Jurnalistlərə paylanan evlər haqda

"and olsun qələmə və onun yazdılarına..."
"mən insanı imtinalarından tanıyıram"
İlham Əliyev və onun mətbuat düşmənlərindən ibarət komadası
Bir dəfə Zamin Hacı lap cavan vaxtlarında yazmışdı: Heydər Əliyev elə ürəkdən "bizim bir milyondan artıq qaçqınımız var deyir" adam düşünür, sanki ağsaqqal bizim "bir milyon ton qızılımız var" deyir".
Bunu niyə xatırladım?
 Mən dövlətin paylayacağı ev üçün namizədliyimi verməkdən imtina edən jurnalistlərdənəm. Düzdü, şeytan azca məni də vəsvəsəyə salmışdı, amma sonda qərarımı verdim və dostlarıma da çağırış etdim ki İlham Əliyevin verəcəyi evdən imtina etsinlər.
Bəli, mən dərk edirəm ki həqiqətən ev problemi ciddi olan insanlar var o siyahıda. İnanın mənimki də çox ağırdı. Maaşımın belini qıracaq miqdarda kirayə verirəm. Amma bu mənim üçün dözüləndir.
Bunlar heç, indi gələk bu qədər uzunçuluq etməyimə. Evsizlik yamandır. Əli qolu olan bir insanın özünə ev qura bilməməsi betər yamandır. Bir quş da özünə ev qura bilir, bizsə yox. Buna səbəb isə zalım Əliyevçı rejimdi, bizim qabiliyyətsizliyimiz yox.
Ona görə normalda bir insanın Zaminin sözlərinə yaxın olmasın, "evimdir yoxdur"u fəxrlə deməsi ayıb sayılmalıykan, bizdə sayılmır.
Ancaq sizə bir ciddi biabırçılıq və ayıbı deyim: Yeni Azərbaycanda bütün işi gücü müxalifəti söyüb, hakimiyyətin analoqsuz inkişaf siyasəti aparmasına yazmaqla dolanan birinə də veriblər. Hmm, deməli, onları bizim əleyhimizə çox ucuza danışdırırmışlar bu vaxtadək...
Təxminən sürsümüyə. Yoxsa, bu vaxta qədər özünə ev alardı da.