17.3.13

"Emin Milli niyə hər şeyi qara görür"?

Bu gün gmail poçtumun arxivini eşələyirdim, 2 yazışmam məni xeyli mütəəssir etdi.
Qələmindan qan süzülən hər cümləsində Əliyev rejiminə tənə edən, onu rüsvay edən iki adam-Elnur AS və Emin Milli ilə olan yazışmalar idi. 2006-2007-ni əhatə edən müddətdə olub bunlar.
Elnura ALma qəzetində yazdığı məqaləyə görə hirslənmişəm. Çünki o məqaləsində Əli Kərimlini tənqid edib. Niyə tənqid edib? Təxminən yazıb ki, Əli Kərimli yapçılara qarşı çox amansızdır, halbuki mən elə prezident arzusundayam ki, gələcəkdə yapçıların da qucaqlaya bilsin. Yəni Elnur bəy, bu qədər mərhəmətli olubdur.
Emin Milli ilə isə lap qırğın olub. Bu Əli Transmillinin yaratdığı bir "yahooqrup"da olub. Emin məni hər şeyi qara görməkdə ittiham edib 
Bunları niyə yazdım? Əlsa, nə o zaman, nə indi bu adamların hakimiyyətin təəssübkeşi olduğunu düşünməmişəm. Sadəcə göstərmək istədim ki, ölkəmizdə vətəndaş qarşıdrumasının, insanların bir-birinin qanına sussamasının tək bir səbəbkarı var-o da İlham Əliyevdir.
Müxalifət radikal filan deyil.
Ölkədə radikal müxalifət olsaydı Əliyevlərin ömürü 1 aydan çox çəkməzdi. Heydər Əliyev heykəllərinin daşı-daş üstə qalmazdı.
Ölkədə insanları radikalizmə təhrik edən heydərçi bir qüvvə var. Onu tanıyın, onu lənətləyin, onun dəyişməsi üçün fəryan edin!