Ana içeriğe atla

Kayıtlar

Nisan, 2013 tarihine ait yayınlar gösteriliyor

Ramiz Mehdiyev üçün "Şərəf "

İlham Əliyev Ramiz Mehdiyevə "Şərəf " orduenı verdi. Versin. Qoca kişidir, onun indi belə şeylərlə könlünü xoş edən vaxtıdır.
Ramiz müəllimin şərəfin qətiyyən şübhə altına almaq istəmirəm. Zatən, qanunlar, dünyanın qəbul etdiyi dəyərlər heç kimin şərəfinə toxunmağa izn vermir.
Və elə dərd də hansısa ordenin israf edilməsi yox, daha ciddidir.
İlham Əliyev-Ramiz Mehdiyev idarəetməsi ölkə vətəndaşlarını şərəfli və ləyaqətli ömür sürməsinə ən ciddi maneədir.
Mən indi dərin bir sualın düşüncəsi altındayam: Görəsən İlham Əliyevin medal yox, elə dəyər kimi "şəfər" paylamaq imkanı olsaydı o ətrafına qarşı bu qədər səxavətli olardımı?
Yəni, "al bu şərəfi elin- obanın gözündə dərərin birə-beş artsın" deyərdimi?

Futbol və narkotik

Tam səmimi deyirəm, Əli Şəriəti ilə tanışlıq həyatımda tam başqa üfüqlər açıb.
Onunla tanışlıq mənim öz cızmaqaralarıma qarşı dəhşətli ikrah yaradıb. Pafosla desək, Əli Şəriəti mənim yaradıcılığımı tormozlayan adam oldu. Onun hər kəlməsi ilə tanışlıq özümün nə qədər primitiv olduğuma inam aşılayır. Baxıram ki, min bir əziyyətlə düşünüb yazmaq istədiyim şey bu adam illər öncə mükəmməl qaydada yazıb. Bayaq hətta dostlarıma zafarata dedim ki, Əli Şəriəti mənim kamil variantimdi.
Facebook dostlarım uzun müddətdir, mənim anti-futbol qeydlərimlə tanışdır. Bu gün ustadın futbol barədə qeydini gördüm və öz-özümə dedim. İlahi, mənə ucqar bir guşədə çobanlıq nəsib elə gedim başımı aşağı salım qoyun otarım, yazı mənlik deyil.
Hər şey yazılıb, oxumaq, oxumaq yenə də oxumaq lazımdır.
Və təbii ki oxuyandan sonra ustadın dediyi kimi fəryad etmək!
İndi isə görün o nə yazır:
"Stadionlardan gələn səslər, davam edən savaşlarda məzlumların səsini batırırsa, 
Futbol opiumdur (narkotik)"

İlham Əliyev haqsız deyil!

Hakimiyyət bir ucdan ictimai-siyasi fəalları narkotiklə ittiham edib içəri atır.
Sizcə bu rəftarında İlham Əliyev çoxmu haqsızdı?
Məncə yox!
Tək ayrı-ayrı fəallarımız deyil, bütövlükdə xalqa narkoman ittihamı verilməlidir. Ona görə ki başımıza gətirilən bu qədər fəlakətlərə biganəyik.
Hamı bihuşdu!

"Yıxılan" ABŞ

Bezen atalar öz az yaşlı uşaqlarını ferehlendirmek üçün onlarla güleşer ve onlara yenilerler.
Uşaq bu haldan çox lezzet alar. Atanın bu meğlubiyyeti uşağında özüne inamın formalaşmasına hesablanır.
İndi men baxıram ki, Azerbaycanda ABŞ-ın Azadlıq radiosu, Milli Demokratiya İnstitutu, AFU-su (partnyoru)möhürlenir ve bunlarla paralel keçmiş ABŞ sefirleri İlham Aliyeve yaltaqlanır.
Bunları göre-göre ata ile qapışan uşaq yadıma düşür

O daşı götürüb İsrafilin başına vurmalıyıq

"Yeralaş"da bele bir sehne vardı.
Hamının keçdiyi yolun üstüde bir daş olur. Camaat da ferqine varmadan o yoldan ötende ayaqları daşa ilişib yıxılırlar. Bunu gören bir mektebli insanseverlik edir, gedir o daşdan beş altı metre qabaqda durur, gelenleri xeberdar edır ki bax, qabaqda ehtiyatlı ol, tehlüke var.
Bu minvalla o xeyli adamı tehlükeden sovuşdurub "sağ ol" qazanır ve emeyinden özü de xoşhal olur.
Bir neçe saatdan sonra ise bir nefer gelir, şagird ona da xeberdarlıq edir. Adam "sağ ol" deyir ve gedib o daşı yoldan götürüb tullayır. Bununla da ne insanların ayağı burxulur, ne de o mektebli eziyyet çekir. Yeni, aydin olur ki, o genc adam o qeder izah işi aparmaqdansa, qolunu çirmeyin daşı redd ede bilermiş.
İndi men özümüzü- müxalifeti o mektebli kimi görürem, daş ise ilham aliyev ve onun rejimidir.
Beli, biz eziyyet çekirik, günümüzü, enerjımizi xalqımızın ayağına daş deymesin deye xercleyirik.
Amma problemin helli bu deyil. ayrı ayrı adamların müdafie teş…

Öz evindən oğurluq etmək

Həbsdəykən eşitmişdim, yanılıramsa hüquqşünaslar düzəltsin səhvimi.Orda deyirilər ki, təzə-təzə oğurluğa başlayanların ilk "işi" qohmları, yaxınları ilə bağlı olur. Yəni adamlar ilk dəfə əmilərindən, bibilərindən, dayılarından, uzağı qonşularindan oğurlayırlar. 
İndi diqqət: Bəllii olduğu kimi mərhum Heydər Əliyev hakimiyyətə gəldiyi 1969-dan oğurluqla, dölvlət büdcəsini, xalqın sərvətini talamaqla məşğul olub. Dövlət büdcəsi nədir? Xalqın cibi! Dövlət adlı Evin vəsaiti!
Prezident də guya xalqın yiyəsidir. Eləysə bu nə sirrdir dostlar; aliyevlər 40 ildir oğurluğa qurşanıblar, amma yenə "ailədən"-öz xalqından oğurlayırlar! Niyə bunlar heç olmaya oğurluq sahəsində inkişaf edib bizdən yox, yadellilərdən oğurlamağa başlamadılar?
Bunları Əliyevlərin işfa olunan daha bir oğurluğundan ilhamlanaraq yazdım. Həmin yazını oxumaq üçün BURANI tıkla

Deyirdilər, insanı oğurluğa təhrik edən səbəb kasıblıqdır. Bəs dünyanın zənginləri sırasında pəpə yeyəndən məmə deyənə qədər hamısı dax…

Elimiz günümüz

Keçən həftə Qazaxın Əskipara kəndində oldum
Camaat son dərəcə ağır vəziyyətdə yaşayır.
Sizə təqdim edəcəyim video ordakı vəziyyətin kiçik bir detalıdır
Videonu budan izləyin- Qazax mənzərələri və sonra öz özümüzə sual verək-Nə edək ki vəziyyət dəyişsin?