Ana içeriğe atla

3G SÜR@SIZ INTERNET


Bizim ölkədə deyirlər ki, kasıb itinin adını “Gümüş” qoyar.
Ancaq bu məsəl varlılar üçün də keçərlidir. Məsələn, Bakcell şirkətinin 3 G xidmətinə “sürət” adı (3G Sür@) adı verməsi kimi. İş ondadır ki bu xidmət bu şirkətin timsalında sürətə yox, sükunətə, ətalətə daha çox uyğundur.
Niyəsini açıqlayaq.
Siz sadəlövh insansınızsa və günlərin birində sizə internet lazım olsa və Bakcell-in 3G Sür@ ilə bağlı reklamını görsəniz tərəddüdsüz, gözü yumlu onu seçəcəksiniz.
Sizin korkoranə seçminiz üçün hər gün “Bakcell 1 nömrəli yüksək internet xidməti göstərən şirkətdir” reklamı təhrikedici olacaq, bu heç.
Siz bir ciddi adam kimi şirkətin “3G Sür@” ilə bağlı arayışı ilə tanış olaraq görəcəksiniz ki: “Bakcell şəbəkəsi bəzi yerlərlə 28Mb/s dəstəkləsə də, 3G Sür@ modemləri üçün 7.2Mb/s sürəti maksimumdur” yazılıb. Məlumdur ki,
28Mb/s- sürət əslində inqilabdır, lakin 7.2Mb/s də bizim ölkə üçün naşükür bəndə olmayanlar üçün kifayət qədər əlverişli sürətdir.
Böyük bir şirkətin reklamına və rəsmi arayışına inanır və “Bakcell datakartı” alıb istifadəyə başlayanda həyat müəllim özü sizə təsirli dərsini keçir.
Bəlli olur ki, ha çalışıb, vuruşsanız da, data kartı notbukun bütün qəbul edicilərinə salıb yoxlasanız da, şirkətin müştəri xidməti ilə min dildə söhbət aparsanız da xeyri yoxdur, internetin sürəti bəyan edildiyində aşağıdır. Həm şəhər daxilində, həm də Abşeronun ərazisində sürət çox nadir hallarda 1.5 - 2 Mbps-dən yuxarı olur. Ortalama sürət Bakıda 1.5 Mbps, Abşeronda isə (xüsusilə Bilgəh-Nərdəran-Maştağa-Buzovna zonasında) 1 Mbps təşkil edir.
Hələ bu son deyil, gün boyu internet əlaqəsi kəsilir, bəzən saatlarla intenetə çıxmaq mümkünsüz olur. Soruşursan ki, ay qardaş, ay bacı bəs bu nə halətdir: Hər dəfə guya sizin qayğınıza qaldıqları üçün “yenilənmə işi” aparıldığı deyilir. Ancaq nə sirri xudadırsa bu yenilənmə illərdir tamamlanmır.
İraq olsun, birdən siz məsələn, özünüzü mədəni adam kimi göstərmək üçün online hansısa radioya qulaq asmaq üçün “3G Sür@” dən yaralanmaq fikirinə düşsəniz, onda xəyallarınızın da suya düşəcəyi bəri başdan qarantilidir. 7.2Mb/s sürət vəd olunsa da, 128 Kb/s ve 192 Kb/s sürətle yayılan online radionu dinləmə zamanı qırılmalar ve pauzalar yaranır, xüsusen də 192 Kb/s və daha yuxarı sürətlərdə bu qırılmalar daha çox olur.
İndi isə gələk məsələnin daha ciddi tərəfinə.
Bir: Yaxşı olar ki, Bakcell daha aydın və ağlabatan izah versin görək 28Mb/s sürəti verən “bəzi yerlər” haradır? O, Bakıdadırmı? O, adi müştərilər üçün əlçatandırmı?
Niyə bu sürəti başqa yerlər cəhənnəmə, şirkətin ofislərində belə görmək olmur.
İki: Bakcell hər yerdə ən sürətli internet xidməti göstərdiyini bəyan edir. Bu fikir ictimaiyyətə təqdim edilərkən istinadgah nədir?
Axı bu böyük iddianı inandırıcı eləmək üçün nə praktika var, nə də etibarlı mənbə..
Əksi isə var. Məsələn biri bu: “Netindex” təşkilatının hesabatı. Şübhə edənlər bu linklə tanış ola bilər.
http://www.netindex.com/download/2,110/Azerbaijan/
Qeyd edim ki, bu təşkilat hər yerdə anonim qaydada internetin sürətini ölçür.
Və son ölçmələr görə Bakcell nəinki birincidir, heç il iyirimilikdə də yoxdur.
Təkrar edirəm 20 likdə yoxdur.
Bəlkə də “Bakcell” o populyar lətifədə deyildiyi kimi “sürət yığmaq üçün” geridə qalıb, sürəti yığıb gəlib hamını keçmək istəyirlər.

