Ana içeriğe atla

Kayıtlar

Mayıs, 2013 tarihine ait yayınlar gösteriliyor

20 illik Qarabağ faciəsinin komediya olması

Çox təəssüf ki, İlham Əliyevin "Şuşa" marketi qabağında qalib və fərəhli görkəmdə fotolarını gec, indilərdə gördüm və dərhal yadıma Remarkın "Zəfər Tağı" romanı düşdü.
Remakr peyğəmbərcəsinə romanda yazırdı: "Faciə iyirmi il davam eləyəndə, onun komediyaya çevrilmək qorxusu olur! Əsl faciənin ömrü qısa olsun gərək!"

Vaxtdan uca, puldan balaca

Yamaqlı paltarla cəmiyyətdə dolaşan və istedadı, biliyi heç kimdə şübhə doğurmayan müdrik Sokratla xanımı Ksantippa arasında günlərin birində konflikt yaranır. Qadın başı ensklopediya olan Sokratı məzəmmət edir. Ona təxminən bu günkü ifadələrlə desək, belə deyir: “Niyə gedib televiziyaya Yeni Afina Partiyasına keçməyin barədə bəyanat vermirsən? Yəni, sənin Gülhüseyn “Əhmədov” qədər də qabiliyyətin çatmır ki, “Xalq qəzeti”ndə ümumafina lideri haqqında bir səhfəlik yazı verəsən? Axı, bunu etsən, bizim firavanlığımız çox asan yolla təmin olunar". Sokrat acı-acı gülür və qadınıyla aşağıdakı dialoqa girir.
-Ksantippa, biz, qadınlarda hansı ilahi keyfiyyəti daha çox qiymətləndiririk?
-Yəqin ki, onun gözəlliyini,-deyə arvadı cavab verdi.
-Bəs kişidə?
-Elə bilirəm ki, dərrakəni...
-Indi isə de görüm: Allahın ona bəxş etdiyi ən başlıca hədiyyəni, öz gözəlliyini pula satan qadına biz nə ad veririk?
-Pozğun qadın! Daha nə ad vermək olar ki!
-Onda de görüm: öz ağlını pula satan kişini biz p…

Tualet və hakimiyyətdəkilər

Hakimiyyət zidnandakı yoldaşlarımızın- Ebulfezgilin guya gizli görüntülərin yayıb.
Şəkilin ən şok tərəfi yoldaşların ayaqyolunda "işlərini bitirəndən" sonra arxalarıyca su tökməsidir.
Bu hakimiyyət üçün doğrudan da böyük şokdur.
 Çünki bunlar s.b üstündə oturan zibillərdir. Onlara buna öyrənişməyiblər.
 Adi bir fakt deyim gedin yoxlayın, parlamentdə deputatların tualetində elan görmüşəm:
 " Xahiş edirik, arxanızca suyu çəkin".