29.8.13

Əyil, sənə diplom verim!


Milli Mətbuat günü rejissor, "Space" telekanalının prezidenti Vafiq Mustafayevin əcaib bir fotosu yayıldı. O, Heydər Əliyevin məzarı önündə baş əymək yerinə iki qat olmuşdu. O zaman bu hadisədən harahat qalaraq, bir məqalə yazıb adını "Vaqif niyə əyildi?" qoydum.
Dünən gecə dövlət başçısı İlham Əliyev sağ olsun, suala cavab verib.
Bax, bu formada:



"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev V.B. Mustafayevə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nun verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycanda silsilə sənədli filmlərin yaradılmasında xidmətlərinə görə Vaqif Behbud oğlu Mustafayevə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" verilməsinin qərar alındığı bildirilir".

28.8.13

Ərəstun Oruclunun ALGASI-2

Bir gün “Azadlıq” qəzetində baş redaktorun birinci müavini Rahim Haciyev mənə Almaniyay səfər getmək təklifini verdi.
Bunun üçün mən bioqrafiyamı təqdim etməliydim. Öyrəndim ki, səfəri Fridrix Nauman Fondu təşkil edir. 
Rahim Hacıyev fondun Bakıdakı rəhbəri Sabuhi Gafarova CV yollamağımı tapşırdı.
Mən ona şübhələrimi dedim. Gizlətmirəm, dedim ki, fondun mənə belə lütf etməyi inandırıcı deyil. Arada filan-filan şeylər var.
Hacıyev isə dedi: sən ver!
CV hazırlayıb yolladım.
Xeyli müddətdən sonra Qafarovdan cavab gəldi ki, CV-in mükəmməl deyil, onu zənginləşdir, imkandırsa hətta ingiliscə et.

Bunu da etdim və zəruri qeydlə (bəy, nəsə çatışmazlıq olsa xəbər et yenidən yazım) yenidən yolladım.
Və beləc ə gözləməyə başladım.
Mən gözləməkdə ikən bir də xəbər tutdum ki, səfərə gedəcək insanlar artıq səfirliyə sənədlərin verib.
Dərhal Qafarovla əlaqə yaratdım. 
-Dedim, key şux nədir bu göftugulər?
-Dedi, bəy, səni seçmədik.
-Dedim, axı siz normalda mənə bu haqda məlumat verməliydiniz, elə deyil?
Qafarov absurdun gözün çıxardı: Hələ rəsmi cavab gəlməyib, gəlsin sizə xəbər edəcəyik. Başa düşülmürdü, rəsmi cavab yoxdursa başqaları səfirliyə necə sənəd verə bilir, bu ki gülməlidir. Aydın məsələdir ki, yumşaq desək Qafarov yalan danışırdı.
Xülasə “rəsmi cavab” gəldi. Məni seçməyiblər. Səbəb: CV mükəmməl deyil, həm də mənim siyasi kimliyim problemdi.
Mənim siyasi kimliyim nədir?
Mən müxalif AXCP-nın mətbuat xidmətinin rəhbəriyəm.
Mənimlə eyni statusda olan AP-nın mətbuat xidmətinin rəhbəri Qadir İbrahimlini isə seçiblər (Qadir bəyə mərdimazarlıq etmək istəmirəm sadəcə fondun qeyri obyektivliyini göstərmək üçün bu nümunəni verməyə məcburam).
Aşkar görünüən ayrı-seçkilik ortadadır.
Mənim seçimimdə problem nədir bəs? Mən bunu fondun mərkəzi ofisi ilə hələki aydınlaşdırmaqdayam.
Hələliksə qənayətim budur: Səbuhi Qafarov köhnə şakərin unutmayıb, onun üçün heç bir meyar yoxdur.
Sizi yormadan bu fikirimi əsaslandırım. Təxminən 4 il əvvəl “Alma” qəzetində Ramil hacılı bir məqalə yazmışdı: Ərəstun Oruclunun alqası.
Məqalədə qəhrəmanımız S.Safarovun “bacarığı” sübut olunurdu. Müəllif iddia edirdi ki, Qafarov adətən qızların CV-nə isti yanaşır. Bunu aşkar etmək üçün onlar belə bir ekspriment də edirlər. Qafarovun koordinatorluq etdiyi layihəyə 2 mükəmməl kişi CV, 2 isə yolver qaydada hazırlanan xanım CV yollayırlar. Möcüzə baş vermir, Qafarov natamam və içində dişə dəyiləsi heç bir göstərici olmayan xanımların CV seçir.
Hələlik bu qədər.
Məni ağrıdan daha çox odur ki, məni yüngülsaqqal edən “Azadlıq” qəzeti rəhbərliyi üzləşdiyim bu haqsızlığa qarşı heç bir addım atmadı və bu azmış kimi fond əleyhinə hazırladığım yazını çapa buraxmadı. Olsun, "facebook"un və bloqumun canı sağ olsun.
Növbəti yazının daha maraqlı olmasına söz verirəm
PS. Fondun rəsmi rəhbəri Qafarov olsa da o prezidentliyə namizəd Ərəstun Oruclunun himayəsi altındadır.
Məqalə müəllifi olaraq, hüsni zənn olmaq istəyirəm ki, mənim seçimdən kənarda qalmağıma səbəb Ərəstun bəy barədə tənqidlərin rol oynamayıb. Lakin bunu da bildirməyi zəruri bilirəm ki, mənim siyahıdan kənarda qalmağımın qətiləşməsi Ərəstun Oruclunun Sahil bağında tək gəzməsi barədə yazdığım statusdan sonra kəskinləşməsi barədə məlumatlar var.

