Futbol və narkotik


Tam səmimi deyirəm, Əli Şəriəti ilə tanışlıq həyatımda tam başqa üfüqlər açıb.
Onunla tanışlıq mənim öz cızmaqaralarıma qarşı dəhşətli ikrah yaradıb. Pafosla desək, Əli Şəriəti mənim yaradıcılığımı tormozlayan adam oldu. Onun hər kəlməsi ilə tanışlıq özümün nə qədər primitiv olduğuma inam aşılayır. Baxıram ki, min bir əziyyətlə düşünüb yazmaq istədiyim şey bu adam illər öncə mükəmməl qaydada yazıb. Bayaq hətta dostlarıma zafarata dedim ki, Əli Şəriəti mənim kamil variantimdi.
Facebook dostlarım uzun müddətdir, mənim anti-futbol qeydlərimlə tanışdır. Bu gün ustadın futbol barədə qeydini gördüm və öz-özümə dedim. İlahi, mənə ucqar bir guşədə çobanlıq nəsib elə gedim başımı aşağı salım qoyun otarım, yazı mənlik deyil.
Hər şey yazılıb, oxumaq, oxumaq yenə də oxumaq lazımdır.
Və təbii ki oxuyandan sonra ustadın dediyi kimi fəryad etmək!
İndi isə görün o nə yazır:
"Stadionlardan gələn səslər, davam edən savaşlarda məzlumların səsini batırırsa, 
Futbol opiumdur (narkotik)"