daha çox düşmənlərin yazdığı məqalə tirajlanıb və paylaşılıb.
Bu mövzunu işləyən saytın sahibi Lider TV-də əxlaqsız və mənəviyyatsız sujetləri ərsə gətirən məxluqdur, onun adını və saytını bura yazıb şərəf vermək istəmirəm.
Mən REAL-la aramızda olan söz davasın inkar etmirəm, narazılığım narahatlığım bu "davanı" düşmən mətbuatının təqdim ediyi formada hörmətli "Yeni Müsavat" və mia.az kimi mətbu nəşrlərdə yer almasıdır. 
Lütfən, o yaramaz adamın məhsullarına bir də sahib durmayın, ona həyat verməyin. İmkan verin, kanalizasiya təfəkkürü ilə o öz həyatın yaşasın.
İki: Bu yazıda mənə istinadən yayılan "REAL-çılar İlqar Məmmədovun məzlum durumundan sui-istifadə edib, onun imicini xərcləyirlər" fikirindəki "məzlum" sözü birmənalı qarşılanmayıb.
Burda işlədilən məzlum sözü, izahlı lüğətdə də ək olunduğu kimi “Zülm çəkmiş, zülm olunmuş, zülmə məruz q…

Atalar və oğullar

Etibarlı şahidləri var, deyirlər Heydər Əliyev oğlu İlham Əliyevi məzəmmət edərkən tez-tez ona örnək Əli Kərimlini göstərərmiş. Təxminən, bu formada: o kolxozçu Əmirhüseynin oğlu, bu da sən-prezident oğlu.
Bu müqayisə İlham Əliyevə əzab verən və bu gün də Əli Kərimliyə qarşı düşmən münasibətinin formalaşdıran ən ciddi kompleksə səbəb oldu.
Bu gün İlham Əliyevin Əli Kərimlidən həm də atasının ona yaşatdığı aşağılıq kompleksinin qisasını almaq istəyir.
Bir kompelksdən qurtarmamış daha biri ona urcah oldu.
Bilirisiniz, Əli Kərimlinin bu gün ədalətsizcəsinə, sırf böhtan ucbatından həbsə atılan oğlu Türkel Kərimli İngiltərənin ən nüfuzlu 5 universitetlərindən birində təhsil alır.
Onun təhsil nailiyyətləri isə son dərəcə parlaqdır. Qısası, əlaçıdır və universitetdə göstəriciləri ilə fərqlənən 15 tələbədən biridir.
Bəs İlham müəllimin övladlarının təhsil uğurları barədə nə bilirik?
Şəxsən mən heç nə.
Bildiyim odur ki, onun övladlarının İspaniyadakı hansısa kursu bitirmələri barədə sertifikatları var…

O Cəmil Həsənliyə deyin ki...

Facebookda adətən yazmadan izləyici olan dostlarımdan biri (müəllim) indicə mənə yazdı
"O C.Həsənliyə catdırarsınız onun "İlhamın qızları oğrudur" deyən dilinə qurban olum! Daha ölsəm də fikir yoxdu.
Azərbaycan efirindən bu sözləri deməyə qeyrəti çatan bir kişi gördüm"

Facebookla bağlı bir xahiş

Dostlar, qardaşlar, bacılar!
"İlham Əliyev Azərbaycanı bazara döndərib və buranı bazarkom kimi idarə edir" kimi yazdığım statusa görə facebook iki gündür məni bloklayır. 
Nə şərh yaza bilirəm, nə status. 
Hesab edirəm ki, bu hakimiyyətin lakeylərinin əməldir.
Seçki kampaniyasında təbliğat imkanlarını məhdudlaşdırmaq üçün belə edirlər.
Odur ki yeni profil yaratmaq qərarına gəldim.
 Mənə dostluq yollayın mümkünsə. Bu yeni profilimdi https://www.facebook.com/natiq.adilov.7
Bu müvəqqəti çətinlikdən qurtarım

İlham Əliyevlər Cəmil Həsənliyə qarşı

İTV-də bu gün baş verənləri müsbətə yozuram.
Xalqa əyan oldu: İlham Əliyev(lər) kimdir, onu dəyişmək istəyən kim?
Cəmil bəy bu gün cihad etdi. Bəli, mübaliğə deyil.
O qanını qaşığa qoyub!
İndi növbə bizimdir, onu qorumalı, ona sahib çıxıb səsimizi verib, layiq olduğu kürsüyə ucaltmalıyıq!
Bu gün Cəmil bəy hamımızın şərəfini qorudu.
Azərbaycan ziyalısı necə olmalıdır onu göstərdi.
Hafizə qalanda... O da cavabını aldı. Zatən o heç kimdir. Özü deyib, başqası yox. O İlham Əliyevin qardaşıdır. (Burdan izlə: İlham Əliyevlə hafizin qardaşlığı    )
Bu günkü debatda Hafiz Hacıyevin tərbiyəsizliyənə sükut edən hər kəs biraz hafizdir. İstər debatda, istər ekranın bəri tərəfində

