Ana içeriğe atla

Kayıtlar

Temmuz, 2013 tarihine ait yayınlar gösteriliyor

Rauf Arifoğlu: Təkbaşına hamı üçün

Mücadilesi ve ölümü ile şer rejimini ifşa eden şehid jurnalistimize ithaf olunur

Onu bunlar öldürtdü. Kimsede şübhe yoxdur ki, şehid jurnalistimiz Elmar Hüseynovun qetlinin sifarişçisi bu iqtidardandır ve hemkarımız tayfa rejiminin belli elitasını keskin tenqid eden yazılarına göre cezalandırılıb. İqtidardakı feodallar tenqide hemişe dözümsüz olublar ve hemişe de onları tenqid eden jurnalistleri, KİV-i cezalandırıblar. Bu defe ölüme fitva verildi.

İndi onun qanını batırmaq cehdleri hiss olunmaqdadır. Elmarın ölümünden keçen qırx gün erzinde hakimiyyetdeki klanın tam nezaretinde olan hüquq-mühafize orqanlarının müdhiş cinayet işi ile elaqedar apardıqları fealiyyetin esas meqsedi eslinde bu olub.
SİFARİŞÇİNİ NECE XİLAS ETMELİ? Bu qetli nece bir başqasının boynuna yükleyib, tayfanı hedefden yayındırmalı? Elmarın qanını nece batırmalı? Hakimiyyetin ve ölkemizin hüquq-mühafize orqanlarına başçılıq eden kriminal çetenin son günlerdeki fealiyyetinin mahiyyetinde bu tipli sualların dayandığı göz…

Jurnalistlərə paylanan evlər haqda

"and olsun qələmə və onun yazdılarına..."
"mən insanı imtinalarından tanıyıram"
Bir dəfə Zamin Hacı lap cavan vaxtlarında yazmışdı: Heydər Əliyev elə ürəkdən "bizim bir milyondan artıq qaçqınımız var deyir" adam düşünür, sanki ağsaqqal bizim "bir milyon ton qızılımız var" deyir".
Bunu niyə xatırladım?
 Mən dövlətin paylayacağı ev üçün namizədliyimi verməkdən imtina edən jurnalistlərdənəm. Düzdü, şeytan azca məni də vəsvəsəyə salmışdı, amma sonda qərarımı verdim və dostlarıma da çağırış etdim ki İlham Əliyevin verəcəyi evdən imtina etsinlər.
Bəli, mən dərk edirəm ki həqiqətən ev problemi ciddi olan insanlar var o siyahıda. İnanın mənimki də çox ağırdı. Maaşımın belini qıracaq miqdarda kirayə verirəm. Amma bu mənim üçün dözüləndir.
Bunlar heç, indi gələk bu qədər uzunçuluq etməyimə. Evsizlik yamandır. Əli qolu olan bir insanın özünə ev qura bilməməsi betər yamandır. Bir quş da özünə ev qura bilir, bizsə yox. Buna səbəb isə zalım Əliyevçı rejimdi…