Rauf Arifoğlu: Təkbaşına hamı üçün

Mücadilesi ve ölümü ile şer rejimini ifşa eden şehid jurnalistimize ithaf olunur

Onu bunlar öldürtdü. Kimsede şübhe yoxdur ki, şehid jurnalistimiz Elmar Hüseynovun qetlinin sifarişçisi bu iqtidardandır ve hemkarımız tayfa rejiminin belli elitasını keskin tenqid eden yazılarına göre cezalandırılıb. İqtidardakı feodallar tenqide hemişe dözümsüz olublar ve hemişe de onları tenqid eden jurnalistleri, KİV-i cezalandırıblar. Bu defe ölüme fitva verildi.

İndi onun qanını batırmaq cehdleri hiss olunmaqdadır. Elmarın ölümünden keçen qırx gün erzinde hakimiyyetdeki klanın tam nezaretinde olan hüquq-mühafize orqanlarının müdhiş cinayet işi ile elaqedar apardıqları fealiyyetin esas meqsedi eslinde bu olub.
SİFARİŞÇİNİ NECE XİLAS ETMELİ? Bu qetli nece bir başqasının boynuna yükleyib, tayfanı hedefden yayındırmalı? Elmarın qanını nece batırmalı? Hakimiyyetin ve ölkemizin hüquq-mühafize orqanlarına başçılıq eden kriminal çetenin son günlerdeki fealiyyetinin mahiyyetinde bu tipli sualların dayandığı gözle görünür.

Türkiye polisinin melum ve şok açıqlamasından sonra bizim iqtidar mensubları çaş-baş qalıblar. Çünki türk polisi birmenalı ve israrlı şekilde beyan edib ki, jurnalist Elmar Hüseynovun qatilleri hebsdedir! Azerbaycan hakimiyyetinin bu iddianı tekzib etdirmek üçün ciddi teşebbüsler gösterdiyini de bilirik. Paralel olaraq, cinayet işinin istintaqı Baş Prokurorluqdan alınaraq, MTN-e verildi. Bununla da prosesden melumat sızmasının qarşısını almaq meqsedi güdüldüyü heç kime sirr deyil.

Yayılan melumatlar hakimiyyete serf etmir! Heqiqetin aşkarlanması ölkeye rehberlik edenlere lazım deyil. “Elmarın qatili hebs olunub” kimi iddialar onları narahat edir. Ve buna göre de telem-telesik, heç bir esaslı izahat verilmeden, bütün xetler qapanır, aşkarlıq prinsipleri pozulur ve cinayet işinin gedişatı mexfi veziyyete keçirilir.

İndi şübhe var ki, hakimiyyet Elmar Hüseynovun gerçek qatilini ve bu cinayetin sifarişçisini tapmaqla yox, emeliyyatda iştirak etmiş Türkiye polisinin melum açıqlamalarının özlerine yaratdığı problemleri hell etmekle, yeni esl qatili ve sifarişçini gizletmek cehdi ile meşğuldur.

Qetlden 40 gün keçdi, Elmara aid yas törenleri, merasim toplantıları bitdi. Bizim hüquq-mühafize orqanları bu müddet erzinde ortaya heç ne qoya bilmediler. Türkiyenin Emniyyet Müdir yardımçısı Ramazan Erin iddiasına göre, Elmar Hüseynovun qetlinin araşdırılmasına celb olunmuş 6 türk xefiyyesi, cemisi 2 gün erzinde, neinki jurnalistimizin qatilini, elece de bir sıra başqa ağır cinayetleri ve cinayet çetelerini aşkarlayaraq, Azerbaycanın hüquq-mühafize orqanlarına tehvil veribler.

Bizimkiler de “Qara kemer” adlı poetik bir ad fikirleşerek, türk polisinin aşkarladığı faktların bir qisminin üzerinde film çekdirdiler. Vessalam. İndi filmin davamının olmaması üzerinde iş gedir. Belke biz de bu işin adını “Qara Qayçı” qoyaq?

