Səni niyə tutmurlar?



Bir çox suallar var ona cavab verməyə çətinlik çəkirəm. Məsələn, biri bu: bu qədər hökumət əleyhinə aktivlik edirsən, bəs nə əcəb səni həbs etmirlər?
Çalışacam ağlım kəsən qədər cavab yazım. Başa düşürəm ki, bu suallar təbiidir, heç də təkcə xainlər və çuğulların yaydığı şübhə toxumu deyil.

Birincisi: Mənim bu günə qədər fəaliyyətimdə heç bir cinayət əməli yoxdur. Necə deyərlər, suyu da üfürə-üfürə içirəm. Hətta bu qanunsuz və kriminal hakimiyyətlə də davranışda çalışram hüququn sərhədlərini keçməyəm; nə əməldə, nə də yazıda.

İkincisi: "hakimiyyət qarşı fikirlərinə görə səniı niyə tutmurlar" sualı yox, "niyə buna görə insan tutulmalıdır" sualı daha aktual olmalıdır.

Üç: Biləsiniz ki, mən həbs olunmasam da rahat da yaşamıram. Birbaşa hökumətin yaratdığı min dənə problemim var. Onları məqsədyönlü yaymıram. İnləmək, mübarizə aparan insanlarda qorxu, xof yaratmaq istəmədiyim üçün.

Dörd: hökumətin məni tutmaq həvəsində olduğunu dəqiq bilirəm, onları tormozlayan səbəbi isə yox, bəlkə də hay-küydən qorxurlar, bəlkə də hanısasa vicdan adamın canıyananlığı var, bəlkə daha pis şeylər planlaşdırılar... bəlkə bu yolla şübhə yaradırlar, nə bilim.

Beş: Mən cəmiyyətin ən ağır dönəmində, ictimai fəalların müdafiəsiz qaldığı çağda 2003-də cinayət məsuliyyətinə saxtakarcasına cəlb edilib həbsə atılmışam və bu mənim siyasi həyatımda zərrə qədər də geriyə çəkilmə, ehtiyatlanma yaratmayıb. Olsun ki, yenidən həbsə atılmamada bu da rol oynayır.

Altı, yeddi sizlikdir :)