29.6.13

Əsgər İlham Əliyevin iki səhvi

İlham Əliyev hərbi and içərkən
Hörmətli dostlar, əziz yoldaşlar
Dövlət başçısı İlham Əliyevə o qədər "fərari, ordudan yayınan" tənəsini etdiniz ki, budur o bir hərbi formada fotosunu dövriyəyə buraxıb.
Bu foto o tələbəykən hərbi təlimdə çəkilib.
Bu statusu yazmaqda məqsədim budur ki pozucu fəaliyyətinizə son qoyun, bu məsələdə çox oyan buyan etsəniz zati-aliləri 2-ci dünya müharibəsindəki fotolarını da yaya bilər.
llham Əliyevin fotosuna diqqətlə baxın. Xüsusən ayaqlara. Bəlli olur ki, İlham müəllimin nəinki oturanda hətta farağat vəziyyətində ayaqları düzgün dayanmır.
Nizamnamə tələb edir ki, bu halda ayaqlar topuq hissədən birləşməli, pəncələr aralı qalmalıdır.

Hərbi görən hər kəs bilir ki İlham müəllim düzgün duruş almayıb, onun bu vəziyyətdə andı oxuması Sıra nizamnaməsindən kənardı. Amma yəqin ki atasına görə andı qəbul edən zabitlərin heç biri ona bu duruşa görə irad bildirməyib.

Əsgər Əliyev andın mətni yazılan kitabçanı da düz tutmayıb.
Kitab qarın məsafəsində, üfüqü yox, sinə bərabərində, yuxarısı çənə səddində yarımmayili saxlanmalıdır.
Nümunəvi and içmə qaydası ikinci fotoda təqdim olunandır. Baxın, özünüz də qərar verin

15.6.13

Əli Kərimli: “Niyə namizəd olmadım?”

(AXCP sədri Əli Kərimlinin 15 iyun 2013-cü ildə İctimai Palatadakı çıxışından)

"Bir çox dostlar  deyirlər, niyə başqaları kimi axıra qədər dirəniş göstərməyib, istəmədin səni də dilə tutsunlar, səndən razılıq alsınlar, birdən- birə namizəd olmayacağınla bağlı fikirini bildirdin. Mənsə  maksimum çalışıram, ən böyük biclik düzlükdür prinsipinə əməl edəm.
Hesab edirəm ki, bizim bu gün ənənəvi resurslarla ölkədə köklü dəyişikliklərə həyata keçirmək mümkün deyil. Ölkədə demokratiya olsa, seçki komissiyaları normal olsa bizim hər birimiz bu seçkilrədə gedib uğur qazana bilərik. Amma indiki şərtlər altında nəsə xüsusi bir qeyri-adi bir şey baş verməlidir ki, hökumətin o saxtakarlı maşının dişləri qırılsın. Əks təqdirdə bizim seçkidə iştirakımız yalnız iştirak olaraq qalacaqdı.
Nə İsa Qəmbərdən imtina, nə də İbrahimbəyova dəstək...
Mən bunları öncədən gördüyüm üçün düşünürəm ki, bütün fərqli qüvvələrin hamısının bir araya gəlməsi lazımdır. Bu da elə bir kompiramis fiqurun ətrafında ola bilər ki, onun siyasi idiaları və uzun müddətli hakimiyyət qurmaq planları olmasın. Ona görə də mən bu konsepsiyaya dəstək verirərm. Mənim bu dəstəyim xüsusi olaraq Rüstəm İbrahimbəyova verilən dəstək deyil, və ya İsa bəyə dəstək verməmək demək deyil. Hamının qarşısında aydınlaşdırıram ki,  İsa bəylə şəxsi münasibətlərim çox yaxşıdır. Biz bu prosesdə çiyin-çiyinə hərəkət edirik. Və burdan bəyan edirəm; İsa bəy keçid dövründə, iki illiyə prezident olmaq istəsə,  keçid dövrü üçün namizəd olan şəxsə olan tələbləri özü üçün məqbul bilsə və digər Milli Şura təmsilçilərinin razılığını ala bilsə, heab edin ki, mənim də İsa bəyə razılığım var.
Amma çox aydın şəkildə başa düşək, mən İsa bəyə, Müsavat Partiyasının başqanına o dəstəyi ona görə vermərəm ki, Milli Şura bölkünsün iki yerə-bizimkilər və digərləri, sonra ordan da El hərəkatı, ACP, ALP başqaları da bir namizəd çıxarsın və təzədən biz Milli Şuranı bölək. Kiminsə belə arzusu varsa, mən belə projedə iştirak etmərəm.
AXCP zəifdirmi?
Cəmiyyətə hər şey aydın olmalıdır.  Bizə böyük kompiramislər lazımdır.  Hesab etmirəm ki, AXCP-nin resursları da, mübarizə imkanları da, onun liderinin seçilmək imkanları da başqa hər hansı partiya sədrlərinikindən, siyasətçilərinkindən aşağıdır.
Bəs niyə mən kompiramis axtarıram? Çünki məqsəd seçkidə iştirak etmək və namizəd olmaq deyil,  məqsəd bugünədək doğrudan da olmayan böyük birliyin xalqa mesajını çatdırmaqdır.
Bu birlik xalqa ünvanlanmış böyük mesaj olacaq, əgər biz tərfiqə yaratmasaq, özümüz-özümüzə böhtan deməsək, hökumətdən ötürülən tezisləri göyərtməsək".


14.6.13

Bir az bikef olmaq :(

Facebook səhifəmdə yazdım: 
"İlham Əliyev bizi "lazım gələrsə" ilə..
Qərb diplomatları isə "narahatıq"la yola verir.
Buyurun, bu gün üçün təzə söhbət var: "ABŞ səfiri Zaur Qurbanlının taleyindən narahatlığını bildirdi""

Dostum Qaşqay İsmayılov isə mənzərəni lap çılpaqlığı ilə təsvir etdi: 
" Poct qutusu" hekayesinin axirinda bele bir cumle var. Xan eşitdi bir az bikef oldu.
Tesevvur ele yaziq Novruzeli uşaginin bogazindan kesib Xana sovqat getirib, Xanin yolunda qazamata düşüb. Xan da bu xeberi eşidib bir az bikef olub. Özü de cox yox e, bir az bikef olub.
İndi biz de servetlerimizin hamsin bu ...-lara veririk evezinde bize bir şey olanda bunlar da bir az narahat olurlar"

Heyvana söz kar eləməz

Kim kənd həyatı yaşayıb bilir; bəzən otardığın heyvanlar adamı o qədər incidirdi ki, adam heyvana müraciət etməli olurdu. Tam ciddi deyirəm, özüm qarşıq çox adamı görmüşəm heyvanlara xitabən onları islaha çağıran, nizama əməl etməyə dəvət edən (ay inək niyə belə edirsən, ay qoyun bu dəqiqə vurub səni öldürəcəm və s) çıxışlar edib.
Bu mənzərə mənə Avropa Birliyinin vəhşiləşmiş, heyvanı təbiət almış Azərbaycan hakimiyyətini islah olmağa çağırmasını çox xatırladır.
Avropalıların bu çağırışı olsun ki, içdən gələn hayqırtıdır, ancaq nə edəsən, bizim elin misalı var: "Quran oxumaqla donuz tarladan çıxmaz".