Pərviz Həşimliyə qarşı şiddət var (YENİ)

Bayaq Pərvizin atası zəng etmişdi.
Dedi ki, məlumat alıblar.
Gecə Pərvizə MTN-də fikizi və psixoloji təzyiq olub.
Pərvizə olunan təzyiqlərin tək səbəbi var: efirə çıxıb AXCP sədri Əli Kərimliyə qarşı bəyanat səsləndirməlidir!
Pərviz onların hamısına "yox" deyib. Bütün əzablara, şiddətə rəğmən!
Pərvizin atası belə dedi:"Halal zəhmətlə böyütdüyüm oğlum başı kəsilsə də belə namərd işə getməyəcək.O, özü də bildirib ki, heç bir cinayəti yoxdur, heç kimə də böhtan atan deyil.
Oğlumu, işi qələm, dəftər olan Pərvizi terrorçu, Əl-kaidəçi etmək istəyirlər.
Bacarmayacaqlar"
PS.saat 12-də RATİ-də Pərvizin işi ilə bağlı atası və dostlarının mətbuat konfransı var.
Kimə maraqlıdırsa dəvətlidir

Əliyevə "bəsdir!" deməyin zamanı gəldi

Əziz dost.
Azərbaycan müxalifəti birləşib bir namizədlə seçkiyə getdi.
Biz Cəmil Həsənlinin namizəd etdik, sən onu prezident edə bilərsən!
İstəyirsənmi?
44 ildir bizim ellərdə Əliyev sülaləsi hakimdir.
Bu hakimiyyət hərislərini əvəzləmək üçün sizə təqdim etdiyimiz insan yalançı deyil,
 rüşvət almayıb,
yetim malı yeməyib,
 şər atmayıb, saxtakarlıq etməyib.
Elm adamıdır, siyasətdə mötəbər şəxsdir.
Ağırbatman kişilərdəndir!
Xalq üçün canıyanandı!
Səsi beləsinə də verməyib neynəyəcəksiniz?
Bəsdir Əliyev deyək, Cəmil bəyi rəhbər edək!

Təkcə Rəşadətin babası deyil...

Heç kim və heç nə unudulmur silsiləsindən
AXCP mətbuat xidmətinin  bülletindən (2006-ci il)
Müşfiq Ələkbərov (AXCP-dən siyasi məhbus) avqustun 29-da  Naxçıvan Muxtar Respublikasında  bu il iyulun 26-da 6 il azadlıqdan məhrum olunub.  M.Ələkbərov CM-in 221.2.2 və 228.1 maddələrilə (xuliqanlıq və qanunsuz silah  və sursat saxlamaq) təqsirli bilinir.   Xatırladaq ki, M.Ələkbərovun 2005-ci ildə parlament seçkiləri zamanı məntəqə seçki komissiyasının üzvü olub. Həmin dövrdə M.Ələkbərov Azadlıq blokundan deputatlığa namizədin səlahiyyətli nümayəndəsi olub.  H.Niftəliyevin rəqibinin O, yerli xəstəxananın baş həkimi,  YAP-dan deputatlığa  namizəd H.Niftəliyevi saxtakarlıqda və seçiciləri pulla ələ almaqda ittiham edib.  Bundan sonra M.Ələkbərov amansızcasına döyülüb, ancaq buna görə   heç kim məsuliyyətə cəlb olunmayıb. M.Ələkbərov yerli xəstəxananın baş həkimi Hüseyn Niftəliyevin şikayəti əsasında həbs edilib. O, müxalifətçini kobudluqda suçlayıb. Bunun  əsasında polis M.Ələkbərovun evində axt…

Bəzi polis məmurları

Bəzi polis məmurlarının üzərində qəribə ifadə olur; bu ifadədə iki şey-alçaqlıq və hökümranlıq hissi qəribə şəkildə qarışmış olur. 