26.8.13

Elbəyi Həsənli adlı büqələmun kimdi?

Ilin günün bu vaxtı bu suala cavab axtarmaq bəlkə də yersizdi.
Razıyam. Ancaq bu adamı tanımağın zamandır həm də. Çünki ciddi şəkildə pozuculuqla məşğuldur. Siyasi savadı az olan və tarixi bilməyənləriı bu insan çaşdıra bilər.

Müqəddimə üçün deyim ki, Avropada yaşayan E.Həsənli keçmişdə Yeni Müsavatda işləyib. Mühaciətə yollandıqdan sonra uzun müddət Əliyevlərə qarşı heç nə yazmayıb, hətta İlham Əliyevə təşəkkür edən məqalə (bu linkə bax http://musavat.com/news/prezidente-tesekkur_43882.html) sahibidir. Son çağlar isə işi peşəsi AXCP və onun rəhbərliyinə qara yaxmaqdır.
AXCP-nin fədakar mübarizəsinə böhtan yağdıran birinci adam deyil Elbəyi. Sadəcə bu adama ona görə diqqət ayırıram ki, bu insan provakasiyasını müsavatçı adı altında aparır; aldığı təlimata uyğun olaraq iki partiya arasında nifaq yaratmaq istəyir.


Bəs Elbəyi kimdir?


O, bu günlərdə yazdığı məqalədə 1995-ci ildən müsavatçı olduğunu bildirib.
Bu fikir görən kimi ona yazdım (fb səhifəsində yazışma hələ də qalır): Bəy, bunu necə başa düşək, sən partiya olaraq müsavatçı olmusan o vaxtdan ya sadəcə əqidəcə?
Dedi, hər ikisindən.
Adam gözgörəti yalan danışır.
Onun yalanını isə başqa biri yox, özü təkzib edir. Yalançının yaddaşı olmaz axı. Sizə Yeni Müsavat qəzetinin 2000-ci ilin oktyabr sayını təqdim edirəm. Fotoda diqqətlə oxuyun. Elbəyi yazır ki, heç bir partiyanın üzvü deyil.
Tamam, siz deyə bilərsiniz ki, polisdən yaxa qurtarmaq üçün belə deyib.
Mən buna da razı.
Onda siz deyin, əzizlərim, adı bir polis serjantından qorxub əqidəsini inkar edən birinin Avropada oturub AXCP kimi fədakar təşkilata böhtan atması nə deməkdi. Bizim sıralarımızda onlarla adam var ki, təkcə son iki ildə “cəbhədən imtina et türməyə getmə” təklifini əli ilə geri çevirdiyinə görə Avropanı...üzr istəyirəm türməni seçib.
Bunları ona görə yazdım ki, cəbhəçi və müsavatçı dostlar buqələmunlardan ehtiyatlı olsun.
Xüsusi ilə onu vurğulayım ki yazını Elbəyinin təkidi ilə qələmə aldım. Mən insanların eybini ifşa etməyi sevmirəm