Elmar ölümüne yazdı, ölümüne savaşdı ve şehid oldu. Qanı ile ölkedeki siyasi durumu, dengeleri, ve ictimai ab-havanı deyişdirdi. Azerbaycan iqtidarının timsalında şer qüvvelere sarsıdıcı bir zerbe vurdu. Rejimin çöküşünün süretlenmesi, dünyada ve ölkemizde birmenalı şekilde ifşa olunması, tam iflas heddine çatması Elmarın öldürülmesi ile başlandı. Elmar tekbaşına semimi ve haqlı şekilde nifret etdiyi quruluşu sarsıtdı. Dünyanın diqqetini ve heyretini Azerbaycana yöneltdi. Ölke iqtidarının kriminal mahiyyetinin aşkarlanmasına, eslinde iqtidarımızda bir cinayet çetesinin eyleşdiyinin sübutuna sebeb oldu.

Elmar öldürülmeseydi, Hacı Memmedovun timsalında, dövletde kök salmış ve siyasi hakimiyyetin zirvesinde dayananlar terefinden himaye olunan cinayetkar polis destesi ifşa olunası deyildi. Nece ki, indiye qeder - 10 ilden artıqdır ki, ifşa olunmurdu; eksine, himaye ve mühafize olunurdu!

Elmar öldürülmeseydi, rejimin bunca ifşası ve bu ifşa qarşısında geri çekilmesi baş vermeyecekdi. Mene göre, hetta bizim - seçki dustaqlarının- buraxılmağımız da Elmarın şehid qanının yaratdığı yeni siyasi situasiyanın neticesinde mümkün olub. Hetta metropoliten Tağının geri çekilmesi de, hakimiyyetin boğub-öldurmekde olduğu müsteqil metbuata qefilden nefes dermeye imkan vermesi de Elmarlıqdı. O, hele de Azerbaycan üçün işleyir.
Son 40 günde Elmar Hüseynov faktoru Azerbaycan siyasetinde ve ümumilikde heyatında her bir faktordan önde olub, birinci olub. Ve bununla hamı, hetta onun qetlinin sifarişçileri de hesablaşmağa mecbur qalıb.

Dövlet başçısı bu 40 günde Elmarı anma törenlerine, yas 
merasimine, jurnalistlerin keçirdikleri etiraz aksiyasına qatılmadı. Qatılmalıydı, heç olmasa görünmeliydi. Hetta Elmarın atası ile de fransız Rober Menarın müvafiq xahişinden sonra görüşdü. Düzdür, Elmarın yas merasiminin xercleri ve qebrinin üstünün götürülmesi onun tapşırığı esasında ödenilib. Başqa şeyler de edilib. Feqet bütün bunlar xalqın, jurnalistlerin gözünde QANPULU kimi qebul olunmaqdadır.

Ne qeder ki, heqiqet elan olunmayıb, ne qeder ki, Elmarın qetlinin hakimiyyetden olan gerçek sifarişçisi aşkarlanmayıb ve cezalandırılmayıb, bu qetlin sorumlusu İlham Eliyev olaraq qalacaq! Elmarın ölümünden sonra gösterilen qayğı, çekilen xercler onun yaxınlarından kimlerise qane ede biler, kimlerse bununçün efir vasitesile dövlet başçısına minnetdarlıq nitqi icra ede bilerler. Feqet Azerbaycanın müsteqil mediasını, Elmar Hüseynovun hemkarlarını bu cür aldatmaq, ovutmaq ve kiritmek mümkün olmayacaq. Kirimeyeceyik! Ölümüne yazacağıq. Qatilin ve gerçek sifarişçinin ortaya çıxarılmasını teleb edeceyik.

Hacı Memmedovun quldur destesinin himayeçilerinin adları sırasında hakimiyyetde temsil olunan çox önemli şexslerin adları çekilib, fotoları verilib. Metbuatın yaydığı bu melumatlar havadan deyil! Bu cinayet çetesinin eslinde siyasi hakimiyyetin elinde ceza maşını olduğu artıq çoxlarına bellidir!

Siz fikir verin: akademik Ziya Bünyadovun ve jurnalist Elmar Hüseynovun qetle yetirilmesi texnologiyası, şeraiti, icrası nece de eyniyyet teşkil edir! Her ikisi evinin giriş blokunda, pillekenlerin üstünde, her ikisi xüsusi mesajla - ağız nahiyesinden gülle ile vurulmaqla qetle yetirilib. İşıqların söndürülmesi, killerin işlemesi ve başqa nüanslar da üst-üste düşür...