(c) Hüqo, Səfillər

Rauf Arifoğlu Mehriban Əliyevanın fəaliyyəti barədə

Rauf bəy, siz bu tribunanı düzgün apardığınıza görə sizə minnətdaram. Elə bu yaxınlarda Mehriban xanım Əliyevanın fəaliyyəti haqqında sizin qəzetdə təqdiredici yazı getdi. Bu daha çox reaksiya doğurur, nəinki kimlərinsə hakimiyyət qəzetində səhifə-səhifə məqalələr yazması"
Sirus Təbrizlinin 2009-cu il 11 sentyabrında "Yeni Müsavat" qəzetində dərc olunan («Fırtınalar qoynundakı gəmi kapitansız idi» başlığı ilə) müsahibəsindən sitat

Hava-su kimi vacib iş

Prezident seçkisində iştirak etməkdə maraqlı olan dostlar!
Bilirəm, çoxunuz qeydiyyatda olduğunuz ünvanda yaşamırsız.
Məsələn, kənddənsiniz, rayona köçmüsünüz və ya rayondan gəlib Bakıda işləyiriniz, oxuyursunuz. Yaxud, Bakının bu başında doğulmusuz qeydiyyatdasız, ancaq seçki günü o biri başında olacaqsınız.
Bu isə o deməkdir, sesvermə günü səs verə bilməyəcəksiniz!
Ancaq demokratiyada çarə çoxdu, təki tənbəl olmayasan.
Səsverməyə 3 gün qalmışa qədər siz qeydiyyatda olduğunuz seçki məntəqəsinə gedib ərizə yazıb "qeydiyyatdan çıxma" vəsiqəsi ala bil

Sidik-cinsiyyət orqanları

Azərbaycan hakimiyyətinin dayağı, deyirlər ki, hüquq-mühafizə orqanlarıdır. Mənsə deyirəm, xeyr! O dayaq, istinadgah sidik-cinsiyyət orqanlarıdır.
Məhz sidik cinsiyyət orqanları sayəsində hakimiyyət rəqiblərin gözdən salır.
Məhz bu orqanlar sayəsində hakimiyyət öz kütləvi informasiya, təbliğat orqanlarına reytinq, oxucu yığır.
Siz baxın, hakimiyyətin nəzarətində olan saytların əsas xəbərlərinə
"10 yaşlı qız zorlandı"
" Filan məşhurun alt paltarı göründü"
"Qız qardaşından hamilə qaldı" və s

Hüseyn Abdullayev təhlükəsi

Kəmalə Bənənyarlı. Bu gənc xanım kütəlvi aksiyalarda qəhrəmanlıqlar yaradan birisidir. Cəbhəçidir. Facebookda da durmadan rejim əleyhinə fəaliyyətdədir.
Mən gecənin bu vaxtı (saat 3-56)  onun Hüseyn Abdullayevi göyə qaldıran statusunu oxuyub yerə çırpıldım.
Niyə?
Kəmalə Bənanyarlı minlərlə bizim ana bacımız kimi kütləvi aksiyalarda polis vəhşiliyi ilə üzləşənlərdəndi. O ancaq haqqı dilə gətirdiyinə görə vəhşiliyə tuş gəlir; həbs olunur, cərimələnir, anti-insani münasibətlə üzləşir.
Bunu edənlər kimdir? Yeni dövrün hüseynabdullayevləri.
Bəli, yanılmırsız, bir zaman belə namərd hərəkətlərin təşkilatçılarından biri və böyüyü Hüseyn Abdullayev olub.
Kəmalə Bənənyarlının indi onu övməsi ictimai əxlaq normalarının çeynənməsidir.

Bu günkü hüseynabdullayevlərə qol-qanad verən statusdu.
Bu günkü hüseynabdullaeyvlər düşünməyəcək ki, madan istənilən cinayəti, vəhşiliyi edəndən sonra bir həzn mahnı ilə döyüb, təhqir etdiyin insanların könlünü almaq mümkünsə niyə nanəcibliyimi davam etdirməyim?
Bəlkə mən y…

Elmar Hüseynov: İlham Əliyevə adamın lap yazığı gəlir

"Heydər Əliyev öz oğlu üçün təkcə ailə başçısı və ata olmayıb. O təkü-tük adama qismət ola bilən bacarığından və təsir gücündən istifadə edərək hətta doğma oğlunun da şəxsiyyətini məhv edərək əvəzində öz kölgəsini yaradıb.

İlham Əliyevə adamın lap yazığı gəlir: onun bütün qohum əqrəbası sağ ikən canlı tanrılara çevirilib, ölüləri isə müqəddəsləşdirilib"

Elmar Hüseynovun "Monitor" jurnalı 2003 sayında "Heydər Əliyevin on ehkamı" yazısından.