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tale Bağırzadəyə görə İNTİHAR etdi

Unutmamalı, rejimin üzərində belə çoxlu qan var. Azadxeber.net saytına məlumat verən vəkil Yavər Hüseyn bildirib ki, Bəxtiyar Qurbanov və Röyal Əsgərov məhkəməyə gətirilmədiyindən proses təxirə salınıb. Yavər Hüseynov bildirib ki, şahidlərdən biri - Kamran Seyidov sonuncu məhkəmə prosesi günü işlədiyi Neft Şirkətində namaz otağında özünü asıb. Vəkil bildirib ki, Kamran Seyidov intihar etməmişdən bir gün əvvəl məktub yazaraq hər şeyə aydınlıq gətirib. Vəkil Yavər Hüseyn məktubun bir nüsxəsini də müxbirə təqdim edib. Həmin məktubda yazılanları olduğu kimi diqqətinizə çatdırırıq: “Mən Seyidov Kamran Nazim oğlu bu yazını yazıb bildirirəm ki, mən 06.04.2013 tarixində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılmışdım. Saxlanılmağımın səbəbi isə Bəxtiyar Qurbanov və Royal Əsgərovun 31.03.2013-tarixində mənim yaşadığım həyətdə mənimlə görüşməkləri olmuşdur. Görüş zamanı Bəxtiyar 900 manat borcunun olması və o borcu başına bir iş gələrsə, ödən…

Bəs deyirdilər, o hər şeyi bilir?!

Heydər Əliyevin rus jurnalistlərlə görüşündən :)
G e n n a d i  M a l t s e v: ...Sırtıqlıq kimi qəbul etməyin, bizə lütfkarlıqla bağışlanmış «Aforizmlər və müdrik kəlamlar» kitabınıza avtoqraf yazardınızmı?
H e y d ə r  Ə l i y e v: Bu kitab sizdə haradandır? Mən onu görməmişəm.
G e n n a d i  M a l t s e v: Bizdəki bu kitab rus və ingilis dillərindədir. Çox maraqlı kitabdır. Bəzi fikirlər biz jurnalistlərin unvanınadır.
H e y d ə r  Ə l i y e v: Mən bu kitabı görməmişəm.
G e n n a d i  M a l t s e v: Heydər Əliyeviç, axı, Sizin aforizmlərinizdir, Siz sadəcə olaraq, bu nəşri görməmisiniz.
H e y d ə r  Ə l i y e v: Yox, mən bu kitabı görməmiıəm.
G e n n a d i  M a l t s e v : Belə bir lətifə yadınızdadırmı, Leonid Ġliç Suslovdan soruşur: «Kiçik torpağ»ıoxumusanmı?». Suslov isə deyir: «Xeyr. Amma Pelşe oxuyub, deyir, maraqlı kitabdır».
H e y d ə r  Ə l i y e v: Yox, düzgün müqayisə deyil