Bele tesadüf olmur! Burada ya eyni MEKTEB, ya da eyni DESTE faktoru var. Demeyin ki, o cinayet çoxdan olub! Yada salın ki, indi Hacı Memmedovun adına “oformit” olunmuş qanqsterler 10 ilden çoxdur “işleyirlermiş”...

Ziya Bünyadov da bu hakimiyyeti, onun herbi ve siyasi rehberliyini keskin tenqide başlayandan, elindeki kompromatları açacağı ile hedeleyenden sonra qetle yetirilmişdi. Bu qetli başqa yöne fırlatdılar. Eslinde ise siyasi sifariş idi. Merhum akademikin elinde 20 milyon dollar hecminde “strela” tipli raketin Azerbaycandan Talibana satılması barede faktlar olduğu bildirilir...

Mümkündür ki, Elmar Hüseynov da killere eyni siyasi çevre terefinden ismarlanıb. Ve dolaşan melumatlar, şayieler arasında daha bir siyasi qetl qurbanının da adı çekilir; Afiyeddin Celilovun. Ali Sovetin keçmiş sedr müavininin. Oxucuların nezerine çatdırıram ki, hemin iş de hele resmen açılmayıb...

Yeni tamamile esas yaranıb ki, son illerin bütün sifaişli ve siyasi qetllerinin eyni deste terefinden, hem de mövcud hakimiyyetin sifarişi esasında heyata keçirildiyini iddia edek! İqtidardan kimse bu iddianı redd etmek isteyirse, buyursunlar, Elmar Hüseynovun qatillerini, bu qetlin sifarişçilerini tapsınlar, elan etsinler ve sübuta yetirsinler ki, bu cür iddiaların esası yoxdur.

Amma bunu başqa semte fırlatmaq teşebbüsü göstermeden. Son vaxtlar melumat gelir ki, bu cinayet işini hakimiyyetden yayındıraraq, onu kriminal dairelerin üzerine yöneltmek isteyirler. Bunu dayandırsınlar. Bu qetl siyasi sifarişledir, sifarişçi heç şübhesiz, iqtidar temsilçisidir ve bu, yeqin ki, ölkeye rehberlik eden şexse melumdur.

Dünen Elmar Hüseynovun yaxınlarına bildiribler ki, cinayetin üstü 90 faiz açılıb. Qalıb 10 faizi. Milli Tehlükesizlik Nazirliyinde bu işle elaqedar 6 şexsin tutulub-saxlandığı barede melumat hamıya melumdur. Hacı Memmedov ve onun destesinin ifşası meslehet bilinen üzvleri de orada saxlanılır. Ne baş verir orada? Neyi ve nece düzüb-qoşurlar? Gerçek sifarişçini nece qoruyacaqlar? Bele çıxır ki, bu cür sualların cavabı 90 faiz tapılıb?! Yeni Elmarın qanı 90 faiz batırılıb?!

Elmar tek canına böyük işler gördü. Azerbaycanın ve bizim hamımızın bir tayfanın işğalından, esaretinden qurtulması üçün son nefesine qeder mücadile verdi. Şehid oldu - onun qanı tutdu bu zalımları. Sökülüb, tökülüb gedirler. Elmara deydiler - özleri de ezildiler.

İndi gerek BİZ BİR YERDE imkan vermeyek ki, bele bir OĞULUN, ŞEHİDİN qanını batırsınlar.

Elmar öz atasından, hetta diger doğmalarından daha çox bize yaxındır, bizim adamdır. O, atası ve doğmaları üçün savaşmadı. O, bizim üçün, bütün Azerbaycan üçün savaşdı.
Onun qan bahasını Azerbaycana ödemek lazım gelecek, cenab iqtidar!
Ödeyeceksen! Yeni sen gedeceksen. Elmar bele isteyirdi. Elmar bununçün öldü.
Biz de bele isteyirik. Azerbaycan bele isteyir.
Sen Azerbaycanı öldüre bilmezsen!

Bu məqalə, "Yeni Müsavat" qəzetinin 2005-ci il aprel sayında Rauf Arifoğlun izması ilə dərc olub.