Heydər Əliyevə rəhmət oxuyan Rauf Arifoğludurmu?

"Birilərinə işmarışım var; çalışın düşmənçilik edəndə də, mübarizə aparanda da bunu, heç olmasa Heydər Əliyev kimi kişcəsinə edəsinz, aparasınız ki, haqqa qovuşanda arxanızca bir rəhmət oxuyan rəqibiniz olsun.
Nə bilirsiniz, bəlkə Allah dərgahında ovsanata keçən yeganə rəhmət diləyi o olacaq..."
(c) Rauf Arifoğlu, "Yeni Müsavat" qəzeti, 14 dekabr 2003 Yazı eyni zamanda R. Arifoğlunun "Demokratiya məhbəsdə" kitabının 109-cu səhifəsində yayımlanıb.

Biz lalıq

Bizim siyasətçilərin çoxu qəliz, terminlə danışmağı özlərinin üstün məziyyəti sayır. Daha düşünmürlər, bununla özlərinə qəbir qazırlar, bu siyasi intihardır. Xalqla onun dilində danışılmalıdır. " Ziyalılar və ruhanilər onların dilini anlamayan xalqdan ayrı düşüblər. Hər hansı cərəyana qoşulmazdan əvvəl biz xalqla ünsiyyət dilini öyrənməliyik.  Biz hələlik lalıq. Biz dilimizi unutmuşuq. Bu yadşalma-bizim bütün ümidlərimizin qəbiridir, bütün səylərimizin, cəhdlərimizin əbəsliyinə səbəbdir"

(c) Doktor Əli Şəriəti

Elçibəyin qardaşı nə yazıb?

Əbülfəz Elçibəyin böyük qardaşı Murad Məmmədovun “Qardaşım Elçibəy haqqında xatirələrim” kitabı çapdan çıxıb. Kitabda Rauf Arifoğlu ilə bağlı bir məqam var: Müəllif yazır: “Bir gün yenə də həmişəki kimi Bəyin yanına getmişdim. Bəy təzə alınmış qəzetlərə baxırdı. Qəzetlərin başlıqlarına baxır, bir-bir yana qoyurdu. «Yeni Müsavat» qəzetində Rauf Arifoğlunun məqaləsini oxuyurdu. Oxuyub qurtarandan sonra mənə dönüb incimiş halda nə var, nə yox, dedi. Dedim ki, nə olub, nə yazıblar ki, incimisən? Qəzeti göstərib dedi ki, al oxu. Oxudum gördüm ki, bizim üçün mənasız, böhtanlı sözlərdir. Dedim ki, fikir vermə, cavab yazacaqlar, bir vaxtlar siz Kələkidə olanda o sizi müdafiə edən yazılar yazırdı, indi də belə yazır. Bəy dedi ki, “bu, axır vaxtlar çox şitini çıxarıb, Allah cəzasını verəcək”. Bəy çətin vaxtlarda bu sözü işlədərdi. Bir ay çəkmədi ki, Rauf Arifoğlu iqtidar tərəfindən tutulub cəzalandırıldı”

Ərəstun Oruclunun ALGAsı-3

Bu yazını oxumanızdan əvvəl bundan əvvəlki "Ərəstun Oruclunun ALGASI-2" qeydi oxumanız şərtdir.
Almaniyanın Fridrx Nauman Fondu üvli dərəylərinin tərənnümü və yayılması üçün qurulub. Hər halda onlar özləri belə deyir.
Onlar istəyir ki, cəhalət və anti-demokratiya girdabında boğulan azərbaycanlıların sivilizasiyanın daha yüksək mərtəbələrinə adlamasına vəsilə olsunlar. Bunu da onları qeydlərindən oxumuşam.
Fondun burdakı rəhbəri Səbuhi Qafarlıdır. Mən onun hərəkətlərindəki qərəzi, prinsipsizliyi və ədalətsizliyi ötən yazımda açıq dəlillərlə göstərdim.
Qısa desək, cənab Qafarovun fondu mağara təfəkkürü ilə yönəltməsinə dair bir fakt yazdım. Onun özünün bu pozuntunu aradan qaldırmaqda maraqlı olmadığına əmin olandan sonra ümidlərimi dəfn eləmədim.
Düşündüm ki, Qafarov nə qədər azərbaycansayağı olsa da, əlbət onun patronları bəyan etdiyi prinsiplərə sahib insanlardı.
Oturub baş verənlərlə bağlı fondun Qafqaz üzrə rəhbəri Yasəmin Pamuk xanıma təsirli bir məktub yazdım.
Soruşdum …